Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5686/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı1 kiçik iddialar üzrə iddia ərizəsi başlığı altında dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 2(006)-3179/2022 nömrəli mülki iş üzrə yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etməsi üçün İddiaçı1 dövlət hesabına vəkillə təmin olunması üçün müvafiq qərardad qəbul edilməsi barədə kiçik iddialar üzrə iddia ərizəsi başlığı altında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Qeyd edilən normalardan aydın olduğu kimi qanunverici vəkilin mülki işdə iştirakını məcbur edən halları (kassasiya və əlavə kassasiya), birinci və apellyasiya instansiyalarında iştirakından fərqləndirmişdir. Habelə birinci instansiyada vəkilin iştirakı ilə bağlı məsələ də özlüyündə iki mərhələdə fərqləndirilir. Belə ki, ilkin olaraq şəxsin ümumiyyətlə məhkəməyə müraciət etməsi üçün və digər hal isə artıq işin məhkəmə icraatı zamanı şəxsin vəkillə təmin olunmasıdır. Hazırda ərizəçi İddiaçı1 birinci instansiya məhkəməsinin 2(006)-3719/2022 saylı mülki iş üzrə qəbul edilmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün vəkillə təmin olunması məqsədilə müraciət etmiş, lakin o, müraciətini ayrıca material şəklində açılmış iş kimi qeydiyyatdan keçirmişdir ki, onun ərizəsinə 2(006)-3719/2022 saylı mülki iş üzrə sadə vəsatət formasında baxılmalı olduğu halda əlavə olaraq üstəlik də kiçik mübahisələr üzrə iddia ərizəsi kimi icraat açılmışdır. Mülki Prosessual Məcəllənin: 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2.1-ci maddəsinə əsasən iş ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 hazırki ərizəsini sadə yazılı müraciət (vəsatət) şəklində məhkəməyə təqdim etməli olduğu halda, elektron məhkəmə informasiya sistemində ayrıca iş kimi qeyd etdiyindən belə bir tələbə ayrıca iş kimi mülki icraatda baxılması mümkün olmadığından iddiaçıya 2(006)-3719/2022 saylı mülki işə əlavə edilməklə yazılı müraciət etməsi hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1,153 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 kiçik mübahisələr üzrə iddia ərizəsi başlığı altında 2(006)-3179/2022 nömrəli mülki iş üzrə yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etməsi üçün dövlət hesabına vəkillə təmin olunması üçün müvafiq qərardad qəbul edilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, o, məsələnin həlli ilə əlaqədar 2(006)-3179/2022 nömrəli mülki iş üzrə yazılı müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5686/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5686/2023
26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver