Məhkəmə qərarları › İş №e-2(006)-3453/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3453/2022

28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3453/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının qeydə alınması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının qeydə alınması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının Nəsimi rayonu X1 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi oğlu X7 xx.xx.1978-ci tarixdə Bakı şəhərində anadan olmuşdur. X7 1 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 15019351 saylı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2022-ci tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Bu fakt Bakı şəhəri Təcili və X4 Stansiyasının xx.xx.2020-ci il tarixli 0740 №-li sahə həkimi üçün xəbərdarlıq vərəqəsi ilə öz təsdiqini tapmışdır. Ərizəçi ölüm faktını təsdiq edən sənəd (106 saylı Forma) almaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, 5 saylı şəhər poliklinikasına müraciət etmiş, lakin həmin poliklinika tərəfindən X3 uzun müddət poliklinikaya müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə arayış (106 saylı Forma) verilməkdən imtina edilmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etməsinə baxmayaraq, müraciətinə cavab verilməmişdir. X3 X2 ilə olan nikahından xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X14 adında övladları anadan olmuşdur. X3 X2 ilə olan nikahı xx.xx.2017-ci il tarixdə 280646 №-li akt qeydi ilə pozulmuşdur. Ərizəçi hazırda ailə başçısını itirməyə görə müavinət almaq üçün müraciət etmək niyyətindədir, lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün ərizəçinin nəvələrinin konstitusion hüquqları, o cümlədən sosial təminat hüquqları pozulur. Odur ki, X3 ölüm faktı tanınmalı, qeydə alınmalı və ölüm haqqında şəhadətnamə verilməlidir. Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədəki texniki səhvi xx.xx.2022-ci il tarixdə düzəldərək, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib və şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, mərhum X7 onun keçmiş əri, ərizəçi isə keçmiş qayınatasıdır. O, X3 dəfn və yas mərasimlərində iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçi onun qaynıdır, onlar həm də qonşudurlar. O, X3 vəziyyəti pisləşəndə dərhal onlara getmişdir. Həmçinin, X3 dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhumun ürəyində yaranan çatışmazlıqla əlaqədar vəfat etdiyini bildirdi. Mülki işin materillarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 464067 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1978ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Ərizəçi Əlihüseyn oğlu, anası qrafasında X8 qeyd edilmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 15019351 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, X3 xx.xx.2022-ci il tarixli ölüm faktının 3 gün müddətində dövlət qeydiyyatına alınması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş xəbərnamədən görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X4 Stansiyasının 5 saylı bölməsinin xx.xx.2022-ci il tarixli 0740 nömrəli «Ölüm haqqında Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:30-da ünvan 4 ünvanına X3 adına çağırış daxil olmuşdur. Çağırışı 5 saylı bölmənin həkimi M.Məmmədova, tibb bacısı S.Babayeva yerinə yetirmiş, aparılmış müalicə tədbirləri qrafasının qarşısında “həkimə qədər kişi cinsli meyit aşkar edilmişdir” ifadəsi qeyd edilmiş və ölümün ilkin səbəbi müəyyən edilmədiyindən həmin qrafanın qarşısı boş saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Bakı Baş Səhiyyə X17 Şəxsi 5 №-li Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 101 №-li məktubunda qeyd edilir ki, xx.xx.1978-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan X7 xx.xx.2022-ci il tarixində rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 №-li Şəhər Poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına, ölümün səbəbi bilinmədiyinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Mülki işin materiallarında olan foto-şəkildən görünür ki, mərhum X3 qəbir daşı üzərində ölüm tarixinin xx.xx.2022-ci il olması qeyd edilmişdir. Ərizənin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu (qəbz №-si 9********) ödənilmişdir. Mülki işin materillarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 299677 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında X7 oğlu, anası qrafasında X9 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1978-ci ildə Baklı şəhərində anadan olmuş X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmişdir. Ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciət Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, həmin müraciətə münasibət bildirilməmiş və bu hal ölümün qeydə alınmasından imtina edilməsini özündə ehtiva edir. Hazırda ərizəçi nəvələri üçün ailə başıçısının itirilməsinə görə müavinət almaq üçün müraciət etmək niyyətindədir, lakin ölüm haqqında şəhadətnamə olmadığından bunu edə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1978-ci ildə Baklı şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar