Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3645/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İdiris oğlundan əmlakların dəyərinə görə 741.000 (yeddi yüz qırx bir min) manat pul vəsaiti və 100.000 (yüz min) manat dəymiş ziyanın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmlakların dəyərinə görə Cavabdeh1 98.000 (doxsan səkkiz min) manat, Cavabdeh2 İdiris oğlundan 643.000 (altı yüz qırx üç min) manat, hər iki cavabdehdən ümumilikdə 100.000 (yüz min) manat dəymiş ziyanın, dövlət rüsumu kimi ödənilmiş 1.131 (min yüz otuz bir) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsi ilə Cavabdeh1 ilə Cavabdeh2 İdiris oğlu arasında Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və X9 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Həmin iş üzrə qətnamə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)-2121/2017 saylı qərarı ilə qüvvədə saxlanılmış və bununla bağlı müvafiq icra vərəqəsi verilmişdir. Binəqədi rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. Binəqədi rayon İcra Şöbəsində icra icraatına başlanmış və müvafiq icra tədbirləri yerinə yetirilmişdir. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli xx/xx-5312-3 saylı məktubu ilə Binəqədi rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsinin icra olunması DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən tələb olunmuşdur. Lakin, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində məlum olmuşdur ki, cavabdehlər tərəfindən 4 əmlakın hamısı iddiaçıya geri qaytarılmamaqdan ötrü Bank qarşısında girova qoyulmuşdur. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə məhkəmə qərarının icrasının mümkün olmadığı və Bankın razılığı olduğu təqdirdə əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunmasının mümkünlüyü izah olunmuşdur. Bundan sonra mənz bu səbəbdən Bank VTB Azərbaycana qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-561/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3970/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-561/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmış və iddiaçının ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi, onun əmlaklarına dair qanuni qüvvəsini almış qətnamə olmasına baxmayaraq mülkiyyət hüququnu cavabdehlər tərəfindən məhdudiyyətlər yaradıldığından bərpa etmək mümkün olmamışdır. Hazırda həmin əmlaklara dair mülkiyyət hüququnu bərpa etmək mümkün olmadığından və cavabdehlər tərəfindən həmin əmlaklar məhkəmə qərarı ilə ona geri qaytarılması icra edilmədiyindən həmin əmlaklarının dəyərinin ona ödənilməsini tələb etmək məcburiyyətindədir. Belə ki, yuxarıda adları qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin dəyəri 126.700 manat, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin dəyəri 340.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri 176.500 manat, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin ümumi dəyəri 98.300 manat təşkil etdiyindən həmin pul vəsaitinin ona ödənilməsini xahiş edir. Ümumilikdə, mülkiyyət hüququnun məhdudlaşdırılan əmlakların dəyəri 741.500 manat təşkil edir. Cavabdehlərə həmin pul vəsaitinin geri qaytarılması barədə pretenziya məktubunu xx.xx.2022-ci il tarixdə göndərməyinə baxmayaraq cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı 2015-ci ildən cavabdehlərə görə məhkəmələrdədir. 7 ildir ki, o, öz hüquqularını bərpa edə bilmir. İndi isə tam çıxlmaz vəziyyətlə üzləşmişdir. Bu illər ərzində o, mənəvi sarsıntılar keçirmişdir. İllər ərzində psixoloji durumunu pis vəziyyətə salıblar. Bir məhkəməni bitirib qalib olandan sonra yeni məhkəməyə başlamaq məcburiyyətində idi. Bunlar hamısı ona ciddi zərbələr vurmuşdur. Bu səbəbdən ona hüquqularını pozmuş şəxslərdən 100.000 manat ziyan ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli, 2(001)-1192/2016 saylı qətnaməsinə əsasən, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs ünvan 3toruna qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilk iddia üzrə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə baxılaraq, ilk iddianın təmin edilməsi, ünvan 3torunda 18 mart 2015-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin; ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213.98 kv.m, yaşayış sahəsi 101.07 kv.m, yardımçı sahəsi 112.91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli yaşayış evinin; Bakı şəhəri 12 saylı Dövlət Notariat X1 ilə Cavabdeh1 arasında 29 mart 2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0.023 ha torpaq sahəsində yerləşən 77.34 kv.m-dən ibarət 1 otaqlı yaşayış evinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 və X2 İddiaçı qarşı “fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2121/17 saylı, 03 may 2017-ci il tarixli Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə 28 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016cı il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli, 2(001)-1192/2016 saylı qətnaməsi icra edilməsi üçün icra şöbəsində göndərilmişdir. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların X5 Daşınmaz əmlakın Dövlət Reyestrindən verilən MA seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsilə 190 nömrəli reyestr kitabının 17485 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların X5 Daşınmaz əmlakın Dövlət Reyestrindən verilən MA seriyalı, 00227488 №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsi, ev 4/30 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 11945 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, X10 küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1549 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakoviski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2358 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlanan məktubdan görünür ki, ilk iddianın təmin edilməsi, ünvan 3torunda 18 mart 2015-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin; ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213.98 kv.m, yaşayış sahəsi 101.07 kv.m, yardımçı sahəsi 112.91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli yaşayış evinin; Bakı şəhəri 12 saylı Dövlət Notariat X1 ilə Cavabdeh1 arasında 29 mart 2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0.023 ha torpaq sahəsində yerləşən 77.34 kv.m-dən ibarət 1 otaqlı yaşayış evinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən əmlaklar Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 139431-1-13256 saylı Baş Kredit Razılaşması ilə ipoteka ilə yüklü edilmişdir. Müvafiq bank tərəfindən icra vərəqəsinə münasibət bildirildikdən sonra icra vərəqəsinin icrası məsələsinə yenidən baxıla bilər. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların X5 Daşınmaz əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsilə 190 nömrəli reyestr kitabının 17485 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların X5 Daşınmaz əmlakın Dövlət Reyestrindən verilən ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsi, ev 4/30 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsilə 131 nömrəli reyestr kitabının 11945 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların X5 Daşınmaz əmlakın Dövlət Reyestrindən verilən ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsilə 24 nömrəli reyestr kitabının 2358 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların X5 Daşınmaz əmlakın Dövlət Reyestrindən verilən ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsi, ev 4 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsilə 14 nömrəli reyestr kitabının 1549 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3970/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, hazırki iş üzrə İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia qaldırmış, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-561/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)- 3970/2021 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 561/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmış və iddiaçının ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan “X8 Mərkəzi” tərəfindən iddiaçıya ünvanlanmış 05 iyul 2022ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində yerləşən, 213,98 kv.m ümumi sahədən ibarət 0.12 ha sahəsi olan 48 saylı fərdi yaşayış evinin bazar dəyəri 340.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində yerləşən, 57.3 kv.m ümumi sahədən ibarət 0.03933 ha sahəsi olan 4 saylı fərdi yaşayış evinin bazar dəyəri 126.700 manat; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində yerləşən, 77.34 kv.m ümumi sahədən ibarət 0.023 hs sahəsi olan 4/30 saylı fərdi yaşayış evinin bazar dəyəri 98.300 manat və ünvan 4 ünvanında yerləşən 59.5 kv.mdən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 176.500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, mübahisəli əmlaklara dair mülkiyyət hüququnu bərpa etmək mümkün olmadığından və tərəflərindən həmin əmlaklar məhkəmə qərarı ilə ona geri qaytarılması icra edilmədiyindən həmin əmlakların dəyərinin oan ödənilməsini tələb etmiş, ödənilmədiyi halda hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyi barədə tərəfləri xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən, hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-cü maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisəli əmlaklar - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi; ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi; Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuşdur. Sonradan həmin əmlaklar alqı-satqı müqavlələri əsasında cavabdehlərin mülkiyyətinə keçmiş və Bank tərəfindən əmlaklar üzərində girov müəyyən edilmişdir. Məhkəmə qərarları əsasında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi məsələsi həll olunsa da, əmlaklar girovda olduğundan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə məhkəmə qərarları icra edilə bilməmişdir. Hazırda İddiaçı mübahisəli əmlakların dəyəri olan 741.000 manat pulun və ona dəymiş 100.000 manat mənəvi ziyanın, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 1131 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə ödənilməsi tələb edir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçıya məxsus əmlaklara dair qanuni qüvvəsini almış məhkəməmə qətnamələrinin olmasına baxmayaraq, cavabdehlər qətnamələrinin icrasına məhdudiyyətlər yaratmış, ona görə də iddiaçının mülkiyyət hüququ bərpa olunmamış, əmlaklar naturada ona qaytarılmamış, o, mülkiyyət hüququndan məhrum edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, qanunsuz olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan, əslində isə iddiaçıya məxsus əmlakların ümumi dəyəri 643.200 manat, Cavabdeh1 mülkiyyətində olan, əslində isə iddiaçıya məxsus əmlakın dəyəri 98.300 manat təşkil edir. İddiaçıya məxsus əmlakların dəyəri “X8 Mərkəzi” tərəfindən qiymətləndirilmiş və ümumi 741000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının onun əmlakların dəyərinin tutulması tələbi əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddianın iddia ərizəsinin qaldırılması üçün 1.131 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona hər hansı məbləğdə mənəvi ziyanın dəyməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia tələbi qismən təmin edilməli, əmlakların dəyərinə görə Cavabdeh2 643.000 manat, Cavabdeh1 98.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 1.131 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Əmlakların dəyərinə görə Cavabdeh1 98.000 (doxsan səkkiz min) manat, Cavabdeh2 İdiris oğlundan 643.000 (altı yüz qırx üç min) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 1.131 (min yüz otuz bir) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3645/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3645/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver