Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4046/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölüməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçinin X4 xx.xx.1954-cü ildə Quba şəhərində anadan olmuşdur. Atası uzun müddət hipertaniya xəstəliyindən əziyyət çəkirdi. O, sol beyin yarımkürəsində beyin infarktı keçirmişdi. Uzun müddət müalicə almışdı. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində qonaq getdiyi evdə ünvan 2 ünvanında halı pisləşmiş və elə həmin vaxt Təcili və X5 çağırılmışdır. Təcili və X5 Stansiyası atasının ölümü haqqında Xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Həmin çağırış vərəqindən görünür ki, çağırış xx.xx.2022-ci ildə olmuşdur. Həmin vərəqədə ölümün ilkin səbəbi qrafasına: “Həkiməqədər ölüm, kişi cinsli meyit” sözləri yazılmışdır. Beləliklə, atası həmin xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X16 həmin tarixdə -xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 2-ci sektorunda dəfn edilmişdir. O, atasının ölümü haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə qeydiyyatda olduğu ünvan 1 ünvanın aid olduğu Azərbaycan Respublikası “TƏBİB” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X18 3 saylı şəhər Poliklinikasına müraciət etmişdir. 3 nömrəli şəhər Poliklinikası 25 iyul 2024-cü il tarixli cavab məktubunda bildirdi ki, X6 ölüm səbəbi məlum olmadığından ...tərəfindən mərhumun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümükün deyil. Həmçinin ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etdikdə Qeydiyyat şöbəsi rəsmi olaraq bildirdi ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiklərindən ölümün qeydə alınması mümükün deyildir. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etmələri tövsiyə olunaraq imtina məktubu verilmişdir. X2 ölüm faktının müəyyən olunması və qeydə alınması bir çox sənəd işlərinin aparılması üçün lazımdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanan 3-16-5/8-2769/15/2 saylı xx.xx.2024-cü il tarixli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasının” 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkan xaricindədir. Azərbaycan Respublikası “TƏBİB” X18 Bakı Baş Səhiyyə Mərkəzi X18 3 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1954-cü il təvəllüdlü X6 ölüm səbəbi məlum olmadığından mərhumun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümükün deyil. Bakı şəhəri Nəsimi (Oktyabr) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı 309765 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X9 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Bakı şəhəri Nəsimi (Oktyabr) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İX-JQ seriyalı 345962 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən,, Ərizəçi xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. X4 və anası X8 qeyd edilmişdir. Təcili və X5 Stansiyası ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətinə əsasən, X9 həkimə qədər vəfat etmişdir. Bakı Şəhəri Yasamal Bələdiyəsi 990 saylı xx.xx.2024-cü il tarixli arayışına əsasən, X9 Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsində yerləşən Dağüstü 1 qəbristanlığının 2-ci sektorunda dəfn olunmuşdr. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, X3 dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısının əridir. X3 qayınatası olmuşdur. Beyin təzyiqindən vəfat etmişdir. Mərhum Nərimanov rayonunda bacısının evində qalmışdır. Ölüm xəbərini zəng edib xəbər veriblər. Dəfndə, yas mərasimlərində iştirak etmişdir. Mərhum Yasamal rayonunda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum X1 arvadı olmuşdur. Mərhum xx.xx.2022-ci il tarixdə beyninə qan sızması nəticəsində vəfat etmişdir. Xəstəlikdən müalicə olunmuş, Nərimanov rayonunda bacısıgilin yanında yaşayırmış. Müalicə olunduqdan 4 ay sonra rəhmətə getmişdir. Qızıgildə yas mərasimi vermişdir. Oğlu da vəfat etmişdir. Oğlunun adına 3000-4000 manat pul vardır. Həmin pulu almaq üçün notariusa müraciət etmişdir. Notariusdan bildirilmişdir ki, sistemdə atası sağ göründüyü üçün pulu verə bilmirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçinin nümayəndəsinin məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası (ərizəçinin mərhumun oğlu olması iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surəti ilə təsdiq edilir) X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 2-ci sektorunda dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması rəsmiləşdirilmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4046/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4046/2024
02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver