Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5470/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onda (Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli mənzilində) saxlanılan yataq otağı mebeli (çilçıraq, iki nəfərlik çarpayı, şkaf, güzgülü termo, 2 ədəd tumbuçka), qonaq otağı mebeli (televizor altlıq, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd qurğulu termo, 2 ədəd şkaf, 8 ədəd stul, 1 ədəd stol, çilçıraq), mətbəx mebeli, 4 gözlü qaz plitəsi, elektrik sobası, çilçırağın alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli mənzilini Cavabdeh satmışdır. Daha sonra 24 avqust 2020-ci il tarixdə qeyd olunan mənzilə dair yeni mülkiyyətçi Cavabdeh ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış, mənzil bir il müddətinə İddiaçı icarəyə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)- 5763/2021 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər İddiaçı və X2rşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin olunaraq, İddiaçı və X3 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X3 həmin mənzildən çıxarılması qət edilmişdir. Sözügedən qətnamə icra olunması üçün Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. 1xx.xx.2023-cü il tarixdə Nəsimi rayon icra şöbəsinin icra məmurları X1 və X8 tərəfindən icra sənədi icra edilmiş, İddiaçı və X7 mənzildən çıxarılmışdır. Lakin həmin vaxt İddiaçı mənzildə olan əşyalarının hamısını apara biləcək yeri olmadığı üçün ona məxsus aşağıdakı əşyalar mənzildə qalmış, saxlanması üçün Cavabdeh təhvil verilmişdir: 1. yataq otağı mebeli (çilçıraq, iki nəfərlik çarpayı, şkaf, güzgülü termo, 2 ədəd tumbuçka) 2. qonaq otağı mebeli (televizor altlıq, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd qurğulu termo, 2 ədəd şkaf, 8 ədəd stul, 1 ədəd stol, çilçıraq) mətbəx mebeli, 4 gözlü qaz plitəsi, elektrik sobası, çilçıraq. Bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, akt icra məmurları X1 və X8, Cavabdeh və onun nümayəndəsi X9, İddiaçı və hal şahidləri tərəfindən imzaları ilə təsdiq edilmişdir (xx.xx.2023-cü il tarixli akt iddia ərizəsinə əlavə edilir). Yuxarıda qeyd edilən əşyalar hazırkı tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli mənzilndə qalmışdır. Hazırda iddiaçı sözügedən əşyaların cavabdehin qanunsuz sahibliyindən alınmasını tələb edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları: İş materiallarında olan satıcı İddiaçı alıcı Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 12, mənzil 25-in 180000 manat müqabilində alıcının mülkiyyətinə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5763/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlə İddiaçı və X6 Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməklə həmin mənzildən çıxarılmaları, Cavabdeh mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan maneələrin qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, yataq otağı mebeli (çilçıraq, iki nəfərlik çarpayı, şkaf, güzgülü termo, 2 ədəd tumbuçka), qonaq otağı mebeli (televizor altlıq, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd qurğulu termo, 2 ədəd şkaf, 8 ədəd stul, 1 ədəd stol, çilçıraq), mətbəx mebeli, 4 gözlü qaz plitəsi, elektrik sobası, çilçıraq saxlanc üçün tələbkara verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mənzilini satmış, həmin mənzildə qalan ona məxsus əşyaları isə bir ay müddətində götürəcəyini bildirmişdir. Bu hal icra məmuru tərəfindən mənzilin boşaldılması ilə bağlı icra hərəkətləri zamanı tərtib edilmiş aktda da öz əksini tapmışdır. Lakin iddiaçı yaşayış yerinin olmaması səbəbindən göstərilən müddət ərzində həmin əşyaları faktiki olaraq götürə bilməmiş, hazırda isə cavabdeh əşyaların qaytarılmasından imtina edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisə öz hüquqi mahiyyətinə görə əşya hüquq münasibətlərindən irəli gəlir. Doğrudur, tərəflər arasında mənzilin alqı-satqısı ilə bağlı notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır. Lakin həmin müqavilənin predmeti yalnız mənzilin özgəninkiləşdirilməsi ilə məhdudlaşır və iddiaçıya məxsus daşınar əşyalar bu müqavilə ilə tənzimlənmir. İddiaçıya məxsus əşyalar onun mülkiyyətində qalmış, cavabdeh isə müqavilədə nəzərdə tutulmayan bu əşyaları saxlamaqla faktiki olaraq iddiaçının mülkiyyət hüququna müdaxilə etmişdir. Bu baxımdan, cavabdehin əşyaları qaytarmaması müqavilə öhdəliyinin pozulması kimi deyil, əşya hüququndan irəli gələn mübahisə kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan əşyaların hazırda cavabdehin istifadə etdiyi mənzildə mövcud olması, eləcə də həmin əşyaların mülkiyyətçisinin iddiaçı olması tərəflər arasında mübahisəsizdir. Cavabdeh özü də bu halları təsdiq etmiş, hətta əşyaların dəyəri ilə bağlı qiymətləndirmə apararaq onların mövcudluğunu və iddiaçıya məxsusluğunu etiraf etmişdir. Beləliklə, əşyaların mövcudluğu və iddiaçıya məxsusluğu cavabdehin öz ifadələri və təqdim etdiyi sübutlarla təsdiqlənmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əşyaların geri tələb edilməsi ilə bağlı subyektiv hüququ mövcuddur. Hüquq doktrinasında və mülki hüququn klassik yanaşmasında qəbul edildiyi kimi, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (rei vindicatio) üçün üç əsas şərt mövcud olmalıdır: iddiaçının əmlakın mülkiyyətçisi olması, əmlakın özgənin sahibliyində olması və həmin sahibliyin hüquqi əsasının olmaması. Hazırkı iş üzrə göstərilən bütün şərtlər mövcuddur. Düzdür, ilkin mərhələdə əşyalar iddiaçının iradəsi ilə cavabdehin sahibliyində qalmışdır. Lakin hazırda iddiaçı həmin əşyaların geri qaytarılmasını tələb etdiyi halda, cavabdeh bunu heç bir hüquqi əsas olmadan rədd edir. Bu isə cavabdehin sahibliyini qanunsuz sahibliyə çevirir. Cavabdeh iddiaya qarşı etiraz edərək, əşyaların qaytarılmasından imtina etməsini üç arqumentlə əsaslandırmışdır. Birinci əsasa görə, iddiaçının cavabdeh qarşısında borcu mövcuddur və həmin borc əşyaların verilməsi ilə əvəzləşdirilməlidir. İkinci əsas olaraq cavabdeh bildirir ki, iddiaçı icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilən bir ay müddətində əşyaları götürməmiş və bununla da bu hüququndan faktiki olaraq imtina etmişdir. Üçüncü arqumentə əsasən isə cavabdeh iddia edir ki, tərəflər arasında əşyaların mənzildə qalması barədə razılaşma olmuşdur. Məhkəmə bu etirazların hər birini ayrıca qiymətləndirərək aşağıdakı nəticəyə gəlir: Cavabdehin birinci etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ona borclu olduğunu əsas gətirərək əşyaların borca əvəz tutulmasını tələb edir. Halbuki, tərəflər arasında borcun mövcud olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda borc münasibətləri artıq mübahisə predmeti ola bilməz və onun icrası icra mərhələsində həll edilməli məsələdir. Digər tərəfdən, əmlakın borca əvəz tutulması yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkündür. Hazırda iddiaçının belə razılığı mövcud olmadığından, cavabdehin bu arqumenti hüquqi baxımdan əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müvafiq normalarına əsasən tələblərin əvəzləşdirilməsi mümkün olmaqla, bu institut yalnız qarşılıqlı tələb hüquqlarının mövcud olduğu hallarda tətbiq edilə bilər. Artıq anlayışın öz adından da göründüyü kimi, burada əmlakın deyil, məhz tələblərin əvəzləşdirilməsindən söhbət gedir. Cavabdehin iddiaçıya qarşı borc tələbi mövcud olsa belə, bu hal hazırkı mübahisənin predmetini dəyişmir. Belə ki, cavabdeh iddiaçıya münasibətdə öhdəlik hüququndan irəli gələn tələb irəli sürür, iddiaçı isə cavabdehə qarşı əşya hüququna, yəni mülkiyyət hüququna əsaslanan tələb irəli sürmüşdür. Bu tələblər hüquqi mahiyyətinə görə eyni xarakter daşımadığından, onların qarşılıqlı əvəzləşdirilməsi hüquq nəzəriyyəsinə və mülki hüququn əsas prinsiplərinə ziddir. Buna görə də cavabdehin borc münasibətlərinə istinadı, hətta borcun mövcudluğu mübahisəli əşyalar üzərində mülkiyyət hüququnun saxlanılması və ya əşyaların qaytarılmasından imtina edilməsi üçün hüquqi əsas yarada bilməz. İkinci etiraz əsası ilə bağlı məhkəmə bildirir ki, əşyaların bir ay müddətində götürülməsi məsələsi icra məmuru tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir. Lakin müəyyən müddət ərzində əşyaların götürülməməsi mülkiyyət hüququnun itirilməsinə səbəb ola bilməz. Cavabdeh, əşyaların mənzildə qalması nəticəsində ona ziyan dəydiyini və ya hüquqlarının pozulduğunu iddia edirdisə, bu halları sübut etməklə müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilərdi. Lakin bu hallar heç bir halda cavabdehin, əşyaların özünə məxsus olmadığını bildiyi təqdirdə, həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etməsi üçün əsas yarada bilməz. Çünki həmin əşyalar sahibsiz əşyalar deyildi,iddiaçı həmin əşyalardan imtina etməmişdi və cavabdeh də bunu bilirdi. Üçüncü əsasa münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli sənədə istinad edərək əşyaların mənzildə qalması barədə razılığın olduğunu bildirir. Lakin tərəflər arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş mənzilin alqı-satqı müqaviləsində belə bir şərt nəzərdə tutulmamışdır. Sonradan əldə edilmiş hər hansı razılaşma, müqaviləyə əlavə xarakteri daşıdığından və əsas müqavilə notarial qaydada bağlandığından, bu əlavə də eyni qaydada notarial təsdiq olunmalı idi. Bundan əlavə, hətta 2022-ci ildə belə bir razılaşmanın mövcud olduğu fərz edilsə belə, xx.xx.2023-cü il tarixli aktda tərəflər əşyaların iddiaçı tərəfindən bir ay müddətində götürüləcəyini açıq şəkildə bəyan etmişlər ki, bu da tərəflərin son iradə ifadəsinin əşyaların iddiaçıya qaytarılması yönündə olduğunu göstərir. Bundan başqa, cavabdeh özü də məhkəmədə verdiyi izahatda iddiaçının bir ay sonra əlaqə saxladığını, əşyaları götürmək istədiyini, cavabdehin buna razılıq verdiyini, lakin sonradan iddiaçının gəlmədiyini bildirmişdir.Beləliklə, bu hal əvvəlki ehtimal olunan razılaşmanın sonradan aradan qalxdığını açıq şəkildə sübut edir. Yuxarıda göstərilən bütün hallar məcmu şəkildə qiymətləndirildikdə məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli əşyaları saxlamaq üçün hüquqi əsası mövcud deyildir və həmin əşyalar iddiaçının mülkiyyətidir. Buna görə də iddiaçının tələbi əsaslı hesab edilməli, mübahisəli əşyalar cavabdehin qanunsuz sahibliyindən çıxarılaraq iddiaçıya qaytarılmalı və iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, yataq otağı mebeli (çilçıraq, iki nəfərlik çarpayı, şkaf, güzgülü termo, 2 ədəd tumbuçka), qonaq otağı mebeli (televizor altlıq, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd qurğulu termo, 2 ədəd şkaf, 8 ədəd stul, 1 ədəd stol, çilçıraq), mətbəx mebeli, 4 gözlü qaz plitəsi, elektrik sobası, çilçıraq Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Yataq otağı mebeli (çilçıraq, iki nəfərlik çarpayı, şkaf, güzgülü termo, 2 ədəd tumbuçka), qonaq otağı mebeli (televizor altlıq, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd qurğulu termo, 2 ədəd şkaf, 8 ədəd stul, 1 ədəd stol, çilçıraq), mətbəx mebeli, 4 gözlü qaz plitəsi, elektrik sobası, çilçıraq Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-5470/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5470/2025
12.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver