Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-530/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X13 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X25 və X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.”; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X13 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X25 və X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin İddiaçı tərəfindən gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X16 xx.xx.2009-cu il tarixində vəfat etmiş, ölüm faktı Azərbaycan Respublikası Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində 29 № ilə qeydiyyata alınmışdır. X8 adına Bakı şəhəri 43 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Sonuncunun mülkiyyətində Tovuz rayonu Qandallar kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcud olmuşdur. X8 birinci dərəcə vərəsələri onun övladları – X29, Cavabdeh2, İddiaçı, X25, X17r. İddiaçı və bacıları həmin evdə yaşamasalar da, anasının ölümündən sonra daima həmin evə gedib-gəlmiş, qardaşları X2 həmin torpaq sahəsi və yaşayış evinə gediş-gəlişdə və istifadədə heç bir maneə ilə qarşılaşmamışlar. Qardaşları da onları həmin evə istədikləri vaxt gəlib-gedə, ondan istifadə edə biləcəklərinə əmin etdiyindən bu barədə notariat ofisinə müraciət etməklə vərəsəlik şəhadətnaməsi almağa ehtiyac duymamışlar. Lakin iddiaçının qardaşı X18 xx.xx.2020-ci il tarixində vəfat etməsindən bir müddət sonra digər qardaşları Cavabdeh2 iddiaçını və digər bacılarını həmin evə buraxmamış, onların torpaq sahəsi və evə gedişgəlişinə mane olmuşdur. İddiaçı danışıqlar aparmaqla mübahisəni həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Bu səbəbdən iddiaçı 43 saylı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etsə də, notariat ofisi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli, 3044 nömrəli cavab məktubunda vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən susmuş vərəsə sayıldığı bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X26 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, onların hazırkı mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmasına dair qərardad və X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin onlar tərəfindən gecikdirilməsinin üzrlü sayılaraq uzadılması, Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X26 tərəfindən verilmiş iddia ərizələri iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmışdır. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən irəli sürülmüş tələblər bir neçə dəfə dəqiqləşdirilmişdir. Son olaraq, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X13 vəkili-nümayəndəsi Vəkil2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizələr təqdim edərək, X6 qalmış miras əmlakın (ünvan 4ində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinə dair) Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İddiaçı, X26 və X25 adına miras əmlakın 1/4 hissəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X13 vəkili-nümayəndəsi Vəkil2 iddiaları müdafiə edib, iddia ərizələrinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, X19 miras qalmış ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X13 mülkiyyətinə keçmiş və Tahirə Abbasova tərəfindən həmin mənzil satılaraq, əldə olunan pul vərəsələr arasında bölüşdürülmüş, habelə pulun bir hissəsi Cavabdeh2 oğlu – Abbasov Pərvizə verilmişdir. Hətta pulun Abbasov Pərvizə verilməsinə dair qəbzi məhkəməyə təqdim etdi. Hazırda iddiaçının və üçüncü şəxslərin həmin mənzillə bağlı mübahisəsinin olmadığını bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsi isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X13 iddia ərizələri qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında V-ЖГ seriyalı 341100 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X30, anası X4r. Doğum haqqında AЗ seriyalı 422066 nömrəli şəhadətnamədən görünür ki, X25 29 mart 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X30, anası X4r. Doğum haqqında AЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, X26 16 iyun 1967ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X30, anası X4r. Ölüm haqqında AZ-İİ seriyalı 062358 nömrəli şəhadətnamədən (təkrar verilmiş) görünür ki, X16 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Ölüm haqqında AZ-İİ seriyalı 089662 nömrəli şəhadətnamədən görünür ki, X29 xx.xx.2020ci il tarixdə ölmüşdür. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3044 nömrəli məktubdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən susmuş vərəsə sayılması, bununla əlaqədar olaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi, həmin əmlaka dair mərhumun oğlu Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi bildirilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçının vəkilinümayəndəsi tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 2V- 158 və 2V-212 saylı reyestrlə təsdiq edilmiş vərəsəlik işində olan: - Evlənmək haqqında ИЕ seriyalı 076501 nömrəli şəhadətnamədən görünür ki, X3 Nəciyyə Nəcəf qızı ilə xx.xx.1958-ci il tarixdə nikaha daxil olmuş, evlənmə qeyd edildikdən sonra arvada Abbasova soyadı verilmişdir. - Doğum haqqında AZ-T seriyalı 219069 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X30, anası X4r. - X30 tərəfindən Notariat Kontoruna ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, arvadı X16 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Miras əmlak əmanətdən ibarətdir. O, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını bildirmişdir. - "xxxx" ASC-nin 2 saylı Nəsimi rayon filialı tərəfindən Notariat Kontoruna ünvanlanmış 14 iyun 2012-ci il tarixli məktubdan görünür ki, Nəsimi rayon keçmiş 7996 №-li X32 tabeliyində olan 7996/0418 №-li kassasında ******* №-li əmanət hesabında X8 adına 1 (bir) manat 54 (əlli dörd) qəpik əmanəti vardır. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamədən görünür ki, 01 yanvar 2009-cu il tarixdə vəfat etmiş – X8 vərəsəsi əri - X27r. Miras əmlakdan tam olmaqla irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Bakı ş Əmanət Bankının 7996/0418 №-li kassasında ******* №-li hesabda olan əmanətdən ibarətdir. - Ölüm haqqında AZ-İİ seriyalı 000945 nömrəli şəhadətnamədən görünür ki, X30 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - Cavabdeh2 tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X6 miras qalmış torpaq sahəsini qəbul etmiş, özündən başqa vərəsənin olmadığını qeyd etmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4ində yerləşən (reyestr nömrəsi: **********98) 0.29 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş – X8 vərəsəsi oğlu - Cavabdeh2dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X9 verilmiş **********98 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.29 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, X25 və X26 tərəfindən iddia ərizələrinin verilməsinə görə hər biri tərəfindən ayrı-ayrılıqda 100 (bir yüz) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində X8 adına xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində vərəsəlik işinin açıldığı, X28 və Cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnamələrinin verildiyi, X22 adına xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və xx.xx.2020-ci il tarixdə X20 vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir. X18 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən N.Abbasovanın və O.Abbasovun nikahı və övladları, Cavabdeh2 isə doğumu və yaxın qohumları haqqında məlumatlar aşkar edilmişdir. Belə ki, Oruc Abbasovun xx.xx.1958-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1935-ci il təvəllüdlü Abbasova (Alllahverdiyeva) Nəciyyə Nəcəf qızı ilə nikahı rəsmiləşdirilmişdir. X24 ilə Nəciyyə Abbasova olan xx.xx.1964-cü il təvəllüdlü X14 doğumu xx.xx.1964-cü ildə, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı doğumu xx.xx.1960-cı ildə, xx.xx.1967-ci il təvəllüdlü X13 doğumu xx.xx.1967-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə baxış keçirilərkən O.Abbasovun və N.Allahverdiyevanın (Abbasovanın) xx.xx.1958-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində nikaha daxil olduğu müəyyən edilmişdir. Valideynləri O.Abbasov və N.Abbasova olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü Cəmilə Abbasovanın, xx.xx.1964-cü il təvəllüdlü Mehman Abbasovun və xx.xx.1967-ci il təvəllüdlü Tahirə Abbasovanın doğumunun Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Həmçinin, xx.xx.2019-cu ildə vəfat etmiş O.Abbasovun ölümü 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi, xx.xx.2009-cu ildə vəfat etmiş N.Abbasovanın və xx.xx.2020ci il tarixdə vəfat etmiş Cavabdeh2 ölümü isə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İnformasiya sistemində Cavabdeh2 nikahı və övladlarının doğumu haqqında məlumat aşkar edilmədi. “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində X8 adına Bakı şəhəri 43 saylı Notariat Ofisində vərəsəlik işinin açıldığı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X22 adına Bakı şəhəri 43 saylı Notariat Ofisində vərəsəlik işinin açıldığı və X20 vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir. X18 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 2V-39 saylı reyestrlə rəsmiləşdirilmiş vərəsəlik işində olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində istifadədə olan 0.06445 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binada 38.59 kv.m ümumi, 26.64 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 34 nömrəli mənzil (reyestr nömrəsi: **********70-05101-093002) tam mülkiyyət hüququ üzrə X22 adına daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 19299 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: 1********). - X30 tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, o, harada yerləşməsindən və nə olmasından asılı olmayaraq bütün əmlakını qızı X20 vəsiyyət etmişdir. - X26 tərəfindən Notariat Kontoruna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, atası X30 vəfat etmişdir. Miras əmlak ünvan 5-dən ibarətdir. O, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını bildirmişdir. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş – X22 vəsiyyətnamə üzrə vərəsəsi X17r və o, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 38.59 kv.m olan daşınmaz əmlakdan ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli 31 nömrəli qərarı ilə X8 adına 0.349733 ha həyətyanı torpaq sahəsinə A № 095652 “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr) sənədi tərtib edilmişdir. Həmin sənəd və Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2963 nömrəli vərəsəlik məktubu əsasında X8 adına ünvan 4ində yerləşən 0.29 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Reyestrdən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisinin 2V-212 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ şəhadətnamə” əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məktuba əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən 0.29 ha torpaq sahəsi (reyestr nömrəsi: **********98) tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 151433 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil X22 adına 959 nömrəli reyestr kitabında xx.xx.1998-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 34 nömrəli mənzil (reyestr nömrəsi: **********70-05101-093002) tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 19299 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə X13 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********); - X26 (satıcı) ilə X23 (alıcı) arasında bağlanmış daşınmaz əmlakın xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən 34 nömrəli mənzil satıcı tərəfindən 56800 manata alıcıya satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 8, mənzil 34 ilkin olaraq X22 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 43 saylı NK-nın 2V/39 reyestr nömrəli xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 43 saylı DNK-nın 4Ə-273 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə edilmiş: - xx.xx.1990-cı il tarixli 024007 nömrəli orderdən görünür ki, ünvan 7 ünvanında yerləşən 34 nömrəli mənzil X28 verilmişdir; - X16 tərəfindən müvafiq quruma ünvanlanmış ərizədən görünür ki, o, yaşadığı ünvan 8 ünvanında yerləşən 34 nömrəli mənzilin həyat yoldaşı X22 adına özəlləşməsinə etirazı olmadığını bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X30 ilə X16 xx.xx.1958-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü Abbasova Cəmilə, xx.xx.1964-cü il təvəllüdlü Abbasov Mehman və xx.xx.1967-ci il təvəllüdlü Abbasova Tahirə adlı uşaqları anadan olmuşdur. Abbasova Nəciyyə xx.xx.2009-cu il tarixdə vəfat etmiş, onun ölümündən sonra – 2012-ci ildə Abbasov Oruc 43 saylı Notariat Ofisinə (həmin vaxt Kontoru) müraciət edərək, Abbasova Nəciyyədən qalan miras əmlak olan əmanətə; 2022-ci ildə Cavabdeh2 isə Abbasova Nəciyyədən qalan miras əmlak olan torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, digər vərəsələr isə müvafiq Notariat Ofisinə (Kontor) miras əmlakdan imtina etmələri barədə heç bir müraciət ünvanlamamışlar. 2012-ci ildə X37 rayon keçmiş 7996 №-li X32 tabeliyində olan 7996/0418 №-li kassasında ******* №-li əmanət hesabında X8 adına olan 1,54 manat məbləğində əmanətə; 2022-ci ildə isə Cavabdeh2 ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.29 ha olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Abbasov Oruc xx.xx.2019-cu il tarixdə vəfat etmiş, onun ölümündən sonra Abbasova Tahirə 43 saylı Notariat Ofisinə müraciət edərək, ondan qalan miras əmlak olan Bakı şəhəri, Cavadxan (Gəncə xanı) küçəsi, ev 33 ünvanında yerləşən 34 nömrəli mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, digər vərəsələr isə müvafiq Notariat Ofisinə (Kontor) miras əmlakdan imtina etmələri barədə heç bir müraciət ünvanlamamışlar. Abbasov Oruc tərəfindən bütün əmlakını Abbasova Tahirəyə vəsiyyət etməsinə dair xx.xx.2015-ci il tarixli vəsiyyətnamə verildiyindən, 2020-ci ildə Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən ona Bakı şəhəri, Cavadxan (Gəncə xanı) küçəsi, ev 33 ünvanında yerləşən 34 nömrəli mənzilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Abbasov Mehman xx.xx.2020-ci il tarixdə vəfat etmiş, lakin onun adına vərəsəlik işi açılmamışdır. Hazırda İddiaçı, Abbasova Cəmilə və Abbasova Tahirə hər biri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 qalmış miras əmlak üzrə (ünvan 4ində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinə dair) Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və İddiaçı, X26 və X25 adına miras əmlakın 1/4 hissəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini; Cavabdeh2 isə iddianın əsassız olduğundan rədd edilməsini xahiş edirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 4ində yerləşən 0.29 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə vəfat etmiş X9 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 31 nömrəli qərarı ilə əvəzsiz olaraq verilmiş, deməli, həmin torpaq sahəsi Abbasov Orucla birgə nikahı dövründə əldə edilməsinə baxmayaraq, onların birgə vəsaiti hesabına əldə edilmədiyindən və məhz Abbasova Nəciyyənin özünə əvəzsiz əqd üzrə verildiyindən, birgə əmlak hesab olunmur. Buna görə də ölümündən sonra əri Abbasov Orucun və 5 uşağının həmin əmlaka bərabər əsaslarla (hər birinə 1/6 hissədə) vərəsəlik hüquqları olmuşdur. Abbasova Nəciyyənin əri Abbasov Oruc və oğlu Cavabdeh2 vərəsəliyi yazılı şəkildə qəbul etmişlər, digər vərəsələrin isə mirasdan imtina etmələrinə dair müraciətləri olmamış, yəni onlar da mirası qəbul etmiş hesab olunurlar. Buna görə də məhkəmə hesab edir ki, Abbasova Nəciyyənin mülkiyyətində olan ünvan 4ində yerləşən 0.29 ha torpaq sahəsinə onun ölümündən sonra əri və uşaqlarının (X22, Cavabdeh2, İddiaçı, X12, X18 və X13) – hər birinin 1/6 hissədə vərəsəlik hüququ yaranmışdır. X30 2015-ci ildə mülkiyyətində olan bütün əmlakını qızı Abbasova Tahirəyə vəsiyyət etmiş, bundan sonra xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra X26 vərəsəliyi yazılı şəkildə qəbul etmiş, digər vərəsələrin isə mirasdan imtina etmələrinə dair müraciətləri olmamış, yəni onlar da mirası qəbul etmişlər. X22 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X13 mülkiyyətinə keçmiş və məhkəmə araşdırmaları zamanı iddiaçı və üçüncü şəxslərin vəkili-nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, həmin mənzil artıq miras əmlakın tərkibinə daxil deyil, belə ki, mənzil satılmış, iddiaçı və digər üçüncü şəxs həmin mənzildən payına düşən qədər pul almışdır, ona görə də göstərilən mənzil hazırda iddiaçı və digər üçüncü şəxsin iddiası üzrə mübahisə predmeti deyildir. Cavabdehlə əlaqədar isə qeyd edilməlidir ki, həmin mənzilin satışı ilə bağlı ona verildiyi iddia edilən pulla bağlı gələcəkdə mübahisə yarandığı təqdirdə, onun müvafiq tələblə məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. X15 Oruca miras qalmış ünvan 4ində yerləşən 0.29 ha torpaq sahəsinin 1/6 hissəsinə gəldikdə isə, Abbasov Oruc bütün əmlakını Abbasova Tahirəyə vəsiyyət etdiyindən, digər vərəsələrin miras əmlakda məcburi payları nəzərə alınmaqla, Abbasova Tahirənin atasına düşən hissənin yarısına, yəni 1/12 hissəsinə; digər vərəsələrin isə hər birinin payın digər yarısının ¼ hissəsinə, yəni 1/48 hissəsinə vərəsəlik hüququ yaranmışdır. Deməli, X22 ölümündən sonra Abbasova Nəciyyədən miras qalmış ünvan 4ində yerləşən 0.29 ha torpaq sahəsinə X13 (1/6 + 1/12), Cavabdeh2, İddiaçı, X12, X18 isə hər birinin (1/6 + 1/48) hissədə payları olmuşdur. X29 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun öldüyü vaxt birinci növbə vərəsələrinin olmadığı məhkəmə tərəfindən müəyyən edilmiş (valideynləri ölmüş, arvadı və uşağı isə olmamışdır), beləliklə, əvvəlki növbənin vərəsələri mövcud olmadığından, vərəsəlik hüququ ikinci növbə vərəsələrə – onun bacıları və qardaşına keçmişdir. X18 ölümündən sonra onun adına ümumiyyətlə vərəsəlik işi açılmamış, deməli, onun vərəsələri ondan qalmış miras əmlakdan imtina etməmişlər. Beləliklə, anasından və atasından Abbasov Mehmana miras qalmış ünvan 4ində yerləşən 0.29 ha torpaq sahəsinin 9/48 hissəsinə X13, Cavabdeh2, İddiaçı və X12 hər birinin ¼, yəni 9/192 hissədə vərəsəlik hüququ yaranmış, bununla da, X18 da ölümündən sonra ilkin olaraq, Abbasova Nəciyyədən miras qalmış ünvan 4ində yerləşən 0.29 ha torpaq sahəsinə tərəflərin payları aşağıdakı kimi olmuşdur:
1. X26: 1/6 + 1/12 + 9/192 = 57/192 = 19/64;
2. Cavabdeh2: 1/6 + 1/48 + 9/192 = 45/192 = 15/64;
3. X26: 1/6 + 1/48 + 9/192 = 45/192 = 15/64;
4. X25: 1/6 + 1/48 + 9/192 = 45/192 = 15/64. Beləliklə, hazırkı iş üzrə iddiaçının və üçüncü şəxslərin iddia tələblərini iş üzrə müəyyən edilmiş faktiki hallarla əlaqəli şəkildə araşdıraraq və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarındakı mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizələri qismən təmin edilməli, X6 miras qalmış ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,29 ha. olan torpaq sahəsinə dair Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən V-130/2012 nömrəli vərəsəlik işi üzrə Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-212 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, onun nəticəsi olan – məhz həmin şəhadətnamə əsasında torpaq sahəsinin (**********98 reyestr nömrəli) daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilməlidir. “Çıxarışın ləğv edilməsi” məsələsi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələbin təmin edilməsinin məntiqi nəticəsi olduğundan məhkəmə qeyd edir ki, bu, iddia tələbindən kənara çıxma hesab edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə istinadən X6 miras qalmış ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,29 ha. olan torpaq sahəsinə (**********98 reyestr nömrəli) İddiaçı 15/64, X12 15/64, X13 19/64 və Cavabdeh2 15/64 hissədə payları müəyyən edilməli, göstərilən hissələrə uyğun qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi öhdəliyi Bakı şəhəri 43 saylı Notariat Ofisinin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, X13 miras əmlakda 19/64 hissədə payının müəyyən edilməsi ona görə iddia tələbindən kənara çıxma hesab edilməməlidir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddianı qanunun tələbinə əsasən aparılmış hesablam əsasında təmin etməməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Buna görə də məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. İddia ərizəsinin nəticə hissəsində tələbin “1/4 hissədə payın müəyyən edilməsi” kimi göstərilməsinə baxmayaraq, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmə qeyd edir ki, əslində iddiaçıların niyyəti analarından qalmış miras əmlaka vərəsəlik hüquqlarının tanınmasına və buna müvafiq şəhadətnamələr almağa nail olmaqdır. Mülki qanunvericiliyin tələbinə görə isə miras əmlakın bir hissəsindən imtinaya yol verilmir, həmçinin, Abbasova Tahirənin miras əmlakdakı payı ¼ hissədən artıq olduğu təqdirdə, məhz iddia tələbində belə göstərməsi onun artıq hissədən imtina etmək niyyəti kimi qiymətləndirilməməlidir. Beləliklə, mülki və mülki prosessual qanunvericiliyin tələblərini nəzərə almaqla məhkəmə hesab edir ki, X13 miras əmlakda 19/64 hissədə payının müəyyən edilməsi onun tələbindən kənara çıxma deyildir. İddia tələblərinin “torpaq sahəsinin üzərində yerləşən evə” aid olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, miras əmlakın tərkibinə daxil olmamışdır. İddiaçı və üçüncü şəxslər həmin evə dair iddia irəli sürmək üçün mirasqoyanın evə müvafiq subyektiv hüquqa malik olduğunu, əmlaka mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiklərindən məhkəmə hesab edir ki, tələbin göstərilən hissəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-1159.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1166-cı maddəsinə müvafiq olaraq, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinin tələbinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-1257-ci maddələrinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1278-ci maddəsinin tələbinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir. 1281-ci maddəsinə müvafiq olaraq, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Bu məsələ ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddialar qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumunun 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh2 alınaraq 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi X21 və 50 (əlli) manat hissəsi X20 verilməli, dövlət rüsumunun qalan hissələri onu ödəyən şəxslərə aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X13 cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizələri qismən təmin edilsin. X6 miras qalmış ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,29 ha. olan torpaq sahəsinə dair Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən V-130/2012 nömrəli vərəsəlik işi üzrə Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-212 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında torpaq sahəsinin (**********98 reyestr nömrəli) daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilsin. X6 miras qalmış ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,29 ha. olan torpaq sahəsinə (**********98 reyestr nömrəli) İddiaçı 19/64, X12 15/64, X13 15/64 və Cavabdeh2 15/64 hissədə payları müəyyən edilsin. Göstərilən hissələrə uyğun qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi öhdəliyi Bakı şəhəri 43 saylı Notariat Ofisinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumunun 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh2 alınaraq 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi X21 və 50 (əlli) manat hissəsi X20 verilsin, dövlət rüsumunun qalan hissələri onu ödəyən şəxslərə aid edilsin. İddia ərizələri qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova