Məhkəmə qərarları › İş №e-2(006)-4686/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4686/2022

07.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4686/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi (direktor) - X3 iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanılmışdır. Lakin, barışıq sazişi imzalandığı gündən hazıra qədər maraqlı şəxs tərəfindən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmir. Ərizəçi hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edilməsi zəruridir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi (direktor) X4 ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Birinci tərəf İddiaçı (bundan sonra "Birinci tərəf") və ikinci tərəf "xxxx" MMC (bundan sonra "İkinci tərəf") (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M-00138 nömrəsi ilə qeydiyyatdan keçmiş MEDİATOR - X1 (bundan sonra "Mediotor") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundar sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Birinci tərəf - İddiaçı (icarəyə verən) və ikinci tərəf - "xxxx" MMC (icarəçi) arasında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev 87 envanındə yerləşən, ümumi ərazisi 267,2 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 10 iyun 2021-ci il tarixli 3M-1118 saylı icarə müqaviləsi (bundan sonra "Müqavilə") bağlanılıb. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqı hər ayə görə cari ayın 5-dən gec olmayaraq İcarəç tərəfindən İcarəyə verənə ödənilməlidir. Lakin müqavilənin qeyd edilən şərtinin "xxxx" MMC tərəfindən tam icra edilməməsi nəticəsində hazırda 100.800 (bir yüz min səkkiz yüz) AZN borc yaranıb. Buna görə də İddiaçı tərəfindən 10 iyun 2021ci il tarixli 3M-1118 saylı icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə "xxxx" MMC-yə bildiriş verilib İkinci tərəf - "xxxx" MMC qeyd edilən borcunun olduğunu etiraf etməklə bərabər, ödənişdən gecikmənin mövcud pandemiya səbəbindən yarandığını qeyd edib. Tərəflər aşağıda göstərilən şərtlər daxilində mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsinə qəraı veriblər. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər öz aralarında bağlanmış 10 iyun 2021-ci il tarixli 3M-1118 saylı icarə müqaviləsinin şərtlərinin olduğu kimi davam etdirməyə razıdırlar. 2.2. Bununla yanaşı, İddiaçı (icarəyə verən) "xxxx" MMC-nin (icarəçinin) mövcud maddi çətinliyinin xəfifləməsi məqsədilə öhdəsinə götürür ki, 01 may 2022-c ilədək icarəçidən aylıq icarə haqqını və həmin vaxta qədər yığılmış icarı haqqı borcunu tələb etməyəcək, həmin vaxta qədər ona möhlət verəcək. 2.3. "xxxx" MMC (icarəçi) öhdəsinə götürür ki: - İcarəyəverənə olan cari və yığılmış borcunu ödəmək üçün vicdanla bütün səylərini səfərbər edərək əlindən gələni edəcək; - 01 may 2022-ci ildən başlayaraq icarə müqaviləsində nəzərdə tutulmuş cari aylıq icarə haqqını gecikdirmədən, müqavilədə nəzərdə tutulmuş məbləğdə və qaydada ödəyəcək; - 01 may 2022-ci ildən başlayaraq növbəti 12 (on iki) ay ərzində həmin vaxtadək yığılmış 100.800 (bir yüz min səkkiz yüz) AZN borcunu maddi imkanlarının əl verdiyi şəkildə birdəfəlik və ya hissə-hissə icarəyəverənə ödəyəcək və 01 may 2023-cü ildə həmin borc tam bitmiş olacaq. 2.4. Bu Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və yə qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnı; bu Sazişin şərtləri etibarlı olur. 2.5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birin və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırki və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütür mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağl məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.6. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcbur icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarş Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmir tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digə tərəf ona ödəməlidir. 2.7. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icras həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.8. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olar hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardı və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Saziş imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: - bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərimə, auditorlara və vergi məsləhətçilərinə; - bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, veri işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; - mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; - qarşı tərəfin yazılı icazəsi ilə; - yaxın qohumlara; - Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4 cü bəndində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və İddiaçı və Maraqlı şəxs direktoru X4 tərəfindən imzalanmışdır. Lakin maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli barışıq sazişi hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Prossesual Məcəllənin 355-26-ci maddəsində göstərilmiş hallar da mövcud deyildir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin. Birinci tərəf İddiaçı (bundan sonra "Birinci tərəf") və ikinci tərəf "xxxx" MMC (bundan sonra "İkinci tərəf") (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində M-00138 nömrəsi ilə qeydiyyatdan keçmiş MEDİATOR - X1 (bundan sonra "Mediotor") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundar sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Birinci tərəf - İddiaçı (icarəyə verən) və ikinci tərəf - "xxxx" MMC (icarəçi) arasında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev 87 envanındə yerləşən, ümumi ərazisi 267,2 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 10 iyun 2021-ci il tarixli 3M-1118 saylı icarə müqaviləsi (bundan sonra "Müqavilə") bağlanılıb. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqı hər ayə görə cari ayın 5-dən gec olmayaraq İcarəç tərəfindən İcarəyə verənə ödənilməlidir. Lakin müqavilənin qeyd edilən şərtinin "xxxx" MMC tərəfindən tam icra edilməməsi nəticəsində hazırda 100.800 (bir yüz min səkkiz yüz) AZN borc yaranıb. Buna görə də İddiaçı tərəfindən 10 iyun 2021ci il tarixli 3M-1118 saylı icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə "xxxx" MMC-yə bildiriş verilib İkinci tərəf - "xxxx" MMC qeyd edilən borcunun olduğunu etiraf etməklə bərabər, ödənişdən gecikmənin mövcud pandemiya səbəbindən yarandığını qeyd edib. Tərəflər aşağıda göstərilən şərtlər daxilində mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsinə qəraı veriblər. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər öz aralarında bağlanmış 10 iyun 2021-ci il tarixli 3M-1118 saylı icarə müqaviləsinin şərtlərinin olduğu kimi davam etdirməyə razıdırlar. 2.2. Bununla yanaşı, İddiaçı (icarəyə verən) "xxxx" MMC-nin (icarəçinin) mövcud maddi çətinliyinin xəfifləməsi məqsədilə öhdəsinə götürür ki, 01 may 2022-c ilədək icarəçidən aylıq icarə haqqını və həmin vaxta qədər yığılmış icarı haqqı borcunu tələb etməyəcək, həmin vaxta qədər ona möhlət verəcək. 2.3. "xxxx" MMC (icarəçi) öhdəsinə götürür ki: - İcarəyəverənə olan cari və yığılmış borcunu ödəmək üçün vicdanla bütün səylərini səfərbər edərək əlindən gələni edəcək; - 01 may 2022-ci ildən başlayaraq icarə müqaviləsində nəzərdə tutulmuş cari aylıq icarə haqqını gecikdirmədən, müqavilədə nəzərdə tutulmuş məbləğdə və qaydada ödəyəcək; - 01 may 2022-ci ildən başlayaraq növbəti 12 (on iki) ay ərzində həmin vaxtadək yığılmış 100.800 (bir yüz min səkkiz yüz) AZN borcunu maddi imkanlarının əl verdiyi şəkildə birdəfəlik və ya hissə-hissə icarəyəverənə ödəyəcək və 01 may 2023-cü ildə həmin borc tam bitmiş olacaq. 2.4. Bu Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və yə qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin şərtləri etibarlı olur. 2.5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birin və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırki və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütür mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağl məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.6. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcbur icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarş Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmir tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digə tərəf ona ödəməlidir. 2.7. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icras həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.8. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olar hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardı və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Saziş imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: - bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərimə, auditorlara və vergi məsləhətçilərinə; - bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, veri işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; - mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; - qarşı tərəfin yazılı icazəsi ilə; - yaxın qohumlara; - Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4 cü bəndində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar