Məhkəmə qərarları › İş №e-2(006)-3582/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3582/2022

19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3582/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) - Vəkil1, Cavabdeh5 vəkili - Vəkil2, Cavabdeh - Cavabdeh6, Cavabdeh - Cavabdeh8, Cavabdehlər Cavabdeh7 və Cavabdeh8 vəkilləri Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Bakı şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X5, Bakı şəhəri 53 saylı Notariat Ofisinin Xüsusi X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «pul, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh5 qarşı «pul və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi, cavabdehdən tutulacaq 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin X13 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23, 5 saylı mənzil, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binası, ünvan 3ən qeyri-yaşayış sahəsi (47 saylı mağaza) və ünvan 19 qeyriyaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi, cavabdeh tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, məhəllə 668, ev 23 ünvanında yerləşən 5 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, ünvan 6riat Ofisinin Xüsusi X3, ünvan 4otariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Cavabdeh5 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında ünvan 2 ünvanda yerləşən 65,3 kv. metr sahədən ibarət qeyriyaşayış binasına dair ünvan 4otariat Ofisinin Xüsusi X4 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və ünvan 5 ünvanda yerləşən 215,60 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) ünvan 6riat Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, ünvan 2 ünvanda yerləşən 65,3 kv. metr sahədən ibarət qeyri-yaşayış binası və ünvan 5 ünvanda yerləşən 215,60 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh8 arasında Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanında yerləşən 108,80 kv. metr sahədən ibarət 5 saylı mənzilə dair ünvan 6riat Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və ünvan 7 ünvanda yerləşən 169,2 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (47 saylı mağaza) dair ünvan 6riat Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanında yerləşən 108,80 kv. metr sahədən ibarət 5 saylı mənzilə dair Cavabdeh8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh5 tutulacaq 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin X13 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23, 5 saylı mənzil, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası; ünvan 3ən qeyri yaşayış sahəsi (47 saylı mağaza) və ünvan 19 qeyri-yaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı göstərilən ərizəsinə əsasən Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, ünvan 6riat Ofisinin Xüsusi X5, ünvan 4otariat Ofisinin Xüsusi X4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 05 may 2019-cu il tarixdə 1 il müddətinə Cavabdeh5 qardaşı X18 400.000 ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Tərəflər bu barədə yazılı qeyd imzalamış və bu sənəd iddiaçıda saxlanılmışdır. Tərəflərin razılığına əsasən borc 05 may 2020-ci il tarixdə qaytarılmalı olsa da, bu günə qədər də həmin pul vəsaiti qaytarılmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, X21 27 oktyabr 2020-ci il tarixdə vəfat emişdir. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 aprel 2021-ci il tarixli, **********60 saylı məktubundan görünür ki, X16 adına 23 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil, 03 aprel 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi, 07 may 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23, 5 saylı mənzil, 25 may 2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası, 09 aprel 2021-ci il tarixdə ünvan 3ən qeyri yaşayış sahəsi (47 saylı mağaza) və ünvan 19 qeyri-yaşayış sahəsi (19 saylı mağaza) qeydiyyatdan keçmişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinin 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 27 oktyabr 2020-ci il tarixdə vəfat emiş X16 vərəsəsi qardaşı Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, məhəllə 668, ev 23 ünvanında yerləşən 5 saylı mənzilə və X27 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 30 aprel 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh8 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddiasını əsaslandırmamış, tamamilə əsassız və absurd tələblər irəli sürmüşdür. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf sübut kimi məhkəməyə yalnız “mərhum Rövşən Ərəbov tərəfindən iddiaçıdan 400.000 (dörd yüz min) ABŞ dolları pul alınmasına dair imzalanmış xx.xx.2019-cu il tarixli yazılı qeydi” təqdim etmişdir ki, sözügedən yazılı qeyd heç bir halda mərhum Rövşən Ərəbov tərəfindən iddiaçıdan 400.000 (dörd yüz min) ABŞ dolları pul aldığını təsdiq edə biləcək sübut sayıla bilməz. Hazırkı halda isə tərəflər arasında hər hansı bir müqavilə mövcud deyil. Təqdim olunmuş qəbz müqavilə kimi qiymətləndirlə bilməz. Həmçinin qəbzdəki imzanın da kimə məxsus olduğu bəlli deyil. İddiaçının irəli sürdüyü borc tələbi əsassız olduğundan rədd edilməli və beləliklə də digər tələblər də avtomatik olaraq, əsassız olduğundan rədd edilməlidir. Lakin hər bir halda iddiaçının irəli sürdüyü borc tələbi əsaslı olsaydı belə, onun irəli sürdüyü digər tələblərin hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, əvvəla borcun sadalanan əmlaklar hesabına təmin edilməsi barədə irəli sürülmüş tələb, əgər həmin əmlaklar Cavabdeh5 mülkiyyətində olmuş olsaydı belə, tutulmuş borc tələbinin həmin əmlaklara yönəldilməsi yolverilməzdir. Borcun ödənilməsi barədə tələbin təmin ediləcəyi, daha sonra qüvvəyə minəcəyi təqdirdə, Cavabdeh5 həmin pul tələb edilə bilərdi və əmlaklara yönəlmə pulun qaytarılmayacağı təqdirdə, yalnız icra mərhələsində mümkündür. Ancaq işdəki sübutlarla da müəyyən edilir ki, iddiaçının borc tələbinin yönəldilməsini xahiş etdiyi əmlakların bir qismi Cavabdeh8, qalan hissəsi isə digər şəxslərin mülkiyyətindədir. Hesab edir ki, əldə etdiyi ünvan 8 ünvanındakı 5 saylı mənzili (ünvan 9zil) və ünvan 3ən qeyri yaşayış sahəsini (47 saylı mağazanı) vicdanlı şəkildə əldə etdiyindən, iddiaçı tərəfin irəli sürdüyü borc tələbinin həmin əmlaklara yönəldilməsi barədə tələbi ümumiyyətlə əsasızdır. İddiaçı tərəfin irəli sürdüyü alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində apanlmış qeydlərin ləğv edilməsi barədə tələbi də təmamilə əsassızdır. Hesab edir ki, hazırkı halda iddiaçının qeyd olunan tələbləri irəli sürməsi üçün ümumiyyətlə subyektiv hüququ mövcud deyil. Qeyd etdiyi kimi iddiaçılar qeyd olunan halları, ümumiyyətlə iddialarının əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddialarını əsaslandırmamışlar. Məhkəmə iclasında iddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 vəkili Vəkil2 iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh8 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh7 və Cavabdeh8 vəkilləri Vəkil3 iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər ünvan 6riat Ofisinin Xüsusi X5, ünvan 4otariat Ofisinin Xüsusi X4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehlərin və onların vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, iddiaçı 400.000 ABŞ dolları bir illik borc kimi dostu Rövşənə təhvil verdiyini qeyd etmiş və həmin əlyazma iddiaçı və X21 tərəfindən imza edilməklə təsdiq edilmişdir. Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 1654 saylı məktubundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X13 miras qalmış əmlaklar, 99BP500 dövlət nömrə nişanlı X25 markalı nəqliyyat vasitəsi, 50BB333 dövlət nömrə nişanlı QAZ 31029 markalı nəqliyyat vasitəsi, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, məhəllə 668, ev 23 ünvanda yerləşən 5 saylı mənzil, ünvan 10rləşən qeyri-yaşayış binası, ünvan 11i-yaşayış sahəsi, ünvan 12eyri-yaşayış sahəsindən ibarətdir. Vərəsəsi qardaşı Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, məhəllə 668, ev 23 ünvanda yerləşən 5 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-655 nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 99BP500 dövlət nömrə nişanlı X25 markalı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-656 nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********60 saylı məktubundan görünür ki, X16 adına Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil xx.xx.2017-ci il tarixdə, ünvan 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23, 5 saylı mənzil xx.xx.2019-cu il tarixdə, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X16 adına ünvan 3ən qeyri-yaşayış sahəsi (47 saylı mağaza) xx.xx.2021-ci il tarixdə, ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (19 saylı mağaza) xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X16 adına Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28, 147 saylı mənzilin 1/2 hissəsi xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin 26 saylı DNK-nın 4Ə-61 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirilmişdir. X16 adına ünvan 18, 23 saylı mənzil qeydiyyatdan keçmişdir, lakin 6 saylı DNK-nın 4Ə/3-372 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 adına özgəninkiləşdirilmişdir. X16 adına ünvan 15 ünvanda yerləşən qeyriyaşayış sahəsi 14 saylı DNK-nın 4Ə-603 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin 14 saylı DNKnın 3M-2853 reyestr nömrəli xx.xx.2019-cu il tarixli müqavilənin ləğvinə dair sazişə əsasən sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır. X16 adına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 10rləşən qeyri-yaşayış binası xüsusi mülkiyyəti kimi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 16 ünvanda yerləşən mənzil xüsusi mülkiyyəti kimi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 1/32 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyəti kimi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyəti kimi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh5 tərəfindən ünvan 16 ünvanında yerləşən mənzil Cavabdeh8 satılmışdır. Qeyd olunan müqaviləni Cavabdeh5 əvəzinə Cavabdeh6 imzalamışdır. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh5 tərəfindən ünvan 3ən qeyri-yaşayış sahəsi Cavabdeh8 satılmışdır. Qeyd olunan müqaviləni Cavabdeh5 əvəzinə Cavabdeh6 imzalamışdır. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh5 tərəfindən ünvan 14 ünvanda yerləşən qeyriyaşayış sahəsi Cavabdeh7 satılmışdır. Qeyd olunan müqaviləni Cavabdeh5 əvəzinə Cavabdeh6 imzalamışdır. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh5 tərəfindən ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binası Cavabdeh7 satılmışdır. Qeyd olunan müqaviləni Cavabdeh5 əvəzinə Cavabdeh6 imzalamışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 17 ünvanında yerləşən mənzil xüsusi mülkiyyəti kimi Cavabdeh8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 18 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyəti kimi Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 10rləşən qeyri-yaşayış binası xüsusi mülkiyyəti kimi Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/908 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-cı vərəqində olan xx.xx.2019-cu il tarixli qəbzdəki “400.000 $ ABŞ (dörd yüz min) Bir illik borc kimi Təhvil verdim dostun Rövşənə xx.xx.2019” tarix əlyazyazıları və həmin qəbzdə 3-cü sətirdə olan imza - HACİYEV NOFƏL ƏHMƏD oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan xx.xx.2019-cu il tarixli qəbzdə “xx.xx.2019” tarix göstəricisindən əvvəl yerləşən imza (7-ci sətirdə), 73-cü vərəqində və 3M-2853 nömrəli notariat işinin 3-cü vərəqində olan 22 noyabr 2019-cu il tarixli Müqavilənin ləğvinə dair sazişdə “Əрəбов Р” əlyazması qarşısındakı imzalar, 74-cü vərəqində olan xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə dair xx.xx.2015-ci il tarixli razılaşmada “İcarəyəverən” qrafasında olan imza - EYNİ ŞƏXS - ƏRƏBOV RÖVŞƏN KAZİM oğlu tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin hallarından görünür ki, iddiaçı və X21 arasında borc barədə razılıq əldə olunmuş, iddiaçı xx.xx.2019-cu il tarixdə X18 400.000 ABŞ dolları bir illik borc kimi vermiş və borcun mövcud olmasına dair yazılı sənəd (əlyazma) tərtib edərək imzaları ilə təsdiq etmişlər. Bununla da iddiaçı və X21 arasında borc münasibətləri yaranmışdır. X10 üzərinə düşən öhdəliyi icra etməmiş, borcunu qaytarmamış və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X13 miras qalmış əmlaklar cavabdeh olan qardaşı Cavabdeh5 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı, Cavabdeh5 X16 hüquqi varisi olduğundan Cavabdeh5 onun qarşısında cavabdehlik daşıması qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı X18 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədə (əlyazma) istinad edir. Hansı ki, borcun mövcud olması ilə bağlı yazılı sənəddə “xx.xx.2019” tarix göstəricisindən əvvəl yerləşən imzanın X21 tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/908 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur. Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Qanunvericiliyin də tələblərindən görünür ki, borc sənədi iddiaçıda olduğundan və Cavabdeh5 bu sənəddə qeyd edilən pul məbləğinin məhz mərhum qardaşına məxsus olmasına və ya bu vəsaitin iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim edə bilmədiyindən həmin vəsait iddiaçıya geri qaytarılmalıdır. Digər tərəfdən xx.xx.2019-cu il tarixli əlyazmada “bir illik borc kimi” ifadəsini sonradan yazılma səbəbi ilə qəbul etməsək belə, həmin vəsaitin mərhum Rövşən Ərəbova verilməsi faktı danılmazdır. Əgər həmin vəsait borc kimi deyil, başqa əsaslarla Rövşən Ərəbova verilmişdirsə və bu vəsait məhz Rövşən Ərəbova məxsus olmuşdursa (başqa sözlərlə pul vəsaiti Rövşən Ərəbovun olmuş və iddiaçı bu vəsaiti sadəcə olaraq ona geri qaytarmışdırsa) bu halları sübut etmək vəzifəsini Cavabdeh5 daşıyır. Əksi sübut edilməyənə qədər tərəflər arasındakı münasibətləri borc kimi qəbul etməsək belə (Rövşən Ərəbov vəfat etdiyindən və cavabdeh tərəf iddiaçı ilə mərhum qardaşı arasında olan münasibətlərə heç bir aydınlıq gətirməyərək, hər hansı bir sübut təqdim etmədiyindən iddiaçı ilə Rövşən Ərəbov arasında mövcud olmuş münasibətlər yalnız iddia tərəfinin təqdim etdiyi sübutlar və izahatlar əsasında müəyyənləşdirilmişdir) mərhum Rövşən Ərəbov İddiaçı 400.000 ABŞ dollarını aldığı üçün iddiaçının hesabına əsassız olaraq varlanmış hesab edilir. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiqatı zamanı X16 iddiaçıya olan 400.000 ABŞ dolları məbləğində borcu iş materialları ilə təsdiq olunduğundan həmin məbləğ Cavabdeh5 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissələrinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Həmin qərarda qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub- olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. «X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında bağlanmış 18 iyul 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və 20 iyul 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilələrinə münasibətdə məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. İş materiallarından görünür ki, iddiaçı, borcun X13 miras qalmış əmlak hesabına tutulması tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra göstərilən əmlaklar 18 və 20 iyul tarixlərdə Cavabdeh6 tərəfindən anası Cavabdeh7 satılmaqla özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh6 etibarnamə əsasında mübahisəli əmlakları qısa vaxt müddətində, yəni iddia ərizəsinin verildiyi tarixdən 13-15 gün sonra məhz anası - Cavabdeh7 satması, gələcəkdə iddiaçının tələbi üzrə borcun həmin əmlaklar hesabına tutulmasının baş verməməsinə yönəlmiş davranış kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, Cavabdeh6 2022-ci ildə ona verilmiş etibarnamədən sui-istifadə edərək Cavabdeh5 adından mübahisəli əmlakları 13-15 gün ərzində anasına satmış, bununla da gələcəkdə vərəsəlik və s. qaydada həmin əmlaklara sahib olmaq niyyətində olmaqla özü barəsində əqd bağlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh5 ilə Cavabdeh7 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilələrinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan sübutlardan görünür ki, cavabdehlər Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh8 arasında 2022-ci ildə bağlanmış alqı-satqı müqavilələri notariat qaydasında təsdiqlənmiş, həmin vaxtı satılan əmlaklar üzərində Cavabdeh8 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanrn şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). «X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətciyə nisbətdə daha üstün hüquqi movqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mulkiyyət hüquqlarının dovlət mudafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər uzrə muxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mulkiyyətciyə nisbətdə onun daha üstün hüquqi movqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mubahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu muəyyən edildiyi halda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə muəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. İşdən görünür ki, yuxarıda qeyd edilmiş alqı-satqı müqavilələri üzrə alıcı (Cavabdeh8) əmlakları əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna gorə də hazırki işin hallarından, mülki qanunvericiliyin vicdanlı alıcı ilə bağlı normalarından çıxış edərək məhkəmə hesab edir ki, alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh8 vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan əmlakların əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı muqavilələri etibarsız hesab edilə bilməz və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilə bilməz. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarında da mübahisəli əmlakları əldə etmiş şəxsin müvafiq əqdlər bağlanan zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Alqı-satqı müqavilələri bağlanan zamanı satıcının (Cavabdeh5) əmlaklar üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş və reyestrdə hər hansı yüklülük halı qeydə alınmamışdır. Göründüyü kimi, iddia tələbi Cavabdeh8 aid hissədə əsaslı sayıla bilməz və iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin 400.000 ABŞ dolları məbləğində pul vəsaitinin X13 miras qalmış əmlakı hesabına təmin edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 1654 saylı məktubundan göründüyü kimi xx.xx.2020-ci ildə vəfat etmiş X13 miras qalmış əmlaklardan vərəsəsi Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, məhəllə 668, ev 23 ünvanda yerləşən 5 saylı mənzilə dair xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-655 nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 99BP500 dövlət nömrə nişanlı X25 markalı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə reyestrdə 2V-656 nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi Cavabdeh5 mübahisəli əmlaklardan yalnız Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, məhəllə 668, ev 23 ünvanında yerləşən 5 saylı mənzilə dair vərəsəlik hüququ haqqnda şəhadətnamə aldığından, digər miras əmlaklar vərəsələr tərəfindən qəbul edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı olan kreditor, borclu X16 öhdəliklərinin icrasının ondan miras qalmış əmlaklar hesabına təmin edilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, 400.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh8 satılmış əmlaklar istisna olmaqla, X13 miras qalmış digər əmlaklar hesabına təmin edilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh5 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaiti (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı ödənilməli, Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında ünvan 2 ünvanda yerləşən 65,3 kv. metr sahədən ibarət qeyriyaşayış binasına dair ünvan 4otariat Ofisinin Xüsusi X4 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və ünvan 5 ünvanda yerləşən 215,60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) ünvan 6riat Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 2 ünvanda yerləşən 65,3 kv.metr sahədən ibarət qeyri-yaşayış binası və ünvan 5 ünvanda yerləşən 215,60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməli, Cavabdeh5 tutulacaq 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaiti X13 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi; ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 19 ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilməli, qeyd olunan əmlakların hər-hansı birinin və ya bir neçəsinin satışından əldə edilmiş vəsait bu qətnamə ilə müəyyən edilmiş məbləğin ödənilməsinə kifayət etdikdə qalan əmlaklara tələb yönəldilməməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh5 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaiti (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı ödənilsin. Cavabdeh5 ilə (onun adından etibarnamə əsasında Cavabdeh6 imzaladığı) Cavabdeh7 arasında ünvan 2 ünvanda yerləşən 65,3 kv. metr sahədən ibarət qeyriyaşayış binasına dair ünvan 4otariat Ofisinin Xüsusi X4 tərəfindən təsdiq edilmiş 18 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və ünvan 5 ünvanda yerləşən 215,60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair (19 saylı mağaza) ünvan 6riat Ofisinin Xüsusi X5 tərəfindən təsdiq edilmiş 20 iyul 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 2 ünvanda yerləşən 65,3 kv.metr sahədən ibarət qeyri-yaşayış binası və ünvan 5 ünvanda yerləşən 215,60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə dair Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilsin. Cavabdeh5 tutulacaq 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul vəsaiti X13 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 65a, 1a saylı mənzil; ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi; ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 19 ümumi sahəsi 215.6 kv.m olan qeyri-yaşayış sahəsi (19 saylı mağaza) hesabına təmin edilsin. Qeyd olunan əmlakların hər-hansı birinin və ya bir neçəsinin satışından əldə edilmiş vəsait bu qətnamə ilə müəyyən edilmiş məbləğin ödənilməsinə kifayət etdikdə qalan əmlaklara tələb yönəldilməsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar