Məhkəmə qərarları › İş №e-2(006)-609/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-609/2023

27.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-609/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “özgəsinin qanunsuz sahibliyindən pul vəsaitlərinin geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin qanunsuz sahibliyində qalmış 312509 ABŞ dolları və 210636 manatın, həmçinin həmin məbləğlərin qanunsuz saxlanması müddəti üçün hesablanmış 457295 ABŞ dolları və 323730 manat faiz məbləğinin, cəmi 769804 (yeddi yüz altmış doqquz min səkkiz yüz dörd) ABŞ dollarının və 534366 (beş yüz otuz dörd min üç yüz altmış altı) manatın "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və X9 birgə nikahda olduğu dövrdə sonuncu tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kreditlər götürülmüş, həmin kreditlərin təminatı olaraq müxtəlif əmlaklar, o cümlədən külli miqdar dəyəri olan qızıl-zinət əşyaları bankın saxlanc girovuna verilmişdir. İddiaçı tərəfindən X9 adına olan kreditlər üzrə banka müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə 182 qəbzlə cəmi 914.973,68 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Kreditin qaytarılması ilə bağlı yaranmış mübahisə üzrə aşağıda sadalanan məhkəmə qərarları qəbul edilmiş, iş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı qərarının qəbul edilməsi ilə yekunlaşmışdır. X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli, 538 nömrəli arayışa əsasən, mərhum X9 qanuni varisləri-İddiaçı miras payını xx.xx.2022-ci il tarixdə qəbul etmişdir, birinci növbədə vərəsədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X13 arasında aşağıda qeyd edilən kredit müqavilələri imzalanmışdır.1) 75.000 ABŞ dolları verilməsinə dair 05 iyun 2007-ci il tarixli 632 saylı kredit müqaviləsi; 2) 150.000 ABŞ dolları verilməsinə dair 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi; 3) 55.000 ABŞ dolları verilməsinə dair 13 noyabr 2007-ci il tarixli 1245 A saylı kredit müqaviləsi; 4) 90.000 ABŞ dolları verilməsinə dair 26 fevral 2008-ci il tarixli 144 A saylı kredit müqaviləsi; 5) 50.000 ABŞ dolları verilməsinə dair 29 mart 2008-ci il tarixli 319A saylı kredit müqaviləsi; 6) 70.000 ABŞ dolları verilməsinə dair 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsi; 7) 56.600 ABŞ dolları verilməsinə dair 08 avqust 2008-ci il tarixli 746 saylı kredit müqaviləsi və 8) 27.000 ABŞ dolları verilməsinə dair 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsi. Sonuncu 6 (altı) kredit müqavilələrinin təminatı olaraq, X13 müxtəlif növdə ləlcavahirat (qızıl-zinət) məmulatlarını "xxxx" ASC-nin saxlancına vermişdir. Sonradan həmin müqavilələrin icrası ilə bağlı tərəflər arasında mübahisə yaranmış və "xxxx" ASC tərəfindən X12, İddiaçı və qeyrilərinə qarşı iddia qaldırılaraq kredit müqaviləsi üzrə cavabdeh X6 - 98.256 ABŞ dolları əsas kredit, 31.496,64 ABŞ dolları faiz olmaqla, cəmi 129.752,64 ABŞ dolları məbləğində borcun tutulması; - 91.060 ABŞ dolları əsas kredit, 28.717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119.777.49 ABŞ dolları məbləğində borcun tutulması - 52.788 ABŞ dolları əsas kredit, 15.145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67.933,99 ABŞ dolları məbləğində borcun tutulması, - 37.000 ABŞ dolları əsas kredit, 10.629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47.629,25 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın L.Z.Niyazovaya məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilliant sırğaya (9 qram.qızıl, 14 ədəd daş, 20 karat) yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, - 37.890 ABŞ dolları əsas kredit, 10.682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48.572,58 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın L.Z.Niyazovaya məxsus olan "xxxx" ASCnin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyə, bir ədəd sapfirli sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd «Şahzadə» sırğaya, bir ədəd üzüyə mirvari ilə, 4,5 karatlıq sırğaya və «zaponki»yə yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, - 46.505 ABŞ dolları əsas kredit, 14.716.03 ABŞ dolları faiz olmaqla, cəmi 61.221,03 ABŞ məbləğində borcun tutulması və tutmanın L.Z.Niyazovaya məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilliant sırğalara, bir ədəd «Ürək» kulonu, bir ədəd dörd qaşdan ibarət «Dorojka» sırğasına, bir ədəd beş qaşdan ibarət «Dorojka» üzüyə, bir ədəd «Slezka» üzük, mirvari kulon məmulatlarına, bir ədəd «Gül» manterovka brillianta, bir ədəd brilliyant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəstinə yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, - 49.475 ABŞ dolları əsas kredit, 14.847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64.322,71 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın L.Z.Niyazovaya məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilliant qolbağa, bir ədəd brilliant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirli üzüyə, bir ədəd tək qaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, - 28.823 ABŞ dolları əsas kredit, 7.302,75 ABŞ dolları faiz olmaqla, cəmi 36.125,75 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın L.Z.Niyazovaya məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı «Gül» üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd «Ürək» brilliant üzüyə 3 karat, bir cüt «Oval» brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilliantla «Bantik» sırğalarına yönəldilərək açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-307/2012-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, iddia təmin edilsin. X6 98.256 ABŞ dolları əsas kredit, 31.496.64 ABŞ dolları faiz olmaqla, cəmi 129.752,64 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilsin. Tələb İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzilinə və X3 məxsus Bakı şəhəri Nərimanov rayonu X23 prospektindəki 120/23 saylı evin 18 saylı mənzilinə yönəldilsin. Mənzil boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 129.752,64 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan məbləğ İddiaçı və X3 verilsin. X6 91.060 ABŞ dolları əsas kredit, 28.717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119.777,49 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 47A saylı evin 13 saylı mənzilinə yönəldilsin. Mənzil boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 119.777,49 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan məbləğ X7 verilsin. X6 52.788 ABŞ dolları əsas kredit, 15.145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67.933,99 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X6 37.000 ABŞ dolları əsas kredit, 10.629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47.629,25 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X5ma məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilliant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilsin. Bir cüt sırğa açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 47.629,25 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan məbləğ X12 verilsin. X6 37.890 ABŞ dolları əsas kredit, 10.682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48.572,58 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X2 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyə, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd «Şahzadə» sırğaya, bir ədəd üzüyə mirvari ilə 4.5 karatlıq sırğaya və «zaponki»yə yönəldilsin. Qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 48.572,58 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan məbləğ X12 verilsin. X6 46.505 ABŞ dolları əsas kredit, 14.716.03 ABŞ dolları faiz olmaqla, cəmi 61.221,03 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X2 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 krat brilliant sırğalara, bir ədəd «Ürək» kulonu, bir ədəd dörd qaşdan ibarət «Dorojka» sırğasına, bir ədəd beş qaşdan ibarət «Dorojka» üzüyə, bir ədəd «Slezka» üzük, mirvari kulon məmulatlarına, bir ədəd «Gül» manterovka brillianta, bir ədəd brilliant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəstinə yönəldilsin. Qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 61.221,03 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan məbləğ X12 verilsin. X6 49.475 ABŞ dolları əsas kredit. 14.847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64.322,71 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X2 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilliant qolbağa, bir ədəd brilliant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilsin. Qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 64,322,71 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan məbləğ X12 verilsin. X6 28.823 ABŞ dolları əsas kredit, 7.302,75 ABŞ dolları faiz olmaqla, cəmi 36.125,75 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X2 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı «Gül» üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğa firuzə ilə, bir ədəd «Ürək» brilliant üzüyə 3 karat, bir cüt «Oval» brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilliantla «Banlik» sırğalara yönəldilsin. Qızıl zinət əşyaları açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsatin 36.125.75 ABŞ dolları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan məbləğ X12 verilsin. X6 iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 90 manat olmaqla 110 manat məbləğində vəsait tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-307/2012-ci il tarixli qətnaməsindən həmin iş üzrə cavabdehlər X13, İddiaçı və digər cavabdehlər apellyasiya şikayəti vermişdilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 1543/2017 saylı qətnaməsi ilə tərəflərin verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, həmin qətnamə isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)- 4781/2018 saylı qərarı ilə ləğv edilərək, yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsi ilə qət edilmişdir ki, cavabdehlər X13, İddiaçı, X8 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin cavabdeh X12 və digərlərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia qismən təmin edilsin. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səbail filialı ilə X13 arasında bağlanmış · 632 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 19.425,78 ABŞ dolları borc · 55 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları · 1245 A saylı 13.11. 2007-ci il tarixli kredit müqaviləsi üzrə 39.568,20 ABŞ dolları · 144 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları borc X6 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X12 məxsus və girov kimi "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir cüt brilyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilsin; · 319 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları borc X6 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X12 məxsus və girov kimi "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş sırğaya, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və "zaponki”yə yönəldilsin · 723 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları borc X6 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd “Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət “Dorojka” sırğasına, bir ədəd beş qaşdan ibarət “Dorojka” üzüyə, bir ədəd “Slezka” üzük, mirvari kulon məmulatlarına, bir ədəd “Gül” manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilsin; · 746 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49.475 ABŞ dolları borc X6 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5.13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilsin; · 47 saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 22.436,84 ABŞ dolları borc X6 tutulub "xxxx" ASC-yə ödənilsin, tutma X12 məxsus olan "xxxx" ASCnin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilyant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd “Ürək” brilyant üzüyə 3 karat, bir cüt “Oval” brilyant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” sırğalara yönəldilsin; · Qalan hissədə iddia tələbi rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC və cavabdehlər X13, İddiaçı və digər cavabdehlər ayrıayrılıqda kassasiya şikayətləri vermişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı tərəfindən "xxxx" ASC-yə 182 qəbzlə cəmi 914973,68 ABŞ dolları məbləğində ödəniş edilmişdi. Lakin, Bank məhkəməyə təqdim etdiyi iddia ərizəsində və həmin ərizəyə əlavə etdiyi sənədlərdə həmin qəbzlərdən 110 ədədi barədə məhkəməyə heç bir məlumat verməmiş, iddia tələbinin formalaşdırılmasında həmin qəbzlər üzrə ödənilmiş məbləğlər göstərilməmişdi. Ümumiyyətlə, qeyd edilən qəbzlər məhkəmə baxışı zamanı tədqiq edilməmiş, həmin məbləğlərin bank tərəfindən hansı istiqamətə yönəldilməsi araşdırılmamışdı. Bundan əlavə, mülki iş üzrə təyin edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, qeyd edilən qəbzlər ekspertizaya təqdim edilməmiş, ekspert rəyi yalnız Bankın təqdim etdiyi hesabdan çıxarışları (hansı ki, həmin çıxarışlar da 110 ədəd qəbzlə ödənilmiş məbləğləri nəzərə almamışdı) və qəbzləri əsas götürməklə rəy vermiş, məhkəmə qərarları da həmin ekspertiza rəyi əsas götürülməklə çıxarılmışdır. İddiaçı tərəfindən qeyd edilən110 ədəd qəbzlə ödənilmiş 312.509 ABŞ dolları və 210.636 manatın Bank tərəfindən hansı hesaba (hesablara) mədaxil edilməsi, hansı sənədlərdə nəzərə alması qeyri-müəyyən olaraq qalır. Göründüyü kimi, 110 ədəd mədaxil qəbzi üzrə alınmış vəsaitlərin bankda sadəcə “yoxa çıxması” mümkün deyil və həmin qəbzlərlə banka mədaxil edilmiş məbləğlər mədaxil qəbzi müştəriyə verildiyi andan bankın nəzarətinə keçir. Belə olan halda, 110 ədəd mədaxil qəbzi ilə banka ödənilmiş 312.509 ABŞ dolları və 210.636 manatın aqibətini sübut etmək vəzifəsi cavabdeh Bankın üzərinə düşür. Bank tərəfindən 110 ədəd mədaxil qəbzi ilə qəbul edilmiş 312.509 ABŞ dolları və 210.636 manatın ssuda hesabına mədaxil edilmədiyi aşkardır. Əks təqdirdə bankın iddiası ilə bağlı iddia tələbləri formalaşdırılarkən həmin qəbzlərlə ödənilmiş məbləğlər nəzərə alınmış olardı. Lakin, yuxarıda da qeyd edildiyi kimi, bank ssuda hesabından çıxarışları təqdim edərkən həmin məbləğlər barədə hər hansı məlumat verilməmiş, borc və faiz məbləğləri hesablanarkən nəzərə alınmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh bank tərəfindən müştəriyə açılmış hesaba (ssuda hesabına) pul vəsaitlərinin mədaxil edilməsinə dair müştərinin sərəncamını yerinə yetirməmiş, mədaxil edilmiş pul vəsaitlərini həmin hesaba salmamış, bununla da Mülki Məcəllənin 954.1-ci maddəsinin tələblərini pozmaqla yanaşı, müştərinin mülkiyyətini təşkiledən pul vəsaitlərini mənimsəmişdir. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iddia üzrə iddia tələbinin əsası kimi çıxış edən 110 ədəd mədaxil qəbzləri Bankın əvvəlki mübahisə üzrə iddia tələbi formalaşdırılarkən nəzərə alınmamış, işə məhkəmədə baxılan zaman məhkəmənin araşdırdığı və qiymət verdiyi faktlar sırasında olmamış, həmin iş üzrə məhkəmənin təyin etdiyi mühasibatlıq ekspertizasına da bu məlumatlar və sənədlər təqdim edilməmişdir. Qeyd edilən hal həm məhkəmə aktlarından, həm də ekspertiza rəyindən də aydın görünür. Belə ki, Bankın həmin iş üzrə iddiasına baxılan zaman alınmış ekspertiza rəyində tədqiq olunan cəmi 72 ədəd mədaxil qəbzləri ödənilmiş məbləğlərin hər biri ayrı-ayrılıqda, mədaxil qəbzlərinin tarixləri və hər bir qəbz üzrə ödənilmiş məbləğlər göstərilməklə cədvəl şəklində qeyd olunmuş, yalnız həmin 72 ədəd mədaxil qəbzləri nəzərə alınmaqla ekspert rəyi tərtib olunmuş, işə baxan məhkəmə də həmin rəy əsasında qətnamə qəbul etmişdir. Belə olan halda 110 ədəd mədaxil qəbzləri ilə cavabdehə verilmiş pul vəsaitlərinin ödənilməsi faktına dair sübutların Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin təsir dairəsinə düşmədiyi aşkardır. Yuxarıda qeyd edilən məhkəmə qərarları hazırkı iddia tələblərinin əsaslandığı faktlara münasibətdə preyudisial hesab edilə bilməz. İddia tələbləri iddia ərizəsinin İİ bölməsində də qeyd edildiyi kimi, mərhum X9 (həmçinin, sağlığında birgə nikah dövründə əldə edilmiş əmlak və hazırda yeganə vərəsəsi kimi İddiaçı) mülkiyyətini təşkil edən və hazırki iş üzrə cavabdeh Banka 110 ədəd qəbzlə ödənilmiş 312.509 ABŞ dolları və 210.636 manat hələ də Bankın qanunsuz sahibliyində saxlanqılmaqdadır. Həmin məbləğlərin Bank tərəfindən hansı hesaba (hesablara) mədaxil edilməsi, hansı sənədlərdə nəzərə alması qeyri-müəyyən olaraq qalmışdır. Başqa sözlə, Bank həmin vəsaitlərdən hal-hazıra kimi qanunsuz istifadə etməkdədir. Qeyd edilən səbəbdən Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə uyğun olaraq, 587 623 ABŞ dolları iddiaçıya qaytarılmalı, cavabdehin həmin pul vəsaitlərindən istifadə etdiyi bütün müddət üçün Mülki Məcəllənin 439.3 və 449.1-ci maddələrinə əsasən, Mərkəzi Bankın uçot faiz dərəcəsi (hazırda 8%-dir) üstəgəl 2 faiz bəndi nəzərə alınmaqla gecikdirilmiş müddət üçün illik 10% ödəməlidir. Hər bir qəbz üzrə ödənilmiş məbləğlərə ayrı-ayrılıqda ödəniş tarixi nəzərə alınmaqla hesablanmış faizlərin məbləği 457.295 ABŞ dolları və 323.730 manat təşkil edir. Mülki iş üzrə cavabdeh "xxxx" ASC “iddia müddətinin tətbiq olunması”na dair ərizə təqdim edərək bildirmişdir ki, AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. "xxxx" ASC ilə X13 arasında aşağıda qeyd edilən kredit müqavilələri imzalanmışdır. 1) 75.000 ABŞ dolları verilməsinə dair 05 iyun 2007-ci il tarixli 632 saylı kredit müqaviləsi, 2) 150.000 ABŞ dolları verilməsinə dair 07 noyabr 2007-ci il tarixli 55 saylı kredit müqaviləsi, 3) 55.000 ABŞ dolları verilməsinə dair 13 noyabr 2007-ci il tarixli 1245 A saylı kredit müqaviləsi; 4) 90.000 ABŞ dolları verilməsinə dair 26 fevral 2008-ci il tarixli 144 A saylı kredit müqaviləsi; 5) 50.000 ABŞ dolları verilməsinə dair 29 mart 2008-ci il tarixli 319A saylı kredit müqaviləsi; 6) 70.000 ABŞ dolları verilməsinə dair 24 iyul 2008-ci il tarixli 723 saylı kredit müqaviləsi; 7) 56.600 ABŞ dolları verilməsinə dair 08 avqust 2008ci il tarixli 746 saylı kredit müqaviləsi və 8) 27.000 ABŞ dolları verilməsinə dair 20 may 2009-cu il tarixli 47 saylı kredit müqaviləsi. Müqavilələrin tarixlərinə baxılsa, görünür ki, müqavilələr 2007-2009-cu il tarixlərinə aiddir və iddiaçı hazırda məhz adları çəkilən kredit müqavilələri üzrə Banka olan borc məbləğlərinin düzgün hesablanmaması səbəbindən belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sözügedən müqavilələr üzrə 2007-2009-cu illər ərzində Banka aylıq olaraq ödənişlər edərkən artıq Bank tərəfindən onun həmin müqavilələr üzrə qalıq borc məbləğinin düzgün hesablanmadığını bilirdi və bilməli idi. Lakin, buna baxmayaraq iddiaçı sözügedən müqavilələrin bağlanmasından müvafiq olaraq 13-15 il keçdikdən sonra hazırda belə bir tələblə məhkəməyə müraciət etmiş və borc məbləğlərinin düzgün hesablanmadığını iddia etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir. Qeyd edildiyi kimi iddiaçı ilə Bank arasında müqavilələr 2007-2009-cu il tarix aralığına aiddir və iddiaçı həmin müqavilələr üzrə qeyd edilən aralıqlarda ödənişləri həyata keçirərkən artıq hüququnun pozulduğunu bilirdi və bilməli idi. İndi isə iddiaçının hüququnun pozulduğundan sözügedən tarixlərdə deyil, Bank tərəfindən ona bu müqavilələr üzrə borcun qaytarılmaması səbəbi ilə iddia qaldırması zamanı xəbərdar olduğunu fərz edilsin. İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması, tələblərin ipoteka və girov predmetlərinə yönəldilməsi, ipoteka və girov predmetiərinin açıq-hərracda satılması, mənzillərin boşaldılması və çəkilmiş məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli qətnamə qəbul olunmuş və qətnamədə cavabdehlərin qeyd olunan müqavilələr üzrə Banka olan borcu öz təsdiqini tapmışdır. Bu da o deməkdir ki, Bankın iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin dəqiq tarixi bilinməsə belə, cavabdehlər ən azından sözügedən xx.xx.2012-ci il tarixli qətnamənin qəbul olunması zamanı Banka olan borclarının nəticə etibarilə hesablanmış olduğu barədə artıq məlumatlı olmuşlar. Artıq bu fakt da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçı öz hüquqlarının pozulması ilə bağlı ümumi iddia müddətinə əsasən xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Lakin, materiallarından da məhkəməyə məlum olduğu kimi iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, məhkəməyə təqdim etdiyi 110 ədəd çek onun tərəfindən məhz həm hazırki iddianın, həm də Bankın onlara qarşı olan iddia tələbinin tərkib hissəsini və əsasını təşkil edən 8 kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərlə bağlıdır və bu qəbzlər həmin məhkəmə tərəfindən tədqiq edilməmiş və ekspertiza aparılan zaman nəzərə alınmamışdır. Əvvəla bildirilir ki, iddiaçı nə hazırki iddiasında, nə də bundan əvvəl bankın onlara qarşı verdiyi iddiası zamanı əsas götürdüyü 110 qəbzin başqa hər hansı kredit müqavilələri ilə bağlı ödənişləri deyil, məhz sözügedən 8 kredit müqaviləsi ilə bağlı olan ödənişlərinə aid olduğuna dair hər hansı sübut təqdim etməmiş, öz iddiasını lazımi qaydada əsaslandırmamışdır. İddiaçının qeyd olunan sübutu təqdim bilməməsi halında Bankın bu faktın əksini sübut etmək kimi bir vəzifəsi yaranmır və hər iki məhkəmə işində həmin faktın sübut olunması məhz qarşı tərəfin üzərinə düşür. Əks halda bütün məhkəmə proseslərində çəkişən tərəflər özlərində şübhə yaradan və əsaslılığını özləri belə təsdiq edə bilmədikləri istənilən faktı məhkəməyə təqdim edər, həmin faktın düzgünlüyünü təsdiq etmək vəzifəsini qarşı tərəfin üzərinə qoyar və beləliklə, özlərinə aid olan sübutetmə yükünü qarşı tərəfdən tələb etməklə öz prosessual vəzifələrindən yayınar və nəticədə hüquq elminin fundamental sahələrindən biri olan “çəkişmə prinsipi” öz mahiyyətini itirərdi. İddiaçı qeyd edir ki, hazırkı iddia tələbinin əsaslandığı faktlar məhkəmədə əvvəl baxılmış işə münasibətdə preyudisial hesab edilə bilməz, çünki hazırkı iddia üzrə iddia tələbinin əsası kimi çıxış edən 110 ədəd mədaxil qəbzi Bankın əvvəlki mübahisə üzrə iddia tələbi formalaşdırılarkən nəzərə alınmamışdır. Bildirilir ki, hazırki iddia tələbinin əsaslandığı faktlar tam olaraq məhz məhkəmədə əvvəl baxılmış işə münasibətdə predyusial əhəmiyyətə malikdir. Hazırki iş üzrə daha öncə çıxarılmış məhkəmə aktlarına baxdıqda da müəyyən etmək olur ki, iddiaçının hal-hazırda istinad etdiyi 8 kredit müqaviləsi üzrə daha öncə məhkəməyə təqdim olunan sübutlar əsasında araşdırma aparılmış, məhkəməyə təqdim olunan qəbzlərin sadəcə 72-sinin mötəbərliyi məhkəmə tərəfindən təsdiq olunmuş, iddiaçının hazırda iddiasının əsası olaraq göstərdiyi 110 qəbzin mötəbərliyi və konkret hansı kredit müqavilələri üzrə ödənişləri əks etdirdiyi barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən ekspertiza tədqiqatı zamanı nəzərə alınmamış və nəticə etibarı ilə məhkəmə hazırki iş üzrə iddiaçının mövcud borcu haqqında son hesablamalar aparılmışdır. Bu da onu deməyə əsas verir ki, ekspertiza aparılarkən hansısa hüquq pozuntusuna yol verilməmiş, iddiaçı öz sübutunun mötəbərliyini sübut edə bilmədiyindən, əslində məhz buna görə də həmin kredit müqavilələri üzrə borclara artıq ekspertiza və onun əsasında məhkəmə tərəfindən lazımi və düzgün qiymət verilmişdir. Sözügedən faktla bağlı məhkəmə işi 5 instansiya məhkəməsinin icraatında olmuş və son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisəiəndirilməsi birmənalı olaraq yolverilməzdir və qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçının hazırki iddia tələbi üzrə əsaslandığı fakt olan 110 mədaxil qəbzinin məhz sözügedən 8 kredit müqaviləsinə aidliyi iddiaçı tərəfindən heç bir faktla təsdiqlənmir. Lakin, absurd olsa belə bunun təsdiqlənə bildiyini və məhkəmə tərəfindən iddia tələbinin təmin olunduğunu fərz edilsə, bu zaman da bir-biri ilə ziddiyyət təşkil edən iki yekun məhkəmə aktı ilə qarşılanacaq və bu zaman qanunvericiliyin məhz bununla bağlı təsbit etdiyi bütün müddəalar, həmçinin qanuni qüvvəsini almış məhkəmə qərarlarının qətiliyi, mötəbərliyi və aliliyi kimi prinsiplər öz əhəmiyyətini itirmiş olaraq və beləliklə, hüquqi müstəvidə böyük bir həll olunmaz kolliziyaya yol açar. Bu da Azərbaycan Respublikasının adından qərar verilən, ədalət mühakiməsini həyata keçirən məhkəmələrə qarşı dərin inamsızlıq yaratmış olar. Beləliklə, yuxarıda qeyd edilən xüsusatları, həmçinin qanunvericiliyin tələblərini və hüququn ümumi prinsipləri nəzərə alınaraq hesab edilir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Odur ki, iddia tələbi əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli, 2(005)-307/2012 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASCnin cavabdehlər X13, İddiaçı, X8 və X4 qarşı “kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması, tələblərin ipoteka və girov predmetlərinə yönəldilməsi, ipoteka və girov predmetlərinin açıq hərracda satılması, mənzillərin boşaldılması və çəkilmiş məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, X6 98.256 ABŞ dolları əsas kredit, 31.496,64 ABŞ dolları faiz olmaqla, cəmi 129.752,64 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi; tələbin İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsindəki 38B saylı evin 40 saylı mənzilinə və X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X23 prospektindəki 120/23 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 129.752,64 ABŞ dollarının "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin İddiaçı və X3 verilməsi; X6 91.060 ABŞ dolları əsas kredit, 28.717,49 ABŞ dolları faiz olmaqla, cəmi 119.777,49 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi; tələbin X7 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki 47 A saylı evin 13 saylı mənzilinə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 119.777,49 ABŞ dollarının "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X7 verilməsi; X6 52.788 ABŞ dolları əsas kredit, 15.145,99 ABŞ dolları faiz olmaqla, cəmi 67.933,99 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi; X6 37.000 ABŞ dolları əsas kredit, 10.629,25 ABŞ dolları faiz olmaqla, cəmi 47.629,25 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi; tələbin X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir süt brilliant sırğaya (9 qram qızıl, 14 ədəd qaş, 20 karat) yönəldilməsi, bir süt sırğanın açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 47.629,25 ABŞ dollarının "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X12 verilməsi; X6 37.890 ABŞ dolları əsas kredit, 10.682,58 ABŞ dolları faiz olmaqla, cəmi 48.572,58 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi; tələbin X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyə, bir ədəd sapfirlə sırğaya, bir ədəd təkqaş sırğaya, bir ədəd Şahzadə sırğaya, bir ədəd üzüyə mrivari ilə 4.5 karatlıq sırğaya və zaponkiyə yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunna vəsaitin 48.752,58 ABŞ dollarının "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X12 verilməsi, X6 46.505 ABŞ dolları əsas kredit, 14.716,03 ABŞ dolları faiz olmaqla, cəmi 61.221,03 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat birilliant sırğalara, bir ədəd ürək kulonu, bir ədəd dörd qaşdan ibarət dorojka sırğasına, bir ədəd beş qaşdan ibarət dorojka üzüyə, bir ədəd slezka üzük, mirvari kulon məmulatlarına, bir ədə Gül manterovka brillianta, bir ədəd brilliant aqat kulona, bir cüt sapfir sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd onisdən brilliant dəstinə yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunna vəsaitin 48.752,58 ABŞ dollarının "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X12 verilməsi, X6 49.475 ABŞ dolları əsas kredit, 14.847,71 ABŞ dolları faiz olmaqla, cəmi 64.322,71 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 9.5 karat birilliant qolbağa, bir ədəd brilliant dəstinə, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirli üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5.13 karat kulona, 3,04 karat boyunbağı və sırğalara, 4.96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 64.322,71 ABŞ dollarının "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X12 verilməsi; X6 28.823 ABŞ dolları əsas kredit, 7.302.75 ABŞ dolları faiz olmaqla, cəmi 36.125,75 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı Gül üzüyə 4,31 karat, bir ədəd cəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd ürək brilliant üzüyə 3 karat, bir cüt oval brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilliantla Bantik sırğalara yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 36.125,75 ABŞ dollarının "xxxx" ASC-yə ödənilməsi, qalan məbləğin X12 verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsinə əsasən, cavabdehlər X13, İddiaçı, X8 və X10 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC-nin cavabdeh X12 və digərlərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin Səbail filialı ilə X13 arasında bağlanmış 632 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 19.425,78 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq manatla) borc X6 tutulub, “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilməsi, "xxxx" ASC-nin Binəqədi filialı ilə X13 arasında bağlanmış 55 saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 98.256 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X6 tutulub "xxxx" ASC-yə ödənilməsi, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səbail filialı ilə X13 arasında bağlanmış 1245 A saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 39.568,20 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X6 tutulub "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC-nin Səbail filialı ilə X13 arasında bağlanmış 144 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X6 "xxxx" ASC-yə ödənilməsi, tutmanın X12 verilməsi və girov kimi "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş brilliyant sırğaya (9 qram qızıl, 14 ədəd daş, 20 karat) yönəldilməsi, həmin girov predmetinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, "xxxx" ASC-nin Səbail filialı ilə X13 arasında bağlanmış 319 A saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 37.890 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X6 tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın X12 məxsus və girov kimi "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç cərgə nişan üzüyü, bir ədəd sapfirlə sırğaya, bir ədəd tək qaş üzük, bir ədəd “Şahzadə” sırğaya, bir ədəd üzüyə mirvari ilə 4,5 karatlıq sırğaya və “zaponki”yə yönəldilməsi, qızılzinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin hesabına borc tələbinin ödənilməsi, "xxxx" ASC-nin Səbail filialı ilə Niyazova Zahid qızı arasında bağlanmış 723 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 46.505 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X6 tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş 31,1 qram çəkisi olan bir ədəd qolbağa, 5,86 karat brilyant sırğalara, bir ədəd “Ürək” kulonu, bir ədəd dörd qaşdan ibarət Dorojka sırğasına, bir ədəd beş qaşdan ibarət “Dorojka” üzüyə, bir ədəd “Slezka” üzük, mirvari məmulatlarına, bir ədəd “Gül” manterovka brilyanta, bir ədəd brilyant aqat kulona, bir cüt sırğaya mirvari ilə, bir ədəd qara mirvari dəstinə və bir ədəd oniksdən brilyant dəstinə yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, "xxxx" ASC-nin Səbail filialı ilə X13 arasında bağlanmış 746 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 49.475 ABŞ dollarının (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borcun X6 tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın X12 məxsus olan "xxxx" Səbail filialına saxlanca verilmiş bir ədəd 9,5 karat brilyant qolbağa, bir ədəd brilyant, bir ədəd mirvari üzüyə, bir ədəd sapfirlə üzüyə, bir ədəd təkqaş üzüyə, bir ədəd 5,13 karat kulona, 3.04 karat boyunbağı və sırğalara, 4,96 karat kulon və sırğalara yönəldilməsi, qızıl zinət açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, "xxxx" ASCnin Səbail filialı ilə X13 arasında bağlanmış 47 saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 22.436,84 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi ABŞ dolları Azərbaycan manatına olan məzənnəyə uyğun olaraq manatla) borc X6 tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın X12 məxsus olan "xxxx" ASC-nin Səbail filialına saxlanca verilmiş bir ədəd üç qaşlı “Gül” üzüyə 4,31 karat, bir ədəd çəhrayı qızılla brilliant üzüyə 3 karat, bir cüt sırğaya firuzə ilə, bir ədəd “Ürək” brilyant üzüyə 3 karat, bir cüt oval brilliant sırğalara 2 karat, Rusiya istehsalı asma sırğalara və bir cüt qara brilyantla “Bantik” yönəldilməsi, qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC və cavabdehlər X13 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən tələblər üzrə məhkəmə mübahisəsi olmuş, hazırki tələblər ilə bağlı yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-298/2022 saylı Qərarı qəbul edilmişdir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bиnnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa, məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “özgəsinin qanunsuz sahibliyindən pul vəsaitlərinin geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar