Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4773/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsini və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğum, qohumluq və vəfat etmə faktının müəyyən edilməsi” barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsini və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğum, qohumluq və vəfat etmə faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsini və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini maraqlı şəxs qismində cəlb olunmaqla aşağıdaki tələblərlə bağlı məhkəməyə müraciət edilmişdir:
1. X2 xx.xx.1944-cü ildə Bakı şəhərində anadan olması;
2. X2 atasının X3 və anasının X1 olduğu,
3. X3 xx.xx.1969-cu il tarixində ölməsi və X1 xx.xx.1975-ci il tarixdə ölməsi faktlarının müəyyən edilməsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Ərizədən də göründüyü kimi ərizəçi bir-biri əlaqəli olmayan tələblər üzrə məhkəməyə müraciət edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə isə hesab edir ki, ərizəçi hər bir tələb ilə ayrılıqda məhkəməyə müraciət etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçiyə yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsini və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğum, qohumluq və vəfat etmə faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əfsanə Heydərova