Məhkəmə qərarları › İş №e-2(006)-5312/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5312/2021

12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5312/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə təqdim edərək, tərəflə barışdığı üçün mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X2 həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 08.10.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, İddiaçı Eçin qızı birgə nikah dövründə 27 yanvar 2011-ci il tarixli müqavilə ilə alınmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47,33 saylı mənzildəki payından, Cavabdeh 50.000 manat alaraq onun xeyrinə imtina edir. İddiaçı Eçin qızı birgə nikah dövründə alınmış dövlət qeydiyyat nişanı 99XX314 olan, Renault Megane minik avtomobildəki payından Cavabdeh xeyrinə imtina edir. İddiaçı Eçin qızı qeydiyyat olduğu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 119, mənzil 28-dən dərhal qeydiyyatdan çıxır və 15 gün müddətində həmin mənzili boşaldaraq mülkiyyətçisinə təhvil verir. Rüstəmov Cavabdeh Aysel Eçin qızının imtina etdiyi payların əvəzinə ona notariusun depozit hesabı vasitəsi ilə 50.000 manat ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında 08.10.2021-ci il tarixdə bağlanmış barışıq sazişi həmin şərtlərlə məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən hakim iş üzrə icraata tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5312/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47, mənzil 33-ün satılması, bağışlanması və ya hər hansı bir formada özgəninkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv edilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışması qanunazidd deyildir və hər-hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda Nəsimi rayon Məhkəməsinin 2(006)-5312/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadı ilə Səbail rayonu, Xanlar küçəsi 47, mənzil 33-ə üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaç İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsı” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında 08.10.2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edilsin və mülki işin icraatına xitam verilsin: İddiaçı Eçin qızı birgə nikah dövründə 27 yanvar 2011-ci il tarixli müqavilə ilə alınmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47,33 saylı mənzildəki payından, Cavabdeh 50.000 manat alaraq onun xeyrinə imtina edir. İddiaçı Eçin qızı birgə nikah dövründə alınmış dövlət qeydiyyat nişanı 99XX314 olan, Renault Megane minik avtomobildəki payından Cavabdeh xeyrinə imtina edir. İddiaçı Eçin qızı qeydiyyat olduğu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 119, mənzil 28-dən dərhal qeydiyyatdan çıxır və 15 gün müddətində həmin mənzili boşaldaraq mülkiyyətçisinə təhvil verir. Rüstəmov Cavabdeh Aysel Eçin qızının imtina etdiyi payların əvəzinə ona notariusun depozit hesabı vasitəsi ilə 50.000 manat ödəməsinə öhdəsinə götürür. İddiaçıya izah edilsin ki, hazırki iddiadan imtina etdiyinə görə ona yenidən eyni iddia ilə həmin cavabdehə qarşı eyni əsaslarla iddia irəli sürülməsinə yol verilmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5312/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47, 33 mənzilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar