Məhkəmə qərarları › İş №e-2(046)-1800/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1800/2025

09.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1800/2025 09.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat ofisində Cavabdeh1 ilə onun arasında formal olaraq bağlanmış xx.xx.2023cü il tarixli AN-1 № ******* saylı 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2024-cü il tarixli “müqavilənin dəyişdirilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair 2(012)-2901/2025 saylı mülki iş, Göyçay Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair 2(046)-108/2025 saylı mülki işlə birləşdirilmişdir. Göyçay rayon məhkəməsinin icraatında Cavabdeh İddiaçı ilə Cavabdeh1 arasında notariat qaydada bağlanmış və Abşeron rayon 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023- cü il tarixli AN-1 №-li ******* saylı 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilənin dəyişdirilməsinə dair xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı 50000 manat pulun alınaraq Cavabdeh1 verilməsi, əqdin ləğv edilməsi ilə 50000 manat pulun alınaraq Cavabdeh1 verilməsinin eyni vaxtda icra edilməsi, eləcə ödənilmiş 240 manat dövlət rüsumunun tutulub Cavabdeh1 nun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nın cavabdeh İddiaçı qarşı qarşı əqdin etibarsız hesab edilməsi və ödənilmiş 50.000 manat vəsaitin ona ödənilməsi tələbi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbi eyni növlü işlərdir. Aşağıdakı göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki işlər bir icraata birləşdirilməli, bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nın cavabdeh İddiaçı qarşı qarşı əqdin etibarsız hesab edilməsi və ödənilmiş 50.000 manat vəsaitin ona ödənilməsi tələbi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbləri üzrə mülki işlər bir icraata birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1nın cavabdeh İddiaçı qarşı qarşı əqdin etibarsız hesab edilməsi və ödənilmiş 50.000 manat vəsaitin ona ödənilməsi tələbi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbi bir-biri ilə əlaqəli olduğundan, mülki işlər bir icraata birləşdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətdə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar