Məhkəmə qərarları › İş №e-2(006)-4124/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4124/2023

07.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4124/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sökülən ünvan 1 ünvanında mülkiyyət hüququ ilə ona məxsus olan 12 kv.m-dən ibarət 1 otaqlı mənzilinin əvəzi olaraq 2 otaqlı mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, ünvan 1 ünvanında xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla ona mülkiyyət hüququ ilə məxsus olan 12 kv-dən ibarət 1 otaqlı mənzili cavabdeh tərəfindən 2021-ci ilin mart ayında sökülmüşdür və bu günə qədər ona mənzil veriləcəyi ilə vəd verilməsinə baxmayaraq, cavabdeh tərəfindən mənzil verilmir. Həmin binada 1 otaqlı mənzilləri sökülən sakinlərə 2 otaqlı təmirli mənzil vermişdir, lakin bu günə qədər müraciət etməsinə baxmayaraq, ona mənzil verməyi müxtəlif bəhanələrlə yubadır. Qeyd edir ki, o, hal-hazırda kirayələrdə yaşayır, ailəsinin sosial vəziyyəti günü-gündən pisləşir, kirayə pulunu verə bilmir. Bu günə qədər də cavabdeh bir çox sakinlərə mənzil verib, lakin ona mənzil vermir. Cavabdeh onun mülkiyyət hüququnu pozmaqda davam edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-4300/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd edilmişdir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2i prosessual qanunvericiliyin tələblərinə əsasən, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia ərizəsi üzrə iddiaçının tələbi məhz əmlak tələbidir, bu isə mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar iddia hesab edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən, mülki iş aidiyyəti üzrə materiallarla birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən, həmin mülki işlə bağlı məhkəmə iclası keçirilərək, müvafiq araşdırmalar aparıldığından, həmçinin MPM-in 39.1-ci maddəsi nəzərə alınmaqla, hazırki mülki işə hansı məhkəmə tərəfindən baxılmasına dair yaranmış fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından, habelə iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı mülkiyyətində olan mənzilin cavabdeh tərəfindən söküldüyünü, cavabdehin ona mənzil verməli olduğunu, lakin mənzili verməməklə, mülkiyyət hüquqlarını pozmaqda davam etdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin məzmunu mülkiyyətçi olan iddiaçının məhz mülkiyyət hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi mənzil Xətai rayonu ərazisində yerləşdiyindən, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göstərilən Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar