Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-7741/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3-cü şəxs qismində cəlb edilməklə) «kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3-cü şəxs qismində cəlb edilməklə) «kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmışdır. (VÖEN **********). İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Sahibkarlıq sahəsində aparılan yoxlamalar” bölməsindən çıxarışdan görünür ki, Cavabdeh3 sahibkar qismində Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmış və onun adına bir neçə “VÖEN”lər açılmış (VÖEN **********, ********** və s.), "xxxx" MMC (VÖEN **********) 30.03.2013-cü il tarixdə kommersiya qurumu qismində dövlət qeydiyyatına alınmış, 08.04.2021-ci il tarixdə reyestrdən son dəfə çıxarış verilmiş, qeyd edilən kommersiya qurumunun qanuni təmsilçisi Cavabdeh3 olduğu qeyd edilmiş, "xxxx" Firması (VÖEN **********) 04.12.1995-ci il tarixdə kommersiya qurumu qismində dövlət qeydiyyatına alınmış, 07.06.2017-ci il tarixdə reyestrdən son dəfə çıxarış verilmiş, qeyd edilən kommersiya qurumunun qanuni təmsilçisi Cavabdeh3 olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı (“Bank”) ilə "xxxx" ASC (“Borcalan”) arasında bağlanmış 29.03.2013-cü il tarixli, KBO13-1507 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Bank” “Borcalan”a 29.03.2013-cü il tarixdən etibarən 720 gün müddətinə 8.000000 (səkkizi milyon) manat məbləğində banklararası kredit verir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı (“Bank”) ilə "xxxx" ASC (“Borcalan”) arasında bağlanmış 17.04.2015-ci il tarixli, KBQ15-1678 saylı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Bank” “Borcalan”a 17.04.2015-ci il tarixdən etibarən 360 gün müddətinə 20.000000 (iyirmi milyon) manat məbləğində banklararası kredit verir. Məhkəmə qeyd edir ki, iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi, iş üzrə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət qeydiyyatına alınmış hüquqi şəxs, cavabdehlərdən biri Cavabdeh3 isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkardır. Həmçinin, iş materiallarında olan müqavilələrdən də göründüyü kimi, iddiaçı tərəfindən verilən kreditin verilmə təyinatı şəxsi istehlak məqsədi üçün verilməmiş, mübahisənin yaranmasına əsas yuxarıda qeyd edilən müqavilələrin iki hüquqi şəxs (Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC) arasında bağlanması, habelə həmin müqavilələrin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və X1 qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3-cü şəxs qismində cəlb edilməklə) «kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-7741/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-7741/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver