Məhkəmə qərarları › İş №e-2(006)-4839/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4839/2025

16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4839/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10800 manat pul və dövlət rüsumu olaraq ödənilən 122.40 manat pulun, ümumilikdə cəmi 10922.40 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bildirilir ki, iddiaçı Mirzəyev X1 rayonu, Xanagah kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2024-cü ildə ünvan 1 ünvanında yaşayan hazırkı iddia tələbi üzrə Cavabdeh ilə aralarında “HYUNDAİ İ30 MİNİK” markalı, 77- DP-157 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 10800 manat məbləğində alğı-satqısı barədə qarşılıqlı razılaşma olmuşdur. Razılaşmaya əsasən, İddiaçı Cavabdeh “HYUNDAİ İ30 MİNİK” markalı, 77- DP-157 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin alğı-satqısı məqsədi ilə 10800 manat məbləğində pul vermişdir. Cavabdeh iddiaçıdan avtomaşının alğı-satqısı məqsədi ilə 10800 manat pulu qəbul etdikdən sonra Şabran rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-7830 nömrə ilə qeydə alınmış 03 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. İddiaçı da həmin vaxtdan avtomaşını öz mülkiyyəti kimi qəbul edərək idarə etmişdir. Avtomaşını aldıqdan sonra sürətlər qutusunda nasaslıq yaranmışdır. Öz vəsaiti hesabına avtomaşının sürətlər qutusunu təmir etdirmişdir. 2025-ci ildə avtomaşının mülkiyyətçisi Saatlı şəhər sakini Maraqlı şəxs tərəfindən iddiaçıya heç bir xəbərdarlıq edilmədən Cavabdeh tərəfindən ona satılmış “HYUNDAİ İ30 MİNİK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair Şabran rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-7830 nömrə ilə qeydə alınmış 03 oktyabr 2024-cü il tarixli etibarnaməni ləğv etdirmişdir. Bundan sonra avtomaşının mülkiyyətçisi Maraqlı şəxs şikayəti əsasında avtomaşın iddiaçıdan alınaraq polis şöbəsinin duracağına yerləşdirilmişdir. İddiaçı avtomaşının mülkiyyətçisi Maraqlı şəxs ilə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq və şəxsən görüşərək “HYUNDAİ İ30 MİNİK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğısatqısı üçün Cavabdeh 10800 manat pul verdiyini, ona görə də ona avtomaşına görə etibarnamə verməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Müraciətinə cavab olaraq Maraqlı şəxs iddiaçıya avtomaşının alğı-satqısı üçün pulu ona deyil, Cavabdeh verdiyini bildirərək haqq-hesabı pul verdiyi şəxslə həll etməyini bildirmişdir. Bundan sonra iddiaçı “HYUNDAİ İ30 MİNİK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün 10800 manat pul verdiyi Cavabdeh ilə görüşərək avtomaşının alğı-satqısı üçün verdiyi pulu ona qaytarmasını xahiş etmişdir. Cavabdeh 21 avqust 2025-ci il tarixdə şəxsin öz xətti ilə ərizə yazaraq “HYUNDAİ İ30 MİNİK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün ondan 10800 manat pul aldığını etiraf etmiş və eyni zamanda yazdığı ərizənin özü tərəfində yazılmasını video görüntü formasında təsdiq etmişdir. Bundan əlavə Cavabdeh “HYUNDAİ İ30 MİNİK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün iddiaçıdan 10800 manat pul aldığını təsdiq edəcək ərizə və audio səs yazıları mövcuddur. Cavabdeh “HYUNDAİ İ30 MİNİK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı üçün iddiaçıdan aldığı 10800 manat pulu qaytarmadığından hazırkı tələblə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün 122.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini ərizənin məzmununa uyğun müdafiə edərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, həmin vaxt maşın alqı-satqısı ilə məşğul idi. Aqil adlı şəxs ona maşın təklif etmiş və o da təklifi qəbul etmişdir. 2024-cü il sentyabr ayında Aqil və avtomobilin mülkiyyətçisi Maraqlı şəxs ilə birgə notariusa gediblər. Ona etibarnamə verilib. Aqil deyib ki, ödənişi ona verməlidir. Atası ilə qardaşının yanında 9000 manat ödənişi Şamilov Aqilə etmişdir. Sonra o həmin avtomobili iddiaçıya 10700 manata satmışdır. 2025-ci ilin yanvar ayında Maraqlı şəxs onların mağazasına gedib demişdir ki, ona ödəniş çatmayıb. Həmin gündən Aqili görməmişdir. Əvvəlki məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı təmin edilmiş üçüncü şəxs X3 izahatında bildirmişdir ki, Maraqlı şəxs və Cavabdeh tanıyır. Samirlə şərik olublar. Maraqlı şəxs etibarnamə ilə maşını Samirə satıb. Cavabdeh heç bir günahı yoxdur, günah Elçindədir. Səhv etmirsə maşının dəyəri 10500 manat pul idi. Cavabdeh həmin puldan 9 min manatı notariusdan sonra ona verib. Həmin pulla Maraqlı şəxs adına lombard açıblar, lakin ziyana düşüblər. Maşının satılmasından əldə olunan 9000 manatın ona verilməsində Maraqlı şəxs marağı lombardı onunla şərik açmasında idi. Keçən ilin sentyabrında etibarnamə verilib. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahat verərək bildirdi ki, maşını Şamilov Aqilə satanda Aqil ona deyib ki, vəsiqəsində problem var, maşını bu oğlana (Cavabdeh) sat. Bildirib ki, dekabrda pulu ödəyəcək. Aqil ona 14000 manat verməli idi, 1000 manat verib, 13000 manat isə qalıb. O, maşını faktiki olaraq Şamilov Aqilə verib. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs Aqil Şamilov yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, “HYUNDAİ 130 MİNİK” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı, TMADB815AAJ016899 ban nömrəli, buraxılış ili 2009 olan avtomobil Maraqlı şəxs mülkiyyətindədir Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2024-cü il tarixli, reyestrdə 7E- 7830 nömrə ilə qeydə alınmış etibarnamədən görünür ki, Maraqlı şəxs özünə məxsus “HYUNDAİ 130 MİNİK” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün 11 ay 25 gün müddətinə (xx.xx.2025-ci il tarixədək) Cavabdeh, sonuncu isə İddiaçı etibar etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh 10800 manat məbləğində pulu İddiaçı aldıqdan sonra ona Şabran rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-7830 nömrə ilə qeydə alınmış 03 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırkı iddianın qaldırıması üçün 122.40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. 650-ci maddəsinə görə isə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “HYUNDAİ 130 MİNİK” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs mülkiyyətindədir. Maraqlı şəxs özünə məxsus avtomobilin satılması ilə bağlı üçüncü şəxs X3 ilə razılaşmış, sonuncunun vasitəçiliyi ilə avtomobil etibarnamə əsasında Cavabdeh verilmiş, bundan sonra Cavabdeh tərəfindən avtomobil İddiaçı (etibarnamə əsasında) satılmış və bunun müqabilində onun tərəfindən 10800 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. Cavabdeh da iddiaçıdan aldığı məbləğdən 9000 manatı X2 vermişdir. Tərəflər arasında rəsmi alqı-satqı müqaviləsi olmamışdır. Sonradan mülkiyyətçi nəqliyyat vasitəsinə dair verilmiş etibarnaməyə xitam verdiyindən, iddiaçı avtomobildən istifadə etmək hüququndan məhrum olmuşdur. Buna görə də hazırda avtoomobilə görə Cavabdeh ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu halda ilk növbədə hazırki mübahisəyə tətbiq edilməli hüquq norması, yəni iddianın qanuni əsası müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər sözügedən avtomobilin cavabdeh tərəfindən iddiaçıya satıldığını bildirsələr də, aralarında bununla bağlı hər hansı müqavilənin bağlandığı müəyyən edilmir, işin müəyyən edilən halı ondan ibarətdir ki, həmin avtomobil iddiaçının etibarnamə əsasında idarəçiliyinə verilmiş, eyni zamanda ona həmin etibarnamə əsasında avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və.s səlahiyyətlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2- ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Göründüyü kimi, mübahisə predmeti olan nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə isə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 139.1, 146.1, 146.2ci maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Beləliklə qanunvericiliyin tələbindən göründüyü kimi əmlakla bağlı alqı-satqı və həmin nəqliyyat vasitəsi üzərində yaranmış mülkiyyət hüququ daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 181.4-cü maddəsinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Göründüyü kimi, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlılığı üçün mütləq iki şərtin mövcudluğu - əqdin yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi tələb olunur. Rəsmi reyestrdə qeydiyyata alınmalı daşınar əşyalara daşınmaz əmlaklarla bağlı alqı-satqı qaydaları tətbiq edildiyindən hazırki halda da avtomobilin digər şəxsə satılması məhz həmin qaydalara riayət etməklə, yəni əqdin qanunvericilikdə nəzərdə tutulmuş imperativ forma və məzmununa dair şərtə riayət etməklə həyata keçirildikdə etibarlı olur. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hazırkı işdə tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğı-satqı müqaviləsi ilə bağlı normalarının tətbiqi mümkün deyildir. Belə ki, tərəflər arasında şifahi razılaşma (müqavilə) olsa da və bu şifahi razılaşma əsasında tərəflərin nəqliyyat vasitəsinin alqı-satqısını həyata keçirmələrinə dair iradə ifadələri olsa da, müqavilənin forması ilə bağlı qanunvericiliyin imperativ tələbinə riayət edilməmişdir. Belə olan halda tərəflər arasında avtomobilin alıq-satqısı ilə bağlı şifahi razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından etibarsız əqddir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Belə ki, iddia tələbi mahiyyət etibarilə avtomobilin alqı-satqısına dair etibarsız əqd üzrə verilmiş pulun əsassız varlanma nəticəsində cavabdehdən alınması barədədir. Beləliklə, tərəflər (Cavabdeh ilə İddiaçı) arasında faktiki alqı-satqı münasibətlərinin mövcudluğu işin mübahisə edilməyən halıdır. Çünki iddiaçı avtomobili almaq üçün pul Cavabdeh 10800 manat ödədiyini bildirmiş, cavabdeh də qeyd edilən halı təsdiq etmişdir. Cavabdeh izahatında avtomobilə görə iddiaçının ona 10700 manat ödədiyini bildirsə də, işdə olan ərizəsində, həmçinin məhkəmə baxışı zamanı tədqiq edilmiş CD diskdə əks olunan videogörüntülərdə İddiaçı Cavabdeh ödədiyi məbləğin 10800 manat olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsassız varlanma zamanı varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddia təmin edilməli, Cavabdeh 10800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 122,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10800 (on min səkkiz yüz) manat və iddianın qaldırılması üçün ödənilmiş 122,40 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar