Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3915/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 80 manat, Cavabdeh3 63 manat, Cavabdeh2dan 160 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı MMC ilə X2 arasında bağlanmış 01 iyun 2021-ci il tarixli MAS-3842 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Emil Orucovun müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdehlər lizinq obyekti olan Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı çün İddiaçı MMC-yə məxsusKhazar LX” markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. X6 qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: Cavabdeh1: Q8079475 saylı protokola görə 16 manat; Q8079488 saylı protokola görə 64 manat. Cavabdeh3: Q10624899 saylı protokola görə 9 manat; Q10624883 saylı protokola görə 36 manat; Q10624891 saylı protokola görə 18 manat. Cavabdeh2: XP4234485 saylı protokola görə 64 manat; XP4211357 saylı protokola görə 96 manat. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış 303 manat cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X3 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X3 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı çüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Cavabdehin etirazı: Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehlərin iddia ərizəsində qeyd edilən ünvanlarına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, «Khazar LX» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. İddiaçı MMC (Lizinq verən) ilə X2 (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3842 saylı daxili lizinq müqaviləsinin surətinə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 14750 manat olan əmlakı (2021-ci il buraxılışlı, «Khazar LX» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABALHHFMF801621 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 36 ay müddətinə illik 23 % dərəcəsi ilə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. Daxili İşlər Nazirliyinin elektron xidmətlər portalından əldə edilmiş məlumatlara əsasən, AE130544 nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsi üzrə 90PY246 dövlət qeydiyyat nişanlı avtomobilə dair aşağıdakı cərimələr müəyyən edilmişdir: Cavabdeh1- EQ8079475 saylı protokola görə 16 manat, EQ8079488 saylı protokola görə 64 manat. Cavabdeh3 -Q10624899 saylı protokola görə 9 manat; Q10624883 saylı protokola görə 36 manat; Q10624891 saylı protokola görə 18 manat. Cavabdeh2 - XP4234485 saylı protokola görə 64 manat; XP4211357 saylı protokola görə 96 manat. İddiaçı MMC-yə məxsus elektron poçta əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinə əsasən Cavabdeh1 görə ümumilikdə 80 manat, Cavabdeh3 görə ümumilikdə 63 manat, Cavabdeh2 görə ümumilikdə 160 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubuna və xəbərnaməyə əsasən, Cavabdeh1 onun tərəfindən törədilmiş inzibati xəta haqqında protokollara əsasən ödənilmiş ümumilikdə 80 manat tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubuna və xəbərnaməyə əsasən, Cavabdeh3 onun tərəfindən törədilmiş inzibati xəta haqqında protokollara əsasən ödənilmiş 63 manat tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubuna və xəbərnaməyə əsasən, Cavabdeh2 onun tərəfindən törədilmiş inzibati xəta haqqında protokollara əsasən ödənilmiş 160 manat tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə əsasən, xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzi əsasında İddiaçı MMC tərəfindən 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1- ci maddəsinə əsasən İiə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, «Khazar LX» minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC ilə X2 arasında bağlanmış 01 iyun 2021-ci il tarixli MAS-3842 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Emil Orucovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdehlər lizinq obyekti olan Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq Cavabdeh1 Q8079475 saylı protokola görə 16 manat; Q8079488 saylı protokola görə 64 manat, Cavabdeh3 Q10624899 saylı protokola görə 9 manat, Q10624883 saylı protokola görə 36 manat, Q10624891 saylı protokola görə 18 manat və Cavabdeh2 XP4234485 saylı protokola görə 64 manat, XP4211357 saylı protokola görə 96 manat məbləğində cərimə olunmuş və nəqliyyat vasitəsinin cərimənin ödənilməməsinə görə saxlanılaraq cərimə meydançasına yerləşdirilməsinin qarşısının alınması məqsədilə həmin cərimələr mülkiyyətçi olan İddiaçı MMC tərəfindən ödənilmişdir. Bununla da İddiaçı MMC-nin cavabdehlərə qarşı reqres qaydada tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməklə, ödənilmiş cərimələrin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etmişdir. Daha sonra İddiaçı direktoru X1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh3 İddiaçı MMC-yə olan borcunu ödədiyini, buna görə də ona aid hissədə iddiadan imtina etdiyini bildirmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3915/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh3 qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması» tələbinə dair mülki iş üzrə iddiaçının Cavabdeh3 aid hissədə iddiadan imtinası təsdiq edilərək ona münasibətdə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın Cavabdeh1 və Cavabdeh2 aid olan hissəsinə qiymət verilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inzibati xətaların törədilməsi ilə əlaqədar müvafiq protokollar əsasında onlara cərimələrin müəyyən edilməsi və iddiaçının yol verilmiş inzibati xətalara görə cavabdehlər Cavabdeh1 görə 80 manat və Cavabdeh2 görə 160 manat cəriməni ödəməsi mübahisəsiz olmaqla yanaşı, həm də bu ödənişlər yol verilmiş hüquq pozuntuları nəticəsində mülkiyyətçi kimi İddiaçı MMC-yə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur ki, qanunvericilik bu halda zərərvuran tərəfindən zərərin əvəzinin tam ödənilməsini tələb edir. İnzibati xətanın törədilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da onlar qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişlər. Demək ki, həmin cərimələri ödəmək vəzifəsi də onların üzərindədir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar pulun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 80 manat və Cavabdeh2 160 manat, ümumilikdə 240 (iki yüz qırx) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 80 manat və Cavabdeh2 160 manat, ümumilikdə 240 (iki yüz qırx) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3915/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3915/2024
29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver