Məhkəmə qərarları › İş №e-2(006)-377/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-377/2023

30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-377/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vermiş olduğu 3000 (üç min) dolların ekvivalentində 5100 (beş min bir yüz) manat, əldən çıxmış fayda olaraq 2110 (iki min bir yüz on) manat, dövlət rüsumu üçün ödədiyi 94 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, iddiaçının etibarından sui-istifadə etmək yolu ilə aldadaraq pul alaraq mənimsəmiş Cavabdeh əməllərində cinayət tərkibi olduğundan araşdırılması və islah edilməsi məqsədi ilə Prokurorluğa göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birlikdə işləmiş və onu həmin işdən iş yoldaşı kimi tanımışdır. Sonralar tərəflərin səmimi münasibəti yaranmış, zamanla cavabdeh iddiaçının etibarını qazanmışdır. Bir müddət sonra cavabdeh iş yerindən ayrılsa da, iddiaçı ilə əlaqə saxlamağa davam etmişdir. Sonralar cavabdeh iddiaçıya turizm işləri ilə məşğul olmaq üçün şirkət açdığını, gələcəkdə böyük gəlirlər əldə edəcəyini bildirmişdir. İddiaçı hətta cavabdehdən yaxın qohumları üçün avia biletlər sifariş etdirmişdir. Cavabdeh ona bildirmişdir ki, bu işə pul qoymaqla əlavə gəlirlər əldə edə bilər. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 3000 ABŞ dolları alaraq əvəzində 4300 ABŞ dolları qaytaracağını bildirmişdir. Sonradan, iddiaçının qohumlarına satdığı biletlərin saxta olduğu məlum olduqdan sonra cavabdeh heç yerə şikayət etməməyi xahiş edərək, tez həmin biletlərin pulunu qaytarmışdır. Bundan sonra iddiaçının cavabdehə güvəni itmiş və verdiyi pulu geri tələb etməyə başlamışdır. Cavabdehin iddiaçını uzun müddət müxtəlif bəhanələr ilə aldatmasından sonra iddiaçı polisə müraciət etmiş, lakin polis bu işin mülki xarakterli olması barədə qərar qəbul etmişdir. İddiaçı həmin qərardan narazı qalsa da, məcburi olaraq mülki qaydada iddia qaldırmağa qərar vermişdir. Cavabdeh həmin pulları iddiaçının etibarından sui-istifadə edərək dələduzluqla ələ keçirmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilmiş iddia tələbi dəyişdirilmiş, iddia tələbinin məbləği 2850 AZN kimi qəbul edilməsini xahiş etmiş, 2850 AZN-in bu günə olan USD kursu ilə 1676 USD-yə bərabər olduğunu qeyd etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil çıxışında bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə 3000 dollar verilib, cavabdeh müxtəlif vaxtlarda ödənişlər edərək, ümumilikdə 1324 dollar pulu geri qaytarıb, ona görə də hazırki tələb 1676 dollar (2850 manat) məbləğindədir. Qeyd etdiklərinə əsasən, cavabdehdən 1676 dolların tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan sadə yazılı formada tərtib edilmiş, İddiaçı, Cavabdeh, X2 və Damət Nəsibovun imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, Cavabdeh İddiaçı 4300 $ və 530 AZN (dörd min üç yüz dollar və beş yüz otuz manat) borca pul götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı pulu geri qaytaracağını öz imzası ilə təsdiq etmişdir. O, X2, Damət Nəsibovun iştirakı ilə pulu götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı Binəqədi RPİ 5-ci PB-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, əvvəllər tanıdığı Cavabdeh tərəfindən dələduzluğa məruz qalmışdır. Bu barədə qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ 5-ci PB-də yazdığı izahatında qeyd etmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2013-cü il tarixindən 2017-ci il tarixinə qədər “Easy Pay” şirkətində işləmiş, işlədiyi müddət ərzində Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh həmin şirkətdə müqavilələr üzrə sənədlərə baxırmış, onların aralarında səmimi münasibətlər yaranmış, o, 2017-ci ildə daha yaxşı iş tapdığı üçün həmin şirkətdən çıxmış, lakin Cavabdeh orada qalıb işləmişdir. Həmin şirkət təxminən 2020-ci il tarixdə bağlanmışdır. “Easy Pay” şirkətindən tanıdığı Cavabdeh onun instagram səhifəsində dostlar siyahısında olmuşdur. Bir neçə dəfə instagramda paylaşımlar edərkən Cavabdeh onun paylaşımlarını like etmiş, lakin heç bir yazışmaları olmamışdır. xx.xx.2022-ci il tarixində Fəridə “fari.mour” adı ilə instagram sosial şəbəkəsində ona sms yazmışdır. Onlar orada bir qədər yazışmışlar. Onlar söhbətləşən zaman Fəridə söz arasında bildirmişdir ki, o, “Fari.mour” adı altında turizm şirkəti açmış, Türkiyəyə endirim biletləri var, əgər tanışlarından istəyən olsa, ona ucuz biletlər təşkil etsin. O, Cavabdeh səbrli olmasını, onun rəfiqəsinin yayda İstanbula getmək istədiyini, dəqiqləşdirib ona yazacağını bildirmiş, rəfiqəsi Kamillanın razılıq verdiyini bildirmiş, sonra Fəridə instagramda ona öz istifadəsində olan ***-***-**-** saylı nömrəni vermiş, o Fəridə ilə whatsapda danışmış və rəfiqəsi Kamilla üçün avqust ayına 3 nəfərlik İstanbula gediş-gəliş biletini sifariş vermiş, bunun qarşılığında 930 manat pul istəmiş, rəfiqəsi Fəridənin qeyd etdiyi kart hesabına 930 manat e-manat ödəmə terminalı vasitəsilə pulu yollamışdır. Sonra o? Fəridə ilə sağollaşmış, bu söhbətdən təxminən bir neçə saat sonra Fəridə ona bildirmişdir ki, yaxşı müştəriləri var və onlar tur paket istəyirlər, lakin əlində pulu yoxdur, “sən pul yatırım elə”, təxminən 2-3 nəfər müştəriyə tur üçün 3000 ABŞ dolları pul lazımdır. Bunun üçün Fəridə ondan 3000 ABŞ dolları pul verməsini xahiş etmiş, onların tur paketini məsələsini həll etdikdən sonra gələn gəlirlə birlikdə ona 4300 ABŞ dolları pulu qaytaracağını bildirmişdir. O, Fəridədən nə üçün pulu istirahətə getmək istəyən adamlardan istəmədiyini soruşduqda sonuncu cavab olaraq bildirmişdir ki, müştəriləri hal-hazırda burada deyil, paketləri isə təcili almalıdır ki, endirimli olsun. O, Fəridənin səmimiyyətinə inanıb həmin gün sonuncu ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Zümrüd” restoranının qarşısında görüşərək 3000 ABŞ dolları pulu Fəridəyə vermiş və Fəridə isə 4300 ABŞ dolları pulu 2-3 günə ona qaytacağını bildirmişdir. Bu söhbətdən 3 gün keçdikdən sonra o, Fəridədən işin nə yerdə olduğunu soruşduqda, Fəridə aprel ayının sonuna kimi ona hər gün pulu sabah qaytaracağını bildirsə də, pulu verməmişdir. Bundan sonra o anlamışdır ki, Fəridə dələduzdur və onları aldadır. Bu səbəbdən onlar bilet məsələsini araşdırmış, “AZAL”dan soruşduqda aldadıldıqlarını bilmişlər. O, bu barədə Fəridəyə bildirdikdə sonuncu müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, israrla Fəridəyə bildirmişdir ki, rəfiqəsinin ödədiyi 930 manat pulu qaytarsın. Fəridə xx.xx.2022-ci il tarixdə onun rəfiqəsinin kart hesabına 400 manat pulu qaytarmış, sonra bildirmişdir ki, yerdə qalan 530 manat pulu onun pulunu verəndə qaytaracaqdır. O, Fəridənin bu yalanlarını məcbur olub ailəsinə bildirmiş və qohumu Damət adlı şəxslə birgə Fəridə ilə vaxt təyin edib görüşmüşdür. Həmin vaxt Fəridə əl yazması yazmış və “mən 4300 ABŞ dollarını və 530 manatını xx.xx.2022-ci il tarixdə qaytaracam” qeyd etməsinə baxmayaraq, bu günə kimi həmin borcu qaytarmamışdır. Zəng vurub dedikdə Fəridə yenə vəd verərək borcu qaytaracağını bildirsə də, qaytarmır. Mülki işin materiallarında olan Cavabdeh Binəqədi RPİ 5-ci PB-də xx.xx.2022-ci il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. 2013-cü ildən 2018-ci il tarixinə kimi İnzibati Departamentin Baş mütəxəssisi (Easypay) kimi fəaliyyət göstərmişdir. Həmin ildə İddiaçı ilə işdə tanış olmuş, işlədiyi müddət ərzində onlar arasında münasibət yaranmış, bir neçə dəfə onlar qızlarla birlikdə çörək yeməyə getmişlər. Bundan əlavə onlar toy məclisində birlikdə iştirak etmişlər. 2017-ci ildə Həcərin iş yerini dəyişməsinə baxmayaraq, onların əlaqələri olduğu kimi davam etmişdir. xx.xx.2022-ci ildə o, sosial şəbəkədə Həcərə haləhval tutmaq üçün yazan zaman söhbət əsnasında turizmdə işlədiyini, Həcər də iş yoldaşları üçün bilet almaq istədiyini, o isə kampaniyada biletlərin olduğunu bildirmişdir. Həcər bilet sifariş vermiş, o, Həcər üçün bilet almış, lakin sistemdə olan problemlərlə əlaqədar olaraq biletlər sistemə düşməmişdir. Sonra o, təcili ödəniş etməsi üçün Həcərdən öz işi ilə əlaqədar 3000 dollar borc pul istəmiş, işləri alınsa əlavə olaraq 1300 $ qaytaracağını bildirmişdir. Həmin gün naharda o Həcər ilə görüşəndə 3000 $ pulu götürmüş, pulu artıqlaması ilə 2-3 günə qaytaracağını bildirmişdir. Lakin onun işləri yolunda getmədiyi üçün Həcərə olan borcunu qaytara bilməmişdir. Bir müddət sonra Həcər ondan öz pulunu və rəfiqəsi Tamillanın biletinin sistemdə olmadığını bildirərək onun pulunu da geri istəmişdir. O, Həcərlə danışdıqdan sonra problemlərinin olduğuna görə işlərinin yolunda getmədiyini və pullarının hamısını ödəyəcəyini, narahat olmamasını bildirərək, elə həmin gün 400 manat (xx.xx.2022-ci il) pulu e-manat ödəniş sistemi vasitəsilə kartına göndərmişdir. Sonra Həcər ona görüşmək istədiyini bildirmiş, həmin görüşə 1 (bir) nəfər yaşlı kişi ilə gəlmişdir. O, həmin vaxtı biletin pulunu və Həcərə olan borcunu qaytaracağını, bir az sonra isə Həcərin yanında olan şəxs polisə verəcəklərini, o isə pulu götürdüyünü, polisə verilsə də, verilməsə də, borcunu düzəldib qaytaracağını bildirmişdir. Bir müddət sonra biletə görə aldığı pulun yerdə qalan 530 manatını da qaytarmışdır. Həcərə olan 3000 $ borcundan 500 dollarını ödəmiş, yerdə qalan 2500 $ borcunu isə tezliklə ödəyəcəkdir. Mülki işin materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Hüseynağa Abdullayevin vətəndaş İddiaçı ərizəsi ilə əlaqədar HK-851 saylı toplanmış material üzrə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəmə instansiyasına müraciət etmək hüququ izah edilmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 94,00 (doxsan dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz № 9********). Beləliklə, məhkəmə araşdırmaları nəticəsində iş materialları və iddiaçı tərəfin verdiyi izahat əsasında məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 3000 ABŞ dolları məbləğində pulu qısa zamanda 4300 ABŞ dolları olmaqla qaytarmaq şərtilə borc almış, bu barədə xx.xx.2022ci il tarixdə tərəflərin və şahidlərin iştirakı ilə sadə yazılı formada sənəd tərtib edilmişdir. Hazırda iddiaçı tərəf cavabdehə verdiyi 3000 ABŞ dollarından 1324 ABŞ dolları məbləğində pulun geri qaytarıldığını bildirərək, cəmi 1676 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən 1676 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarıldığını və cavabdehin iddiaçıya borcunun olmamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçının öz öhdəliyini yerinə yetirməsinə baxmayaraq, cavabdeh isə yerinə yetirməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca (vaxtında) icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçı ilə aralarında olan sadə yazılı formada tərtib edilmiş və hər ikisi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli sənədə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunun qaytarılması barədə qarşılıqlı razılaşdırdıqları müddətdən, yəni 2022-ci ilin may ayından etibarən xeyli vaxt keçməsinə baxmayaraq, borcunu qaytarmamış, bununla da razılaşmanın şərtlərini pozmuş, borcunu tam geri qaytarmamışdır. İddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslıdır. Belə ki, iddiaçının cavabdehə 3000 ABŞ dolları məbləğində pulu borc verməsi tərəflərin imzaları ilə təsdiqlənmiş sənəd və iddiaçı tərəfin izahatı, cavabdehin həmin pulun 1324 ABŞ dolları hissəsini qaytarması iddiaçı tərəfin izahatı ilə təsdiqləndiyindən işin mübahisəsiz halını təşkil edir. Cavabdehin iddiaçıya qalan 1676 ABŞ dolları məbləğində borcunu geri qaytarmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası tapıldığından, müvafiq qaydada sübuta yetirildiyindən və iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1676 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1 və 324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1676 (bir min altı yüz yetmiş altı) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və iş üzrə ödənilmiş 94 (doxsan dörd) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1676 (bir min altı yüz yetmiş altı) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 94 (doxsan dörd) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar