Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4559/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə və “DƏDKR” PHŞ-yə qarşı «X1 protokolun etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə və “DƏDKR” PHŞ-yə qarşı «X1 protokolun etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən Cavabdeh3 MTK-ya qanunsuz verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, bundan sonra aparılmış bütün əməliyyatların ləğv edilməsi və Sifarişçi Xətai rayon İcra şöbəsinin, təşkilatçı Cavabdeh4 MMC-nin xx.xx.2022-ci il tarixli 35 nömrəli X1 protokolun etibarsız hesab edilməsi, DƏDRX-dən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 МMC-yə verilmiş çıxarışın ləvğ edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 3-cü şəxs qismində Cavabdeh3 MTK cəlb edilməklə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1396,3 kv/m olan iki mərtəbəli qeyriyaşayış sahəsinin xx.xx.2007-ci il tarixdə Cavabdeh3 MTK–ya icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 176 və 177 saylı Sərəncamlarının və 27 iyul tarixli 232 saylı Sərəncamlarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1396,3 kv/m olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin Cavabdeh3 MTK şirkətinin adına özəlləşdirilməsi barədə bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. 03 oktyabr 2014-cü il tarixli 2-1(81)-3988/2014 saylı Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1396,3 kv.m təşkil edən Bakı şəhər Mədəni-Maarif İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatlığının balansında olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 MTK-ya icarəyə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) 11 iyun 2007-ci il tarixli 117 saylı və Cavabdeh3 MTK-nın icarəsinə verilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1396,3 kv/m olan qeyri-yaşayış sahəsinin 100% dəyəri ilə icarəçi Cavabdeh3 MTK-ya satın almaq üçün təklif edilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) 27 iyul 2007-ci il tarixli, 232 saylı Sərəncamlarının ləğv edilməsi qərara alınmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh3 MTK-ya icarəyə verilən və özəlləşdirilən anda göstərilən sahəyə dair iddiaçı ilə Komitə arasında bağlanmış müqavilənin mövcud olmaması və sahənin özəlləşdirilməsinə dair iddiaçı, o cümlədən F.Qəmbərovun müraciəti daxil olmamasına dair iddiaya etirazının dəlilləri əsassızdır. Belə ki, göstərilən sərəncamların qəbul edilməsindən zaman etibarı ilə daha əvvəl, yəni 2005-ci ildə F.Qəmbərov istifadəsində olan Mirqasımov küçəsi, 13 ünvanında yerləşən 244 kv.m qeyri-yaşayış sahəsini özəlləşdirmək məqsədi ilə keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi və İdarəolunması Departamentinə müraciət etmiş, bu idarə isə yuxarıda qeyd olunan sahənin özəlləşdirilməsinə razılığın olub-olmamasını müəyyən etmək üçün Bakı şəhəri Mədəniyyət İdarəsinə sorğu göndərmişdir. Bakı şəhər Mədəniyyət İdarəsi isə xx.xx.2005-ci il tarixli 15/181 saylı məktubla İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi və İdarəolunması Departamentinə cavab vermişdir. 37 və 20 kv.m otaqlar, 187 kv.m boş sahə olmaqla, ümumi sahəsi 244 kv.m təşkil edən sahənin F.Qəmbərov tərəfindən bərpa edilməsini, 1997-ci ildən hal-hazıradək həmin sahələrdən radio və televiziya cihazlarının təmiri və kursları kimi icarəyə götürməsini əsas tutaraq, bu sahənin icarəyə götürülməsinə və gələcəkdə də qanunda nəzərdə tutulmuş qaydada istifadə edilməsinə hər hansı etirazının olmamasını bildirmişdir. Göründüyü kimi, iddiaçı F.Qəmbərov 2005-ci ildə mübahisəli qeyri-yaşayış sahəsindən onun icarəsində olan 244 kv.m hissəsinin onun adına özəlləşdirilməsini xahiş etdiyi zaman İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi və İdarəolunması Departamenti (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) həmin sahənin F.Qəmbərovun icarəsində olmasını qəbul edərək, müraciətin müsbət həll edilərək həmin sahənin özəlləşdirilməsi üçün balans saxlayıcı olan Bakı şəhəri Mədəniyyət İdarəsinə sorğu göndərilmiş; Bakı şəhər Mədəniyyət İdarəsi buna etiraz etməmişdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1396,3 kv/m qeyri-yaşayış sahəsinin 100 % dəyəri ilə icarəçi Cavabdeh3 MTK-ya satın almaq üçün təklif edilməsinə dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) 27 iyul 2007-ci il tarixli, 232 saylı Sərəncamının ləğv edilməsinə dair iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddianın göstərilən hissəsi də əsaslıdır. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi onunla Cavabdeh3 MTK arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1396,3 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair bağlanmış 11 iyun 2007-ci il tarixli 5692 saylı icarə müqaviləsi əsasında icarəyə verən olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) icarəçi Cavabdeh3 MTK-ya təhvil verilməmiş, qeyri-yaşayış sahəsi həmin müqavilə üzrə icarəçi Cavabdeh3 MTK tərəfindən idarə edilməmiş, bununla da icarəçi Cavabdeh3 MTK-nın hüquq və vəzifələri yaranmamışdır. 244 saylı Sərəncamın ləğv edilməsindən sonra Cavabdeh3 MTK tərəfindən Apellyasiya şikayəti verilmiş və 2-1(103)-162-2015 saylı 09 fevral 2015-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyası tərəfindən üçüncü şəxs Cavabdeh3 MTK-nın apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin iş üzrə 2- 1(81)-3988/2014 saylı 03 oktyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh3 MTK tərəfindən kassasiya şikayəti verilmiş və 01 may 2015-ci il tarixli 2-1(102)- 647/15 saylı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə üçüncü şəxs Cavabdeh3 MTK-nın kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-162/2015 saylı 09 fevral 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın kimi qərara alınmışdır. Odur ki, Cavabdeh3 MTK ilə ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 1396,3 kv/m qeyri-yaşayış 100 % dəyəri ilə icarəçi Cavabdeh3 MTK-ya satın alamq üçün təklif edilməsi barədə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) 27 iyul 2007-ci il tarixli, 232 saylı Sərəncamı ləğv edildiyindən onun əsasında verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Lakin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin) 27 iyul 2007-ci il tarixli, 232 saylı Sərəncam ləğv edilməsinə baxmayaraq, Cavabdeh3 MTK ləğv edilmiş sərəncam əsasında həmin əmlaka çıxarış almış və hansısa yollarla Xətai rayon İcra şöbəsinin sifarişi ilə əmlakın hərracda satışa çıxarılması "xxxx" MMC-yə həvalə edilmiş və hərrac protokolu nəticəsində Cavabdeh2 МMC-yə satılmışdır. Hazırda isə Cavabdeh2 МMC iddiaçıya qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq çıxarışla ona məxsus əmlakdan çıxarılmasını tələb edir. Həmin iş hakim Vüsalə Musayevanın icraatına verilmiş və hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir.
a) Proses iştirakçılarının izahatları:
3. Məhkəmə hazırlıq iclasında İddiaçı sahibkar olduğunu və mübahisəli obyektin televizor emalatxanası olduğunu bildirdi. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdi.
4. Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil mübahisəli obyektin faktiki 1988-ci ildən, müvafiq idarə ilə bağlanmış icarə müqaviləsinə əsasən isə 1989-cu ildən iddiaçının rəsmi istifadəsində olduğunu bildirdi. İşə ümumi məhkəmədə baxılmalı olduğunu qeyd edib, işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdi.
5. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-3988/2014 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(103)-162/2015 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(102)-647/15 nömrəli qərarlarında qeyd edilmişdir ki, iddiaçılar İddiaçı və digəri iddia tələblərini ünvan 1 ünvanında yerləşən, 1.396,3 m2 qeyri-yaşayış sahəsinin 244 m2 hissəsinin 1988-ci ildən İddiaçı istifadəsində və sahibliyində olması, həmin sahəni onun televizor emalatxanası kimi işlətməsi və s. ilə əsaslandırmışlar (qərarların hər birinin 2-ci səhifəsində).
8. Cavabdeh4 MMC-nin X1 xx.xx.2022-ci il tarixli, 35 nömrəli protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1.396,3 m2 olan daşınmaz əmlakın dəyəri 7.000.000 manat, hərracın qalibi Cavabdeh2 MMC olmuşdur.
9. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv).
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı (VÖEN: **********) və cavabdehlərdən Level-12” MMC, Cavabdeh3 MTK və Cavabdeh4 MMC müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdehlərdən Cavabdeh2 MMC, Cavabdeh3 MTK və Cavabdeh4 MMC isə kommersiya hüquqi şəxsləridir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdehlər (“DƏDKR” PHŞ istisna olmaqla) sahibkarlıq fəaliyyəti subyektləridir.
11. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, iş materialları və iddiaçı tərəfin izahatı əsasında mübahisəli əmlakın qeyri-yaşayış sahəsi olması, iddiaçının fərdi sahibkar olaraq müvafiq icarə müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin bir hissəsini televizor emalatxanası kimi işlətməsi müəyyən edilir. İddiaçı həmin qeyri-yaşayış sahəsi ilə bağlı başqa kommersiya hüquqi şəxsinə (Cavabdeh3 MTK-ya) verilmiş çıxarışı, həmin hüquqi şəxsin məhkəmə qərarları üzrə mövcud olan öhdəliklərinə görə, hərrac təşkilatı kimi fəaliyyət göstərən şirkət (Cavabdeh4 MMC) tərəfindən keçirilmiş hərracın nəticələrini, yəni hərrac vasitəsilə qeyri-yaşayış sahəsinin digər bir kommersiya hüquqi şəxsi (Cavabdeh2 MMC) tərəfindən əldə edilməsini və s. mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh qismində cəlb edilmiş şirkətlərin kommersiya hüquqi şəxsləri olmaqla, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması, eyni zamanda, iddiaçının fərdi sahibkar olması, mübahisənin predmetinin qeyri-yaşayış sahhəsi olması, yəni işə Nəsimi Rayon Məhkəməsində baxılmasına əsas olmaması nəzərə alınmalı və hazırki işə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
c) Tətbiq edilən hüquq və gəlinən nəticə:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
14. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
15. Mülki Prosessual Məcəllənin: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
16. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə və “DƏDKR” PHŞ-yə qarşı «X1 protokolun etibarsız hesab edilməsi və s.» tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
Nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə və “DƏDKR” PHŞ-yə qarşı «X1 protokolun etibarsız hesab edilməsi və s.» tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova