Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-46/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 3850 NF №-li Kredit müqaviləsinə əsasən, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2017-ci il tarixə olan 134251,64 ABŞ dolları əsas borc, 31873,14 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5 faiz dərəcəsilə hesablanmış 16781,45 ABŞ dolları faiz borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 37 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li, **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə və AR ƏMDK yanında DƏDRXin RX seriyalı, ******* nömrəli, **********28-05101- 093041 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 121 ünvanında yerləşən 35 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmeti olan daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3850 NF №-li kredit müqaviləsinə əsasən, cavabdehə mənzil alınması üçün 36 ay müddətinə, illik 19 faiz hesablanmaqla 184854 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3850 NF №-li kredit müqaviləsinin təminatı qismində AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi və AR ƏMDK yanında DƏDRX-in Rx seriyalı, ******* nömrəli, **********28-05101-093041 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 121 ünvanında yerləşən 35 nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlərlə xx.xx.2014-cü il tarixli ipoteka müqavilələri bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən müvafiq olaraq xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş İddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin cavabdehlər qabaqcadan məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 3850 NF №-li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 19 faiz hesablanmaqla 184.854 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən, kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipotekanın predmeti kimi AR DƏDRX-nin RX seriyalı, ******* №-li, **********28-05101-093041 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 121 nömrəli binada, 81.42 kv.metr ümumi, 63.32 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 35 nömrəli mənzil müəyyən edilmişdir.İpotekanın predmeti 105.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipotekanın predmeti kimi AR DƏDRX-nin RX seriyalı, ******* №-li, **********36-10301 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən 315.0 kv.metr ümumi, 157.8 kv.metr yaşayış sahəsindən ibarət 7 otaqlı, fərdi yaşayış evi müəyyən edilmişdir. İpotekanın predmeti 140.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, RX seriyalı Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, RX seriyalı Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin “Nərimanov” filialının xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, RX seriyalı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1672a nömrəli reyestr kitabının 153462 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* №-li, RX seriyalı Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin “Nərimanov” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1672a nömrəli reyestr kitabının 153462 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, cavabdehin iddiaçı AtaBank» ASC-yə olan qalıq borcu xx.xx.2014-xx.xx.2019-cu il aralığı üçün 134,251.64 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2750/2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, mülki iş üzrə daşınmaz əmlakların likvid və bazar qiymətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/01 №-li hesab-fakturasında görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin likvid qiyməti 15.000 manat, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid qiyməti isə 80.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh1 üzərinə düşür. Lakin, mülki işdə Cavabdeh1 öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Azərbaycan Respublikası MM-nin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər; 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 443.1-ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 134251,64 ABŞ dolları əsas borc, 31783,14 ABŞ dolları faiz borcu, həmçinin xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsilə hesablanmış 16781,45 ABŞ dolları faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbində “...tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın likvid dəyərinin müəyyən edilməsi, açıq hərracdan satılması və s...” tələbi ilə bağlı məhkəmə qeyd edir: «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, ekspert rəyi ilə ipoteka predmetlərinin likvid dəyəri 85.000 və 95.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə göstərilən məbləğlərii ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 3850 NF №-li Kredit müqaviləsinə əsasən, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2017-ci il tarixə olan 134251,64 ABŞ dolları əsas borc, 31873,14 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5 faiz dərəcəsilə hesablanmış 16781,45 ABŞ dolları faiz borcu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödəmə AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li, **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus və likvid qiyməti 15.000 manat müəyyən edilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə və AR ƏMDK yanında DƏDRXin RX seriyalı, ******* nömrəli, **********28-05101-093041 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus və likvid qiyməti 80.000 manat müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 121 ünvanında yerləşən 35 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlaklar açıq hərracdan satılsın, satışdan əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilməli, ipoteka predmeti satıldıqdan sonra 1 (bir) ay müddətində fərdi yaşayış evi və mənzil boşaldılmalı, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcu ümumi qaydada Cavabdeh1 tutulmalıdır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ümumilikdə 30 manat dövlət rüsumu və həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 62 manat dövlət rüsumu, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün 37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 62 manat dövlət rüsumu, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün 37 manat dövlət rüsumunun əvəzi olaraq pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 3850 NF №-li Kredit müqaviləsinə əsasən, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2017-ci il tarixə olan 134251,64 ABŞ dolları əsas borc, 31873,14 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5 faiz dərəcəsilə hesablanmış 16781,45 ABŞ dolları faiz borcu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 37 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödəmə AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li, **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus və likvid qiyməti 15.000 manat müəyyən edilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə və AR ƏMDK yanında DƏDRXin RX seriyalı, ******* nömrəli, **********28-05101-093041 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus və likvid qiyməti 80.000 manat müəyyən edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 121 ünvanında yerləşən 35 nömrəli mənzilə yönəldilsin. Həmin ipoteka predmeti olan daşınmaz əmlaklar açıq hərracdan satılsın, satışdan əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti satıldıqdan sonra 1 (bir) ay müddətində fərdi yaşayış evi və mənzil boşaldılsın, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcu ümumi qaydada Cavabdeh1 tutulsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-46/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-46/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver