Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-61/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, iddiaçı Cavabdeh1 cavabdehlər LPO "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (X2, Cavabdeh2 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər LPO "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (X2, Cavabdeh2 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" ASC (ləğv prosesindədir), Cavabdeh1, X2 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli İBQ15-1678/11 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor Azərbaycan Respublikasının Mərkəzi Bankı (cavabdeh-1) ilə borclu "xxxx" ASC (bundan sonra “cavabdeh-2”) arasında xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-78 nömrəli kredit müqavilələri bağlanmışdır. xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli kredit müqaviləsi üzrə cavabdeh-2-ə 720 gün müddətinə illik 5,25% olmaqla ******* (səkkiz milyon) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavələrə əsasən borcun xx.xx.2019-cu il tarixinədək ödənilməsi razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqaviləsi üzrə cavabdeh-2-3 360 gün müddətinə illik 3,5% olmaqla 20000000 manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavəyə əsasən borcun xx.xx.2018-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Bu kredit müqaviləsinin təminatı kimi cavabdeh-1-ə, cavabdeh-2-yə (payı 15858 kv.m.), Cavabdeh1 (bundan sonra “iddiaçı”, payı 3444,25 kv.m), X1 (bundan sonra üçüncü şəxs-1”, payı 3443,3 kv.m) və Cavabdeh2 (bundan sonra “üçüncü şəxs-2”, payı 363,45 kv.m) paylı mülkiyyət üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m olan qeyri-yaşayış binası barəsində xx.xx.2016-cı il tarixdə İBQ15-1678/11 saylı sonrakı ipoteka müqaviləsi və ona Əlavə bağlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(1030-132/2020 nömrəli qərarı ilə cavabdeh-1 müflis elan edilmiş və hazırda o, ləğv prosesindədir. Hesab edir ki, yuxarıda qeyd edilən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh-1 ilə cavabdeh-2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqavilələrinin 1.1-ci bəndində verilən kreditlərin “banklararası kredit” olduğu qeyd edilir. Halbuki, Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası (bundan sonra (“AR”) Qanununa əsasən cavabdeh-1 yalnız iki növ kredit verə bilər: 1) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə); 2) sonuncu instansiya kreditləri (49-cu maddə). Hər iki növdən olan kreditlərin verilməsi qaydası xx.xx.2016-cı il tarixindən qüvvədə olan “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları” (X4 Reyestrinin qeydiyyat nömrəsi **********0251) ilə tənzimlənir. Cavabdeh-1 tərəfindən Cavabdeh-2-yə sözügedən kreditlər veriləndə həmin Qaydalar mövcud deyildi. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” AR Qanununun 1.3-cü maddəsinə əsasən Cavabdeh-1-in məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, cavabdeh-1 ilə cavabdeh-2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli KBO13-1507 saylı və xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqavilələri əhəmiyyətsizdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası barəsində cavabdeh-1, cavabdeh-2, iddiaçı, üçüncü şəxs-1 və üçüncü şəxs-2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli İBQ15-1678/11 saylı sonrakı ipoteka müqaviləsi də etibarsızdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Bankla hazırda ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli, xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli və xx.xx.2017-ci il tarixli KBS16-1853 nömrəli kredit müqavilələri bağlanmışdır. Qeyd edilən hər üç müqavilə üzrə borcun qaytarılmasının təminatı kimi "xxxx" ASC-yə, X1 (payı 3443.3 kv.m), Cavabdeh1 (payı 3444,25 kv.m.) və Cavabdeh2 (363, 45 kv.m) paylı mülkiyyət üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 102A nömrəli qeyri-yaşayış obyekti barəsində xx.xx.2016-cı il tarixdə İBQ15- 1678/11 saylı və xx.xx.2016-cı il tarixdə İBS16-1853/4 ipoteka müqavilələri bağlanılmışdır. Borclu kredit müqavilələri üzrə öhdəliklərini tam şəkildə icra etmədiyindən bir müddət əvvəl Mərkəzi Bank tərəfindən borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda həmin iş məhkəmə icraatındadır. Qeyd edilən üzrə cavabdeh qismində çıxış edən Cavabdeh1 hazırda Mərkəzi Bank və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15- 1678 nörməli kredit müqavilələrinin 1.1-ci bəndində verilən kreditlərin “banklararası kredit olduğu qeyd edilmişdir. Halbuki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən Mərkəzi Bank tərəfindən yalnız kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında və sonuncu instansiya kreditlərinin verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri həmin zaman qüvvədə olan X5 Heyətinin xx.xx.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın (Qaydalar) tələblərinə uyğun rəsmiləşdirilmişdir. Belə ki, Qanunda göstərildiyi kimi, Qaydaların 2.6-cı bəndində də Mərkəzi Bank tərəfindən banklara yenidən maliyyələşdirmə kreditləri, sonuncu instansiya kreditləri və məqsədli kreditlərin (sonradan qanunvericilikdən çıxarılmışdır) verildiyi müəyyən edilmişdir. Bundan başqa Qaydaların 3.6-cı bəndində gösərilmişdir ki, kredit verilməsi haqqında qərar verildikdə, bank bu barədə Bazar əmliyyatları departamenti tərəfindən məlumatlandırılır, müvafiq qaydada onunla kredit (əlavə 1), ipoteka (əlavə 2) və ya girov (əlavə 3) müqavilələri rəsmiləşdirilir. Qaydaların 1 nömrəli Əlavəsində kredit müqaviləsinin nümunəvi forması qəbul olunduğundan hazırda mübahisələndirilən kredit müqavilələri də bu formaya uyğun şəkildə tərtib edilmişdir. Qaydaların 3-cü hissəsində də göstərildiyi kimi, bu kredit müqavilələri yenidən maliyyələşdirmə kreditlərinə aiddir və ləğv prosesində olan "xxxx" ASC-yə maliyyə sabitliyinin təmin olunması məqsədilə likvidliyin dəstəklənməsi üçün verilmişdir. Xüsusi vurğulanmalıdır ki, xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin bağlanmasına səbəb olan iradənin formalaşması üçün də məhz "xxxx" ASC-nin yuxarıda göstərilən niyyətlə Mərkəzi Banka müraciət etməsi olmuşdur. Belə ki, likvidliyin təmin edilməsi üçün "xxxx" ASC-nin müraciətindən sonra bu məqsədlə tərəflər arasında danışıqlar baş tutmuş və müraciətin hüquqi əsası yenidənmaliyyələşdirmə krediti kimi müəyyən edildiyindən Qaydalara uyğun sözügedən müqavilələr rəsmiləşdirilmişdir. Göründüyü kimi, mübahisələndirilən kredit müqaviləsinin həqiqi məzmunu borcalana məhz yenidənmaliyyələşdirmə kreditinin təqdim edilməsi ilə bağlı olmuş və belə kreditlərin faiz şərtlərinə (Mərkəzi Bankın uçpt dərəcəsi) uyğun verilmişdir. İddia ərizəsinin əsasını təşkil edən “banklararası” sözünün kredit müqaviləsində istifadəsinə gəlincə isə qeyd olunmalıdır ki, Mərkəzi Bank özü də “bank”dır və banklara bank xidmətlərini göstərir, onlara yuxarıda qeyd edilən bank məhsullarını təqdim edir. Kredit müqavilələrində “banklararası” sözünün qeyd edilməsi həmin kreditin növünü müəyyən edən müqavilələrdə “banklararası” sözünün qeyd edilməsi həmin kreditin növünü müəyyən edən anlayış kimi deyil, məhsulun subyetlərini ifadə edən söz ifadəsi kimi istifadə edilmişdir. Belə ki, qanunvericilikdə və ya digər hüquqi aktlarda banklararası kredit növü də müəyyən edilməmişdir. Yuxarıda göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən dəlil Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində müəyyən edilən və əqdlərin etibarsızlığına səbəb ola bilən hər hansı halı əks etdirmir və bu xüsusda mübahisələndirilən kredit müqavilələrinin etibarsızlığına etibarsızlığına əsas verə bilməz. Hazırkı iddia ərizəsi bilərəkdən qərəzli mülahizə əsasında tərtib edilib və prosessual hüquqlardan sui-istifadə edərək Mərkəzi Bankın iddiaçı qismində iştirak etdiyi digər işin icraatını dayandırmaq, həmin iş üzrə obyektiv, ədalətli yekun qərarın qəbul edilməsinə maneçilik törətməkdən ibarət olmuşdur. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 720 gün müddətinə illik 5,25% olmaqla ******* (səkkiz milyon) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavələrə əsasən borcun xx.xx.2019-cu il tarixinədək ödənilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 360 gün müddətinə illik 3,5% olmaqla 20000000 manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Sonradan həmin kredit müqaviləsinə dair bağlanmış Əlavəyə əsasən borcun xx.xx.2018-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. xx.xx.2016-cı il tarixdə İBQ15-1678/11 saylı sonrakı ipoteka müqaviləsi və ona Əlavə ilə "xxxx" ASC-yə, Cavabdeh1, X1 və Cavabdeh2 paylı mülkiyyət üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m olan qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqavilələrinin təminatı olaraq ipotekaya qoyulmuşdur. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 80000000 manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2013-cü il tarixində Bakı şəhərində bağlanmış KBO13-1507 saylı kredit müqaviləsinə əsasən “Bank”ın “Borcalan”a verdiyi ******* manat kreditin xx.xx.2018-ci il tarixinədək və xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış KBQ15-1678 saylı kredit müqaviləsinə əsasən “Bank”ın “borcalana”a verdiyi 10000000 manat kreditin xx.xx.2018-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun , icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə ipoteka və kredit müqavilələri bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bank ləğvetmə prosesində olduğundan Azərbaycan Respublikasının Mərkəzi Bankı (cavabdeh-1) ilə borclu "xxxx" ASC (bundan sonra “cavabdeh-2”) arasında xx.xx.2013-cü il tarixli KBO13-1507 nömrəli və xx.xx.2015-ci il tarixli KBQ15-78 nömrəli kredit müqavilələri üzrə tələblərə LPO "xxxx" ASC-nin iflas proseduruna nəzarət edən məhkəmədə (Bakı Apellyasiya Məhkəməsi) baxılmaqdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdehlər LPO "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (X2, Cavabdeh2 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər LPO "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (X2, Cavabdeh2 və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-61/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-61/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver