Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-39/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülnarə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X15 iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı "xxxx" MMC, X40 Bankı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" MMC, X40 Bankı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı «müqavilənin və arayışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə (VÖEN **********) aralarında imzalanan 03 avqust 2010-cu il tarixli, 23 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli idi. Həmin müqavilənin şərtinə əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. 03 avqust 2010-cu il tarixli müqavilə üzrə ona satılan ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyəri kimi 2.000.000 (iki milyon) manat cavabdehə ödənilmişdir və ona borc olmaması haqqında maliyyə arayışı verilmişdir. Müqavilənin 1.1.-ci bəndindən görünür ki, həmin qeyri-yaşayış sahəsi 01 may 2016-cı il tarixə kimi ona təhvil verilməli idi. Lakin, bugünə kimi cavabdeh öhdəliyi icra etməmişdir. Hazırda həmin ərazidə 1 (bir) ədəd 24 mərtəbəli yaşayış binasının tikintisi–metal konstruksiya ilə mərtəbələrin inşaası tamamlanmış, ikinci binanın tikintisi isə yarıda dayandırılmışdır. Cavabdeh hüquqi şəxsin rəhbəri olan X27 tərəfindən müraciətlər edilsə də, məsələ bugünə kimi öz həllini tapmamışdır. Həmçinin, son zamanlar cavabdeh hüquqi şəxsin səlahiyyətli şəxslərini tapmaq qeyri-mümkün olmuşdur. Tikinti obyektinin qarşısına vurulan məlumat lövhəsindən görünür ki, sifarişçi və podratçı "xxxx" MMC-dir. Həmçinin tikintinin başlama vaxtı xx.xx.2017, qurtarma vaxtı isə xx.xx.2020 göstərilmişdir. Həmçinin məlumat lövhəsindən görünür ki, layihəçi "xxxx" MTK-dır. Dövlət Ekspertiza mərkəzi tərəfindən tikintiyə xx.xx.2009-cu il tarixli, 10916/10402/9970 saylı rəy verilmişdir. Tikinti obyektinə baş çəkdikdə ordan bildirilir ki, cavabdeh "xxxx" MMC-nin hazırda bu obyektə heç bir aidiyyatı yoxdur. Həmin şirkətin problemləri var və iş məhkəmədədir. Ona görə də tərəfindən hazırki iddia qaldırılır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilib mərtəbəliliyi tamamlanan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə İddiaçı hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək iddia tələbinin bütövlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "El.Sə.Ni.” MMC-yə qarşı məhkəməyə müraciət edərək bildirmişdir ki, guya onunla "xxxx" MMC arasında tərtib edilmiş 03 oktyabr 2010-cu il tarixli, 23 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsi ona təhvil verilməli idi, həmin müqavilənin şərtinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, 03 avqust 2010-cu il tarixli müqavilə üzrə ona satılan ünvan 1 ünvanında tikilməkdə olan, "El.Sə.Ni.” MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyəri kimi 2.000.000 (iki milyon) manat cavabdehə ödənilmiş və ona borcu olmaması haqqında maliyyə arayışı verilmiş, müqavilənin 1.1.-ci bəndindən görünür ki, həmin qeyri-yaşayış sahəsi 01 may 2016-cı il tarixə kimi ona təhvil verilməli idi, lakin bugünə kimi cavabdeh öhdəliyi icra etməmişdir. Cavabdeh tərəf hesab edir ki, hazırki qarşılıqlı iddia təlibi məhkəmədə baxılarkən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı tərəfindən qarşılıqlı iddia tələbi üzrə əsaslandığı məhkəməyə təqdim edilmiş müqavilədən görünür ki, həmin müqavilə 03 avqust 2010-cu il tarixdə bağlanmış, müqavilənin 1.1.-ci bəndindən isə görünür ki, həmin qeyri-yaşayış sahəsi 01 may 2016-cı il tarixə kimi qəbul edilir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni 6 il 4 ay müddət keçdikdən sonra daxil olmuşdur. İddia müddətinin axımının kəsilməsi barədə isə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, hesab edir ki, İddiaçı iddia tələbinə iddia Uüddəti tətbiq edilərək iddia tələbi bütövlükdə rədd edilməlidir.
5. Öz növbəsində iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı «müqavilənin və arayışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzvə cavabdeh ‘El.Sə.Ni." MMC-yə qarşı məhkəməyə müraciət edərək bildirmişdir ki, guya onunla “El.Sə.Ni." MMC arasında tərtib edilmiş 03 avqust 2010-cu il tarixli, 23 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında tikilməkdə olan, “El.Sə.Ni." MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyriyaşayış sahəsi ona təhvil verilməli idi, həmin müqavilənin şərtinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, 03 avqust 2010-cu il tarixli müqavilə üzrə ona satılan ünvan 1 ünvanında tikilməkdə olan, “El.Sə.Ni." MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin dəуəri kimi 2.000.000 (iki milyon) manat cavabdehə ödənilmiş və ona borcu olmaması haqqında maliyyə arayışı verilmiş, müqavilənin 1.1.-ci bəndindən görünür ki, həmin qeyriyaşayış sahəsi 01 may 2016-cı il tarixə kimi ona təhvil verilməli idi, lakin bugünə kimi cavabdeh öhdəliyi icra etməmişdir. Hesab edilir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında tərtib edilmiş 03 avqust 2010-cu il tarixli müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş 1 ədəd arayış etibarsız hesab edilməli, ilkin iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, MMC özünə məxsus inşa edilən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1650,0 kv.m. olan qeyriyaşayış sahəsi cavabdeh İddiaçı verir, sonuncu isə bunun müqabilində müvafiq məbləğdə pul vəsaiti ödəyir. Lakin qeyd etmək lazımdır ki, "xxxx" MMC üçün inşa edilən bina halhazırda təhvil verilmədiyi üçün həmin binanın tərkib hissəsi olan mənzillər, habelə qeyriyaşayış sahələri hüquqi qeydiyyatdan keçməmiş və onlara dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar verilməmişdir. Odur ki, həmin mənzillər mülki dövriyyənin adi baxımından alqı-satqı predmeti ola bilməz, bu səbəbdən həmin mənzillərin alqısatqısına dair Azərbaycan Respublikası MM-nin 29-cu fəslinin 5-ci paraqrafı tətbiq edilə bilməz. Qeyd edilən bina və onun tərkib hissəsi olan mənzillər kooperativ üzvləri üçün inşa edildiyindən və kooperativin əmlakı olduğundan həmin mənzillərin ayrılması Azərbaycan Respublikası MM-nin 109-112-ci maddələrinin tələbləri qaydasında həll edilir. "xxxx" MMC müvafiq qaydada təsdiq olunmuş Nizamnaməsi ilə də eyni qaydalar nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh İddiaçı üzv olmaq istəyi barədə “EL.Sə.Ni." MMC-yə belə bir müraciət etməmiş və o, qanunvericilik və nizamnamə ilə müəyyən edilmiş qaydada kooperativin üzvlüyünə qəbul olunmamış, habelə kooperativin üzvü olan digər şəxsdən pay haqqı müəyyən edilmiş qaydada ona keçməmişdir. Belə olan halda cavabdeh İddiaçı "xxxx" MMC-dən hər hansı bir əmlak payına və ya belə bir əmlaka istifadə hüququ əldə etməmiş, onların arasında qeyri-yaşayış sahəsinə dair müqavilə bağlansa da, həmin müqavilə üzrə cavabdeh İddiaçı qeyri-yaşayış sahəsinə görə heç bir məbləğdə vəsait ödəməmiş, odur ki, həmin müqavilə etibarlı sayıla bilməz. Belə ki, cavabdeh İddiaçı borcu olmaması barədə arayış verilsə də, tərəfindən 2 milion manat pulun MMC-yə ödənilməsi barədə heç bir sənəd (mədaxil qəbzi) yoxdur. Həmin pulun MMC-nin kassasına mədaxil edilməsi, mühasibatlıq üzrə müxabirləşmənin aparılması və sair sənədləşmə aparılmamışdır. MMC üzrə aparılmış audit rəyi də bu xüsusatı təsdiq edir. Göstərilənlərə əsasən, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə iddiaçı "xxxx" MMC arasında qeyriyaşayış sahəsinin alqı-satqısına dair tərtib edilmiş 03 avqust 2010-cu il tarixli müqavilənin və həmin müqavilə üzrə tərtib edilmiş 1 ədəd arayışın etibarsız hesab edilməsi barədə, habelə ilkin iddia üzrə iddiaçı cavabdeh İddiaçı iddiası əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 7.Daha sonra İddiaçı cavabdeh "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsinə və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin rədd edilərək, ilkin iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. 8.Etiraz onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilib mərtəbəliliyi tamamlanan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin təhvil verilməklə sahiblik və istifadəyə verilməsinə, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsinə dair iddia qaldırılmışdır. İddia ərizəsi əsaslıdır və sübutlar məhkəməyə təqdim edilmişdir, cavabdeh tərəfindən iddiaya qarşılıqlı tələb irəli sürülmüş, həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim olunmuşdur. Aşağıdakılara görə hesab edilir ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməli, həmçinin müddətin tətbiq edilməsinə dair ərizə rədd edilməlidir. İş materiallarından da göründüyü kimi cavabdeh "xxxx" MMC 03 avqust 2010cu il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Belə olan halda onun iddia müddətinin tətbiqinə dair ərizəsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, cavabdeh 03 avqust 2010-cu il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra edib başa çatdırmamışdır və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, hazırda cavabdehin qanuni təmsilçisi X28r. Həmin şəxs müqaviləni imza edərkən də, cavabdehin rəhbəri olmuşdur. Deməli, etibarsızlığını hazırda tələb etdiyi xx.xx.2010-cu il tarixli müqavilədən xəbərdar idi. Üstündən 12 il keçdikdən sonra müqavilənin etibarsızlığının cavabdeh tərəfindən tələb edilməsi absurddur və qanuni izahı belə yoxdur. Cavabdehin qarşılıqlı iddiasından görünür ki, ilkin iddia onun tərəfindən qismən qəbul edilir və qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş kimi nəzərdə tutulur. Baxmayaraq ki, qarşılıqlı iddia Mülki Prosessual Məcəllənin tələblərin uyğun şəkildə təqdim edilməmişdir. İlkin iddia xx.xx.2022ci ildə mümkün hesab edilib. Lakin, qarşılıqlı iddia xx.xx.2022-ci ildə elektron məhkəmə portalına yüklənib. Bu isə qanunvericilikdə nəzərdə tutulan 20 günlük müddətin ötürülməsi deməkdir. Halbuki, cavabdeh xx.xx.2022-ci ildə elektron məhkəmə portalına digər sənədlər əlavə etmişdir və ilkin iddiadan xəbərdar idi. 9.Daha sonra hazırki iş üzrə üçüncü şəxs “X43 Bankı”nın nümayəndəsi və vəkili Vəkil3 Sabit oğlu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “EL.SƏ.Nİ" MMC arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair tərtib edilmiş 03 avqust 2010-cu il tarixli, 23 say müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayışının etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “EL.SƏ.Nİ" MMC-yə qarşı "öhdəliyin tam icra edilməsi daşınmaz əmlakın təhvil verilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilmiş 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m olan qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 avqust 2010-cu il tarixli, 23 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında tikilməkdə olan "xxxx" MMC-yə məxsus olan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı təhvil verilməli idi, həmin müqavilənin şərtinə əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etmiş. xx.xx.2010-cu il tarixli müqavilə üzrə ona satılan qeyriyaşayış sahəsinin dəyəri kimi 2.000.000 (iki milyon) manat cavabdehə ödəmiş və ona borcunun olmaması haqqında maliyyə arayışı verilmişdir. Müqavilənin 1.1-ci bəndinə görə, həmin qeyri-yaşayış sahəsi 01 may 2016-cı il tarixə kimi iddiaçıya təhvil verilməli idi, lakin bu günədək cavabdeh öhdəliyini icra etməmişdir. Bildirilir ki, “X41 Bankı” hazırki iş üzrə cavabdeh "xxxx" MMC ilə arasında xx.xx.2009-cu il tarixdə 880/M/AZE/l 1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, Bank tərəfindən cavabdehə 37.000.000 (otuz yeddi million) AVRO məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasında İpoteka müqaviləsi ünvan 14 notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir. İpoteka müqaviləsinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Birinci cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.07752 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MH seriyalı *** **** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir), həmin ünvanda yerləşən ümumi sahəsi 266.3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.144 ha torpaq sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 3014, Asif Məhərrəmov küçəsi. 4 ünvanında yerləşən ümumi sahəsi 264.8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.2143 ha torpaq sahəsini Bankın ipotekasına qoymuşdur. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 03 avqust 2010-cu il tarixli, 23 saylı qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanan zaman ünvan 1 ünvanında tikilməkdə olan "xxxx" MMC-yə məxsus olan 24 mərtəbəli yaşayış binası “X43 Bankı”nın xeyrinə ipotekaya qoyulmuşdur. Belə olan halda, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikilməkdə olan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1650.0 kv.m olan qeyriyaşayış sahəsi iddiaçıya satıla bilməzdi. Bu səbəbdən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair tərtib edilmiş 03 avqust 2010-cu il tarixli müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini iddianı müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəflərindən kifayət qədər izahat verilmişdir və zəruri bütün sübutlar təqdim edilmişdir. Bütün bunlar kifayətdir ki, onları iddiası təmin edilsin. Qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı bildirmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibəti olmuş və öhdəlik hüquq münasibətinin xarakteri isə ondan ibarətdir ki, tərəflər üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidir. Tərəflərindən üzərlərinə düşən öhdəlik tam şəkildə icra olunmuş, yəni pul tam həcmdə ödənilmiş və bununla bağlı maliyyə arayışı hüquqlarını müdafiə etdiyi şəxsə verilmişdir. Qarşı tərəf isə indiyənədək üzərinə düşən öhdəliyi icra etməmişdir. Buna görə də nə qədər ki, qarşı tərəf öhdəliyini icra etməyi, bununla bağlı iddia müddətinin keçməsinə istinad edə bilməz. Bununla bağlı AR Konstitusiya Məhkəməsinin və Ali Məhhkəmənin qərarları mövcuddur. Qarşılıqlı iddia tələbi ilə bağlı isə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı onunla onların aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə istinad edir, lakin bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin AR Mülki Məcəlləsinə etibarsızlığın əsasları göstərilmiş ki, həmin halların heç biri mövcud deyil. Bundan başqa həmin hallardan hər hansı biri mövcud olsaydı belə, etibarsızlıqla bağlı iddiaların verilməsi üçün 1 illik müddət tətbiq edilir ki, qarşı tərəfindən həmin iddianı verməsi üçün müqavilə imzalanan vaxtdan etibarən bir ili var idi. Lakin o buna da riayət etməmiş, yəni iddia müddətini ötürmüşdür. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi həmçinin göstərmişdir ki, mübahisəli ərazi X2 ərazi eyni deyil. Bu səbəbdən qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X29 izahatında göstərmişdir ki, əvvəlki məhkəmə iclaslarında qeyd etdiyi xüsusatları və tərəfindən verilmiş sübutları nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsini xahiş edir. 3-cü şəxsin nümayəndəsi (qanuni təmsilçisi) həmçinin izahatında göstərmişdir ki, X11 ilə İddiaçı arasında qohumluq münasibəti olmuşdur. Onlara satıldığı iddia edilən sahələr də tam eynilik təşkil edir. Belə ki, mübahisəli sahənin yerləşdiyi binada ümumilikdə 1650 kv.m. qeyri-yaşayış sahəsi vardır. Bu texniki sənədlərlə sübut olunur. Zaur Tarverdiyev və İddiaçı "xxxx" MMC arasında bağlanmış müqavilələr də eyni məzmunludur, sahələr eynidir, müqavilənin nömrələri eynidir, sadəcə tarix fərqi vardır. Ola bilməzdi ki, qohum olan şəxslərin digərinin artıq həmin sahəni almadığından xəbəri olmasın. Bundan başqa əvvəlki məhkəmə iclaslarında da qeyd etdiyi kimi həmin alqı-satqı müqavilələri üzrə "xxxx" MMC-yə pul mədaxil olmamışdır. Bunu da sübut edən kifayət qədər sübutlar var. Əvvəlki məhkəmə iclaslarının birində ilkin iddia üzrə iddiaçı bildirmişdir ki, əmlak satılıb, bankdan köçürmə yolu ilə pulu "xxxx" MMC-yə vermişdir. Lakin "xxxx" ASC-yə qərardadla müraciət olunmuş, verilən cavabda bu fakt öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı satdığını iddia etdiyi əmlaklarla bağlı da sübut təqdim edəcəyini bildirsə də, həmin sübutları təqdim etməmişdir. Həmçinin məhkəmə mübahisə ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin icrasız geri qaytarılmışdır. Bütün bu faktlar deməyə əsas verir ki, "xxxx" MMC-yə pul mədaxil olmamışdır. X1 iddia tələbi ilə bağlı mülki işə baxılmış və iddia tələbi rədd edilmişdir. Rəddin əsasları kimi əmlakın hazır olmaması səbəbindən iddia tələbinin rədd edilməsinin mümkün olmaması göstərilməsini əsas götürsələr, onda belə çıxır ki, mübahisəli əmlakın X7 məxsus olması məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə olan halda eyni əmlakın İddiaçı məxsus olması ilə bağlı iddianın təmin edilməsi iki bir-birinə zidd qətnamə çıxarılması demək olardı. Bu səbəbdən bütün bu halları nəzərə alaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir.
13. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 Bankının nümayəndəsi və vəkili Vəkil3 izahatında göstərmişdir ki, hesab edir ki, hazırki mülki işə baxılarkən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar da nəzərə alınmalıdır. Belə ki, Zaur Tarverdiyev "xxxx" MMC-yə qarşı olan mübahisəsində müəyyən edilmişdir ki, Zaur Tarverdiyev həqiqətən mübahisəli əmlakı almış və ödəniş edilmişdir. Bununla bağlı onlar arasında razılaşma bağlanılmışdır. İddianın təmin edilməməsinə yeganə səbəb isə o, olmuşdur ki, iddiaçı həmin binanın ona təhvil verilməsini tələb etmişdir. Həmin bina isə hazır olmadığından məhkəmə faktiki olaraq binanın ona təhvil verilməsinin mümkün olmadığını bildirmişdir. Ancaq faktiki olaraq bina hazır olduqdan sonra binanın Zaur Tarverdiyevin həmin bina üzərində hüquqları olduğu müəyyən edilmişdir. İddiaçı ən azından hazırki məhkəmə prosesində həmin qətnamənin mövcudluğundan xəbərdar olmuş və o, həmin qətnaməni mübahisələndirməli idi. Lakin bunu etməmişdir. Bu da o, deməkdir ki, o, həmin qətnaməni qəbul eetmişdir. Buna görə də həmin qətnamə ilə bağlı gələcəkdə onun ziyanına həyata keçirilə biləcək hərəkətlərin riskini daşıyır. Onun hazırkı iddia tələbi isə əsassızdır. Bundan başqa, İddiaçılə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən mübahisəli bina 2016-cı ildə İddiaçı təhvil verməli idi. Lakin bu icra edilməmişdir. Həmin müddətdən də iddia müddətinin axımı başlamışdır. İddiaçı həmin vaxtdan sonra "xxxx" MMC-yə pretenziya verməli və bu kimi hüquqi prosedurlara başlamalı idi. Hazırkı mübahisənin kökündə müqavilə münasibətləri dayandığından və müqavilədən irəli gələn mübahisələr üzrə iddiaçı müddəti 3 il təşkil etdiyindən 2019-cu ildə artıq iddia müddəti bitmişdir. Bu daşınmaz əmlakın alqı-satqısı müqaviləsi olmadığından, mahiyyətçə podrat müqaviləsi olduğundan burada 6 illik iddia müddətindən söhbət gedə bilməz. Hesab edir ki, bu əsasla iddia tələbi rədd edilməlidir. Bundan başqa, həmin əmlak xx.xx.2010-cu il tarixdə ipotekaya qoyulmuşdur. Həmin müqavilədə qeyd edilmişdir ki, torpaq sahəsinin üzərində tikiləcək əmlak da ipoteka ilə yüklü hesab edilir. Adıçəkilən müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Buna görə də V.İsayevin onların razılıqları olmadan və onlara məlumat verilmədən həmin əmlakla bağlı müqavilələr bağlamaq hüququ yox idi. "xxxx" MMC ipoteka saxlayan qarşısında götürmüş olduğu öhdəliklərə zidd olaraq müqavilələr bağlamışdır. Hazırkı mülki iş üzrə İddiaçı mübahisəli əmlakla bağlı hüququ olmuş olsa belə, o bununla bağlı iddianı "xxxx" MMC-yə qarşı yox, bilavasitə V.İsayevə qarşı qaldırmalıdır. İddiaçı əmlakla bağlı müqavilə bağlayarkən həmin əmlakın yüklülüyünün olub-olmamasını araşdırmalı idi. Qeyd edilən halları əsas tutaraq hesab edir ki, iddia tələbi təmin oluna bilməz.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40 Bankının nümayəndəsi və X11 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixli, 23 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsini İddiaçı tam ödəmiş olduğu halda 2.000.000 manat əvəzinə 01 may 2016-cı il tarixinə qədər alıcıya verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin "xxxx" MMC ilə X11 arasında xx.xx.2010-cu il tarixdə eyni əmlakla bağlı alqısatqı müqaviləsi bağlanmışdır. Bundan başqa, mübahisəli bina X35 Bankı tərəfindən 2017-cu ildə ipoteka ilə yüklü edilmiş, 2017-ci ildə isə "xxxx" MMC-nin adına rəsmiləşdirilərək ikinci dəfə ipoteka ilə yüklü edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X11 mübahisəli bina ilə bağlı məhkəməyə müraciət etmiş və onun hüquqları tanınmışdır. Lakin bina hazır olmadığından binanın ona təhvil verilməsinin mümkün olmamışdır. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsini tələb edir. Eyni zamanda “X43 Bankı”nın nümayəndəsi və vəkili Vəkil3 Sabit oğlu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “EL.SƏ.Nİ" MMC arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair tərtib edilmiş 03 avqust 2010-cu il tarixli, 23 say müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayışının etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı xx.xx.2010-cu il tarixli müqavilənin və arayışın etibarsız hesab edilməsini tələb edir.
b) Mülki işin materialları:
17. Mülki işin materiallarında olan xx.xx.2010-cu il tarixli, 23 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının ümumi sahəsi 1650.0 kv.m olan, 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsini alıcı İddiaçı tam ödəmiş olduğu halda 2.000.000 manat əvəzinə 01 may 2016-cı il tarixinə qədər alıcıya verməyi öz öhdəsinə götürmüşdür.
18. Mülki işin materiallarında olan xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona satılmış ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus, 24 mərtəbəli yaşayış binasının ümumi sahəsi 1650.0 kv.m olan, 1-ci “mərtəbəsindəki” qeyri-yaşayış sahəsinin dəyəri, "xxxx" MMC-yə tam ödənilmiş və bugünə borcu mövcud deyildir.
19. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, əvvəlki ünvanı ünvan 5a Azərbaycan Respublikası Prezidentinin 2008-ci ıl 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinı ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 6 ünvan nömrəsi təyin edilmişdir.
20. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A, çoxmərtəbəli yaşayış binası xx.xx.2025-ci il tarixə qədər “X43 Bankı”nın xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak dövlət reyestrində 04 nömrəli reyestr kitabının 446 nömrəli vərəqində qeydiyyata alınmışdır.
21. Mülki işin materiallarında olan "xxxx" MMC-nin direktoru X37 və "xxxx" MMC-nin direktor müavini R.H.Muradova tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, xx.xx.2019-cu il tarixli, 19/70 saylı müqaviləyə əsasən "xxxx" MMC-də aparılan audit yoxlaması ilə əlaqədar olaraq Cəmiyyətə məxsus binada mühasibat sənədləri saxlanılan otağa baxış keçirilmiş, baxış zamanı mühasibat sənədləri saxlanılan otaqda 2009-cu ilə dair kassa sənədləri və digər sənədlər aşkar edilməmişdir.
22. Mülki işin materiallarında olan X12 (borcverən) və "xxxx" MMC-nin təsisçisi X38 (borcalan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsindən görünür ki, borc verən borc alanın mülkiyyətinə, əməli idarəçiliyinə ******* avro, manatla kurs üzrə ******* manat məbləğində borc pul verir, borc alan xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür.
23. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AT/094 N-li İcazə ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, auditor X37 "xxxx" MMC-nin 2009-2011-ci illər ərzində hesablaşma hesabına və kassaya daxil olan pul vəsaitlərinin yoxlanmasına dair audit yoxlamasını aparmışdır. Audit yoxlaması 01 sentyabr 2019-cu il tarixdə başlanmış və 01 noyabr 2019-cu il tarixdə başa çatmışdır. Audit yoxlaması "xxxx" MMC-nin direktoru (çıxarış üzrə qanuni təmsilçisi) X21 və Cəmiyyətin baş mühasibi X17 iştirakı ilə aparılmışdır. Audit yoxlaması “EL.SƏ.Nİ“ MMC tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri əsasında aparılmışdır. Aparılan audit yoxlaması nəticəsində təqdim olunan ilkin sənədlərdən və araşdırmalardan məlum olur ki, bir tərəfdən Rusiya Federassiyası vətəndaşı, Tyumen vilayəti, Vaqays kəndi, Sovet küçəsi, ev 15, mənzil 1-də qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü X12 - “borc verən” və digər tərəfdən xx.xx.2005-ci ildə 0205-S18-3068 şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş ünvan 7 ünvanda qeydiyyatda olan “EL.SƏ.Nİ“ Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi şəxsində ünvan 8 ünvanda qeydiyyatda olan 1955-ci il təvəllüdlü X38 - “borc alan” arasında xx.xx.2009-cu tarixində Bakı şəhərində aşağıdakı məzmunda “Borc müqaviləsi” bağlanmışdır: Belə ki, “Borc verən” tərəfindən “Borc alan”ın mülkiyyətinə, əməli idarəçiliyinə - ******* (altı milyon altı yüz əlli min) AVRO, manatla kurs üzrə 7 547 750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğdə borc pul verilir, “Borc alan” xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürür. Bu müqavilədə göstərilən məbləğ, borc pulu alanın arzusu ilə xx.xx.2010-cu il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğin axırıncı qalığı xx.xx.2010cu il tarixdən gec olmayaraq "xxxx" MMC tərəfindən qaytarılmalıdır. Həmin müqavilə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri 9 saylı dövlət notariat notariusu Sadıqov R.F tərəfindən təsdiq edilmişdir və reyestrdə 3-M-5/750 nömrə ilə qeyd olunmuşdur. Lakin aparılmış audit yoxlaması nəticəsində və ilkin sənədlər əsasında aparılmış araşdırmalara əsasən "xxxx" MMC-nin istər kassa sənədlərində və istərsə də banklarda olan hesablaşma hesablarında yuxarıda qeyd olunan 6650 000 avro və ya bu məbləğin manat ekvivalenti ******* AZN pul vəsaitinin cəmiyyətə mədaxil olunmadığı və bununla da həmin vəsaitdən hər hansı bir təyinat üzrə istifadə olunmadığı aşkarlanaraq müəyyən edilmişdir. Belə ki, auditor xidməti göstərilməsi barədə 19/70 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə sözü gedən borc müqaviləsi üzrə aparılan audit yoxlaması ilə əlaqədar olaraq "xxxx" MMC-nin ofisində direktor müavini R.M.Muradovun iştirakı ilə mühasibat sənədləri saxlanılan otaqda baxış keçirmişlər. Baxış nəticəsində mühasibat sənədləri saxlanılan otaqda 2009-cu ilə dair kassa sənədləri və digər sənədlər aşkar edilməmişdir. Bundan əlavə, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli 12 saylı məktubun məzmunundan məlum olur ki, "xxxx" MMC-nin 2009-cu ildən 2010-cu ilə qədər heç bir fəaliyyəti göstərilməmişdir. Audit yoxlaması ilə əlaqədar olaraq "xxxx" MMC-nin hesablaşma hesabından 2009-2011-ci illər ərzində bank çıxarışları haqqında məlumat almaq məqsədi ilə "Nikoil” İKB-nin Sumqayıt filialına, "Zamin Bank” ASC-yə və "Bank Technique” ASC-nin "Həyat” filialına müraciət edilmişdir. Qeyd olunan banklardan müvafiq cavablar alınmışdır. Banklardan alınan cavabların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2009-cu il tarixli "Borc müqaviləsi”nə əsasən istər borc verən tərəf X12 və istərsə də borc alan tərəf X38 tərəfindən "xxxx" MMC-nin kassasına və ya hesablaşma heç bir pul vəsaiti islər nağd şəkildə və istərsə də köçürmə yolu ilə mədaxil olunmamışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq X21 faktla əlaqədar izahatı alınmışdır. O, öz izahatında göstərmişdir ki, X12 ilə aralarında borc söhbəti olsada, eləcə də borc müqaviləsi bağlansa da, faktiki olaraq o, İsayev Nərimandan heç bir borc almamışdır. Borc barədə Nəriman İsayevlə aralarındakı sənədlər isə yalnız Rusiya Federasiyasının banklarından kredit almaq məqsədi ilə hazırlanmışdır. Lakin nəticədə Rusiya banklarından kredit almaq mümkün olmamışdır. Audit yoxlamasının gedişində "xxxx" MMC-də təchizatçısı vəzifəsində çalışan X18 da faktla əlaqədar izahat alınmışdır. İsayev Yusif öz izahatında göstərmişdir ki, həqiqətən X6, X27 6 650 000 Avro borc verməsinə dair adi kağızda qəbz yazılmış və o da şahid kimi həmin qəbzi imzalamışdır. Lakin həmin vaxt, yəni qəbz yazılan zaman Nəriman İsayev tərəfindən faktiki olaraq Vaqif İsayevə pul verilməmiş və bu sənədlər ancaq formal xarakter daşımışdır. Qeyd etmək lazımdır ki, audit yoxlaması gedişində X6 faktla əlaqədar olaraq izahatını almaq mümkün olmamışdır. Belə ki, tərəflərindən onun qeydiyyatda olduğu RF, Tyumen vil. Vaqays kəndi, Sovet küçəsi, ev 15, mənzil 1 ünvanına poçt vasitəsilə xx.xx.2019-cu il tarixində 914782 saylı ödəniş qəbzi ilə teleqram verilmişdir və oktyabr 2019-cu il tarixində mərkəzi poçt vasitəsi ilə məktublaşdırılmışdır.Lakin buna baxmayaraq X12 çağırışa gəlməmiş və onun izahatını almaq mümkün olmamışdır. Beləliklə, aparılmış audit yoxlaması nəticəsində məlum olmuşdur ki, X13 ilə X38 arasında borc olmuşdursa da borcun “EL.SƏ.Nİ“ MMC-yə heç bir aidiyyatı yoxdur. Hal-hazırkı audit yoxlaması nəticəsində faktiki olaraq X8 X27 borc pul verib verməməsinin müəyyən etmək mümkün olmadı. Ona görə də həmin fakt aidiyyatı istintaq orqanları tərəfindən araşdırılmalıdır.
24. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 6(103)-342/2021 saylı Qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X16 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 02 yanvar 2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və ibtidai araşdırmanın aparılması Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin digər müstəntiqinə həvalə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 6(006)-55/2021 saylı qərarından maraqlı şəxs X6 müdafiəçisi X39 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 6(006)-55/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2/ Qeyri-yaşayış binası və 0.144 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixli kredit müqaviləsi əsasında “X43 Bankı”nın xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak dövlət reyestrində 17 nömrəli reyestr kitabının 1564 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi və **********96-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
26. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 15/ torpaq sahəsi xx.xx.2009-cu il tarixli kredit müqaviləsi əsasında “X43 Bankı”nın xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak dövlət reyestrində 131 nömrəli reyestr kitabının 12301 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi və **********97 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
27. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 3014, Asif Məhərrəmov küçəsi 4/qeyri-yaşayış binası və 0.2143 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixli kredit müqaviləsi əsasında “X43 Bankı”nın xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1869 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi və **********15-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
28. Mülki işin materiallarında olan X38 tərəfindən səlahiyyətli orqanlara ünvanlanan öhdəlik ərizəsindən görünür ki, X38 "xxxx" MMC-nin təsisçisi olaraq tam fiziki və zehni qabiliyyətə malik olduğunu qeyd etməklə öhdəlik götürür ki, bu tarixə qədər adı çəkilən şirkətin bütün elan olunmuş və elan olunmamış öhdəlikləri və borcları ilə əlaqədar cavabdehlik daşıyır. Əgər hər hansısa bir səbəb üzündən istər xarici, istərsə də yerli fiziki və ya hüquqi şəxslər tərəfindən "xxxx" MMC-yə qarşı hər hansısa bir tələb və iddia irəli sürülərsə, şəxsən məsələnin aydınlaşması və qeyd olunan tələbin ödənilməsi üçün tədbir görəcəkdir ki, “Nəsimi Bakı” layihəsinin icrası prosesində təxir və yubanma halları meydana gəlməsin. Əgər "xxxx" MMC və ya X35 Bankı, yaxud da ki X32 Arman Şirkəti ödəmələrin aparılmasını lazım bilərsə və ya yuxarıda adı qeyd olunan layihənin mənafeyini nəzərə alaraq həmin layihə üzrə tikinti və inşaat işlərinin icrasında təxir və yubanmaların, eləcə də üzərinə həbs qoyulmasının qarşısının alınması üçün qeyd olunan borcların ödənilməsini lazım bilərək həmin borcların ödəyərsə, birbaşa olaraq məsləhət bildikləri üsul ilə bu istiqamətdə tədbir görə bilərlər və həmin borcları ödədikdən sonra öz məsləhətlərinə uyğun olaraq ödənilən məbləğləri birbaşa olaraq ona məxsus hər bir əmlakdan tuta bilər və ya “Nəsimi Bakı” layihəsindəki payından çıxa bilərlər. Əgər "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus payın alqı-satqısı ilə əlaqədar müqavilənin bağlandığı tarixdən əvvəlki dövrlərə şamil olan öhdəlik və tələblər barədə hər hansısa bir fiziki və ya hüquqi şəxslər tərəfindən "xxxx" MMC-nin əleyhinə Azərbaycan Respublikası və İran İslam Respublikasının məhkəmə orqanları, o cümlədən dövlət və özəl qurumları və təşkilatları qarşısında iddia və vəsatətlər qaldırılarsa, həmin iddia və tələblər qarşısında şəxsən və birbaşa olaraq cavabdeh olacaqdır. Əgər "xxxx" MMC-nin yeni sahibi və ya "xxxx" MMC qaldırılan iddia və vəsatətlərə sözügedən məhkəmələrdə etiraz etməyi və qarşı tərəflə əlaqədar iddia qaldırmağı məsləhət bilərsə, bu proseslə bağlı bütün xərcləri ödəmək və ödənilən məbləği ondan tələb etmək və yuxarıda qeyd olunan qaydada bibaşa olaraq almaq hüququna malikdirlər. Eyni zamanda "xxxx" MMC ilə bağlı hər hansısa bir təsəvvürə gətirilən və fərz edilə biləcək hüquqlarından "xxxx" MMC-nin xeyrinə imtina edərək, bildirir ki, gələcəkdə "xxxx" MMC-nin mülkiyyəti, eləcə də payların alqı-satqı müqaviləsindən irəli gələn hüquqlarla əlaqədar X32 Arman Şirkəti, Modiriyyat və X36 Şirkəti, "xxxx" MMC və X3rşı heç bir iddia qaldırmayacaqdır.
29. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-972/2021 saylı Qərardadına əsasən “X43 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə olan 10 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia üzrə iddiaçı X6 cavabdehlər "xxxx" MMC-yə və X27 qarşı “borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar "xxxx" MMC-nin və X21 cavabdeh X9 qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.
30. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-7856/2020 saylı Qərardadına əsasən “X43 Bankı” və "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X12 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmişdir.
31. Mülki işin materiallarında olan xx.xx.2010-cu il tarixli "xxxx" MMC-nin X10 Qərarından görünür ki, ünvan 1, 3014-cü məhəllədə yaşayış tikintisi ilə əlaqədar 37.000.000 (otuz yeddi milyon) AVRO vəsaitin cəlb üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İran İslam Respublikasının hüquqi şəxsi olan X41 Bankı arasında imzalanmış müqaviləsi təsdiq edilsin, imzalanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC-nin yətindəki 0,07752 ha torpaq sahəsi, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov 4 ünvanında yerləşən və "xxxx" MMC-nin mülkiyyətindəki ümumi sahəsi kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binası və onun altındakı 0.144 ha torpaq və ünvan 10 ünvanında ən və "xxxx" MMC-nin mülkiyyətindəki ümumi sahəsi 264.8 kv.m. olan 1 bəli qeyri-yaşayış binası və onun altındakı 0,2143 ha torpaq sahəsi ipotekaya qoyulsun və kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka müqavilələrinin, müqavilələrin və bununla əlaqədar digər bütün zəruri sənədlərin Borcalan və ipotekayaqoyan şəxs olaraq "xxxx" MMC-nin adından imzalamaq səlahiyyəti cəmiyyətin direktoru X27 həvalə edilsin.
32. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-379/15 saylı qərarına əsasən iddiaçı "xxxx" MMC-nin direktoru Vaqif İsayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2014-cü il tarixli, 2-2(105)-262/2014 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
33. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2017-ci il tarixli, 1(102)-826/17 saylı Qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2016-cı il tarixli X38 haqqındakı qərarı dəyişdirilməmiş, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməmişdir.
34. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanan **********62 nömrəli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 266.3 kv.m olan qeyri-yaşayış binası, ünvan 2 ünvanında yerləşən 0.0775 ha torpaq sahəsi və ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 264.8 kv.m olan qeyriyaşayış binası xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdən “X43 Bankı”nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, vətəndaş X27 dair fərqləndirici müfəssəl (doğulduğu yer və tarix) məlumatın dəqiq yazılmaması səbəbindən müraciətə cavab verilməsi mümkün olmamışdır.
35. Mülki işin materiallarında olan ünvan 14 dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2010-cu il tarixli, 115 nömrəli məktubundan görünür ki, ünvan 14 dövlət notariat kontorunda 3M/65 saylı reyestr kitabında xx.xx.2010-cu il tarixdə qeydə alınmış ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nə ünvan 15 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsi; "xxxx" MMC-yə məxsus ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 266,3 kv.m-dən ibarət qeyri-yaşayış binası və ünvan 16 ünvanında yerləşən, ümumi sah. 264,8 kv.m-dən ibarət qeyri-yaşayış binası «X41 Bankı»-na ipoteka qoyulmuşdur. Bunu nəzərə alaraq, 3M/65 saylı reyestr kitabında xx.xx.2010-cu ildə qeydə alınmış ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması xahiş edilmişdir.
36. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2014cü il tarixli, 2(006)-1587/2014 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh "xxxx" MMCyə qarşı ünvan 17 ünvanda inşa edilən 24 mərtəbəli yaşayış binasından ümumi sahəsi 1650.0 kv.m olan 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir.
37. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2015-ci il tarixli, 2(103)-1611/2015 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və qeyri-yaşayış sahəsinin istifadəyə və sahibliyə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2014 saylı, 13 may 2014-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2014 saylı, 13 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Mülki işin materiallarında olan xx.xx.2010-cu il tarixli “X43 Bankı” (ipoteka saxlayan) və "xxxx" MMC (ipoteka qoyan) arasında bağlanan ipoteka müqaviləsindən görünür ki, təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün ipoteka qoyan bununla öz xüsusi mülkiyyətində olan və ünvan 18 ünvanında yerləşən 0.07752 ha torpaq sahəsini (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 kv.m olan birmərtəbəli qeyri-yaşayıç binasının və onun altındakı 0.144 ha torpaq sahəsini (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) və Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 3014, A.Məhərrəmov küçəsi,4 ünvanında yerləşən ümumi sahəsi 264,8 kv.m olan birmərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,2143 ha torpaq sahəsini (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir).
39. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2015-ci il tarixli, 2-1(102)-379/15 saylı qərarına əsasən iddiaçı "xxxx" MMC-nin direktoru Vaqif İsayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2014-cü il tarixli, 2-2(105)-262/2014 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
40. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru cənab V.İsayevə ünvanlanan xx.xx.2009-cu il tarixli cavab məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 08 saylı, xx.xx.2008-ci il tarixli, 255 saylı sərəncamları, 12233 saylı inşaat pasportu, xx.xx.2008-ci il tarixli, 18/04-359 saylı məktubu və «Dövlət baş ekspertiza»sının xx.xx.2009-cu il tarixli, 10916/10402/9970 saylı rəyi əsasında hazırlanmış Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 3014-cü məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binasının təqdim olunmuş yeni işçi layihəsinə baxılaraq (2 girişli 24 mərtəbəli + texmərtəbə, 1-ci mərtəbəsi - ticarət təyinatlı qeyri-yaşayış sahəsi, 2-ci, 3-cü və 4-cü mərtəbələri - ofis təyinatlı qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbələri: -6.60 m və -3.20 m səviyyələrində yeraltı avtodayanacaq; "xxxx" MTK-nin işi, memar S.Moinzadə) onun memarlıq hissəsi razılaşdırılır. Layihə sənədləri tam həcmdə Bakı şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyində qeydiyyatdan keçməlidir. Obyektin xarici mühəndis xətlərinin inşa işləri əlaqədar təşkilatlarla razılaşdırılmış layihə sənədləri əsasında onların nümayəndələrinin iştirakı və nəzarəti ilə aparılmalıdır. Mühəndis xətlərinin tikintisi başa çatdıqdan sonra icra cizgiləri memarlıq və şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.
41. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin direktoru cənab V.İsayevə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə daxil olan məlumata əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi-4 ünvanda yerləşən binadan yaşayış-sahəsinin alqı-satqısı ilə bağlı 2015-ci ildə saxta alqı-satqı müqaviləsi hazırlanmış, müqavilədə EL.SƏ.Nİ MMC satıcı tərəf kimi göstərilmiş və həmin müqaviləyə naməlum səbəblərdən MMC-nin möhürü vurulmuş, MMC-nin direktoru kimi isə Vaqif İsayev göstərilmişdir. Daxil olan məlumata əsasən sonradan alıcı tərəf olan X19 hüquq mühafizə orqanlarına etdiyi şikayəti əsasında bu fakt hüquq mühafizə orqanlarında araşdırma predmeti olmuş və bu işi törədən Aqil adlı şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində hökm çıxarılmışdır. Bu məsələ ilə əlaqədar hüquqşünasla apardıqları məsləhət və müzakirələrdən irəli gələn məqamları nəzərə alaraq bildirmək istəyirlər ki, qüvvədə olan cinayət prosesual məcəlləsinin tələblərinə uyğun olaraq əgər "xxxx" MMC-nin və müqavilədə qeyd olunduğu kimi nizamnamə əsasında fəaliyyət göstərən sədr X22 hərəkətlərində cinayət xarakterli əməl aşkar edilməmişdirsə, bu barədə cinayət təqdibinə dair xitam qərarı qəbul edilməli idi. Şifahi qaydada verdikləri məlumata əsasən yuxarıda qeyd olunan mübahisənin "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Belə olduğu təqdirdə bununla əlaqədar hüquq mühafizə orqanlarının qəbul etdiyi yekun qərarı (hissəvi xitam barədə qərar) üç iş günü müddətində "xxxx" MMC-yə təqdim edilməsi zəruridir.
42. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən X27 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, son günlər sosial şəbəkələrdə və mətbuatda V.İsayev barəsində dərc olunan yazıları nəzərə alaraq bildirirlər ki, üçüncü şəxslərlə (rusiyalı iş adamı M.Nanacanov ilə borc məsələsilə bağlı insident) onun arasında yaranmış insident barədə ətraflı məlumat verməyi tələb olunur. Təsisçisi olduqları şirkətdə direktor vəzifəsində çalışır və ona şirkətlə bağlı işlərlə əlaqədar etibar edilir. Etibar etdikləri şəxs olaraq o, şirkət qarşısında öhdəlik və məsuliyyət daşıyır. Son olayla bağlı istintaq hərəkətləri aparılır və buna görə də təcili olaraq, üçüncü şəxslə arasında yaşanan pul mübahisəsi barədə təfərrüatları ilə ətraflı məlumatı yazılı şəkildə şəxsən əlyazma ilə hazırlayaraq fiziki şəxs olaraq öz adından (imza və tarix qoymaqla) onlara təqdim etməyi zəruridir.
43. Mülki işin materiallarında olan "xxxx" MMC və Bakı şəhəri, F.X.Xoyski pr., ev 121 “A” yaşayan X33 arasında bağlanan xx.xx.2015-ci il tarixli kooperativ binada mənzil haqda 112/1 nömrəli müqavilədən görünür ki, cəmiyyət Bakı şəhəri, Nəsimi rayonu, 3014cü məhəllədə, A.Məhərrəmov küçəsi 4-də tikiləcək "xxxx" MMC məxsus binanın 10-cu mərtəbəsində 3 otaqdan ibarət olan ümumi satış sahəsi 112.2 kv.m olan 52 nömrəli mənzili alıcıya 2 il müddətinə verməyi, alıcı həmin mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Göstərilən mənzillər 1 ədəd 3 otaqdan ibarət olmaqla ümumi satış sahəsi 112,2 kv.m.
44. Mülki işin materiallarında olan X11 və X38 arasında bağlanan 20 may 2009-cu il tarixli kredit müqaviləsinə əsasən X38 xx.xx.2009-cu il tarixdə X4 ******* manat borc pul götürmüş, həmin borcu 2009-cu ilin iyul ayından hər ay minimal 200000 manat olmaqla xx.xx.2009-cu il tarixədək tam qaytaracağına dair öhdəlik götürmüşdür.
45. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Vergi Nazirliyi yanında Vergi Auditi Departamentinə ünvanlanan xx.xx.2013-cü il tarixli Arayışdan görünür ki, müəssisə ünvan 1, 3014-cü məhəllədə 2 girişili 24 mərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olur. Tikiləcək yaşayış binasının karkasını İranda hazırlanmış metal konstruksiyalar İran İslam Respublikasından ümumi tikinti işlərini aparmaq üçün isə tikinti materialları bazarlardan alınmışdır. Tikinti işlərini aparmaq üçün işçilər isə əmək bazarındakı işçiləri cəlb etməklə aparılmışdır. "xxxx" MMC şirkəti Sifarişçi olduğu halda podratçı kimi bütün tikinti işlərini özü apardığı üçün tikinti sənədləri tərtib olunmamışdır, tikinti başa çatana qədər bütün sənədlər tərtib olunacaqdır.
46. Mülki işin materiallarında olan qəbzdən görünür ki, "xxxx" MMC-nin direktoru X34 bu qəbzlə təsdiq edir ki, xx.xx.2010-cu il tarixli 23 saylı müqavilə ilə alıcı X4 ******* manat məbləğ almışdır.
47. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən və X20 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* manat, əldən çıxmış faydaya görə ******* manat, cəmi ******* manatın tutularaq X9 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
48. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4103/2023 saylı Qərarına əsasən qətnamə ilə hüquq və vəzifələrinə toxunduğunu irəli sürən "xxxx" MMC və “X40” Bankı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-4331/2023 nömrəli qərardad dəyişdirilmədən saxlanılmışdır.
49. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən xx.xx.2008-ci il tarixli, 08 nömrəli Sərəncamında aşağıdakılar nəzərdə tutulmuşdur: "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 07 saylı müraciəti, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2005-cı ıl tarixli, 1403 saylı rəyi, Dövlət Əmlakının İdarə X45 Komitəsinin xx.xx.2005-ci il tarixli, 005396 və xx.xx.2006-cı ıl tarixli, 000083 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3014-cü məhəllədə özəlləşdirilmiş 2918,3 kv.m sahədə bir girişli yaşayış binasının tikintisinin layıhəiəndirilməsinə həmin məhdud məsuliyyətli cəmiyyətinə icazə verilsin, ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi "xxxx" MMC tərəfindən həll edilsin, sifarişçiyə tapşırılsın: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığım və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələndirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və şəhərsalma baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Qeyd olunan sahə Dövlət torpaq kadastrında və Dövlət torpaq reyestrində qeydiyyata alınmaldır. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinə təqdim edilsin. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hqkrmlys əlinin başçısına tapşırılsın. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə-qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
50. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
51. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .
53. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
54. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
55. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
56. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
57. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
58. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
59. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
60. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; -öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası.
61. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
63. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən isə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
65. Həmin Məcəllənin 776.1-ci bəndində qeyd edilmişdir ki, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
66. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 "xxxx" MMC-yə qarşı qeyriyaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və qeyri-yaşayış sahəsinin istifadəyə və sahibliyə verilməsi tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 17 ünvanda inşa edilən 24 mərtəbəli yaşayış binasından ümumi sahəsi 1650.0 kv.m olan 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir.
67. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı X11 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi üzrə pay haqqı tam ödənildikdən sonra, o, həmin qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları əldə etmişdir. Z.Tarverdiyevin mübahisəli qeyri-yaşayış sahəsi üzərində tanınmasını tələb etdiyi hüquqlar – sahiblik və istifadə hüququ qanunla müəyyən edilən hüquqlardır və həmin hüquqların hansı andan əmələ gəlməsi də qanunla müəyyən edilir. Qanunla müəyyən edilmiş hüququn təkrar məhkəmə qətnaməsi ilə müəyyən edilməsi barədə tələbi məhkəmə əsaslı hesab etmir, buna zərurət yoxdur və bu səbəbdən məhkəmə həmin hissədə qaldırılan tələb əsassız hesab etmişdir. İddia tələbinin mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi hissəsi üzrə məhkəmə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edlmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina yarımçıq tikili olmaqla tam inşa edilməmişdir, həmçinin həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi ilə bağlı hər hansı maneənin olmasına dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Həmçinin həmin qətnamə ilə tərəflər arasında mübahisəli əmlakın Z.Tarverdiyevə məxsus olması müəyyən edilmiş, bununla bağlı mübahisə edilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi qeyri yaşayış sahəsi sözügedən məhkəmə qətnaməsi ilə Z.Tarverdiyevə məxsus olmuşdur.
68. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1587/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməz və bu hal hazırki mülki iş üzrə sübut növü kimi qəbul edilməlidir.
69. Bundan əlavə məhkəmə "xxxx" MMC-tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddiçının iddiası əsassız hesab edilmiş və bu səbəbdən iddia müddətinin tətbiqinədə zərurət qalmamışdır. Lakin iddia əsaslı olsaydıda belə, bu halda məhkəmə podrat münasibətlərindən irəli gələn beş illik iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını nəticəsinə gələrdi. Həmçinin iddia müddətinin axımının bu halda başlanılması iddiaçının müqavilədə nəzərdə tutulmuş xx.xx.2016-cı il tarixdən (qeyri-yaşayış sahəsinin təhvil verilə bilməməsi səbəbindən) götürmüş olardı (həmçinin iddiaçı 2010-cu il tarixdən 2022-ci il tarixədək hansı ağlabatanlıq göstərərək gözləməsidə məntiqli olmamış və bu halda hüququnun pozulduğunu bilməli idi) .
70. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X11 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi üzrə pay haqqı tam ödənilməklə həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarının əldə edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilib mərtəbəliliyi tamamlanan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650,0 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsi barədə iddiası əsassız hesab edilməli və təmin edilməməlidir.
71. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
72. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».
74. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
75. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
76. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
77. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.
80. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müтяnasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
81. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri - dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 (bir yüz) manat ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Bu səbəbdən ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb də təmin edilməməlidir.
82. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
83. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (maddə 110.5).
84. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
85. Göstərilən Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (maddə 113.2). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (maddə 113.3).
86. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
89. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir.
90. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
91. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
92. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
93. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
94. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
95. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
96. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə məhkəmənin yuxarıdakı sadalanan hüquqi mövqeyinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi məhkəmə aktlarına əsasən Zaur Tarverdiyevə məxsus olduğundan, həmçinin ilkin iddia üzrə İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə xx.xx.2010-cu ilə (Zaur Tarverdiyevdən əvvələ-xx.xx.2010) təsadüf etdiyindən, etibarsız hesab edilməsi ilə bağlı sübutlar mövcud olmadığndan onunla bağlanmış müqavilə və maliyyə arayışı etibarsız hesab edilə bilməz. Bu halda yalnız ilkin iddia üzrə iddiaçının deliktlə (vurulmuş ziyanla) bağlı məhkəməyə müraciət etməsi istisna edilməməlidir.
97. Məhkəmə həmçinin qeyd edir ki, “CAMİ “ MMC-nin nümayəndəsi tərəfindən bildirilən hal kimi , həqiqətən "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixli müqavilə üzrə heç bir vəsaitin daxil olmaması vurğulansa da, bu halın ilkin iddia üzrə iddiaçı tərəfindən pulun ümumiyyətlə ödəməməsi anlamına gəlməməlidir (maliyyə arayışı mövcud olduğundan). Bu halda mübahisənin subyektiv cavabdehliyini tapmaq artıq iddiaçıya məxsus bir hüquqdur.
98. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və rədd edilməlidir.
99. Bundan başqa məhkəmə tərəflərin xüsusi qərarın çıxarılması ilə bağlı vəsatətə münasibətdə qeyd edir ki, hazırki mülki iş üzrə əqdlər etibarsız hesab edilmədiyindən buna zərərət qalmamış, həmçinin tərəflərin özünün mavafiq orqana müraciət etməsidə istisna edilmədiyindən vəsatət rədd edilməlidir.
100. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
101. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
102. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
103. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
104. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
105. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı "xxxx" MMC, X40 Bankı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" MMC, X40 Bankı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı «müqavilənin və arayışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.
106. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
107. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
108. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı "xxxx" MMC, X40 Bankı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi» tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" MMC, X40 Bankı və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı «müqavilənin və arayışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya (ilkin iddia üzrə cavabdehə) aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.