Məhkəmə qərarları › İş №e-2(006)-4348/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4348/2022

27.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4348/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğlundan mənə məxsus olan 16000 (on altı min) manat pulun, məhkəməyə ödədiyim 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzinin və hüquqlarımın müdafiəsi üçün vəkilə ödədiyim 400 (dörd yüz) manat pulun müştərək qaydada tutulub mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi 36/50 və 25/66 saylı binaların yaxınlığında yeni inşa edilmiş binada 120 m sahəsi olan 3 otaqlı ev almışdı. Həmin mənzil ona məxsus olsa belə, həmin mənzil dostu X4 adına rəsmiləşdirilmişdir. O, həmin mənzili təmir etmək istədiyindən, televiziya vasitəsi ilə evlərin təmiri ilə məşğul olan şirkət barəsində məlumat aldı. O, həmin zaman həmin şirkətlə əlaqə saxladı və xx.xx.2021-ci il tarixdə həmin şirkətin ünvan 1 ünvanında yerləşən ofisinə getdi. Həmin zaman şirkətin işçiləri özlərini təqdim edən Rövşən və Famil adlı şəxslər onu qarşıladılar. O, onlara özünə məxsus evi təmir etdirmək istədiyini bildirdi. Onlar onun mənzilinə baxdıqdan sonra onunla əlaqə saxlayıb, mənzili 32500 (otuz iki min beş yüz) manata təmir edib 4 ay ərzində təhvil verəcəklərini dedilər. O, onlara öz razılığını verdikdən sonra onlar ilkin olaraq pulun 50 %-ni ödəməyini dedilər. O, həmin zaman onlarla razılaşdı və xx.xx.2021-ci il tarxində Rövşən və Famil ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində görüşərək onlara danışdıqları kimi 16000 (on altı min) manat nəğd pul verdi. Həmin zaman onlar onunla müqavilə bağlayıb pulun qalan hissəsinin onlara hissə-hissə olaraq ödəyəcəyini bildirdilər. Onlar işə başlayaraq mənzilə ilk olaraq sement, torpaq gətirərək, elektrik və suvaq işlərini gördülər. Lakin o, daha sonra mənzilə baxdıqda işlərin zəif getdiyini gördü. O, bu barədə Rövşən və Famildən məlumat almaq istədikdə onlar ona narahat olmamağını və mənzili danışdıqları kimi təmir edib verəcəklərini dedilər. xx.xx.2021-ci il tarixdə Rövşən və Famil onunla telefon əlaqəsi saxlayaraq ondan əlavə olaraq 5000 (beş min) manat pul istədilər. O, onlara pulun qalan hissəsini yalnız hissə-hissə olaraq ödəyəcəkləri barədə müqavilə bağladıqlarını xatırlatdı. Onlar cavab olaraq bunu belə izah etdilər ki, onlar İsmayıllı rayonundan onun mənzili üçün parket sifariş edəcəklər və mənzilin digər işlərini gördükləri zaman həmin parket anbarda qalıb tam olaraq qurumalıdır. O, onlarla razılaşdı və xx.xx.2021-ci il tarixdə təmir olunan mənzilində onlara 5000 (beş min) manat pul verdi. Lakin o, yenə də işlərin zəif getdiyini gordükdə , Rövşən və Famillə əlaqə saxlamaq istədi. Onlar onun zənglərinə cavab vermədilər. Bundan sonra o, onların ünvan 2 ünvanındakı ofisinə getdi. O, onların orada olmadığını gördükdə, orada onları gözləmək qərarına gəldi. Təxminən 2 saat gözlədikdən Rövşənin şirkətə gəldiyini görüb ona yaxınlaşaraq ondan işin nə yerdə olduğunu xəbər aldı. Bu zaman Rövşən Familin onu aldatdığını və pulun bir hissəsini də özü batırdığnı dedi. Daha sonra Rövşən ona pulun qalan hissəsi olan 11500 (on bir min beç yüz) manat pulu hissə-hissə ödəyəcəyini və təmir işlərini görəcəyini bildirdi. O, onunla razılaşdı və qərara gəldilər ki, təmir üçün ilk olaraq müqavilə bağladıqları məbləğdən artıq məbləğ yaranarsa həmin məbləği Rövşən ona sonra qaytaracaq. O, artıq ona heç bir məbləğ vermədi və təmir üçün lazım olan tikinti materiallarını alan zaman onunla birlikdə mağazaya gedib pulu özüm ödədi. Belə ki, mənzilinin təmiri yekunlaşmaq üzrə idi və onun təmirə 48000 (qırx səkkiz min) manat xərci çıxmışdır. O, Rövşənə evin təmiri üçün 32500 (otuz iki min beş yüz) manata danışıb müqavilə bağladıqlarını deyərək ondan əlavə olaraq verdiyi 16000 (on altı min) manatı geri istədi. Rövşən ona həmin məbləği hissə-hissə ödəyəcəyini bildirdi. Lakin bu günə qədər o puldan heç bir məbləğ geri qaytarmayıb. Daha sonra ona məlum olmuşdur ki, Rövşən və Famil adlı şəxslər eyni şəkildə X1 evini təmir etməmiş və X6 usta kimi onun mənzilində işlədərək onun pulunu verməyiblər. Bundan sonra o, İddiaçı, X7 və X9 xx.xx.2022-ci il tarixində Nəsimi RPİ-nin 20-ci PB-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Firudin oğlunun cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etdilər. 20-ci Polis Bölməsi materialı Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsinə göndərdi. Nəsimi RPİ-nin İstintaq şöbəsində araşdırma getdi və nəticədə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X2 xx.xx.2022- ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarı ilə X3, İddiaçı və X5 müraciətləri əsasında toplanmış HK-1/195 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Onlara mülki qaydada məhkəməyə müraciət etmələri bildirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğlundan ona məxsus olan 16000 (on altı min) manat pulun, məhkəməyə ödədiyi 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzinin və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 (dörd yüz) manat pulun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsiu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1, İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul etdiyini bildirmişdir. Lakin bu məbləği ödəyə bilmədiyi üçün ona iki il müddətinə ödəməyə izin verməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8, İddiaçı, X5 müraciətləri əsasında toplanmış material üzrə Cavabdeh1 və Cavabdeh2 Firuddin əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. X8, İddiaçı, X9, Cavabdeh1 mübahisənin mülki mübahisə qaydasında həll edilməsindən ötrü məhkəməyə müraciət olunması hüququ izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Firuddin oğlu öz ifadələrində İddiaçı 16.000 manat verəcəkləri olduğunu bildirmiş və onu hissə-hissə ödəyəcəklərini qeyd etmişlər. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul edir. Lakin bu məbləği ödəyə bilmədiyi üçün ona iki il müddətinə ödəməyə izin verməsini xahiş edir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 99№-li müqavilədən görünür ki, İddiaçı fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 400 manat məbləğ ödəmək barədə öhdəlik götürmüşdür. Ödəniş qəbzindən görünür ki, həmin məbləğ iddiaçı tərəfindən Nümayəndə hesabına ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 138 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunur ki, iş materiallarında Cavabdeh1 iddianı qəbul etməsi barədə ərizəsi mövcuddur. Həmçinin, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, hər iki cavabdeh iddianı qəbul etmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir və iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır. İş materiallarında olan qəbzin surətindən göründüyü kimi, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün 400 manat məbləğinə vəsait vəkilin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğlundan 16000 (on altı min) manat pul, 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzi və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 (dörd yüz) manat müştərək qaydada tutularaq Cavabdeh1 ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğlundan 16000 (on altı min) manat pul, 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzi və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 (dörd yüz) manat müştərək qaydada tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar