Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3286/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X4 tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi kimi çıxış edən Cavabdeh arasında ünvan 1 ünvan ünvan 2 alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını, ünvan 1 ünvan ünvan 2 üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasını, həmin hüququn qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi kimi çıxış edən Cavabdeh xx.xx.1990-cı il tarixdə Bakı şəhəri, Naqornaya küçəsi 12, döngə 1, ev 63 ünvanında yerləşən fərdi yaşayış evini 3000 (üç min) rubla almışdır. İddiaçı ailə üzvləri ilə birlikdə iddia ərizəsi verilən günədək həmin evdə yaşayır və kommunal xidmətlərin dəyərini də öz adından ödəyir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı Rabitə Xidmət Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-27-110/2-26-Ə-1102025 nömrəli məktubda bildirilmişdir ki, “Bakı şəhəri, X20 küçəsi döngə 1, ev 63 ünvanında qeydiyyatda olan ***-**-** saylı telefon nömrəsi xx.xx.2015-ci il tarixdən İddiaçı adındadır. "xxxx" ASC tərəfindən təqdim edilən abunə haqqında məlumata əsasən ünvan 5 ünvanında **********30003 nömrəli abonent kodu ilə İddiaçı xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış AK-15059/09-24 nömrəli, xx.xx.2024-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”ndə istehlakçı İddiaçı (abonent kodu:**********00000) və ünvanı ünvan 6əsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışa əsasən, qeyd edilən idarə ilə İddiaçı arasında yuxarıda qeyd edilən evin su və kanalizasiya xidmətlərinin təchizatı üçün 48970103 nömrəli müqavilə bağlanmış və iddiaçıya **********0630 nömrəli abonent kodu verilmişdir. İşin hallarından göründüyü kimi fərdi yaşayış evinə dair tərəflər arasında alqı-satqı münasibəti 1 sentyabr 2000-ci il tarixdən əvvəl yaranmışdır. Ona görə də bu iddia üzrə indi qüvvədə olan Mülki Məcəllə deyil, 1964-cü ildə qəbul olunmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən, Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadır, bu səbəbdən iddiaya ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır.
3. İddia tələbi bir neçə dəfə dəqiqləşdirilmiş, yekun olaraq İddiaçı vəkilinümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X4 tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi kimi çıxış edən Cavabdeh arasında ünvan 9 ünvan ünvan 10 kv.m. olan fərdi yaşayış evinin, onun yerləşdiyi 54,4 kv.m. ölçüdə torpaq sahəsinin və X11 tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi kimi çıxış edən Cavabdeh ilə ünvan 11 ünvan ünvan 12 kv.m. olan fərdi yaşayış evinin, onun yerləşdiyi 35,8 kv.m. ölçüdə torpaq sahəsinin alqı-satqısına dair müqavilələrin bağlanmış hesab olunmasını, ünvan 9 ünvan ünvan 10 kv.m. olan fərdi yaşayış evinin, onun yerləşdiyi 54,4 kv.m. ölçüdə torpaq sahəsinin və ünvan 13 ünvan ünvan 12 kv.m. olan fərdi yaşayış evinin, onun yerləşdiyi 35,8 kv.m. ölçüdə torpaq sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun tanınmasını, həmin hüquqların qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, təmin edilməsinə etiraz etmədi.
6. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X7 mənzillərin özbaşına tikili olduğunu və MKTB-nin balansında olmadığını bildirdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, iddiaçı ilə cavabdeh onun qonşularıdır. O, 1989-cu ildə buraya gəlmişdir. Həmin vaxt cavabdeh ümumilikdə 4.000 rubl və 3.000 rubl olmaqla, cəmi 7.000 rubl məbləğində pula Mkrtçyan və Gevorkyev soyadlı şəxslərdən bu mənzilləri almışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, iddiaçı ilə cavabdeh onun qonşularıdır. O, 21 yaşı olanda buraya gəlmişdir. Həmin vaxt qonşu mənzildə Mkrtçyan və Gevorkyev soyadlı şəxslər yaşamışlar. Cavabdeh ümumilikdə 4.000 rubl və 3.000 rubl olmaqla, cəmi 7.000 rubl məbləğində pula həmin şəxslərdən bu mənzilləri almışdır.
10. Məhkəmə proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib, iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.1989-cu il tarixli aktdan görünür ki, İddiaçı X14 tərəfindən 1989-cu ildə verilmiş etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi kimi çıxış edən əri Cavabdeh Bakı şəhəri, 12-ci Naqornaya küçəsi, döngə 1, ev 63 ünvanında yerləşən fərdi yaşayış evini 4.000 (dörd min) rubla xx.xx.1989-cu il tarixdə almışdır. Həmin aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər.
12. İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.1990-cı il tarixli aktdan görünür ki, İddiaçı X4 tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi kimi çıxış edən əri Cavabdeh ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evini 3.000 (üç min) rubla xx.xx.1990-cı il tarixdə almışdır. Həmin aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər (etibarnamənin surəti iş materiallarına əlavə edilmişdir).
13. Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 15 ünvanında qeydiyyatdadır.
14. "xxxx" ASC-nin abunə haqqında sənədindən görünür ki, ünvan 16 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır.
15. xx.xx.2024-cü il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, ünvan 15 ünvanına qaz verilməsi ilə bağlı müqavilənin tərəfləri “Azəriqaz” İB və İddiaçıdır.
16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 15 ünvanında qeydiyyatdadırlar.
17. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, X20 küçəsi, döngə 1, ev 63 ünvanında qeydiyyatda olan ***-**-** saylı telefon nömrəsi xx.xx.2015-ci il tarixdən İddiaçı adındadır.
18. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 1 saylı dövlət notariat ofisində xx.xx.1989-cu il tarixdə 2175 və Bakı şəhəri 13 saylı dövlət notariat ofisində xx.xx.1989-cu il tarixdə D-21/6523 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamələrin qeydə alındığı reyestr kitabından çıxarışlar iddiaçının vəkili-nümayəndəsinə göndərilmişdir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, 63 (ünvan 14) saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq İdarənin arxivində Bakı şəhəri, Nəsimi rayonu, 12 Naqornaya küçəsi, döngə 1, 63 saylı fərdi yaşayış evinə dair mövcud olan 1983-cü il tarixli texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin texniki pasportda ev sahibinin X1ması qeyd edilmişdir.
21. Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, kontorun arxivində saxlanılmış 1989-cu ilə aid etibarnamələr məhv edilmişdir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, ev 63 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, İdarənin arxivində ünvan 18 ünvanı ilə bağlı X2 adına 1983-cü il tarixdə, ünvan 18 ünvanına aid X5 adına 1983-cü il tarixdə hazırlanmış texniki pasportlar mövcuddur.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, 63A (ünvan 14A) saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə ünvan 18 ünvanı ilə bağlı, həmçinin X5 adına 1983-cü il tarixdə hazırlanmış texniki pasportların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1946-cı il təvəllüdlü Stanislav Ağacanyanın xx.xx.1970-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1952-ci il təvəllüdlü X21 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. İnformasiya sistmində S.Ağacanyanın ölümünün qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, təqdim olunmuş məlumatlar üzrə adıçəkilən şəxsin adına Azərbaycan Respublikasının notariat ofislərində vərəsəlik işinin açılması aşkar edilməmişdir.
27. X9, X18 və X16 tərəfindən notarial qaydada təsdiq edilməklə verilmiş xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, qonşular olaraq yazıb bildirirlər ki, Cavabdeh, X6 və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov, döngə 1, ev 63 və 67-də 1989-cu il tarixdən hal-hazıradək yaşayırlar.
28. İş materiallarına Y.Vəzirov, 67 ünvanı üzrə Əliverdiyev və Mkrtçyan adlarına tərtib edilmiş kommunal ödənişlərə dair qəbzlər (1984, 1988, 1995-1996, 1999, 2001, 2008-ci illərə aid), 12 Naqornaya, 1, döngə 67 ünvanı üzrə Piruza və Əliverdi adlarına tərtib edilmiş vergi tədiyə qəbzi (1989-cu ilə aid) əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh arvadıdır. İddiaçı cavabdehlə birlikdə sadə yazılı formada tərtib etdikləri xx.xx.1989-cu və xx.xx.1989-cu il tarixli aktları, həmçinin, evlərlə əlaqədar bir sıra digər sənədləri məhkəməyə təqdim edərək, mübahisə predmeti olan evlərə və onların yerləşdiyi torpaq sahələrinə dair alqı-saqtı müqavilələrinin bağlanmış hesab edilməsini, əmlaklar üzərində xüsusi mülkiyyət hüququnun tanınmasını və qeydiyyatın aparılmasının müvafiq orqana həvalə edilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul edərək bildirir ki, mübahisə predmeti olan əmlakları 1989-cu ildə etibarnamə əsasında onların mülkiyyətçilərinə 3.000 rubl və 4.000 rubl ödəməklə almışdır. Borcu olduğuna görə qayınatası borcunu ödəməyinin əvəzində evləri qızının – iddiaçının adına keçirməsini tələb etmiş, ona görə də onlar öz aralarında belə bir akt tərtib etmişlər. Tərəflərin məhkəmədə şahid qismində dinlənilmiş 2 nəfər qonşusu da onların dedikləri ilə eyni məzmunda ifadələr vermiş, üçüncü şəxs qismində cəlb edilmiş ərazi üzrə MKTB-nin nümayəndəsi isə əmlakların MTKB-nin balansında olmadığını, özbaşına tikili olduğunu bildirmişdir.
30. Məhkəmə araşdırmaları zamanı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan əldə edilən məlumatlarda evlərin dövlət reyestrində qeydə alınmaması göstərilmişdir. Həmin qurum tərəfindən məhkəməyə təqdim edilmiş evlərə dair tərtib edilmiş texniki pasportlarda ev sahibi kimi göstərilən şəxslərin, həqiqətən də, iş materiallarında olan cavabdehin adına verilmiş etibarnamələri verən şəxslər olmaları, aktların tərtib edildiyi tarixlərdə həmin etibarnamələrin qüvvədə olmaları müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi:
31. Məhkəmə qeyd edir ki, iddiaçı başqa şəxslərin cavabdehə verdiyi etibarnamə əsasında onların mülkiyyətində olan müvafiq əmlaklara dair özü ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və bunun qeydə alınmasının aidiyyəti quruma həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbinin faktiki əsası kimi 1989-cu ildə əri ilə birlikdə tərtib etdiyi sadə yazılı akta və hazırki vaxta qədər əmlaklardan istifadə etməsinə, orada yaşamasına, hüquqi əsası kimi isə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 43cü maddəsinə istinad etmişdir.
32. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən hesab edir ki, hazırkı mübahisəyə tətbiq edilməli olan maddi normalar tərəflər arasında münasibətlərin yarandığı iddia edilən 1989-cu ildə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin normalarıdır. 1964-cü ildə qəbul edilməklə həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin iddiaçının istinad etdiyi 43-cü maddəsinin tələbinə görə, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Lakin məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi həmin normanın dispozisiyasında göstərilən “digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa” halı hazırkı iş üzrə mövcud deyildir. Belə ki, göründüyü kimi, cavabdeh mülkiyyətçilərin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olmuş, onun əmlaka dair tərtib etdiyi aktın digər tərəfi isə - iddiaçı, yəni cavabdehin arvadı olmuşdur. Belə olan halda, digər tərəfin, yəni hazırkı işdə cavabdehin əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırması halı iddia edilərdisə də belə, məhkəmə tərəfindən ağlabatan sayılmır.
33. Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.
34. Mübahisə ilə bağlı digər bir məsələ isə iddia müddəti ilə bağlıdır. Belə ki, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 77-ci maddəsinin tələbinə görə, iddia müddətinin tətbiqi məcburidir. Tərəflərin bildirməsindən asılı olmayaraq, iddia müddəti məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilməlidir. İstinad olunan Məcəllənin 73-cü maddəsində ümumi iddia müddətinin 3 il olması təsbit edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olsaydı da belə, hazırkı iş üzrə iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür.
35. Məhkəmə hesab edir ki, cavabdeh iddianı etiraf etsə də, onun etirafı məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, məhkəmənin mövqeyinə görə, hazırkı iş üzrə əsl cavabdeh əmlak mülkiyyəçilərinin özləri olmalıdır. İddiaçının cavabdeh qismində göstərdiyi şəxsin öz ailə üzvü olması onun iddianı etiraf etməkdəki əsl niyyətini də aşkar müəyyən etməyə imkan verir.
36. Beləliklə, qeyd olunanlara əsasən, iddia əsassız olduğundan, iddia müddəti ötürüldüyündən, habelə tələb əsl cavabdehə yönəldilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
37. 1964-cü ildə qəbul edilməklə 1989-cu ildə də qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Maddə 82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
39. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı: İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
41. “R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Qanun isə alğı-satqı ilə bağlı birmənalı qaydalar müəyyənləşdirir. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfə hüquqlarının qorunması məqsədilə öz tələblərinin təmin olunması üçün məhkəməyə müraciət etməyə əsas verir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir (S.Əliyevanın şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
43. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, məhkəmə xərclərinin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin tələblərindən asılı olmadığını vurğulamağı zəruri hesab edir.
Nəticə:
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova