Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3309/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizədə qeyd olunmuşdur ki, ərizəçinin Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küç. 20, mənzil 40-da yaşayan (Ş.V.AA*******, FİN:xxxxxxx, əlaqə nömrəsi **********) Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə aralarında bağlanan müqaviləyə əsasən ərizəçidən 80.000 (səksən min) manat pul borc almış, xx.xx.2024-cü il tarixədək hissəhissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Onun tərəfindən borcun qaytarılması ləngidildiyi üçün xx.xx.2024-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmiş, orada aralarında əldə edilmiş razılığa əsasən MŞB/11/2024-01236 saylı Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs ərizəçiyə olan borcunun 20.000 (iyirmi min) manatını dərhal ödəmiş, qalan məbləği isə xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay minimum 5000 (beş min) manat olmaqla xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin artıq 3-cü aydır ki, həmin sazişi könüllü icra etməkdən boyun qaçırır və heç bir ödəniş etmir. Göstərilənlərə əsasən ərizənin təmin edilərək xx.xx.2024-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatında ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/11/2024-01236 saylı Barışıq Sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə ərizəçi tərəfindən Maraqlı şəxs 80.000 manat borc pul verildiyini, barışıq sazişində texniki səhv olduğunu, 80.000 manat əvəzinə 800.000 manat qeyd olunduğunu qeyd etmişdir. 5.Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmişdir. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini xahiş edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Ərizəçi tərəfindən Maraqlı şəxs 80.000 manat məbləğində borc pul verilmiş, sonuncu həmin pulu xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 9.Mülki işin materiallarında olan Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilən və birinci tərəf Ərizəçi və ikinci tərəf X1 arasında bağlanan xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-01236 nömrəli Barışıq sazişindən görünür ki,
1. Tərəflər hazırki mübahisəni məhkəməyə getmədən mediator vasitəsilə həll etməyə razılaşırlar.
2. Tərəflər Saziş imzalamaqla bəyan edirlər ki, Birinci tərəf xx.xx.2024-cü il tarixdə İkinci tərəfə 800000 (səkkiz yüz min) manat borc vermişdir və İkinci tərəf həmin məbləği almışdır.
3. İkinci tərəf həmin borc məbləğindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə 20000 (iyirmi min) manatını Birinci tərəfə ödəyir.
4. Qalan 60000 (altmış min) manatı İkinci tərəf xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay minimum 5000 (beş min) manat ödəmək şərtilə yekun məbləği xx.xx.2025-ci il tarixədək Birinci Tərəfə tam olaraq geri ödəyəcək. 5.Aylıq ödənilən vəsait tərəflərin imzalayacağı qəbz vaxitəsilə rəsmiləşdiriləcək.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 11.Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 12.Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 13.Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 14.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, lakin maraqlı şəxs tərəfindən həmin saziş könüllü qaydada icra edilməmişdir. Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. 15.Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. 16.Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə baxış iclası zamanı müəyyən edilmişdir ki, Barışıq sazişinin 2-ci bəndində texniki səhvə yol verilərək borcun məbləği səhvən 80.000 manat əvəzinə 800.000 manat kimi qeyd edilmişdir. Odur ki, barışıq sazişi həmin bəndə münasibətdə qismən, yəni 80.000 manat həcmində təsdiq edilməlidir. 17.Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən, yəni aşağıda qeyd edilən qaydada: “1. Tərəflər hazırki mübahisəni məhkəməyə getmədən mediator vasitəsilə həll etməyə razılaşırlar.
2. Tərəflər Saziş imzalamaqla bəyan edirlər ki, Birinci tərəf xx.xx.2024-cü il tarixdə İkinci tərəfə 80000 (səksən min) manat borc vermişdir və İkinci tərəf həmin məbləği almışdır.
3. İkinci tərəf həmin borc məbləğindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə 20000 (iyirmi min) manatını Birinci tərəfə ödəyir.
4. Qalan 60000 (altmış min) manatı İkinci tərəf xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay minimum 5000 (beş min) manat ödəmək şərtilə yekun məbləği xx.xx.2025-ci il tarixədək Birinci Tərəfə tam olaraq geri ödəyəcək. 5.Aylıq ödənilən vəsait tərəflərin imzalayacağı qəbz vaxitəsilə rəsmiləşdiriləcək.” təsdiq edilməlidir. 18.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024- 01236 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər hazırki mübahisəni məhkəməyə getmədən mediator vasitəsilə həll etməyə razılaşırlar.
2. Tərəflər Saziş imzalamaqla bəyan edirlər ki, Birinci tərəf xx.xx.2024-cü il tarixdə İkinci tərəfə 80000 (səksən min) manat borc vermişdir və İkinci tərəf həmin məbləği almışdır.
3. İkinci tərəf həmin borc məbləğindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə 20000 (iyirmi min) manatını Birinci tərəfə ödəyir.
4. Qalan 60000 (altmış min) manatı İkinci tərəf xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay minimum 5000 (beş min) manat ödəmək şərtilə yekun məbləği xx.xx.2025-ci il tarixədək Birinci Tərəfə tam olaraq geri ödəyəcək. 5.Aylıq ödənilən vəsait tərəflərin imzalayacağı qəbz vaxitəsilə rəsmiləşdiriləcək.” Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.