Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3589/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X10rşı «əmlakın özgəsinin qanunsuz sahibliyindən tələb edilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh X10rşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən tələb edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 MUHP2RU/A, İntel® Core™ i5, 256 GB, space grey parametrli, MacBook X20: model noutbukun alınaraq "xxxx" MMC-yə geri verilməsi, vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 200,0 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X8 iddiaçı "xxxx" MMC-də direktor müavini vəzifəsində işləmişdir. "xxxx" MMC-nin direktorunun 07.04.2021-ci il tarixli, KÇ 58 nömrəli "Əmək müqaviləsinə xitam verilməsi barədə" əmrinə əsasən X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə - işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə işdən azad edilmişdir. Əmək fəaliyyəti dövründə əmək funksiyasının icrası üçün X3 istifadəsinə "Macbook" markalı noutbuk verilmişdir. Cavabdeh X8 07.04.2021-ci ildə əmək kitabçasını alıb və son haqq hesab hesabatı barədə məlumat əldə edib, işçilərlə görüşüb saat 15:28-də iş yerini tərk edərkən öz əşyaları ilə birgə "xxxx" MMC-yə məxsus "Macbook" markalı noutbuku da aparmışdır. Həmin fakt şirkətin kamera görüntülərində əks olunmuşdur. Şirkətə məxsus noutbuk MUHP2RU/A, İntel® Core™ i5, 256 GB, space grey parametrli, MacBook X19 modelidir. Sözügedən noutbuk şirkətin 01.05.2020 tarixdə elan etdiyi kotirovka sorğusu ilə "xxxx" MMC-dən satınalınma əsasında alınmişdir. Tərəflər arasında bağlanmış 06.05.2021-ci il tarixli, 342 nömrəli illik müqavilə və müqaviləyə 1 nömrəli əlavə və iş materiallarına əlavə olunmuş elektron qaimə və digər sənədlərdən görünür ki, MacBook X19 modeli noutbuka görə şirkət "xxxx" MMC-yə 3290,01 manat (ədv daxil olmaqla) ödəniş etmişdir. Beləliklə hesab edirlər ki, iddiaçıya məxsus olan avadanlıq cavabdehdən alınaraq iddiaçıya geri verilməlidir. Bununla yanaşı vəkilin iddiaçıya göstərdiyi hüquqi yardıma görə xərclər də cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı MMC iddia ərizəsinin məzmununun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X2 MUHP2RU/A, İntel® Core™ İ5, 256 GB, space grey parametrli, MacBook X19 model noutbukun alınaraq İddiaçı MMC-yə geri verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinin 4-cü abzasında göstərilmişdir ki, “Cavabdeh X8 07.04.2021-ci ildə əmək kitabçasını alıb və son haqq hesab hesabatı barədə məlumat əldə edib, işçilərlə görüşüb saat 15:28-də iş yerini tərk edərkən öz əşyaları ilə birgə İddiaçı MMC-yə məxsus “Macbook” markalı noutbuku da aparmışdır.” İddia ərizəsinin məzmunu ilə bağlı aşağıdakı formada dəqiqləşdirmə verərək bildirirlər ki, X1 07.04.2021-ci il saat 09:37-də iş yerinə mübahisələndirilən noutbukla gəlir, saat 10:40 radələrində iş yerini tərk edərkən (birinci dəfə) özü ilə həmin noutbuku aparır. Daha sonra həmin gün yenidən iş yerinə qayıtdıqda (ikinci dəfə) özü ilə noutbuku gətirmir. Əmək kitabçasını alıb və son haqq hesab barədə məlumat əldə edib, işçilərlə görüşdükdən sonra, saat 15:28-də iş yerini tərk etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin məzmunu ilə bağlı aşağıda göstərilən dəqiqləşdirmənin nəzərə alılnmasını xahiş etmişdir: “X1 07.04.2021-ci il saat Q9:37-də iş yerinə mübahisələndirilən noutbukla gəlir, saat 10:40 radələrində iş yerini tərk edərkən (birinci dəfə) özü ilə həmin noutbuku aparır. Daha sonra həmin gün yenidən iş yerinə qayıtdıqda (ikinci dəfə) özü ilə noutbuku gətirmir. Əmək kitabçasını alıb və son haqq hesab barədə məlumat əldə edib, işçilərlə görüşdükdən sonra, saat 15:28-də iş yerini tərk etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq xüsusi qərardad çıxarılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Belə ki, əmək fəaliyyəti dövründə əmək funksiyasının icrası üçün X3 istifadəsinə “Macbook” markalı noutbuk verilmişdir. X8 işdən azad edildiyi gün iş yerini tərk edərkən öz əşyaları ilə birgə İddiaçı MMC-yə məxsus “Macbook” markalı noutbuku da aparmışdır. Həmin fakt şirkətin kamera görüntülərində əks olunmuşdur. Sözügedən noutbuk İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 06.05.2021-ci il tarixli, 342 nömrəli illik müqaviləyə əsasən alınmışdır. Məhkəmə prosesi zamanı cavabdeh tərəf həmin noutbukun X5 təhvil verilmədiyi və onun tərəfindən aparılmadığını göstərmişdir. Lakin iş materiallarında olan sənədlər bunun əksini göstərdiyindən hesab edirlər ki, AR Cinayət Məcəlləsinin 23-cü fəslində göstərilmiş mülkiyyət əleyhinə cinayətlərin tərkib əlamətləri mövcuddur. Hal-hazırda qeyd olunan tarixdən MUHP2RU/A, İntel® Core™ i5, 256 GB, space grey parametrli, MacBook X19 model noutbuk şirkətin ofisindən götürülmüşdür. Belə olan halda bu və ya digər şəxs tərəfindən özgənin əmlakını talandığından cinayət təqibi qaydasında araşdırılması və məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh X17 İddiaçı MMC-də işləyərkən ona notbuk və ya kompüterin verilməsinə dair təhvil-təslim aktı tərtib edilməmişdir. Halbuki bu akt Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən ciddi uçot blankı olmaqla İddiaçı MMC kimi böyük şirkətlərdə mütləq tərtib olunmalı olan sənəddir. X17 özünə məxsus notbukunu iş yerinə aparmış və həmin notbuk vasitəsilə öz işlərini görmüşdür. İddiaçının təqdim etdiyi videogörüntülərdə də X13 konkret olaraq əlində hansı markalı notbukla tərk etdiyi görünmür. Həmin görüntülərdə Tüfehçi Salihin sadəcə olaraq əlində çanta ilə iş otağını tərk etməsi əks olunur. Həmin çantada isə cavabdehin özünəməxsus notbuku olmuşdur. Şahidlər də iddiaçının istinad etdiyi faktları təsdiq edə bilməmişlər. Həmçinin həmin şahidlərin İddiaçı MMC-nin işçiləri olduğu üçün qərəzli izahat verəcəkləri bəllidir. Bu səbəbdən həmin şahidlərin ifadələrinin nəzərə alınmamasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. 285 nömrəli, 06.05.2020-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 3290.01 manat ödənilmişdir. Tərəflər arasında bağlanmış 06.05.2021-ci il tarixli, 342 nömrəli illik müqavilədən görünür ki, Müqavilənin şərtlərinə əsasən “Satıcı" reselleri olduğu “Apple İnc."-nin istehsal etdiyi malları “Alıcı”nın sifarişinə əsasən ona təqdim etməyi və zəmanət müddəti ərzində onun xidmətini həyata keçirməyi, “Alıcı" isə sifariş etdiyi malların pulunu öncədən tam olaraq “Satıcı”ya ödəməyi və gecikməyə yol vermədən qebul etməyi öhdəsinə götürmüşdür. 607574 nömrəli, 07.05.2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən “MUHP2RU/A – 13-inch MacBook X19, 1.4 GHz quad-core 8th-gen İntel Core i5, 256 GB, space grey” markalı notbuk "xxxx" MMC-dən 3290.01 manata alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə KÇ 58 saylı, 07.04.2021-ci il tarixli əmrdən görünür ki, İddiaçındə Direktor müavini vəzifəsində işləyən X9 ilə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə 07 Aprel 2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahat verərək bildirmişdir ki, o, İddiaçı MMC-də texniki işlər üzrə administrator vəzifəsində işləyir. X18 işə götürüldükdən sonra müdir ona notbuk verilməsi üçün göstəriş vermişdir. O da göstərişə əsasən notbuklardan birini Tüfekçi Salihə vermişdir. Həmin vaxt onunla təhvil-təslimə dair hər hansı aktın tərtib edilməsinə göstəriş verilməmişdir. Tüfekçi Salih işə öz notbukunu da gətirmişdir. İşdən çıxdığı zaman Tüfekçi Salih bütün işçilərlə sağollaşmışdır. Həmin vaxt onun əlində çanta olmuşdur. Həmin çantanın içərisində isə sənədlər və ya notbuk ola bilərdi. O, Tüfekçi Salihin ona verilən notbuku özü ilə aparmasının birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, o, İddiaçı MMC-də satınalma departamentində bölmə rəhbəri vəzifəsində işləyir. X18 işə götürüldükdən sonra müdir ona onun üçün notbuk sifariş verməsini istəmişdir. O da "xxxx" MMC-dən qiyməti 3290.01 manat olan “Macbook” markalı noutbuku sifariş vermişdir. Sifariş onlara çatdırıldıqdan sonra həmin notbuk Tüfekçi Salihə təhvil verilmişdir. Tüfekçi Salihin işdən çıxdığı zaman həmin notbuku özü ilə aparmasının birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, o, İddiaçı MMC-də inzibati şöbənin mühafizəçisi vəzifəsində işləyir. 07.04.2021-ci il tarixdə, saat 09:30 radələrində X18 işə əlində çanta ilə gəlmiş, ikinci dəfə işə gələrkən çantasız olmuşdur. Çıxdığını isə yalnız onun ikinci dəfə işə gəldiyindən sonra görmüşdür. Belə ki, ikinci dəfə işdən çıxdıqda onun əlində çanta olmamışdır. Tüfekçi Salihin binanı yox, kamera ilə əhatə olunan ərazini tərk etməsinin şahidi olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Göründüyü kimi hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, qaytarılması tələb olunan əmlak mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. "Macbook" markalı noutbuk barədə tələb üzrə mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyanın qanunsuz olaraq iddiaçıdan götürülüb-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlakdan məhrum olmuş və həmin əmlak məhz cavabdehin faktiki sahibliyindədir. İddiaçı öz tələbini sübut etmək üçün bir video yazı təqdim etmişdir. Məhkəmə baxışı zamanı baxılmış video yazıda iddiaçının iş yerini (mərtəbəni) tərk edərkən əlində çantası olduğu aydın olsa da, həmin çantanın içində nə olduğunu, onun həmin çanta ilə binanı tərk etdiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə bu video mübahisələndirilən noutbukun iddiaçıdan alındığını və cavabdehdə olduğunu sübut etmir. Məhkəmə şahidlərin ifadələrində də notbukun cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən heç bir xüsusat yoxdur. Həmçinin şahidlərin iddiaçı-təşkilatın işçiləri olmaları onların tərəfsizliyini şübhə altına alır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iddianın əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəlir. Məhkəmə, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmış, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Məhkəmə iddiaçının baş vermiş hadisə üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddiaçının tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh X10rşı «əmlakın özgəsinin qanunsuz sahibliyindən tələb edilməsi»nə dair iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3589/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3589/2021
31.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver