Məhkəmə qərarları › İş №e-2(006)-6105/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6105/2025

28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6105/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X16 Zahid oğlunun sədrliyi, Ağayeva Yeganə Taleh qızının katibliyi, Ərizəçi, vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi və s.» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi və s.» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23.*4.191*-cu ildə anadan olan qayınatası X1 12.*2.1945-ci il tarixdə Ermənistanın Quqark rayonunda ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsini, qətnamənin icrasının Nəsimi rayonu X3 Qeydiyyatı İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin yoldaşı X5 2*.*6.2*25-ci il tarixində vəfat etmişdir. Təxminən 3-4 yaşlarında olan zaman onun atası X4 vəfat etmişdir. Onun bütün övladları vəfat etdiyindən, hazırda gəlini məhkəməyə müraciət etməli olmuşdur. 1988-1992-ci illərdə ayrıseçkilik nəticəsində faktiki olaraq bütün Azərbaycan əhalisi Ermənistanı tərk etmək məcburiyyətində qalan zaman onlar köç edərkən qayınatasının ölüm haqqında şəhadətnaməsini itirmişlər. Bu şəhadətnamənin alınması üçün ərizəçi qeydiyyat şöbəsinə müraciət etsə də, əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin olmaması ərizəçiyə bir çox sənəd işlərində problemlər yaradır. Bir sözlə, şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Qayınatasının ölüm faktını şahidlər də təsdiq edə bilər. a) Məhkəmə prosesi: Məhkəmə iclasında Ərizəçi və vəkili Nümayəndə ərizəni müdafiə edib bildirdilər ki, əri vəfat etdikdən sonra evə çıxarış almaq istəyən ərizəçidən qayınatasının ölüm haqqında şəhadətnaməsi də tələb olunmuşdur. Ərizəçinin qayınatası 1945-ci ildə vəfat etsə də, Ermənistandan Azərbaycana köçən zaman onun bu barədə olan sənədləri itirilmişdir. Ərizəçinin cəhdlərinə baxmayaraq, bu sənədlərin qeydiyyat orqanında bərpası mümkün olmamış, buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qeyd etdiklərinə əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1* ifadəsində bildirdi ki, ərizəçi tərəfin qonşusudur. Ərizəçinin qayınatası 1945-ci ildə, əri isə 2*25-ci ilin iyun ayında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, ərizəçi tərəflə eyni kənddə yaşamışlar. Ərizəçinin qayınatasının 191*-cu il təvəllüdlü olmasından və 1945-ci ildə vəfat etməsindən, ərinin isə keçən ilin yay aylarında vəfat etməsindən xəbərdardır. Məhkəmə ərizəçinin və vəkilinin izahatını dinləyib, şahidlərin ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Doğum haqqında şəhadətnamədən görünür ki, 15.*6.1941-ci il təvəllüdlü X2 atası X4, anası X6r. Nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X7 *3.*5.1972-ci il tarixdə nikaha daxil olmuşlar. Ölüm haqqında AZ-İİ seriyalı 5*9164 nömrəli şəhadətnamədən görünür ki, X5 2*.*6.2*25-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Maraqlı şəxs 22.*8.2*25-ci il tarixli məktubundan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, X3 qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 5 nömrəli şəhər poliklinikasının 19.11.2*25-ci il tarixli məktubundan görünür ki, 23.*4.191*cu il tarixdə doğulan X4 barədə heç bir sənəd və sübut olmadığına görə bu vətəndaş barədə heç bir məlumat təqdim edilə bilmir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 23.*4.191*-cu ildə anadan olmuş X4 12.*2.1945-ci il tarixdə Ermənistanın Quqark rayonunda vəfat etmişdir. Ərizəçi mərhum qayınatasının ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 5 nömrəli şəhər poliklinikasına müraciət etsə də, onun müraciətinin icrası mümkün olmamış, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs də ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qayınatasının ölüm haqqında şəhadətnaməsi ərizəçinin ərindən qalan evə dair çıxarış alınması üçün zəruridir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 23.*4.191*-cu ildə anadan olmuş X4 12.*2.1945-ci il tarixdə Ermənistanın Quqark rayonunda ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə qismən təmin edilməlidir. Belə ki, ölüm faktının müəyyən edilməsi barədə qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğundan məhkəmə hesab edir ki, prosessual qənaət prinsipinin tələbinə müvafiq olaraq, ərizədə göstərilən digər tələblərin təmin edilməsinə zərurət yoxdur. c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 1*4.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3*5.1 və 3*5.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 3*7.2 və 3*7.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*7.2 və 3*7.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Nəticə: Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 3*7-31*-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 23.*4.191*-cu ildə anadan olmuş X1 12.*2.1945-ci il tarixdə Ermənistanın Quqark rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar