Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3464/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, babası 1926-cı il təvəllüdlü X3 və 1939-cu il təvəllüdlü nənəsi X4 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilmıəsi və qəbul edilmiş qətnamənin onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmasını qeyd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 və mərhumə X8 onun baba və nənəsi idi. X1 1926-cı ildə, nənəsi X8 isə 1939-cu ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Mərhum nənəsi və babası uzun illər əvvəl vəfat etmişdilər. Onlar vəfat edən zaman heç kim onlar üçün ölüm şəhadətnaməsi almamışdır. Bundan başqa nənəsinin və babasının Kəlbəcər qəbiristanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda onların ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Daha sonra ərizəyə dəqiqləşmə təqdim etməklə 1926-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş X1nun 1991-ci il tarixdə Kəlbəcər rayonunda və 1939-cu il tarixdə Kəlbəcər rayonunda doğulmuş nənəsi X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, mərhum Əmiraslan onun atasının dayısı oğlu olmuşdur. O, 1991-ci il tarixdə Kəlbəcər rayonunda ölmüşdür. Dəfndə iştirak etmişdir. Kəlbəcər rayonunda dəfn edilmişdir. Arifə ilə qonşuluqda yaşamışdır. Masazır qəsəbəsində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində idafə vermiş X6 bildirdi ki, mərhum Əmiraslan onun anasının əmisi oğludur. O, 1991-ci il tarixdə Kəlbəcər rayonunda ölmüşdür orada da dəfn edilmişdir. Arifə onun qonşuluğunda yaşamışdır. Masazır qəsəbəsində dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, 1926-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə, 1981-1993-cü və 1993-2002-ci illər üzrə Kəlbəcər rayon qeydiyyat şöbəsində bərpa akt qeydlərinin yoxlaması aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, 2002-2008-ci illər üzrə Kəlbəcər rayon qeydiyyat şöbəsi üzrə axtarış aparılmış, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin, 1939-cu il tarixdə Kəlbəcər rayonunda doğulmuş X4 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. Onun atası X7, anası X9r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 və X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onların ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 1926-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş X2 1991-ci il tarixdə Kəlbəcər rayonunda, 1939-cu il tarixdə Kəlbəcər rayonunda doğulmuş X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1926-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş X2 1991-ci il tarixdə Kəlbəcər rayonunda, 1939-cu il tarixdə Kəlbəcər rayonunda doğulmuş X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3464/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3464/2024
10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver