Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5122/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev-69-da qeydiyyatda olan xx.xx.1987-ci il tarixdə doğulan X3 xx.xx.1997-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev-69-da yerləşən mənzildə rəhmətə getmişdir. Qardaşı rəhmətə getdiyi üçün anası və atası çox pis olduğu üçün ona hər hansı ölüm haqqında şəhadətnamə götürə bilməmişlər. Qardaşı rəhmətə gedəndə onun 16 yaşı olmuşdur. Hazırda atası və anası da rəhmətə getmişdir. Qardaşı rəhmətə getdikdən sonra onu Bakı şəhəri Biləcəridə yerləşən qəbiristanlığda dəfn etmişlər. Son vaxtlar isə o, evlə bağlı sənədləşmə aparmaq istədikdə ondan qardaşı barədə hər hansı məlumat istəmişlər və o, rəhmətə getdiyini bildirdikdə ondan ölüm haqqında şəhədatnamə istəmişlər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və ona bildirmişlər ki, qardaşının ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Qardaşının ölüm faktını şahidlər, şəkillər, qəbiristanlığın arayışı və 5 saylı Stansiyanın arayışı təsdiq edə bilər. Belə ki, şahidlərdən xalası X4 və əmisinin oğlu X5 qardaşının ölümünü görmüş və dəfnində iştirak etmişlər. Məhkəmə iclasında Ərizəçi qardaşı xx.xx.1987-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Nəsimi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirdi ki, ərizəçinin xalasıdır.İddiaçının dediyi ifadəni təsdiqləmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X2 ölümü ilə bağlı Nəsimi rayon qeydiyyat şöbəsində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələri X10 Hüquqi şəxs Bakı Baş Səhiyyə X12 Şəxs 12№li uşaq poliklinikası tərəfindən verilmiş arayışda göstərilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X2 ölümü haqqında poliklinikada heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Binəqədi Rayon Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 02/487 saylı arayışda göstərilmişdir ki, X1 qəsəbəsinin 1 saylı qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışda göstərilmişdir ki, 5 saylı yardımçı stansiyasının xx.xx.1997-ci il 55 nömrəli arayışına əsasən X3 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin qardaşı X2 xx.xx.1997-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və digər materiallar ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçin ərizəsi təmin edilməklə xx.xx.1987-ci il tarixdə doğulmuş X2 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X2 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-5122/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5122/2025
27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver