Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-599/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı atası Al-X12 26 avqust 2021-ci il tarixində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Azərbaycan Respublikası Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Ölüm haqqında şəhadətnamə”yə əsasən ölüm haqqında vətəndaşlıq vəziyyəti aktları kitabında 511 №-li, 10 may 2022-ci il tarixli qeyd aparılmışdır. Onun vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi övladları qızı İddiaçı və oğlu Cavabdeh müəyyən olunmuşdur. Onun mülkiyyətində olan ünvan 2şən ümumi sahəsi 483.3 kv/m olan qeyri-yaşayış binası və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.2 kv/m, yaşayış sahəsi 68.75 kv/m, yardımçı sahəsi 76.45/m olan 5 otaqlı bağ evi övladları İddiaçı və Cavabdeh miras qalmışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəflər müraciət edilmişdir və Bakı şəhəri 4 saylı Bakı “Asan xidmət” mərkəzinin xüsusi notariusu X13 tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən 26 avqust 2021ci il tarixində vəfat etmiş Al-X6 vərəsələri qızı İddiaçı və oğlu Cavabdehdur və hər biri əmlakda bərabər (1/2) hissə paya malikdir. Qanun üzrə vərəsəlik haqqındaşəhadətnamələrə əsasən iddiaçı: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tİ və MHQİ tərəfindən xx.xx.2002-ci il tarixdə X1 verilmiş 165 qeydə alma nömrəsi ilə 20 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.2 kv/m, yaşayış sahəsi 68.75 kv/m, yardımçı sahəsi 76.45/m olan 5 otaqlı bağ evi; və - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə Al-X9 verilmiş **********37-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarsa əsasən ünvan 2şən ümumi sahəsi 483.3 kv/m olan qeyri-yaşayış binasından ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. Həmin bağ evi və qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsusdur. Hal-hazırda miras qalmış əmlaklar üzərində iddiaçının xüsusi mülkiyyət hüququ cavabdeh tərəfindən kobud şəkildə pozulmaqdadır. İddiaçı paylı mülkiyyət hüququ ilə ona məxsus olan bağ evi və qeyriyaşayış sahəsi üzərindəki hüquqlarını həyata keçirə bilmir. Belə ki, cavabdeh iddiaçının bağ evinə və qeyri-yaşayış sahəsinə daxil olmasına, ona sahiblik etməsinə və ondan istifadə etməsinə imkan vermir. Həmçinin, iddiaçının qeyri-yaşayış sahəsindən istifadə edərək ondan fayda (gəlir, artım, bəhər) əldə etmək hüququ da pozulmaqdadır. Atasının vəfatından sonra cavabdeh qeyri-yaşayış sahəsini icarəyə verir, lakin icarədən əldə edilən vəsaitdən iddiaçıya heç bir pay vermir. Bununla bağlı iddiaçı cavabdehlə razılıq əldə etməyə çalışsa da, mümkün olmamışdır. Bundan başqa, iddiaçı cavabdehlə ümumi mülkiyyətdə olan hər iki əmlakın bölünməsi, onlardan payın ayrılması, həmçinin paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə etməyə çalışsa da, bununla bağlı da heç bir nəticə əldə olunmamışdır. Belə razılaşma mümkün olmadığından hesab edilir ki, mübahisə predmeti olan yaşayış və qeyri-yaşayış sahələri məhkəmə qaydasında açıq hərracda satılmalı və satış nəticəsində əldə edilən vəsait ümumi mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Bu qaydalara əsasən, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Lakin məhkəmənin diqqətinə çatdırılər ki, mübahisə predmeti olan yaşayış sahəsinin tərəflərin paylarına uyğun olaraq 2 (iki) hissəyə naturada təcrid şəklində bölünməsi texniki cəhətdən qeyri-mümkündür. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin tərəflərin paylarına uyğun olaraq 2 (iki) hissəyə naturada təcrid şəklində bölünməsinin mümkünlüyü isə yalnız məhkəmə ekspertizasının nəticəsində müəyyənləşdirilə bilər. Göstərilənlərə əsasən Al-X3 miras qalan - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.2 kv/m, yaşayış sahəsi 68.75 kv/m, yardımçı sahəsi 76.45/m olan 5 otaqlı bağ evinin və - ünvan 2şən ümumi sahəsi 483.3 kv/m olan ½ payda ümumi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdeh ilə iddiaçı arasında ½ nisbətdə bölünməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Al-X3 miras qalan ünvan 2şən ümumi sahəsi 483.3 kv/m olan ½ payda ümumi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdeh ilə iddiaçı arasında ½ nisbətdə bölünməsi haqqında qətnamə qəbul edilməsi xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, qarşı tərəflə ekspert rəyinə uyğun olaraq əmlakın aralarında bölünməsi barədə danışıqlar aparılmasına cəhd göstərilsə də, hər ikisi eyni hissəni tələb etdiklərindən aralarında barışığın əldə edilməsi mümkün olmamışdır. Ona görə də hazırda aralarındakı mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət vardır. Odur ki, bunu nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflərin ataları Al-X6 mülkiyyətində iki daşınmaz əmlak-ünvan 1 ünvanında yerləşən bağ evi və ünvan 2şən qeyri-yaşayış binası olmuşdur. Al-X12 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin daşınmaz əmlakların ½ hissəsi üzərində iddiaçı və cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2şən qeyri-yaşayış binasının naturada bölünməsini, naturada bölgü mümkün olmadıqda isə qeyri-yaşayış binasının açıq hərracdan satılmasını və satışdan əldə olunan pul vəsaitinin tərəflər arasında bölünməsini tələb etmişdir. Hazırda iddiaçı tərəf hər ikisinin naturada bölünmüş sahənin eyni hissəni tələb etdiyindən əmlakın naturada bölgüsünün mümkün olmamasını əsas gətirərək, əmlakın açıq hərracdan satılmasını tələb edir. Cavabdeh tərəf isə əmlakın açıq hərracdan satılmasına etiraz edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, İddiaçı adına hüququ rəsmiləşdirilən ünvan 2şən ümumi sahəsi 483.30 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsi üzərində Cavabdeh adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, ½ hissəsi üzərində İddiaçı adına isə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. 9.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, İddiaçı adına hüququ rəsmiləşdirilən ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində isə Cavabdeh hüquqları qeydiyyata alınmışdır. 10.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 279876 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Al-X12 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2022-ci ildə 511 nömrə ilə qeyd edilmişdir. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9857-9/9954 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri küçəsi, 54 ünvanında yeləşən qeyri-yaşayış sahəsinin tikililərinin planlı yerləşməsini, otaqlarının sayını, hər bir tikiliyə ayrı-ayrı giriş-çıxış qapılarının mövcud olduğunu nəzərə alaraq, tədqiq olunan qeyri-yaşayış sahəsinin tikililərinin tərəflərin ½ paylarına uyğun təcrid formada 2 ayrı-ayrı hissələrə bölünməsi İnşaat Norma və Qaydalarına, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri küçəsi, 54 ünvanında yeləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 456000.0 manat məbləğində müəyyən edilir. Rəyə 3 vərəqdən ibarət internet məlumatları əlavə edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 13.Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 14.Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 15.Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 16.Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 17.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. 18.Hazırki iş üzrə məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakın ilk növbədə naturada ayrılmasının mümkün olub-olmaması və əmlakın bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə mübahisəli qeyri-yaşayış sahəsinin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olması və həmin qeyri-yaşayış sahəsinin ümumi dəyərinin təqribən 456.000 manat məbləğində olması müəyyən edilmişdir. 19.Göründüyü kimi hazırki iş üzrə mübahisəli qeyri-yaşayış binasının naturada bölünməsinin texniki cəhətdən mümkün olması ekspert rəyi ilə müəyyən edilsə də, hazırda tərəflər arasında əmlakın naturada bölünməsi ilə bağlı mübahisə mövcuddur. Belə ki, hər iki tərəf əmlak üzrə eyni sahəni tələb etdiyindən hazırki vəziyyətdə mübahisəli əmlakın naturada bölünməsi məqsədəmüvafiq deyildir (mübahisəli olduğundan). Bununla bağlı Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 20.Belə olan halda məhkəmə qeyd edir ki, pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. 22.Məhkəmə həmçinin, tərəflərin məhkəmə iclası zamanı izahatlarına əsasən bildirir ki, onlar naturada bölünməsi mümkün olan sahələrin qiymət fərqləri ayrı olacağı təqdirdə fərqliliyə uyğun bölgünün aparılmasını qeyd etsələr də, bu fikir qanunazidd bir fikirdir. Belə ki, məhkəmə bu fikirlə razılaşacağı təqdirdə qanunun ruhunu təşkil edən əmlak üzərində ½ pay mövhümü aradan qaldırmaqla qeyri-bərabər bir vəziyyətə gətirmiş olacaqdır. 23.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölgüsü mümkün olsa belə, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından və həmçinin, cavabdeh tərəfindən iddiaçının payına uyğun tələb olunan kompensassiyanın verilməsi ilə bağlı da tərəflər arasında mübahisə olduğundan, həmin əmlak ilkin satış qiymətinin 456.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və əldə olunacaq məbləğ tərəflərin payına mütənasib şəkildə bölünməlidir. 24.Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli (naturada bölünməsi tərəflərin iradəsinə görə mümkün olmadığından), tərəflərin birgə mülkiyyətində olan ünvan 2şən ümumi sahəsi 483.3 kv/m olan qeyri-yaşayış binası ilkin satış qiyməti 456.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti əmlakın paylı mülkiyyətçiləri İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 25.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə mülkiyyətində olan ünvan 2şən ümumi sahəsi 483.3 kv/m olan qeyri-yaşayış binası ilkin satış qiyməti 456.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti əmlakın paylı mülkiyyətçiləri İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünsün. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-599/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-599/2024
09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver