Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3857/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı Cayabo X6inin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cayabo X6in müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisini işə cəlb etməklə Cavabdeh qarşı «etibarnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cayabo X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisini işə cəlb etməklə Cavabdeh qarşı «etibarnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X6 Cayabo Kanada Respublikasının vətəndaşıdır. O, 2016-cı ildə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir və halhazıradək burada fəaliyyət gəstərərək yaşayır. İddiaçı Cavabdeh ilə 2016-cı ilin sonlarında internet vasitəsilə sosial şəbəkədə tanış olmuşdur. Tanışlıqlarından sonra onlar arasında səmimi münasibət formalaşmağa başlamış və nəticədə birlikdə yaşamaq qərarı almışlar, iddiaçı X6 Cayabo 26 sentyabr 2018-ci il tarixdə Cavabdeh onu "xxxx" ASC-də və ya istənilən filialında təmsil etməsi, onun adına olan hesablar üzərində sərəncam verməsi barədə AR-İ N° 656921 reyestr nömrəli etibarnaməni 29 saylı notariat kontorunda təsdiqləmişdir, iddiaçının xarici vətəndaş olmasına və Azərbaycan dilini bilməməsinə baxmayaraq, etibarnamə rəsmiləşdiriləndə notarius onu tərcüməçi ilə təmin etməmişdir, etibarnamənin mətni iddiaçı üçün tərcümə olunmamışdır. Həmin etibarnamənin əsl mətni yalnız Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-822/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsini aldıqda iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçının vəkili qətnamənin məzmununu müvəkkilinə izah etdikdə məhkəmənin etibarnamə ilə bağlı gətirdiyi əsaslandırmanı müvəkkilinə izah etmişdir. İddiaçı qeyd edilən etibarnaməni cavabdehə verərkən cavabdehə iddiaçının bank hesabından pulun çıxarılmasını etibar etmək niyyətində olmuşdur. Lakin, iddiaçı həmin pullara sərəncam verilməsini cavabdehə etibar etmək niyyətində olmamışdır. Cavabdeh iddiaçının Azərbaycan dilini (notariat hərəkətin aparıldığı dili) bilməməsindən sui-istifadə edərək, onu aldatmışdır və etibarnamənin mətninə iddiaçının iradəsini əks etdirməyən səlahiyyətləri daxil etmişdir. Belə ki, etibarnamənin məzmunu aşağıdakıdan ibarətdir: "Məni, "xxxx" Bank ASC-də və ya istənilən filialında təmsil etməyi, mənim adıma olan hesablar üzərində sərəncam verməyi etibar edirəm. Bu etibarnamə ilə nəzərdə tutulan hüququn həyata keçirilməsi üçün etibarnamə alana aşağıdakı səlahiyyətlər verilir: yeni cari hesabının, yeni kart hesabının açılması, hesaba (hesablara) nağd pul vəsaitini mədaxil etmək, göstərilən hesabdan (hesablardan) nağd pul vəsaitini (həm əsas məbləği, həm də faizləri) çıxarmaq, göstərilən hesabdakı pul vəsaitini digər hesaba (və ya hesablara) köçürmək, göstərilən hesaba sərəncam verilməsi ilə bağlı zəruri sənədləri (yeni plastik kartını almağı, müqavilələri, ödəniş tapşırıqlarını, çekləri və s.) imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər zəruri hüquqi əhəmiyyətli hərəkətləri etmək.” iddiaçının iradəsi yalnız cavabdehə pul vəsaitini hesaba mədaxil etmək və hesabdan çıxarmaqla bağlı səlahiyyətrin cavabdehə verilməsinə yönəlmişdir. Lakin, iddiaçı həmin pul vəsaitlərinə sərəncam vermək hüququnu cavabdehə etibar etmək niyyətində olmamışdır. Cavabdeh və notarius iddiaçıdan xəbərsiz həmin səlahiyyətləri qanunsuz olaraq etibarnaməyə daxil etmişdilər. İddiaçının bankda təmsil etməklə bağlı məhdud dairədə səlahiyyətlərin cavabdehə etibar edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, iddiaçının üzərində 27.09.2018-ci il tarixdə “City hospital” şəhər xəstəxanasında hər iki baldır sümüklərində İlizarov üsulu rekonstruktiv cərrahi əməliyyatı hər iki qamış sümüklərinin osteotomiyasi və ilizarov apparatlarda fiksasiya cərrahi əməliyyatı aparılmışdır. “City hospital" şəhər xəstəxanasının 01.10.2018-ci il tarixli epikrizdən görünür ki, 27.09.2018-ci il tarixdə iddiaçı həmin xəstəxanada qeyd edilən cərrahi əməliyyat keçirmişdir. 01.10.2018-ci il tarixdə iddiaçı kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır və ambulator müalicənin müddəti 12 ay müəyyən edilmişdir. İddiaçının baldır sümüklərinə bərkidilmiş İlizarov apparatları ilə iddiaçının küçəyə çıxması, banka getməsi böyük çətinlik yaradırdı. Bu əməliyyatın keçirilməsini iddiaçı qabaqcadan planlaşdırmışdı. Məhs bu səbəbdən həmin cərrahi əməliyyatından bir gün əvvəl 26.09.2018-ci il tarixdə iddiaçı 29 saylı notariat kontoruna gedərək orada etibarnaməni imzalamışdır. Cavabdeh iddiaçı ilə olan səmimi münasibətlərdən istifadə edərək, 04 oktyabr 2018-ci il tarixində AR-İ N°» 656921 reyestr nömrəli 26 sentyabr 2018-ci il tarixli etibarnamə əsasında iddiaçı X6 Cayaboya məxsus olan bank hesabından 10.506 ABŞ dolları, 10.000 AZN və 23.661 ABŞ dolları olmaqla cəmi 68.000 manat məbləğində pulu çıxarmışdır. Cavabdeh ona verilmiş etibarnamədən sui-istifadə edərək iddiaçının bank hesabından çıxarılan pulları gətirib iddiaçıya təhvil vermək əvəzinə 05 oktyabr 2018-ci il tarixində həmin puların hesabına ünvan 1 ünvanında yerləşən mənzili öz adına almışdır və bu yol ilə iddiaçının pul vəsaitini mənimsəmişdir. Həmin mənzil üzərində cavabdehin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 18 oktyabr 2018- ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır. İddiaçı bununla bağlı cavabdehə irad tutanda cavabdeh bu hərəkətini xaricə getmək üçün özünə və anasına viza almaq məqsədilə etdiyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, həmin mənzilin üzərində mülkiyyət hüququnun ona məxsus olması onun üçün xarici ölkələrin (ABŞ, Kanada) konsulluqlarından vizaların alınmasını asanlaşdıracaq. Cavabdeh iddiaçıya vədlər verirdi ki, vizaları aldıqdan sonra o öz adına rəsmiləşdirdiyi mənzili iddiaçının adına keçirəcək. Göstərilənlərə əsasən, 26 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu X5 tərəfindən təsdiqlənmiş iddiaçı X8 Cayabo tərəfindən Cavabdeh verilmiş AR-İ seriyalı 656921 saylı etibarnamənin etibarsız hesab edilməsi, satıcı X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən 3 saylı evin 8 nömrəli mənzilin 05.10.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsində alıcı kimi Cavabdeh adının qeyd edilməsi hissəsinin qismən etibarsız hesab edilməsi və iddiaçı X6 Cayabonun həmin mənzilin alıcısı kimi tanınması, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, ev 35, mənzil 8 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.01.2018-ci il tarixdə 1105 nömrəli reyestr kitabının 10002 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi onunla əsaslandırılır ki, iddiaçı, 26.09.2018-ci il tarixdə cavabdehə onu "xxxx" ASC-də və ya istənilən filialda təmsil etməsi, onun adına olan hesablar üzərində sərəncam verməyi barədə etibarnaməni 29-cu notariat kontorunda təsdiqləmişdir. İddiaçının xarici vətəndaş olmasına və azərbaycan dilini bilməməsinə baxmayaraq, etibarnamənin mətni notariat kontorunda iddiaçıya tərcümə olunmamışdır. Cavabdeh də bundan istifadə edərək, iddiaçını aldatmış və etibarnmənin mətninə iddiaçının iradəsini əks etdirməyən səlahiyyətləri daxil etmişdir. Belə ki, iddiaçı etibarnaməni cavabdehə verərkən, yalnız iddiaçının bank hesabından pulun çıxarılmasını cavabdehə etibar etmək niyyətində olmuşdur. İddiaçı həmin pullara sərəncam verilməsini cavabdehə etibar etmək niyyətində olmamışdır. Həmin etibarnamənin əsl mətni iddiaçıya yalnız Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2021 saylı 08.02.2021-ci il tarixli qətnaməni aldıqda məlum olmuşdur. Hesab edir ki, iddiaçının iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, iş üzrə tərəflər 2016-cı ilin oktyabr ayında tanış olmuş və bir birlərini sevmişlər. 2018ci ilin aprel ayında iddiaçı və cavabdeh faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, 06.05.2019-cu il tarixdə isə bu münasibətləri rəsmilləşdirmişlər. Ailə qurduqdan sonra da tərəflərin çox gözəl münasibətləri olmuşdur. Bu münasibətlərin nəticəsi olaraq da iddiaçı, öz həyat yoldaşının, yəni cavabdehin özünə mənzil alması üçün sonuncuya pul hədiyyə etmək qərarına gəlmişdir. Bu məqsədlə iddiaçı, 26 sentyabr 2018-ci il tarixdə cavabdehə bank hesablarından pul vəsaitini götürmək və həmin bank hesabları ilə bağlı sərəncam vermək səlahiyyətlərini özündə əks etdirən etibarnamə vermək üçün cavabdehlə birlikdə Bakı şəhəri 29-cu Notariat Kontoruna getmişdir. Notariat Kontorunda işləyən əməkdaş ingilis dilində iddiaçıya hüquq və vəzifələrini izah etmiş, azərbaycan dilində tərtib edilmiş etibarnamənin tam mətnini iddaçıya ingilis dilində tərcümə edilmişdir. Bundan sonra iddiaçı etibarnamənin mətni ilə razı olduğunu ingilis dilində öz xətti ilə “AGREE” sözü ilə təsdiq etmiş, daha sonra isə etibarnaməni imzalamışdır. Göründüyü kimi, etibarnamə rəsmilləşdirilən zaman iddiaçının tərcüməçi ilə təmin edilmədiyi, etibarnamənin mətninin ona tərcümə edilmədiyi barədə iddia ərizəsində göstərilən dəlillər əsassızdır. Digər tərəfdən, iddiaçı cavabdehə qarşı 06 oktyabr 2020-ci il tarixdə məhkəmədə iddia qaldıraraq əsassız varlanma əsası ilə 68.000 manat məbləğində pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. Həmin vaxt iddiaçı tərəf iddia əizəsində və məhkəmə proseslərində bildirmişdir ki, 68.000 məbləğində pul üzərində cavabdeh düzgün sərəncam verməyib, o mənzili öz adına alıb. Hazırda isə cavabdehin adına verilmiş etibarnamədə sərəncam vermək səlahiyyətinin verilməsi barədə məlumatının olmaması ilə bağlı iddiaçının göstərdikləri cəfəngiyatdan başqa bir şey deyildir. Bu məlumatın məhz Nəsimi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qətnaməsini aldıqdan sonra bilməsi isə iddiaçının iddia müddətini ötürməsinə “don” geyindirməsidir. İddiaçı 27 sentyabr 2018-ci il tarixdən 01.10.2018-ci il tarixədək xəstəxanada olmuşdur. Cavabdeh iddiaçıya qulluq etdiyinə görə yalnız 05.10.2018-ci il tarixdə "xxxx" ASC-yə gedərək, 10.506 ABŞ doları, 10.000 manat və 23.661 ABŞ dolları, cəmi isə 68.000 manat məbləğində pulu iddiaçının adına bank hesablarından çıxartmış və həmin vəsaiti evə gətirmiş və iddiaçıya vermişdir. İddiaçı isə yenə də həmin pulun cavabdehə hədiyyə etdiyini və pulun artıq ona məxsus olduğunu, özünün mülahizəsinə uyğun, ev almasını bildirmiş və pulu cavabdehə qaytarmışdır. Cavabdeh də ona hədiyyə edilmiş pula 05.10.2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən mənzili alğı-satqı yolu ilə almışdır. Qeyd edilən mənzil alındıqdan sonra ər-arvad olan iş üzrə tərəflər həmin mənzilə köçmüş və mənzildə 2020-ci ilin sentyabr ayınadək, yəni tərəflər arasında münasibətlər pisləşənədək birgə yaşamışlar. İddiaçı hətta həmin ünvana yaşayış yeri üzrə qeydiyyata da düşmüşdür. Qeyd edilən pulun hədiyyə kimi cavabdehə bağışlanması, həmçinin onlar arasında aparılan whatsapp yazışmaları ilə də tam təsdiq edilir. Belə ki, həmin yazışmalardan görünür ki, Cavabdeh "xxxx" ASC-də olarkən iddiaçıya whatsapp vasitəsi ilə onun hesabından 68.000 manat və evin alınması ilə bağlı makler üçün əlavə 1.000 manat çıxaracağı barədə SMS yazmış, cavabdeh də “çox əla” sözləri ilə iddiaçıya cavab yazmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə hədiyyə etdiyi 68.000 manat məbləğində pula sonuncunun mənzil alacağını əvvəlcədən bilmişdir. Lakin bu hal keçən müddət ərzində onlar arasında hər hansı mübahisəyə səbəb olmamışdır. Mübahisənin olması da mümkün deyildir, çünki, iddiaçı həmin pulu cavabdehə bağışlamışdır. Bütün bu göstərilənlər onu təsdiq edir ki, iddiaçının güya cavabdehə pulun bankdan götürülməsi və ona verilməsi barədə tapşırıq verdiyini, lakin cavabdehin notarius ilə birləşərək iddiaçıdan xəbərsiz pul vəsaiti üzərində sərəncam vermək səlahiyyətini qanunsuz olaraq etibarnaməyə daxil etmələri, cavabdehin sonradan həmin vəsaiti mənimsəməsi barədə bildirdikləri cəfəngiyatdan, uydurmadan başqa bir şey deyildir. Həmin pul vəsaiti həqiqətən də iddiaçı tərəfindən cavabdehə hədiyyə edilmiş və cavabdeh öz mülahizəsinə uyğun olaraq həmin vəsait üzərində sərəncam vermişdir. Bunlardan başqa, iddiaçı iddia ərizəsində bir tərəfdən göstərir ki, o, cavabdehin adına etibarnaməni yalnız pulun götürülməsi məqsədi ilə vermişdir. Lakin bu zaman, iddiaçı həmin 68.000 manatın hansı məqsədlə götürmək istədiyinə açıqlama gətirməmişdir. Çünki, iddiaçının belə bir açıqlaması yoxdur. İddiaçı, həmin məbləği məhz iddiaçıya bağışlamaq və sonuncunun bu pula özünə ev almaq məqsədi ilə vermişdir. Bildirirəm ki, 68.000 manat az vəsait deyildir. İddiaçı tərəfindən cavabdehə etibarnamə 26 sentyabr 2018-ci il tarixdə verilmişdir. Pul bank hesabından 04 oktyabr 2018-ci il tarixdə çıxarılmışdır. Mənzil 05 noyabr 2018-ci il tarixdə alınmışdır. Həmin pul vəsaitinə mənzil alındıqdan dərhal sonra iddiaçı cavabdehlə birlikdə həmin mənzilə köçmüş, həmin mənzilə qeydiyyata düşmüşdür. Tarixlərə nəzər yetirdikdə, müəyyən edilir ki, etibarnamənin verilməsindən, pulun götürülməsindən və mənzilin alınmasından iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsinədək düz 2 ıl 8 aydan artıq vaxt keçmişdir. Hazırda güya ona məxsus pulun cavabdehin ona qaytarmadığını iddia edən iddiaçı keçən bu müddət ərzində nədənsə bununla bağlı hüquq- mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Yalnız cavabdeh iddiaçının ona xəyanət etməsindən bezərək, nikahın pozulması ilə bağlı 2019-cu ilin sentyabr ayında məhkəmədə iddia qaldırdıqdan sonra, iddiaçıya qarşı ilk əvvəl “əsassız varlanma əsası ilə pul, hazırda isə əqdin etibarsız hesab edilməsi əsası ilə mənzil tələb etmişdir. Bütün bunlar, iddiaçının iddia ərizəsində göstərdiklərinin həqiqət olmamasını, cavabdehə şər, böhtan atmasını təsdiq edir. 2019-cu ilin oktyabr ayında iş üzrə tərəflər arasındakı Watsapp yazışmalarının məzmunu, habelə noyabr ayında isə cavabdehin iddiaçının adına etibarnamə verməsi ilə bağlı isə bildirir ki, cavabdeh iddiaçıya mənzilin 1/2 hissəsini ona bağışlamasını təklif etmişdir. Necə ki, iddiaçı cavabdehə 68.000 manat məbləğində pulu hədiyyə etmiş, eləcə də cavabdeh iddiaçıya qarşı belə bir “jest” göstərmək istəmiş və mənzili ikisinin adına rəsmilləşdirilməsinə razılıq vermişdir. Lakin sonradan cavabdeh iddiaçının ona xəyanət etdiyini bildikdən sonra, etibarnaməni 28 dekabr 2019-cu il tarixdə ləğv etdirmişdir. Buna baxmayaraq, iddiaçı bundan sonra da mənzilin onun adına rəsmilləşdirilməsi ilə bağlı hər hansı təklif irəli sürməmiş, habelə məhkəmədə iddia qaldırmamışdır. Hazırki məhkəmə mübahisələrini isə iddiaçı yalnız cavabdehin ona qarşı nikahın pozulması barədə iddia irəli sürdükdən sonra başlamışdır. Hərçənd iddiaçı nikahın pozulmasına razı olmamış, bir neçə dəfə barışmaq istəmiş, lakin cavabdeh iddiaçının xəyanətlərindən bezərək, onun düzəlməyəcəyinə əmin olduğuna görə, münasibətlərinə son qoymaq qərarına gəlmişdir, iddiaçı da sanki cavabdehdən qisas almaq üçün bütün bu mübahisələri açmışdır. İddiaçı cavbadehə qarşı əsassız varlanma əsası ilə iddia irləi sürsə də, həmin iddia əsassız hesab edilmiş və iddia Nəsimi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qətnaməsi ilə rədd edlmişdir. Həmin qətnamə ilə də iddiaçının 68.000 manat məbləğində pulu cavabdehə hədiyyə etməsi, həmin pula mənzilin alınması faktı təsdiq edilmişdir. Bundan sonra iddiaçı bu iddiasının perspektivsiz olduğunu anlayıb, həm qətnamədən apelyasiya şikayəti vermiş, həm də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mənzilin alınması ilə bağlı müqavilələrin qismən etibarsız hesab edilməsi ilə bağlı onu qeyd edirəm ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisəli mənzilə dair satıcı X4 və cavabdeh arasında bağlanmış 05 oktyabr 2018-ci il tarixli müqavilənin bağlanması zamanı isə mülki qanunvericiliyin bütün şərtlərinə əməl olunmuşdur. Həmin müqavilənin tam və ya qismən etibarsız hesab edilməsi və bu müqavilənin törədiyi hüquqi nəticələrin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbləri əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 3 ünvanlayaraq mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin fikirlərini və ərizəni nəzərə alaraq hesab etmişdir ki, mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisininin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək qeyd etmişdir, iddiaçı onun həyat yoldaşı olmuş, evin alınmasın xəbəri olmuş və evin seçilməsində bəzi hallarda birgə iştirak etmişlər. Verilən etibarnamədə heç bir pozuntu olmamış və iddiaçı azərbaycan dilini başa düşür və danışır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək iddia tələbinin əsassız olduğu qənaətinə gələrək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 26.09.2018-ci il tarixli 656921 saylı Etibarnamədən görünür ki, iddiaçı, onu "xxxx" Bank ASC-də və ya istənilən filialında təmsil etməyi, onun adına olan hesablar üzərində sərəncam verməyi cavabdehə etibar etmiş, bu etibarnamə ilə nəzərdə tutulan hüququn həyata keçirilməsi üçün etibarnamə alana aşağıdakı səlahiyyətlər verilmişdir: yeni cari hesabının, yeni kart hesabının açılması, hesaba (hesablara) nağd pul vəsaitini mədaxil etmək, göstərilən hesabdan (hesablardan) nağd pul vəsaitini (həm əsas məbləği, həm də faizləri) çıxarmaq, göstərilən hesabdakı pul vəsaitini digər hesaba (və ya hesablara) köçürmək, göstərilən hesaba sərəncam verilməsi ilə bağlı zəruri sənədləri (yeni plastik kartını almağı, müqavilələri, ödəniş tapşırıqlarını, çekləri və s.) imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər zəruri hüquqi əhəmiyyətli hərəkətləri etmək. İş materiallarına əlavə olunmuş AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqısatıqı müqaviləsindən görünür ki, cavabdeh ünvan 2 ünvanda yerləşən mənzili almışdır. İş materiallarında olan "xxxx" açıq səhmdar cəmiyyətinin 04 sentyabr 2020-ci il tarixli PB/FBŞ-241 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən etibarnamə əsasında iddiaçının "xxxx" açıq səhmdar cəmiyyətində olan bank hesablarından 04.10.2018-ci il tarixdə 10.506 ABŞ doları, 10.000 manat və 23.661 ABŞ dolları məbləğlərində pul vəsaiti çıxarmışdır. İşdə olan Whatsapp yazışmalarından görünür ki, cavabdeh iddiaçıya məxsus bank hesabından 68000 manat pul vəsaitini çıxaracağı və mənzil almaq üçün notariusa gedəcəyi barədə iddiaçıya məlumat vermiş, iddiaçı cavabında “Əla” cavabını vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı, onu "xxxx" Bank ASC-də və ya istənilən filialında təmsil etməyi, onun adına olan hesablar üzərində sərəncam verməyi cavabdehə etibar edərək, cavabdehin adına 26.09.2018-ci il tarixli 656921 saylı Etibarnamə vermişdir. Cavabdeh etibarnamə əsasında iddiaçının "xxxx" açıq səhmdar cəmiyyətində olan bank hesablarından 04.10.2018-ci il tarixdə 10.506 ABŞ doları, 10.000 manat və 23.661 ABŞ dolları məbləğlərində pul vəsaiti çıxarmışdır. Həmin pul vəsaiti hesabına cavabdeh ünvan 2 ünvanda yerləşən mənzili almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin əsası kimi istinad olunan 26.09.2018-ci il tarixli 656921 saylı Etibarnaməni iddiaçı cavabdehə verməklə etibarnamənin mətni ilə razı olduğunu ingilis dilində öz xətti ilə “AGREED” sözü ilə təsdiq etmiş və imzalamışdır. Həmçinin iddiaçının bank hesabından çıxarılacaq pul vəsaitlərinə sərəncam vermək səlahiyyətinin cavabdehə verməsi, cavabdehin həmin pul vəsaiti ilə mənzil alacağı və bunlardan məlumatlı olması Whatsapp yazışmaları ilə də təsdiq olunur. Eyni zamanda, məhkəmə iddiaçının dili bilməməsi, etibarnamədəki səlahiyyətlər barədə iddiaçıya tərcümə olunmaqla məlumat verilməməsi və bu barədə etibarnamədə hər hansı qeydin olmaması barədə dəlillərini iş materiallarına əsasən əsassız hesab edir. Belə ki, iddiaçı hazırki iş üzrə onun nümayəndəsi və vəkili qismində çıxış edən Nümayəndə adına verdiyi AR-İİ seriyalı 277896 saylı etibarnaməsində də tərcümə olunması barədə hər hansı qeyd göstərilməmiş və həmçinin tərcüməçinin məcburi olması barədə qanunvericilikdə imperativ normanın olmasıda müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə göstərilən dəlillə bağlı qeyd edir ki, notariat fəaliyyəti üzrə kargüzarlığın dilinin aparılması qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuşdur ki, həmin maddədə kargüzarlığın aparıldığı dili bilmədiyi təqdirdə müraciət etmiş şəxsin xahişi əsasında notariusun arzu edilən dildə tərtib etməyi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi nəzərdə tutulmuşdur. Yəni kargüzarlığın aparıldığı dili bilməyən şəxs üçün etibarnaməni onun bildiyi dildə tərtib edilməsi və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsi notarius üçün məcburi deyildir. Bundan əlavə, məhkəmə tədqiqatı zamanı etibarnamənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı etibarnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, nümayəndəlik institunun prinsipinə uyğun olaraq verilən etibarnamə üzrə etibar edilən özünün mənafeyi üçün əqd bağlaya bilməz. Verilən izahatlara və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçının vermiş olduğu etibarnamədə bankdakı pullara dair sərəncam verilməsi səlahiyyəti nəzərə tutulmuşdur. Götürülmüş vəsaitin etibar edilənin mülkiyyətinə verilməsi isə etibarnamə əsasında deyil qanunvericilikdə müəyyən edilmiş əqd əsasında ( alqı-satqı, bağışlama və s) həyata keçirilə bilərdiki bununlada bağlı əqd bağlanmamışdır. Odur ki, iddiaçının ümumi qaydada cavabdehə qarşı əsassız varlanma tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissələri etibarnamənin etibarsız hesab edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə də yəni 05.10.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsində alıcı kimi Cavabdeh adının qeyd edilməsi hissəsinin qismən etibarsız hesab edilməsi və iddiaçı X6 Cayabonun həmin mənzilin alıcısı kimi tanınması, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, ev 35, mənzil 8 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.01.2018-ci il tarixdə 1105 nömrəli reyestr kitabının 10002 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi hissəsində prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan əsassız hesab olunmaqla təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün iddiaçının müqavilə tərəfi olmadığından həmin müqavilənində etibarsız hesab edilməsi üçün məhkəmədə subyektiv hüququ da mövcud deyildir və həmin müqavilə iddiaçının heç bir hüquqlarını pozmamışdır. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddiaçı Cayabo X6in Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cayabo X6in müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisini işə cəlb etməklə Cavabdeh qarşı «etibarnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-3857/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3857/2021
14.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver