Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5205/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Əbülfət qızının iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh2na qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh2na qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 151 saylı körpələr evinin (uşaq bağçasına) müdiri Venera Xəlilovanın iddiaçı barəsində "Əmək Müqaviləsi"nə xitam verilməsi barədə 24 saylı, 1* aprel 2*25-ci il tarixli Əmrini qanunsuz əsassız hesab edərək iddiaçının işə bərpa edilməsi, iddiaçının qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi; habelə, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 5*** (beş min) manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 325 ( üç yüz iyirmi beş) manat xərcin və Bakı 1* saylı Mediasiya Təşkilatının hesabıpa ödənilmiş 5*,** (alli) manat mediasiya xərcinin müştərək qaydada cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 151 saylı körpələr evinin (uşaq bağçasına) müdiri Venera Xəlilovadan və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı *1.*2.2*12-ci il tarixdən 1*.*4.2*25-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. 1*.*4.2*25-ci il tarixli əmrlə onunla Bakı şəhəri, Binəqədi rayonu, 151 saylı körpələr evinin (uşaq bağçasına) müdiri Venera Xəlilovanın arasında bağlanmış əmək müqaviləsi heç bir əsaslı səbəb olmadan xitam verilmişdir. Əmrə əsasən o, ƏM 7*-ci maddəsinin “b” bəndinə əsasən ştatın və işçilərin ixtisarına görə tutduğu aşpaz vəzifəsindən azad edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri tam olaraq qanunsuzdur və onun işdən azad olunmağı birbaşa olaraq Venera Xəlilovanın onunla prinsip aparmağı olmuşdur. Belə ki, o, Venera Xəlilovanın qanunsuzluqlarına göz yummadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra çox saylı orqanlara müraciət etmişdir. Azərbaycan Təhsil İşçiləri X9 Respublika Komitəsinin ona ünvanladığı məktubda bildirilimişdir ki, 151 saylı körpələr evinin (uşaq bağçasına) aşpaz vəzifəsi ixtisar edildiyindən "xxxx" MMC şirkətində peşəsinə uyğun olan iş təklif edilmişdir və o, ondan imtina etmişdir. Qeyd olunanlar yalan və cəfəngiyatdır. Bundan sonra o, müddət ötürmədən Bakı 1* saylı Mediasiya təşkilatına müraciət etmişdir. Bakı 1* saylı Mediasiya təşkilatında aralarında hər hansı bir razılıq olmamışdır. Eyni zamanda Bakı 1* saylı Mediasiya təşkilatına müraciət etməkdən əlavə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, 151 saylı körpələr evinin (uşaq bağçasına) müdiri Venera Xəlilova tərəfindən verilmiş olan əmr ƏM normalarına ziddir və bu barədə 151 saylı körpələr evinin (uşaq bağçasına) müdiri Venera Xəlilova AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılaraq 3* (otuz) gün müddətində əmək müqavilənizə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi barədə məktub ünvanlanmışdır. Ondan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin məktubunun cavabını gözlədiyi üçün məhkəməyə müraciət etməmişdir. Lakin bu günə kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən hər hansı bir cavab gəlməmişdir. Eyni zamanda qızının səhhətində yaranan xəstəliklə əlaqədar məhkəməyə müraciət edə bilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 etirazı: İddiaçı ilə cavabdeh Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçası arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən 1*.*4.2*25-ci ildə xitam verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o qanunsuz olaraq işdən çıxarılmışdır. Qeyd edilənlə əlaqədar bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Cavabdeh Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçasının ştat cədvəli Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təsdiq edilir. Məhkəməyə digər cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi 2*.*2.2*25-ci ildə təsdiq edilmiş ştat cədvəlinə nəzər saldıqda müəyyən edilir ki, həmin vaxta qədər təsdiq edilmiş ştat cədvəllərində aşpaz vəzifələri mövcud olduğu halda 2*.*2.2*25-ci ildə təsdiq edilmiş ştat cədvəlində artıq aşpaz vəzifəsi mövcud deyildir. Bu gün də Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçasında aşpaz ştatı mövcud deyildir. Yəni həqiqətən də aşpaz vəzifəsinin ixtisarının aparılması işin faktiki halları ilə təsdiqlənir. İddiaçıya vəzifəsinin işlədiyi vəzifənin ixtisar edilməsi barədə 27.*2.2*25-ci ildə xəbərdarlıq edilmişdir. Eyni zamanda iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə Bakı şəhəri 151 saylı körpələr eviuşaq bağçasında fəaliyyət göstərən həmkarlar təşkilatının razılığı alınmışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verildikdə ona əmək kitabçası təqdim edilmiş və son haqq hesabı da verilmişdir. Eyni zamanda onu da bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində hazır yeməklərin təminatının təşkili ilə bağlı "xxxx" MMC ilə müqavilə imzalanmış və bu səbəbdən də iddiaçıya bildirilmişdir ki, həmin Cəmiyyət ştatları ixtisara düşmüş aşpazları işə dəvət edir, ora işə qəbul etmək haqqında ərizə verdikdə iddiaçı da işlə təmin ediləcəkdir, lakin iddiaçı bununla razılaşmamış və uşaq bağçasında qalaraq aşpaz işləmək istədiyini bildirmişdir. Halbuki 2*25-ci ilin fevral ayında təsdiq edilmiş ştat cədvəlinə əsasən Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçasında aşpaz vəzifəsi artıq mövcud deyildi. Mövcud olmayan vəzifəyə iddiaçının bərpa edilməsi də mümkün deyildir, belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ştatları və işçilərin sayını işəgötürən özü müstəqil müəyyən edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin tələblərinə riayət edildiyi üçün onun iddia tələbinin mənəvi zərər hissəsinin və habelə hüquqi yardım üçün çəkdiyi xərclərin və mediasiyada etdiyi ödənişin, habelə məcburi işburaxma müddəti üçün əmək haqqının da ona ödənilməsi tələbinin hüquqi əsası yaranmamışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin etirazı: İddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı Bakı şəhəri 151 nömrəli körpələr evi-uşaq bağçasında aşpaz vəzifəsində çalışmışdır, onunla bağlanan əmək müqaviləsinə 1* aprel 2*25- ci il tarixində Bakı şəhəri 151 nömrəli körpələr evi-uşaq bağçasının 24 nömrəli 1* aprel 2*24-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində hazır yeməklərin təminatının təşkili ilə bağlı "xxxx" MMC ilə müqavilə imzalayıb. Bu səbəbdən 1 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən 2* fevral 2*25-ci il il tarixində Bakı şəhəri 151 nömrəli körpələr evi-uşaq bağçasında ştat cədvəli təsdiq edilmişdir və həmin ştat cədvəli əsas götürülərək, “aşpaz” ştatları ixtisar olunmuşdur. İddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və ona AR Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərinə əsasən və əmək stajına uyğun işdənçıxma müavinəti ödənilmişdir. Həmin əmr tam qanuni olmaqla AR Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı iddia tələbi tamamilə əsassızdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi İddiaçı şikayəti ilə bağlı tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 1* may 2*25- ci il tarixində təqdim edilmişdir, məhkəməyə isə iddiaçı 18 sentyabr 2*25-ci il tarixində müraciət etmişdir, yəni qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin deyil, Bakı şəhəri 151 nömrəli körpələr evi-uşaq bağçasının əmri əsasında xitam verilib. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri 151 nömrəli körpələr evi-uşaq bağçasına qarşı Bakı şəhər 151 nömrəli körpələr eviuşaq bağçasının “24 nömrəli, 1* aprel 2*24-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri əməkhaqqının və maddi mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi: İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri qanunvericiliklə müəyyən olunmuş iddia müddətləri ötürülməklə irəli sürüldüyündən təmin olunmamalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1* aprel 2*25-ci tarixində xitam verilmişdir. Lakin o, işə bərpa tələbi ilə yalnız 18 sentyabr 2*25-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu isə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü göstərir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsi: İddiaçı ilə cavabdeh Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçası arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən 1*.*4.2*25-ci ildə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə 1*.*4.2*25-ci ildə xitam veriləcəyi barədə iddiaçı məlumatlı olmuşdur, ona Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçası tərəfindən 27.*2.2*25-ci ildə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin xəbərdarlığı imza edərək qəbul etməkdən imtina etmişdir. 11.*4.2*25-ci ildə İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qeydin olduğu əmək kitabçasını Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçasından götürmüşdür. Lakin məhkəməyə işə bərpa tələbi ilə 19.*9.2*25-ci ildə müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi mediasiya sessiyasının davam etdirilməməsi haqqında arayışdan da görünür ki, həmin arayış 23.*5.2*25-ci ildə verilmişdir. Həmin arayışı götürdüyü müddətdən sonra iddiaçı 1 ay ərzində məhkəməyə müraciət etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddia müddəti iddiaçı tərəfindən buraxıldığına görə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının ötürülmüş müddətin bərpasına dair ərizəsi: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ötürülmüş prosessual müddətin bərpasına dair təqdim edərək göstərmişdir ki, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəyə ünvanlanmış etiraz ərizəsi tam olaraq əsassızdır və qərar qəbul edilərkən nəzərə alınmamalıdır. Etirazda qeyd olunur ki, İddiaçı şikayəti ilə bağlı tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 1* may 2*25-ci il tarixində təqdim edilmişdir, məhkəməyə isə iddiaçı 18 sentyabr 2*25-ci il tarixində müraciət etmişdir, yəni qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bununla bağlı bildirir ki, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən gətirilmiş aqumentlər tam olaraq əsassızdır. Belə ki, iddiaçı hüququnun pozulduğunu bildiyi andan dərhal sonra müvafiq orqanlara şikayət və müraciətlər etmişdir. Eyni zamanda tərəfindən mediasiyaya müraciət edilmişdir və mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 1* may 2*25-ci il tarixində təqdim edilmişdir. Bundan sonra o, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, 151 saylı körpələr evinin (uşaq bağçasına) müdiri Venera Xəlilova tərəfindən verilmiş olan əmr ƏM normalarına ziddir və bu barədə 151 saylı körpələr evinin (uşaq bağçasına) müdiri Venera Xəlilova AR inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılaraq 3* (otuz) gün müddətində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi barədə məktub ünvanlanmışdır. O da AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ona ünvanlanmış məktununun nəticəsini gözlədiyi üçün məhkəməyə gec müraciət etmişdir. Eyni zamanda uşağının səhhətində yaranmış nasazlıqla əlaqədar məhkəməyə müraciətini müddəti ötürməklə vermişdir. Hesab edir ki, hər iki əsaslı səbəblərdən prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Qeyd olunanları nəzərə alaraq ötürülmüş prosessual müddət bərpa edilməklə iddamın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi 2*.*2.2*25-ci ildə təsdiq edilmiş ştat cədvəlinə əsasən müəyyən edilir ki, həmin vaxta qədər təsdiq edilmiş ştat cədvəllərində aşpaz vəzifələri mövcud olduğu halda 2*.*2.2*25-ci ildə təsdiq edilmiş ştat cədvəlində artıq aşpaz vəzifəsi mövcud deyildir. Yəni həqiqətən də aşpaz vəzifəsinin ixtisarının aparılması işin faktiki halları ilə təsdiqlənir. Eyni zamanda iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçasında fəaliyyət göstərən həmkarlar təşkilatının razılığı alınmışdır. Eyni zamanda onu da bildiririk ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində hazır yeməklərin təminatının təşkili ilə bağlı "xxxx" MMC ilə müqavilə imzalanmış və bu səbəbdən də iddiaçıya bildirilmişdir ki, həmin Cəmiyyət ştatları ixtisara düşmüş aşpazları işə dəvət edir, ora işə qəbul etmək haqqında ərizə verdikdə iddiaçı da işlə təmin ediləcəkdir, lakin iddiaçı bununla razılaşmamış və uşaq bağçasında qalaraq aşpaz işləmək istədiyini bildirmişdir. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Əbülfət qızı iddianı qəbul etməyərək izahatın bildirmişdir ki, iddia müddəti tətbiqi barədə ərizə təqdim etmişlər. Belə ki, 11 aprel 2*25-ci il iddiaçı əmək kitabçasını götürüb, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılıb. 1 ay ərzində müraciət edə bilərdi. İddiaçı may ayında mediasiyadan keçib, sentyabr-oktyabr aylarında ərizə vermişdir, bu da iddia tələbinin rədd edilməsi üçün əsasdır. Xanımın çalışdığı vəzifə həqiqətən də ixtisar edilmişdir. Hal-hazırda bu vəzifədə heç kim çalışmır. İxtisar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə İdarəsinin tərtib etdiyi ştat cədvəlinə əsasən aparılıb. Ştat cədvəlində bu peşə mövcud deyil bu barədə xanıma xəbərdarlıq edilib. İddiaçıya təklif olunmuşdur ki, bağçanı qida ilə təmin edən şirkətdə ərizə yazıb işə daxil olsun, lakin xanım imtina edib. Həmkarlar İttifaqının da razılığı alınmışdır. Protokol və məktub təqdim olunub. Əmək Məcəlləsinə əsasən bütün prosedurlar düzgün tətbiq olunmuşdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı əmək kitabçasına əsasən o: Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının *1.*2.2*12-ci il tarixli 77 saylı əmrinə əsasən xadimə dayə qəbul edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 21.12.2*12-ci il tarixli 128 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının *2.*8.2*22-ci il tarixli 74 saylı əmrinə əsasən ocaqçı-çilingər əvəzçiliyi həvalə edilməsi, öz xahişi ilə əvəzçiliyindən azad edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının *1.12.2*23-cü il tarixli 113 saylı əmrinə əsasən ocaqçı-çilingər vəzifəsindən y/fəhlə vəzifəsinə keçirilmişdir. - Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının *1.*6.2*23-cü il tarixli 51 saylı əmrinə əsasən Y/fəhlə vəzifəsindən aşpaz vəzifəsinə keçirilmişdir. - Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 1*.*4.2*25-ci il tarixli 24 saylı əmrinə əsasən Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən ştatın və işçilərin ixtisarına görə tutduğu aşpaz vəzifəsindən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 27.*2.2*25-ci il tarixli 17&1 saylı əmrinə əsasən Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən aşpaz ştatının ixtisarı barədə bağçanın aşpazı İddiaçı 27.*2.2*25-ci il tarixində əmək stajı 5 ildən artıq olduğu üçün 6 təqvim həftəsi xəbərdarlıq edilməsi əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 27.*2.2*25-ci il tarixli aktına əsasən 27.*2.2*25-ci il tarixində bağçanın müdiri Venera xanım Xəlilova iclas edərək bildirmişdir ki, mətbəxdə aşpaz ştatları Bakı Şəhəri Təhsil İdarəsində ixtisara gedib. O, bildirdi ki, «siz elə bilməyin işdən çıxmaqla siz işsiz qalacaqsınız, aşpaz ştatlarını Təhsil idarəsindən Deport MMC şirkəti alıb və o sizi şirkətə işləməyə dəvət edir. Siz öz bağçanızda Deport MMC şirkətinin aşpazları olaraq işinizə davam edəcəksiniz». Amma bununla bağçanın aşpazı İddiaçı razılaşmadı. O, Deport MMC şirkətinə keçmək istəmədiyini bildirərək edilən xəbərdarlıq sənədini qəbul etməyəcəyini və qol çəkməyəcəyini bildirmişdir. O, qeyd etdıki Bakı şəhəri Şəhər Təhsil İdarəsinin işçisi kimi qalıb işləmək istəyir və bu qeyri-qanunidir. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 27.*2.2*25-ci il tarixli İddiaçı ünvanlanan xəbərdarlıq məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu 151 saylı körpələr evi - uşaq bağçası üzrə 2*,*2.2*25-ci ildə təsdiq edilmiş ştat cədvəlində aşpaz vəzifəsi nəzərdə tutulmamışdır, odur ki, həmin ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq tutduğu aşpaz vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 6 (altı) təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir. Nəzərinə çatdırılır ki, ona sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Eyni zamanda qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2(iki) misli miqdarında bir dəfəlik ödəniş edilməklə onunla bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 27.*2.2*25-ci il tarixli aktına əsasən 27.*2.2*25-ci il tarixdə aşpaz İddiaçı tutduğu vəzifənin ixtisara düşməsi və onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci mad. b bəndinə əsasən 6 həftə sonra xitam veriləcəyi barədə xəbərdarlıq təqdim edildi, aşpaz İddiaçı həmin xəbərdarlıqla tanış oldu, lakin tanış olması barədə imza etməkdən və qəbul etməkdən imtina etdi. Bildirdi ki, xəbərdarlıqla və ixtisarla razı deyildir. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının *1.*4.2*25-ci il tarixli *2 saylı təqdimatına əsasən müəssisənin aşpazı İddiaçı ştatının 2*.*2.2*25-ci il tarixində tərtib olunmuş, lakin müəssisəyə 27.*2.2*25-ci il tarixində verilmiş ştat cədvəlinə əsasən ixtisar olunması səbəbindən 1*.*4.2*25-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "b" bəndinə əsasən ləğv ediləcəkdir. Bununla bağlı münasibət bildirməyini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçası X4 üzvlərinin ümumi yığıncağının *7.*4.2*25-ci il tarixli protokoluna əsasən Müəssisənin aşpazı İddiaçı ştatının ixtisar olunması səbəbindən 1*.*4.2*25-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "b" bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçası Həmkarlar Komitəsinin - Bakı şəhəri ünvan 2 ünvanladığı *7.*4.2*25-ci il tarixli məktubuna əsasən ünvan 3aq bağçası X4 üzvlərinin *7.*4.2*25-ci üdə keçirilmiş ümumi iclasında qəbul edilmiş qərara əsasən müəssisənin aşpazı İddiaçı Əbülət qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən 1*.*4.2*25-ci ildən xitam verilməsinə razılıq verilir. Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 1*.*4.2*25-ci il tarixli 24 saylı əmrinə əsasən 1*.*4.2*25-ci il tarixindən Btnəqədi rayonu 151 №li körpələr evi uşaq bağçasının işçisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "b" bəndinə əsasən ştatın və işçilərin ixtisarına görə tutduğu aşpaz vəzifəsindən azad olunması və əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə qanunvericilikdə nəzərdə tutulan təminatlar ödənilməsi, əmrlə aidiyyatı şəxs tanış olması əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı *7.*8.2*25-ci il tarixli məktubuna əsasən müraciətə baxılması ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 151 saylı körpələr evi-uşaq bağçasında işlədiyi aşpaz vəzifəsi ixtisar olunduğu üçün 1*.*4.2*25-cİ il tarixli 24 nömrəli əmrlə işdən azad olunması və qanunvericilikdə nəzərdə tutulmuş miqdarda təminatlarla təmin edilmiməsi, bununla yanaşı, onunla telefon vasitəsilə əlaqə saxlanılarkən Venera Xəliiovanın bağçada qanunazidd əməllərə yol verməsi barədə hər hansı sübutun olmadığını bildirmişdir. Müraciətinə baxılınası ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarıı qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun İddiaçı ünvanladığı 1642-ş saylı 22.*8.2*25-ci il tarixli məktubuna əsasən “İnzibat icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.*.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslə inzibati orqan hesab olunur. Həmin qanunun 2.*.2-ci maddəsinə görə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirləri inzibati akt hesab olunur. “İnzibat icraat haqqında” Azərbaycan Respublikası Qanunun 71.1-ci maddəsində göstərilmişdir ki, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin qanunun 72.1-ci maddəsinə əsasən İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Yuxanda qeyd olunanlara əsasən bildirilir ki, şikayətlə əlaqədar yuxarı inzibati orqana və ya inzibati iddia qaydasında məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 21.11.2*25-ci il tarixli məktubuna əsasən Cavabdeh2 direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilmişdir. Həmin qərardan şikayət verilib-verilməməsi barədə məlumat yoxdur. DƏMX-nin BŞİ-nin MN seriyalı **24152 saylı qərarı ilə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 15** (bir min beş yüz manat) cərimə edilmişdir. Bakı 1* saylı Mediasiya Təşkilatının 23.*5.2*25-ci il tarixli arayışına əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair 23.*5.2*25-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. İddiaçı 6* manat mediasiya xərcini ödəmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının 19.*6.2*25-ci il tarixli rəyinə əsasən X1* boşluqunda metal artefaktı izlənilir. Burun çəpərinin saqa doğru əyilməsi izlənilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 7*-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 8*-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının *1.*6.2*23-cü il tarixli 51 saylı əmrinə əsasən Y/fəhlə vəzifəsindən aşpaz vəzifəsinə keçirilmiş, Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının 1*.*4.2*25-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin «b» bəndinə əsasən ştatın və işçilərin ixtisarına görə tutduğu aşpaz vəzifəsindən azad edilmişdir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl 12.*5.2*25-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 1* saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 23.*5.2*25-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra 19.*9.2*25-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini iddia edir və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini, habelə mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının nümayəndəsi iddianı qəbul etmir, işçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyini, qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş iddia müddəti ötürməklə verdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Digər cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi isə iddiaçının əmək müqaviləsinə Təhsil İdarəsinin deyil, 151 nömrəli körpələr evi uşaq bağçasının əmri əsasında xitam verildiyini qeyd edib, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı yönəlmiş tələbə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə Təhsil İdarəsi iddiaya cavab verməli şəxs deyildir. Belə ki, iddia tələbindən görünür ki, hazırda iddiaçının işəgötürəni Təhsil İdarəsi deyil, Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasıdır və mübahisələndirilən əmr də sonuncu tərəfindən verilmişdir. Belə olan halda iddiaçının tələbini yönəltdiyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddiaçının işəgötürəni hesab olunmadığından ona qarşı hazırkı tələbin irəli sürülməsi yolverilən deyildir. Ona görə də ona münasibətdə iddia rədd edilməlidir. Məhkəmə Təhsil idarəsinin verdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia müddətinin tətbiqi məhz əsl cavabdeh tərəfindən verilmiş ərizə əsasında tətbiq edilməsi mümkün olduğundan, onun təqdim etdiyi ərizə məhkəmə tərəfindən nəzərə alınmır. Digər cavabdeh Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasına qarşı yönəlmiş tələbə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edilir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh Bakı şəhəri Binəqədi Rayon 151 saylı körpələr evi uşaq bağçasının nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələbinə (əmrin ləğv edilməsi, işə bərpa) ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə *7.*7.2**9-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25.*1.2***-ci il tarixli qərar). İş materiallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1*.*4.2*25-ci il tarixdə xitam verilmiş, iddiaçı 12.*5.2*25-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 23.*5.2*25-ci il tarixdə mediasiya arayışını aldıqdan sonra 19.*9.2*25-ci il tarixdə, müddəti ötürməklə işə bərpa tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı X5 müddətin bərpasına dair ərizə təqdim edərək, məhkəməyə gec müraciət etməsinin səbəbi kimi X7 Xidmətinə müraciət etməsini, Xidmətin ona ünvanlanmış məktubunun nəticəsini gözləməsini, habelə qızı Gülnar Eynalovanın həkim sənədini təqdim edərək, qızının müalicə aldığını göstərməklə müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini sübut etməyə çalışmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi rəy iddiaçının məhkəmə iclasında bildirdiyinə görə oksigen çatışmazlığı ilə bağlı beyin MRT müayinəsinin təsvirini əks etdirən 19.*6.2*25-ci il tarixli vərəqə olmaqla, əmək müqaviləsinə xitam verilməsindən 2 ay sonrakı dövrə aiddir, eyni zamanda uşağın stationar müalicələrə cəlb edilməsini və ya iddia qaldırılmasına mane ola biləcək hər hansı halı müəyyən etmir. Ona görə də həmin halın iddia müddətinin üzrlü səbəbdən ötürülməsi əsası kimi nəzərdən keçirilməsi istisna edilir. Müddətin ötürülməsinin digər səbəbi kimi X7 Xidmətinə etdiyi müraciətin nəticəsini gözləməsi ilə bağlı iddiaçının dəlilinə gəldikdə, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2*21-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2*11-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X7 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Qeyd edilməlidir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Məhkəmə hesab edir ki, işin hallarından iddiaçı tərəfin əmrin ləğvi, işə bərpa tələbi ilə bağlı müddəti üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2na münasibətdə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinin “əmrin ləğv edilməsi (işə bərpa)” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh2na qarşı əmrin ləğvi, işə bərpa və s. tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 1*7-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilmiş xərc və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh2na qarşı əmrin ləğvi, işə bərpa və s. tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-5205/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5205/2025
28.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver