Məhkəmə qərarları › İş №e-2(006)-6401/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6401/2021

27.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6401/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, iddiaçılar İddiaçı1, “Mars M Firması”, “Mars M Firması”nın direktoru Qanuni nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1 qızı, Maraqlı şəxs3, X3, Maraqlı şəxs2, X1 cəlb etməklə cavabdehlər X4, Cavabdeh, X2 qarşı «müqavilələrin etibarsız hesab edilməsi və digər» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, “Mars M Firması”, “Mars M Firması”nın direktoru Qanuni nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1 qızı, Maraqlı şəxs3, X3, Maraqlı şəxs2, X1 cəlb etməklə cavabdehlər X4, Cavabdeh, X2 qarşı «müqavilələrin etibarsız hesab edilməsi və digər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehlərə qarşı iddia tələbləri ayrı-ayrılıqda və dəqiq şəkildə ifadə edilmədiyindən və bu səbəbədən məhkəmə üçün qeyri müəyyən qaldığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Həmçinin iddiaçılar tərəfindən dövlət rüsumu qanunla müəyyən olunmuş qaydada ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddiaçılar tərəfindən dövlət rüsumu iddianın qiyməti 500 manatdan çox olduğu iddia ərizələrində nəzərdə tutulan məbləğdən az (20 manat) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində gösərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunur. Həmin Məcəllənin 152.1.5-ci maddəsində qeyd olunur ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.1.1, 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, “Mars M Firması”, “Mars M Firması”nın direktoru Qanuni nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1 qızı, Maraqlı şəxs3, X3, Maraqlı şəxs2, X1 cəlb etməklə cavabdehlər X4, Cavabdeh, X2 qarşı «müqavilələrin etibarsız hesab edilməsi və digər» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıların yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar