Məhkəmə qərarları › İş №e-2(006)-3510/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3510/2022

05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3510/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əri X6 06 dekabr 2021 -ci ildə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş əri X2 06 dekabr 2021-ci ildə qəfildən pisləşmiş və o dünyasını dəymişdir. Mərhumun ayaqlarında şişkinlik var idi. Böyrəkləri yaxşı işləmirdi. Həmin vaxt o evdə olmamışdır. Onun qardaşı yanında olmuş və evə çağırılan BŞT və TTYS 9 saylı bölməsinin təcili yardım briqadası da onun ölümünü təsdiq edərək xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Mərhum adət-ənələrə uyğun olaraq xx.xx.2021-ci ildə Yasamal rayon qəbirstanlığında dəfn olunmuşdur. Mərhum əri Bakı şəhəri, Nəsimi rayonu N.Vəzirov küçəsi, ev 3 ünvamnda yerləşən ana evində daimi qeydiyyatda olmuşdur, həmçinin 3 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmuşdur. Rəsmi qaydada yazılı surətdə həmin poliklinikaya müraciət edərək onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin poliklinikadan ona xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Mərhum poliklinikada qeydiyyatda olmasına baxmayaraq heç bir xəstəliklə əlaqədar Yasamal rayonu 3 saylı şəhər poliklinasında müraciət etməmişdir, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkünsüzdür. Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsinə də müraciət etmiş, lakin ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda ərinin ölümü haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının onların imkanları xaricində olduğu ona bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müracət etməyi tövsiyə edilmişdir. Hal-hazırda sənəd işi ilə əlaqədar mərhum ərinin ölüm haqqında şəhadətnaməsini əldə etməyi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Maraqlı şəxs tərəfindən ərizəçi İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Poliklinikası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 495 saylı məktubda qeyd edilmişdir ki, X5 3 ay kirayədə olduğu ünvan 2 ünvanında xx.xx.2021-ci ildə vəfat etmişdir. Məhrum 3 saylı şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq, heç bir xəstəliklə əlaqədar Yasamal rayonu 3 saylı şəhər poliklinikasına müraciət etməmişdir. Mərhumun ölüm səbəbi məlum olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkünsüzdür. Beləliklə, ərizəçi ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı, 09854834 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Nikah Evi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 259960 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1691 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fərəməzov, arvada Fərəməzova soyadı verilmişdir. Təcili və X8 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə X6 adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhər Yasamal Bələdiyyəsi tərəfəindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1957-ci təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbirstanlığında xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən dəfn edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X6 xx.xx.1957-ci ildə doğulduğu, xx.xx.2021-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçi onun bibisidir, mərhum isə onun əri idi. Mərhum bir neçə müddət xəstə idi, onun ayağı burxulmuşdu, günbəgün vəziyyəti ağırlaşırdı. Mərhum vəfat edən günü bibisi ona zəng edərək bildirdi ki, onların mənzilinə gedərək mərhum ərinin vəziyyəti ilə maraqlansın. O oraya gedərkən evdə mərhumun qardaşı var idi. Mərhumun vəziyyəti elə həmin vaxt pisləşdi, onlar təcili yardım çağırsalar da artıq o dünyasını dəyişmişdi. Təcili yardım gəldikdən sonra akt tərtib edildi, mərhumun qardaşı həmin aktı imzaladı. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Bakı şəhəri, Yasamal rayonunda qəbirstanlıqda dəfn edilmiş, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, ərizəçi onun bacısıdır, mərhum isə onun əri idi. Mərhum bir neçə müddət xəstə idi, xəstəliyinin səbəbi haqqında dəqiq məlumatı yoxdur. Vəfat edən gün xəstə yanına getmək üçün arvadı ilə birgə ərizəçigilə getdilər. Onlar oraya gedəndə onun qardaşı oğlu Anar və mərhumun qardaşı orada idi. Onlar gəldikdən 5 dəqiqə sonra Qədir vəfat etdi. Təcili yardım çağırıldı, onlar gəldikdən sonra akt tərtib edildi. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Bakı şəhəri, Yasamal rayonunda qəbirstanlıqda dəfn edilmiş, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, ərizəçi onun baldızıdır, mərhum isə baldızının əri idi. Mərhum bir neçə müddət xəstə idi, xəstəliyinin səbəbi haqqında dəqiq məlumatı yoxdur. Vəfat edən gün xəstə yanına getmək üçün əri ilə birgə ərizəçigilə getmişdir. Həqiqətin qardaşı oğlu Anar və mərhumun qardaşı orada idi. Onlar getdikdən 5 dəqiqə sonra Qədir vəfat etdi. Təcili yardım çağırıldı, onlar gəldikdən sonra akt tərtib edildi. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat edib. Mərhum Bakı şəhəri, Yasamal rayonunda qəbirstanlıqda dəfn edilmiş, yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X11 ərizəçinin əri olmuşdur. X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüş və Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə və 3 №-li Şəhər Poliklinikasına müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar