Məhkəmə qərarları › İş №e-2(006)-3736/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3736/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3736/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 Ərizəçi anasıdır. Mərhum xx.xx.1950-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, X8 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından 4 (dörd) qız övladları anadan olmuşdur. X8 2016-cı il tarixdə vəfat etmişdir. X5 35 il ərzində X15 tibb bacısı işləmiş və 15 ilə yaxın müddətdə təqaüdçü olmuşdur. Mərhum qızlarının evində, xüsusilə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan X2 evində onun ailəsi ilə birlikdə yaşamışdır. X5 yaşı ilə əlaqədar ürək xəstəliyindən, habelə şəkər xəstəliyindən əziyyət çəkdiyindən müalicə olunub dərman qəbul edirmiş, son vaxtlar isə səhhətində ağırlaşmalar başlamış, şəkəri yüksəlmiş və təzyiqi də yüksək olmuşdur. 20 aprel 2024-cü il tarixdə X5 evdə olarkən səhhəti pisləşdiyindən həkimə aparılmış, həkim müalicə yazaraq onun ürəyinin zəiflədiyini bildirmişdir. Lakin 21 aprel 2024-cü il tarixdə səhhəti yenidən qəflətən pisləşdiyinə görə X3 təcili yardım avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Ege” hospitalına çatdırmaq istəsələr də, həmin hospitalın qarşısına çatanda o, elə avtomobildə vəfat etmişdir. Belə ki, həmin xəstəxanadan mərhumu müayinə etmək üçün gələn həkimlər də onun artıq vəfat etdiyini bildirmişlər. Bir müddət sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da gəlmiş və hadisə barədə sorğu-sual etdikdən sonra X1 təbii səbəblərdən öz əcəli ilə vəfat etdiyi üçün ölümü ilə bağlı X9 şikayət və tələbinin olmaması barədə ərizə yazmışdır. X5 xx.xx.2024-cü il tarixində Gədəbəy rayonu, Söyüdlü kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn işləri bitdikdən sonra ölüm faktının təsdiq edilməsi barədə 5 nömrəli ərazi poliklinikasına müraciət edilmiş, lakin X1 ölümünün xəstəxanada baş verməməsi, ölümdən sonra meyidin xəstəxanaya gətirilməməsi və ölümün baş vermə səbəbi məlum olmadığından ölüm faktını təsdiq edən sənəd verilməkdən imtina edilmiş və Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mərhum X1 mülkiyyətində olan əmlaklarla bağlı vərəsəlik işinin açılması üçün ona mərhumun ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu və iddianı bu səbəblə qaldırdığını bildirdi. Verdiyi ərizələri müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək şöbənin iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxs tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş: X6 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı, mərhum X5 isə anasıdır. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ölümündən 3-4 gün əvvəl öskürdüyünə görə təcili tibbi yardım çağırmışlar, həkim soyuqdəymə olduğunu deyib, dərmanlar yazıb onları evə göndərmişdir. Sonuncu dəfə özləri həkimə aparanda yolda vəfat etmişdir. Mərhum şəkər xəstəliyindən və ürək ağrısından əziyyət çəkmişdir. X10 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı, mərhum X5 isə anasıdır. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ölümündən 1 gün əvvəl onu həkimə aparmış, həkim heç nəyin olmadığını bildirib, onları evə göndərmişdir. Sonuncu dəfə həkimə aparanda yolda vəfat etmişdir. X11 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı, mərhum X5 isə anasıdır. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ölümündən əvvəl onu həkimə aparmış, həkim heç nəyin olmadığını bildirib, onları evə göndərmişdir. Sonuncu dəfə özləri həkimə aparanda yolda vəfat etmiş, vəfat edən zaman o, anasının yanında olmuşdur. Mülki işin materiallarında olan: Doğum haqqında İX-ЖГ seriyalı 422240 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X4r. “Bakı Şəhəri Təcili və X7 Stansiyası” PHŞ-nin verdiyi X16 vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:45-də Həsən Əliyev, 38, “Ege Hospital”ın girişinin qabağında X1 adına çağırış daxil olmuş, çağırışı həkim və feldşer yerinə yetirmiş, “həkimə qədər ölüm, qadın cinsli meyid” qeydi edilmişdir. Bakı Baş Səhiyyə X18 Şəxs 5 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli 164 nömrəli arayışından görünür ki, xx.xx.1950-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, 3 Alatava, 287 ünvanında yaşayan X5 xx.xx.2024-cü il tarixdə Həsən Əliyev, 38, “Ege Hospital”ın girişinin qabağında şəxsi avtomobildə rəhmətə getmişdir. Ölümün səbəbi bilinmədiyinə görə “Forma N 106” almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 ölümündə kənar şəxsin təqsiri olmadığından, o, öz əcəli ilə təbii səbəblərdən öldüyündən, onun ölümündə cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Gədəbəy rayonu Söyüdlü Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş X5 xx.xx.2024-cü il tarixdə həmin bələdiyyənin ərazisində yerləşən Söyüdlü qəbiristanlığında dəfn olunmuşdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından onun ölümünün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1950-ci ildə Şamxor şəhərində anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi anasının ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı (ölüm haqqında tibbi şəhadətnamə) olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsi onun mülkiyyətində qalmış əmlaklarla bağlı vərəsəlik işinin açılması ilə əlaqədar zəruridir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1950-ci ildə Şamxor şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci ildə Şamxor şəhərində anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə çəkilmiş məhkəmə xəcləri Ərizəçi aid edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar