Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5224/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə və Maraqlı şəxs1 nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun Maraqlı şəxs1 ilə 30 oktyabr 2022-ci il tarixində Bakı şəhəri 5 saylı Mediasiya təşkilatı vasitəsilə bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, ərizəçi X1 maraqlı şəxs X3 ilə 30 oktyabr 2022-ci il tarixində Bakı 5 saylı Mediasiya Təşkilatı vasitəsilə Barışıq sazişi bağlamışdır. Barışıq sazişinin predmetini sazişin 2-ci maddəsinə əsasən barışıq sazişi aşağıda qeyd olunan formada təşkil edir: 1) Birgə nikah dövründə əldə edilən avtomobillər, daşınar qurğular, daşınar texniki vasitələr tam olaraq (100 faiz) Maraqlı şəxs1 mülkiyyətinə verilir və bununla bağlı hər hansı iddia tələbiarvad tərəfindən olmayacaqdır. 2) Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüquqlarına Dair Dövlət Aktı (JN- 1293, KOD 41001004, 770 nömrə ilə dövlət qeydiyyatına alınıb) ilə Maraqlı şəxs1 tam mülkiyyət hüququ ilə məxsus olan, birgə nikah dövründə əldə edilmiş, cizgidə göstərilən sərhədlər daxilində ümumisahəsi 78.99 hektar olan müxtəlif ölçülü torpaqlarıaşağdakı qaydada bölürlər. Aşağıdakı əmlaklar tam mülkiyyət hüququ ilə (100 faiz həcmində) Ərizəçi mülkiyyətinə verilir. Həmin torpaqlar üzərində istifadə, faydalanma, digər şəxslərin istifadəsinə verilməsi səlahiyyətləri və bəhər götürmək hüququ Ərizəçi məxsusdur. Torpağın yerləşdiyi ərazi və xüsusiyyəti Torpağın miqyası və mülkün nömrəsi Torpağın sahəsi a) Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1- 5000, Mülkün nömrəsi- 1293W 22664.00 kv.metr b) Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1- 5000, Mülkün nömrəsi- 1293BD 22664.00 kv.metr c) Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1- 5000, Mülkün nömrəsi- 1293AA 20146.00 kv.metr d) Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1- 5000, Mülkün nömrəsi- 1293FG 26860.65 kv.metr e) Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1- 5000, Mülkün nömrəsi- 1293Z 340007.00 kv.metr f) Şamaxı rayonu, Şəhriyar Qəsəbəsiərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1- 2000, Mülkün nömrəsi- 1293TT 11281.00 kv.metr 3) Tərəflər razılığa gəlirlər ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-1293, KOD 41001004 Dövlət Aktı ilə Maraqlı şəxs1 mülkiyyətində olan digər torpaq sahələri (sazişin 2.2.1-ci bəndində qeyd olunan torpaq sahələri istisna olmaqla) tam olaraq Maraqlı şəxs1 mülkiyyətində qalacaqdır. 4) Tərəflər bəyan edir ki, gələcəkdə nikah dövründə və ya nikaha xitam verildikdən sonrakı dövr ərzində bir-birinə qarşı yenidən əmlak bölgüsünə dair tələb irəlisürməyəcəklər. 5) Tərəflər bəyan edir ki, gələcəkdə nikah dövründə və ya nikaha xitam verildikdən sonrakı dövr ərzində bir-birinə qarşı yenidən əmlak bölgüsünə dair tələb irəlisürməyəcəklər. 6) Bu barışıq sazişi məhkəmə qətnaməsi ilə təsdiq olunduğu andan etibarən tərəflər məhkəmə icra sənədi vasitəsilə və digər məhkəmə aktları ilə hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət edəcəklər. Barışıq sazişinin 12-ci maddəsi tərəflər barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməlidirlər ona görə məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Barışıq sazişinin 12-ci maddəsinə görə saziş tərəflər barışıq sazişini təsdiq etmək üçün aidiyyat olaraq Nəsimi rayon məhkəməsini səlahiyyətli məhkəmə olaraq müəyyən etmişlər. Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında ərizəyə dəqiqləşdirmə təqdim edərək, Ərizəçi Maraqlı şəxs1 ilə 30 oktyabr 2022-ci il tarixində Bakı 5 saylı Mediasiya təşkilatı vasitəsilə bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs1 nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında ərizə tələbini qəbul etdi və izahatında bildirdi ki, tərəflər razılığa gəliblər. Onların yetkinlik yaşına çatan və yetkinlik yaşına çatmayan övladları vardır. Tərəflər aralarındakı nikaha xitam vermirlər, sadəcə uşaqların mənafeyinə uyğun olaraq əmlakların rejimini müəyyən edirlər. Əvvəlcə razılığa gəlindi ki, bağışlama yolu ilə məsələ həll edilsin, lakin bu yol gələcəkdə iddiaların qaldırılmasını istisna etmirdi. Bu səbəbdən də məsələni birdəfəlik həll etməli oldular. Məhkəmədən qeyd edilən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs ƏMDK-nın yanında DƏDRX-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxs ƏMDK-nın yanında DƏDRX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs1 arasında 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki:
1. Birgə nikah dövründə əldə edilən avtomobillər, daşınar qurğular, daşınar texniki vasitələr tam olaraq (100 faiz) Maraqlı şəxs1 mülkiyyətinə verilir və bununla bağlı hər hansı iddia tələbi arvad tərəfindən olmayacaqdır.
2. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüquqlarına Dair Dövlət Aktı (JN- 1293, Kod 41001004, 770 nömrə ilə dövlət qeydiyyatına alınıb) ilə Maraqlı şəxs1 tam mülkiyyət hüququ ilə məxsus olan, birgə nikah dövründə əldə edilmiş, cizgidə göstərilən sərhədlər daxilində ümumi sahəsi 78.99 hektar olan müxtəlif ölçülü torpaqları aşağıdakı qaydada bölürlər. Aşağıdakı əmlaklar tam mülkiyyət hüququ ilə (100 faiz həcmində) Ərizəçi mülkiyyətinə verilir. Həmin torpaqlar üzərində istifadə, faydalanma, digər şəxslərin istifadəsinə verilməsi səlahiyyətləri və bəhər götürmək hüququ Ərizəçi məxsusdur. Torpağın yerləşdiyi ərazi və xüsusiyyəti torpağın miqyası və mülkün nömrəsi torpağın sahəsi
1. Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293W 22664.00 kv.metr
2. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293BD 22664.00 kv.metr
3. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293AA 20146.00 kv.metr
4. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293FG 26860.65 kv.metr
5. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293Z 340007.00 kv.metr
6. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-2000, Mülkün nömrəsi-1293TT 11281.00 kv.metr
3.Tərəflər razılığa gəlirlər ki, Torpağam Mülkiyyət Hüququna dair JN-1293, Kod 41001004 Dövlət Aktı ilə Maraqlı şəxs1 mülkiyyətində olan digər torpaq sahələri (sazişin 2.2.1-ci bəndində qeyd olunan torpaq sahələri istisna olmaqla) tam olaraq Maraqlı şəxs1 mülkiyyətində qalacaqdır. 4.Tərəflər bəyan edir ki, gələcəkdə nikah dövründə və ya nikaha xitam verildikdən sonrakı dövr ərzində bir-birinə qarşı yenidən əmlak bölgüsünə dair tələb irəli sürməyəcəklər. 5.Tərəflər bəyan edir ki, gələcəkdə nikah dövründə və ya nikaha xitam verildikdən sonrakı dövr ərzində bir-birinə qarşı yenidən əmlak bölgüsünə dair tələb irəli sürməyəcəklər.
6. Bu barışıq sazişi məhkəmə qətnaməsi ilə təsdiq olunduğu andan etibarən tərəflər məhkəmə icra sənədi vasitəsilə və digər məhkəmə aktları ilə hüquqlarıbn dövlət qeydiyyatına alınması üçün müraciət edəcəklər.
3. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlər aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
4. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndlərini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
6. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz.
7. Tərəflər razılaşırlar ki, hazırki sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
8. Əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mefdiasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisəmin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
9. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı tərəflər şahid qismində iştirak edə bilməzlər.
10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə, 13.3. sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə)
11. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
12. Tərəflər razılığa gəlirlər ki, xüsusi icraat qaydasında bu barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət edirlər. Tərəflər səlahiyyətli məhkəmə kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-cı maddəsini əsas tutaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini müəyyən edirlər.
13. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
14. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla mediatorda və tərəflərdə saxlanılır. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Birgə nikah dövründə əldə edilən avtomobillər, daşınar qurğular, daşınar texniki vasitələr tam olaraq (100 faiz) Maraqlı şəxs1 mülkiyyətinə verilir və bununla bağlı hər hansı iddia tələbi arvad tərəfindən olmayacaqdır.
2. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüquqlarına Dair Dövlət Aktı (JN- 1293, Kod 41001004, 770 nömrə ilə dövlət qeydiyyatına alınıb) ilə Maraqlı şəxs1 tam mülkiyyət hüququ ilə məxsus olan, birgə nikah dövründə əldə edilmiş, cizgidə göstərilən sərhədlər daxilində ümumi sahəsi 78.99 hektar olan müxtəlif ölçülü torpaqları aşağıdakı qaydada bölürlər. Aşağıdakı əmlaklar tam mülkiyyət hüququ ilə (100 faiz həcmində) Ərizəçi mülkiyyətinə verilir. Həmin torpaqlar üzərində istifadə, faydalanma, digər şəxslərin istifadəsinə verilməsi səlahiyyətləri və bəhər götürmək hüququ Ərizəçi məxsusdur. Torpağın yerləşdiyi ərazi və xüsusiyyəti torpağın miqyası və mülkün nömrəsi torpağın sahəsi
1. Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293W 22664.00 kv.metr
2. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293BD 22664.00 kv.metr
3. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293AA 20146.00 kv.metr
4. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293FG 26860.65 kv.metr
5. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-5000, Mülkün nömrəsi-1293Z 340007.00 kv.metr
6. Şamaxı rayonu, Şəhriyar Qəsəbəsi ərazisində yerləşən Dağ-Şirvan torpaq sahəsinə aid olan 72 ballı İİ keyfiyyət qruplu əkin torpağı Miqyas 1-2000, Mülkün nömrəsi-1293TT 11281.00 kv.metr
3.Tərəflər razılığa gəlirlər ki, Torpağam Mülkiyyət Hüququna dair JN-1293, Kod 41001004 Dövlət Aktı ilə Maraqlı şəxs1 mülkiyyətində olan digər torpaq sahələri (sazişin 2.2.1-ci bəndində qeyd olunan torpaq sahələri istisna olmaqla) tam olaraq Maraqlı şəxs1 mülkiyyətində qalacaqdır. 4.Tərəflər bəyan edir ki, gələcəkdə nikah dövründə və ya nikaha xitam verildikdən sonrakı dövr ərzində bir-birinə qarşı yenidən əmlak bölgüsünə dair tələb irəli sürməyəcəklər. 5.Tərəflər bəyan edir ki, gələcəkdə nikah dövründə və ya nikaha xitam verildikdən sonrakı dövr ərzində bir-birinə qarşı yenidən əmlak bölgüsünə dair tələb irəli sürməyəcəklər.
6. Bu barışıq sazişi məhkəmə qətnaməsi ilə təsdiq olunduğu andan etibarən tərəflər məhkəmə icra sənədi vasitəsilə və digər məhkəmə aktları ilə hüquqlarıbn dövlət qeydiyyatına alınması üçün müraciət edəcəklər.
3. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlər aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
4. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndlərini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
6. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz.
7. Tərəflər razılaşırlar ki, hazırki sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
8. Əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mefdiasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisəmin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
9. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı tərəflər şahid qismində iştirak edə bilməzlər.
10. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə, 13.3. sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə)
11. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
12. Tərəflər razılığa gəlirlər ki, xüsusi icraat qaydasında bu barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət edirlər. Tərəflər səlahiyyətli məhkəmə kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-cı maddəsini əsas tutaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini müəyyən edirlər.
13. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
14. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla mediatorda və tərəflərdə saxlanılır. Qətnamə hazırki barışıq sazişinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən icra edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Natavan Tağıyeva