Məhkəmə qərarları › İş №e-2(006)-3666/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3666/2025

05.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3666/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/3-1-637/2025 saylı əmrilin ləğv edilməsi və onun işə bərpa edilməsi, işdən azad olunduğun müddətdən işə bərpa edildiyi dövrə qədər orta aylıq əmək haqqının ödənilməsi, məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi, 50 000 manat mənəvi zərərin ödənilməsi, birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02 oktyabr 2008-ci il tarixli 686-İİİQsaylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əmək şərairinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya tələblərinə uyğun olaraq əmək şəraitinin yaradılmasını öhdəliyinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya uyğun əmək şaraiti yadılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2019-cu il tarixdə ləğvetmə prasesində olan Cavabdeh2 ASC-də əvəzçilik üzrə aparıcı mütəxəsis qəbul olunmuşdur. 26 iyun 2023-cü il tarixdə ağır amulyasiya məruz qaldı və nəticədə sağ qıcının dizdən aşağı hissəsini itirməklə 2-ci qurup əllilik dərəcəsi aldı. Uzun sürən xəstəlikdən sonra ləğvetmə prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Azərbayan Respublikası Əmanətlərin Sığortalanması Fondu ona evdən işləməyinə şərait yaratmışdır. Göstərilən hal “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 26–ci maddəsinin tələbinə tam uyğundur. Həmin maddədə qeyd edilir ki, dövlət əlilliyi olan şəxslərin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımi şərait yaradır, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirir, ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verir. 9 yanvar 2025-ci ildə ona Fondun insan resurslarının əməkdaşı zəng etdi və soruşdu ki, rəhbərliyin göstərişi ilə pensiyaçılar barədə məlumat toplanılır ona görə də nə qədər pensiya almağı barədə sual vergi. O da qeyd etdi ki, az yəni 606.00 manat pensiya alır. xx.xx.2025-ci il tarixdə Fondun maliyyə departamentinin direktoru Vüqar Aslanzadə ona zəng edib bildirdi ki Fondun rəhbərliyi göstərişi ilə pensiya alan şəxs tədicən işdən azad ediləcəkdir. Onun işdən azad edilməyi barədə insan resusları şöbəsindən məktub daxil olub. O qeyd etdi ki, nə ləğvetmə prasesində olan banklar ,nə də Fond pensiya yaşına çatan şəxslər işdən azad edilə bilməz ona görə ki, həmin şəxslər dövlət büdcəsindən maliyələşmir. Yalnız Əmək Məcəlləsinin 10- 1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi müəyyən edilmişdir. Onu pensiyaçı kimi işdən azad edilməsi münkün olan hal olmadığını başa düşən rəhbərlik fikrini dəyişərək ixtisarla azad olumağı barədə göstəriş vermiş və barədə ona X5 və koperativ hüquq şöbəsinin baş mütəxəsisi Püstəxanım Əzizbəyova məlumat vermişdir. O iddiaçıya xx.xx.2025-ci il tarixdə səsli whatsapp yollamış., səsli whatsapp qeyd etmişdir ki, icraçı direktor tərəfindən ixtisara salınmışdır, həmçinn qeyd etdi ki, sonra gəlib imzalayarsan. O xx.xx.2025-ci il tarixinə kimi ixtisar bildirişinin almadığı üçün fondun emaili vasitəsi maliyyə departamentinin müdiri Vüqar Aslanzadə və X5 rəisi X8 Məcəllısi istisna olmaqla digər normativ aktları email vasitəsi geniş izahat əlavə etməklə gönərdi. Həmin gün Püstəxanım Əzizbəyova ona zəng etdi və qeyd etdi ki müraciəti araşdırmışlar, göstərilən yalnız halları əsas iş tələb edə bilər və Fonda əvəzçiliklə işlədiyi üçün göstərən halın Fonda adiyyəti yoxdur. Əmək Məcələsindən əsas işçinin əvəzçiliklə işləyən işçilərdən üstün hüquqa malik olması nəzərdə tutulmuşdır. Əlavə olaraq qeyd etdi ki, ixisara razı olsa orta aylıq əmək haqqının 1.4 misli səviyyəsində kompensasiya alacaq. Püstəxanım Əzizbəyova onu işdən azad etməyə razılaşmağa çallışırdı ki, o işdən azad olmağa razılaşsın. Bu halı bir neçə dəfə göndərdiyi emaildə də qeyd etmişdir. Məqsədi onu ixtisara razılaşdırmaq idi. 11 fevral 2025-ci il tarixli 12-5/3- 1218/2025 saylı ixtisar bildirişinə əlavə edilmiş X1 Dövriyyəsindən görünür kİ, bildirişi elektron sisteminə Püstəxanım Əzibəyova yükləmişdir. Razılaşdırmaq üçün Lamiyə Nəbiyeva və hüquqşünast Mirzəhra Miriyeva göndərmiş hər iki şəxs imzalamadan imtina etmişlər. Əzizbəyova yeni versiya sənəd idxal etdikdə sonra hər iki şəxs sənədi imzalamışlar. O hər gün Fondun elektron sayıt ilə əlaqəli olmuşdur. Lamiyə Nəbiyeva hər gün işdə olmayan rəhbər şəxslər barədə məlumat verir və həmin şəxsin səlahiyyətinin kim tərəfindən icra edilməsi bardə ətraflə məlumat veririr. Həminin tarixdə maliyyə departamentinin direktoru Vüqar Aslanzadənin işdə olmaması barədə Lamiyə Nəbiyevadan heç bir məlumat daxil olmamışdır. Lakin onun ixtisar bildirişini Vüqar Aslanzadə deyil onun müavini Aygün Balayeva imzalamışdır. Püxtəxanım Əzibəyova üzun müddətdir ki, X5 əməkdaşıdır. Onunun ixtisar bildirişini səhv tərtib etməsi həqiqətə uygun deyil. Rəhbəliklə əlaqədar olan şəxs Lamiyə Nəbiyevə və Mirzəhra Miriyevadır. İxisar bldirişində göstərilən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli məbləğini bir dəfəyə ödəməklə Sizin əmək müqavilənizə xitam verilə bilər. Püstəxanım Əzibəyovanın ona göndərdiyi bütün emaillərdə və eləcədə telefon danışıgında qeyd etmişdir. Məqsəd onu pulla aldatmaq və onu şikayət vermək hüququndan könüllü imtina etməyinə şərait yaratmaq olmuşdur. Həmçinin bildiriş elektron surətdə 57 dəqiqəyə yekunlaşdırmışdır. X3 nə Əmanətlərin Sığortalanması Fonduna nə nə də ləğvetmə prasesində olan Cavabdeh2 ASC-nin əməkdaşıdır. Onu yaxşı tanıyan Əmanətlərin Sığortalanması Fondunda və ləğvetmə prasesində olan Cavabdeh2 ASC-də istəlinən qədər hüquqşünastlar olduğu halda nə üçün həmin şəxslərdən biri ilə razılaşdırılmamışlar. 19 may 2020-ci il tarixli 114-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunla Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinin sonuncu abzas əlavə edilmişdir. Əlavəyə görə əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Maddənin 2-ci bəndinə əsasən qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Maddənin 3-cü bəndinə əsasən əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrıseçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. O, xx.xx.2025-ci il tarixli izahatına rəsmi cavab olmadığı üçün həmin izahatı Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin "Əmək və məşğulluq" altsistemi vasitəsi ilə yolladı. Lakin hal-hazıra kimi oxunmamışdır. O, xx.xx.2023-cü il tarixdə əlavə sübuları emal vasitəsi ilə Vüqar Aslanzadə və Lamiyə göndərdi. Lakin isifadə etdiyi məzuniyyət əmri istisna olmaqla digər tələblər barədə heç bir məlumat verilməmişdir. İşdən azad olmağını münkün hal olmadıgını başa düşən işəgöterən həmin gün 6 fəhtəlik xəbərdarlıq müddəti başa çatmamış onu işdən azad edilməyi barədə əmr imzalamışdır. Əmək Məcəlləsinin tələbinə görə bir işçi deyil, bir neçə işçi işdən azad edilir. Tək onun işdən azad olunmağı bu barədə işəgötürənin araşdırması nəticəsində ixtsar qərarın mövcud olmasını şübhə altına alır. O hər gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək və məşğulluq altsistemidə şəsxi kabinetinə daxil olmaqla gələn məlumatlarla tanış olur. xx.xx.2025-ci il tarixdə daxil olduqda gördü ki, yeni məlumat var. Axtarmaqla aşkar etdi ki, onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə ləğv edilmişdir. İş günü ərzində yəni xəbərdarlıq müddətinin sonuncu güni işdən azad edilməsi Əmək Məcəlləsinin 8-ci maddəsinin tələbini pozulmasıdır. Maddənin 2-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Ona görədə xx.xx.2025-ci il sonuncu iş günü olduğu üçün işdən azad olunma əmri xx.xx.2025-ci il tarixdə verilməli olduğu halda əmr 15 gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. Lakin ixisar əmr ona göndərilmədiyi üçün Püstəxanım Əzizbəyovaya xx.xx.2025-ci il tarixdə whatsapp.vasitəsin ilə SMS yolladı. Həmin tarixdə maliyyə şöbəsinin müdiri Ramin Səfərova whatsapp vassitəsilə SMS göndərdi. Ramin ona bildrdiki poçt vasitəsi yolladı. Lakin əmri almağı üçün xx.xx.2025-ci il tarixdə Ramiln əlavə müraciət etdi. xx.xx.2025-ci il tarixdə ona kuryer zəng etdi və Fonddan məktub gətirdiyini bildirdi. Bu hal bir daha təsdiq edir ki, rəhbərlik onun inzibati və məhkəmə müraiət etmək hüququnu icra etməyinə maraqlı olmamışdır. Fondun əməkdaşları əmri gecikdirməklə onun inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnu məhdudlaşdırır. 42-gün xəbərdarlıq müddətin axımı xx.xx.2025-ci tarixdə başlayıb, xx.xx.2025-ci il tarixdə bitməli idi. Lakin xx.xx.2025-ci il tarix qeyri iş gününə düşdüyüi üçün həmin gün xx.xx.2025-ci il tarixə keçirilməlidir. xx.xx.2025-ci il tarixli 12-5/3- 1-637/2025 saylı əmrdə göstərilir ki, onun son iş günü xx.xx.2025-ci il tarixdir. Əmr elektron imza vasitəsi ilə xx.xx.2025-ci il tarixdə deyil xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Mübahisəlləndirlən əmrdə heç bir əsaslandırma mövcud deyil. İxtisarın hansı qaydada aparılması və onun bilik səviyəsi kiminlə müqaisə edilməsi barədə heç bir məlumat verilməmişdir. Ona verilən məlumata görə pensiyada olmasl işdən ixtisara düşməyimə səbəb olmuşdur. Vətəndaşın dövlətdən maliyələşdirlən müəsisə istisna olmaqla yaşa görə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin tələbinə ziddiyyət təşkil edir. Daha sonra cavabdeh LPO Cavabdeh2 ASC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində göstərilən xüsusatlar və sənədlər əsasında müəyyən edilir ki, iddiaçı hüququnun pozulduğunu iddia etdiyi gündən etibarən 1 aydan çox vaxt keçdikdən sonra məhkəməyə müracət etməklə iddia müddətini ötürmuşdür. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilməsi faktı ona elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci ildə məlum olmuş, xx.xx.2025-ci il tarixdə isə poçt xidməti vasitəsi ilə ona təqdim edilmişdir. Həmin dövrdə qüvvədə olan "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə təklif məktubu xx.xx.2025-ci il tarixdə göndərilsə də, yol verilmiş texniki səhvə görə həmin tarixdə göndərilmiş məktub nəzərə alınmamışdır. Bu da təklif məktububunun xx.xx.2025-ci il tarixdə göndərilməməsi kimi qəbul olunur. Ona görə də təklif məktubunun yalnız xx.xx.2025-ci il tarixdə (və ya ondan sonrakı tarixlərdə) göndərilməsi iş materialları tam müəyyən edilir. Buradan da göründüyü kimi, İddiaçı tərəfindən cavabdehə təklif məktubu göndərilərkən artıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddia müddətinin son günü xx.xx.2025-ci il tarixdir, iddiaçı isə təklif məktubunu xx.xx.2025-ci il tarixdə (və ya ondan sonrakı tarixdə) göndərmişdir. İddiaçının hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə məhz 05.06 2025-ci il tarixdə müraciət etməsi faktı onun qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməsini bir daha tam təsdiq edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, verilmiş iddia ərizəsi ilə razı deyillər və hesab edirlər ki, iddia rədd olunmalıdır. İddiaçı uzun müddət Cavabdeh2 ASC-də çalışmışdır və pis işçi də olmamışdır. Lakin bilindiyi kimi Dəmirbank 8 ildir ki ləğv etmə prosesindədir. İddiaçının çalışdığı vəzifə ixtisara düşmüşdür, yavaş-yavaş digər vəzifələr də ixtisara düşəcək və düşməlidir. Sonuncu məhkəmə iclasında (məhkəmə qətnaməsinin elanı iclası) cavabdehlər iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - LPO Cavabdeh2 ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli “16 yanvar 2019-cu il tarixli Əmək müqaviləsinə dəyişikliklər” haqqında razılaşmadan görünür ki, tərəflər əmək müqaviləsinə qismən dəyişiklik edilməsi barədə razılığa gəldilər:

1. Maliyyə şöbəsinin aparıcı mütəxəssisi lbrahimov Allahverən Mirzə oğlunun aylıq əmək haqqı məbləği vergilər və digər məcburi ödəmələr daxil olmaqla 1200 (bir min iki yüz) manat müəyyən edilir.

2. Əmək müqaviləsinin 4.24-4 29-cu bəndləri aşağıdakı redaksiyada əlavə edilsin: 4.24. Distant (məsafədən) iş-əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında iş yerindən kənarda yerinə yetirilməsi formasıdır. Distant iş rejimi qarşısıalınmaz qüvvənin (qanunvericiliklə müəyyən edilmiş və Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən baş verəcəyi müəyyən edilə bilməyən fors-major halın və ya fövqəladə halın) təsdiqi nəticəsində səlahiyyətli dövlət orqanların və ya qurumlarının qərarı əsasında işəgötürən tərəfindən işçiyə əvvəlcədən məlumat verilmək şərtilə, habelə hər hansı qarşısıalınmaz qüvvənin təsirinin olub-olmamasından asılı olmayaraq işçinin və işəgötürənin bu müqavilə üzrə qarşılıqlı razılığı əsasında İşçiyə münasibətdə tətbiq edilə bilər. Hər iki halda, İşçinin distant iş rejimindən adi (ənənəvi, iş yerində) qaydada iş rejiminə geri çağırılması İşəgötürənin daxili qaydaları (birinci halda, müvafiq səlahiyyətli orqanın (qurumun) qərarına əsaslanmaqla) və İşçini 4.28-ci bənddə göstərilən qaydada məlumatlandırması əsasında həyata keçirilir. 4.25. Distant iş rejimində İşçi: 4.25.1. İşəgötürən tərəfindən təqdim edilmiş elektron vasitələrinin, həmçinin proqram təminatının işlədilməsi üçün zəruri olan internet əlaqəsinin qurulmasını işçi öz xərci hesabına təmin edəcəkdir. 4.25.2. Faktiki olduğu yerdə özünün və işəgötürən tərəfindən təqdim edilmiş elektron proqram-texniki vasitələrinin təhlükəsizliyinin qorunması üçün bütün zəruri tedbirləri görəcəkdir. 4.25.3. iş saatlan ərzində distant rejimdə işləməsindən asılı olmayaraq işin keyfiyyətini azaltmamalı, əmək funskiyalarını vaxtında, peşəkarlıqla və məsuliyyətlə yerinə yetirmelidir. 4.26 Bu Müqavilenin 4.25-ci maddəsi üzrə öhdeliklərinin yerinə yetiriməməsi və ya lazımınca yerinə yetirilmeməsi işçinin gesdi və ya ehtiyatsızlığı nəticəsində əmək müqaviləsinin pozulması kimi qiymətləndirilə bilər və bu zaman işçi İşəgötürənə vurduğu zərərə görə məsuliyyət daşıyır. - Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 11 fevral 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin lisenziyası ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, həmçinin "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri rəhbər tutularaq təhlil işi aparılmış və işçilərin sayının azaldılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə yəni, işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərtilə əmək müqavilənizin ləğv ediləcəyi barədə 6 (altı) təqvim həftəsi qabaqcadan xəbərdar edilir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli məbləğini bir dəfəyə ödəməklə onun əmək müqaviləsinə xitam verilə bilər. Bununla bağlı orta aylıq əmək haqqının 1,4 misli məbləğinin birdəfəlik ödənilməsi ilə ixtisar olunmağı barədə məktubu aldığı tarixdən 3 (üç) iş günü ərzində razılıq ərizəsi ilə müraciət edə bilər. - Əmanətlərin Sığortalanması Fondunun 17 mart 2025-ci il tarixli, 12-5/3-1-637/2025 saylı əmri ilə xx.xx.2025-ci il tarixi sonuncu iş günü olmaqla ləğv prosesində olan "xxxx" ASCnin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə/işçilərin sayının ixtisar edilməsi/ əsasən xitam verilməsi, işçiyə orta aylıq əmək haqqının 1,7 misli məbləğində işdənçıxma müavinətının ödənilməsi, işçiyə xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə istifadə etmədiyi 30 (otuz) təqvim günü, xx.xx.2023-xx.xx.2024-cü iş ili üzrə istifadə etmədiyi 35 (otuz beş) təqvim günü, xx.xx.2024- xx.xx.2025-ci iş ili üzrə istifadə etmədiyi 42 (qırx iki) təqvim günü, xx.xx.2025-xx.xx.2025-ci iş ili üzrə istifadə etmədiyi 09 (doqquz) təqvim günü məzuniyyətinin pul əvəzinın ödənilməsi əmr edilmişdir. - X7 Xidmətinin İddiaçı ünvanladığı 16 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ləğv prosesində olan "xxxx" ASC-nin və Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (AZ1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16) ünvanına tərəflərindən 3-17-5/2-40941/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim olunmadığından müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə və əlavə edilmiş sənədlərə baxış zamanı ona əvvəlcədən xəbərdarlıq edilməklə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli əmək müqavisinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciəti ilə əlaqədar işəgötürən tərəfindən aidiyyəti sənədlər X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə ona məlumat veriləcəkdir. Müraciədə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. -“mediasiya prosesinin tətbiqi” barədə təklif ərizəsindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində mediasiyanın tətbiqi barədə təklif edilmişdir. - Bakı şəhəri 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-00792 saylı, xx.xx.2025-ci il tarixli X2 edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2025-ci il tarixdə Mediasiya sessiyası keçirilmiş və Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iclasda iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş vəsatəti araşdıraraq hesab edir ki, həmin vəsatət əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr onun elektron kabinetinə xx.xx.2025-ci il tarixdə göndərilmiş, xx.xx.2025-ci il tarixdə isə poçt xidməti vasitəsilə təqdim edilmişdir. Buna görə də, iddia müddətinin axırıncı günü xx.xx.2025-ci il hesab edilməlidir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı artıq xx.xx.2025-ci il tarixdə cavabdehə mediasiya qaydasında mübahisənin həlli üçün təklif məktubu göndərmişdir. Təklif məktubunun göndərilməsi faktı qanunvericilikdə nəzərdə tutulmuş mediasiya prosedurunun başlanması üçün tələb olunan ilkin hüquqi addımdır və həmin addımın atılması iddiaçının mübahisəni qanuni yolla və vaxtında həll etmək niyyətini aydın şəkildə göstərir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, mediasiya prosedurunun başlanması və ya mediasiya təklifinin qarşı tərəfə göndərilməsi iddia müddətinin axımını dayandırır və tərəflərə barışıq yolu ilə mübahisəni həll etmək imkanı yaradır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülən, xx.xx.2025-ci il tarixli məktubun texniki səbəblərə görə qüvvədə hesab edilməməsi barədə arqument isə məhkəmə tərəfindən inandırıcı sayılmır, çünki həmin tarixdə məktubun göndərilməsi faktı özü iddiaçının hüququnu müdafiə etmək iradəsini və qanunla müəyyən edilmiş müddət çərçivəsində hərəkət etdiyini təsdiqləyir. Bundan əlavə, iddiaçının texniki nasazlıq səbəbindən məktubu yenidən xx.xx.2025-ci il tarixdə göndərməsi onun prosesual hüquqlarını bərpa etmək və mediasiya prosedurunu düzgün qaydada başlatmaq istəyindən irəli gəlmişdir və bu, onun tərəfindən müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin hüquqlarının müdafiəsi ilə bağlı müraciətinin mahiyyəti və onun vaxtında atdığı addımlar əsas götürülməli, formal texniki səhvlər vətəndaşın hüququnu müdafiə etmək imkanını məhdudlaşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə mediasiya təklifi göndərilməklə iddia müddətinin axımının dayandığı, texniki səbəbdən həmin məktubun qüvvədə hesab edilməməsinin və onun xx.xx.2025-ci il tarixdə təkrar göndərilməsinin iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməsinin yolverilməz olduğu müəyyən edilir. Bu baxımdan, iddiaçının xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsi qanunvericilikdə müəyyən olunmuş iddia müddəti çərçivəsində həyata keçirilmiş sayılır və cavabdehin iddia müddətinin ötürülməsi barədə vəsatəti əsassız olduğuna görə təmin edilmir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı iddiası 4 hissədən ibarətdir: - Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/3-1-637/2025 saylı əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, işdən azad olunduğun müddətdən işə bərpa edildiyi dövrə qədər orta aylıq əmək haqqının ödənilməsi; - məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi; - 50 000 manat mənəvi zərərin ödənilməsi; - birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02 oktyabr 2008-ci il tarixli 686-İİİQsaylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əmək şərairinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya tələblərinə uyğun olaraq əmək şəraitinin yaradılmasını öhdəliyinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya uyğun əmək şaraiti yadılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması. Məhkəmə ilk olaraq iddia tələbinin “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hisəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə — yəni işçilərin sayı və ya ştatları ixtisar edildikdə — əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi barədə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun 17 mart 2025-ci il tarixli, 12-5/3-1- 637/2025 saylı əmri qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, ixtisar Cavabdeh2 ASC-nin ləğv prosesi ilə əlaqədar həyata keçirilmiş və bu zaman Əmanətlərin Sığortalanması Fondu ləğvedicinin funksiyalarını icra etmişdir. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları və struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bu hüquqdan istifadə zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi də işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalı, bu barədə müvafiq sənədlər və iqtisadi səbəbləri təqdim etməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksək olduğu işçilər işdə saxlanılmalıdır. Bunun üçün işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, onun peşə hazırlığının, ixtisasının artırılması və yeni ixtisasa yiyələnməsi kimi amilləri nəzərə almalıdır. Hazırkı iş üzrə isə işəgötürən tərəfindən bu tələblərə riayət edilmədiyi müəyyən edilir. İşəgötürən iddiaçının peşəkarlıq səviyyəsi ilə eyni vəzifədə çalışan digər işçilərin peşəkarlıq göstəricilərinə dair müqayisəli təhlil aparmamış, ixtisarın zəruriliyini əsaslandıran iqtisadi və ya struktur dəyişikliklər barədə sübutlar təqdim etməmişdir. Halbuki, əmək qanunvericiliyinin məqsədi işçilərin sosial hüquqlarının qorunması, işəgötürənin subyektiv mülahizələrindən asılı olmadan ixtisarın obyektiv əsaslara söykənməsini təmin etməkdir. Məhkəmə hesab edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin müəyyən sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azı aparılmalı və onun nəticələri sənədlərlə təsdiqlənməli idi. Əks halda, belə hərəkət hüquqdan sui-istifadə olmaqla əmək münasibətlərində bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi kimi əsas prinsiplərin pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Əmanətlərin Sığortalanması Fondunun 17 mart 2025-ci il tarixli, 12-5/3-1-637/2025 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Buna görə də həmin əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və işdən azad olunduğu müddətə görə orta aylıq əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsaslı hesab edilir və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin xərclərin nədən ibarət olduğu və həmin xərclərin məbləği barədə hər hansı məlumat (sübut) təqdim etmədiyindən, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “50 000 manat mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Digər tərəfdən, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki iş üzrə cavabdehlər və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Son olaraq məhkəmə iddia tələbinin “birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02 oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əmək şərairinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya tələblərinə uyğun olaraq əmək şəraitinin yaradılmasını öhdəliyinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya uyğun əmək şaraiti yadılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının belə bir öhdəliyin cavabdehin üzərinə qoyulması barədə tələbi — mahiyyətcə ümumi xarakterli beynəlxalq hüquqi öhdəliklərin konkret işəgötürənə birbaşa tətbiqi tələbi olmaqla, fərdi əmək mübahisəsinin predmetindən kənara çıxır. Konvensiyanın məqsədi dövlətin tərəf kimi qəbul etdiyi ümumi prinsiplər çərçivəsində əlilliyi olan şəxslərin bərabər hüquq və imkanlarının təmin olunması, onların əmək bazarında iştirakına şərait yaradılması və diskriminasiyanın aradan qaldırılması ilə bağlı sistemli tədbirlərin görülməsidir. Bu sənədin müddəaları dövlətin institusional səviyyədə həyata keçirməli olduğu sosial, inzibati və normativ tədbirlər barədə öhdəlikləri müəyyən edir. Lakin həmin öhdəliklər birbaşa şəkildə ayrı-ayrı hüquqi şəxslər və ya işəgötürənlər üçün konkret icraedici məsuliyyət yaratmır, əksinə, dövlətin bu prinsipləri milli qanunvericilik və inzibati mexanizmlər vasitəsilə reallaşdırmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, beynəlxalq müqavilələr daxili hüququn tərkib hissəsidir, lakin bu o demək deyil ki, həmin müqavilələrin ümumi prinsipləri birbaşa icra xarakteri daşıyır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya işəgötürənlərə qarşı birbaşa öhdəlik müəyyən etmir, əksinə, dövlətin əmək bazarında inklüziv siyasət yürütməsini, qanunvericilikdə uyğun təminatlar yaratmasını və nəzarət mexanizmlərini formalaşdırmasını tələb edir. Hazırkı iş üzrə iddia isə konkret bir əmək müqaviləsinin ləğv edilməsi və işə bərpa məsələsinə aiddir. Bu mübahisədə məhkəmənin funksiyası işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını qiymətləndirməkdən ibarətdir. Belə olan halda, məhkəmə beynəlxalq sənədlərin ümumi prinsiplərini nəzərə ala bilər, lakin həmin prinsiplər əsasında işəgötürənin üzərinə ayrıca, geniş məzmunlu öhdəlik qoymaq səlahiyyətinə malik deyil. Məhkəmə hesab edir ki, Konvensiyanın prinsiplərinə uyğun əmək şəraitinin yaradılması məsələsi konkret işəgötürənin inzibati öhdəliyi kimi deyil, dövlətin sosial siyasət istiqaməti kimi reallaşdırılmalı olan sistemli məsələdir. Odur ki, iddiaçının işəgötürənə qarşı belə öhdəlik qoyulması barədə tələbi subyektiv hüquq pozuntusunun bərpası üçün müvafiq hüquqi vasitə sayıla bilməz və bu baxımdan hüquqi əsassızdır. Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli, 12-5/3-1-637/2025 saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- LPO Cavabdeh2 ASC-nin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli, 12-5/3-1-637/2025 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə (vəzifəsinə)- LPO Cavabdeh2 ASC-nin Maliyyə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunsun. Məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar