Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1214/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Digər iddia üzrə Cavabdeh5 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 Cavabdeh5 qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair digər iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Hyundai Elantra” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 18500 (on səkkiz min beş yüz) manat məbləği, 1029 (bir min iyirmi doqquz) manat əldən çıxan faydanı, 148,59 manat məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 19666 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin yanvar ayında “Koroğlu” metrosunun yanında Cavabdeh1 “Hyundai Elantra” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili 18500 manata alıb. Onlar öz aralarında borc müqaviləsi tərtib edib və cavabdeh xx.xx.2017-ci il tarixdə ona baş etibarnamə verib. Borc müqaviləsinə əsasən ilkin ödəniş olaraq 5000 manat və növbəti 30 ay müddətində 13500 manat ödəməyi öhdəsinə götürüb. Borc müqaviləsi üzrə qalan 13500 manat məbləği o, 20 ay ərzində 2018-ci ilin sentyabr ayında tam bağlayıb. Avtomobilin üzərində heç bir dəyişiklik aparmayıb. Həmin avtomobili o, 2019-cu ilin aprel ayında sadə etibarnamə əsasında X11 14700 manata satıb. O, isə öz növbəsində eyni qaydada sadə etibarnamə yolu ilə 2019-cu ilin may ayında avtomobili X17 adlı şəxsə 16000 manat məbləğinə satıb və etibarnamə əsasında Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək və s. hüquqlar notariat kontorunda rəsmiləşdirilib. Lakin sonradan Aydın Cavadov avtomobilin adına qeydiyyata alınması məqsədi ilə maşına baxış keçirilərkən Hyundai Elantra minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olub, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silinmə nömrəsinin olması aşkar edilib. Nəticədə, X4 Elşad Qənbər oğluna qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməyə müraciət edib və iddiası təmin edilib. Bundan sonra X2 Rayon Məhkəməsinə müraciət edərək, 14700 (on dörd min yeddi yüz) manat məbləğin geri alınması üçün müraciət edib və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli iş № e-2(010)-1203/2021 saylı qətnaməsi ilə iddiası təmin edilib. O, qətnamədən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-11527/2021 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilib. Bundan narazı qalan tərəf kassasiya şikayəti veribvə Ali Məhkəmənin 2(102)-2080/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iş yenidən apellyasiya məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5081/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalıb. Yəni əsassız varlanma obyektinin qaytarılması hüququ ona xx.xx.2022-ci il tarixdən təsdiqlənib. Hazırda qeyd olunan mülki işlə əlaqəli icra sənədi icra şöbəsinin icraatındadır və qarşılıqlı olaraq borcunun bağlaması üçün Cavabdeh1 öz pulunu tələb edir. Bununla əlaqədar olaraq Cavabdeh1 ödədiyi 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti ona geri ödənilməlidir. Belə ki, qəbul olunmuş qətnamələrdən və Ali Məhkəmənin qərarından görünür ki, qeyd edilən məsələ ilə əlaqədar vahid məhkəmə təcrübəsi yaranmışdır. Avtomobildə aşkar olunan dəyişikliklərdən sonra avtomobil BDYPİ-nin “Siqnal” İLİİ-nin mühafizə olunan duracağına yerləşdirilmişdir və həmin material Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Rauf Cəfərov tərəfindən araşdırılması üçün Binəqədi RPİnə göndərilib. Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis baş leytenantı Toğrul Arazlı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasın material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınıb. Toplanmış material üzrə izahat vermiş Cavabdeh1 bildirib ki, o, Hyundai Elantra markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili 2016-cı ilin noyabr ayında “Koroğlu” metrosunun yanında adını xatırlamadığı şəxsdən 14400 manata satın alıb. 12 yanvar 2017-ci il tarixdə avtomobilə ** KP *** dövlət qeydiyyat nişanı verilib. Həmin gün avtomobili Elnarə adlı qadına satmaq üçün etibarnamə verib. Bununlada avtomobil Elnarənin hesabına keçib. Təxminən 1 il 6 ay sonra Elnarəyə baş etibarnamə verib. Elnarədə avtomobili başqa şəxsə satıb. Toplanmış material üzrə izahatı alınmış Cavabdeh2 göstərib ki, o, həmin avtomobili Yasamal rayonu Badamdar avtosalonundan 23000 ABŞ dollarına kreditlə alıb. O, 5400 manatı salona ödəyib. Qalan məbləği "xxxx"a kreditə salaraq ayda 548 ABŞ dolları ödəyirdi. Avtomobili həmin banka girov qoyaraq ** VR *** dövlət qeydiyyat nişanı alıb. Bir il 2014-cü ilin may ayınadək ödəniş edib. Sonra avtomobili X5 etibarnamə əsasında satıb və bu barədə banka məlumat verib. Leyla Şərifova bankın ödənişini vermədiyinə görə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə avtomobilə həbs qoyulub. Hal-hazırda BDYPİ-nin duracağında yerləşdirilən ** KP *** dövlət qeydiyyat nişanı avtomobil ona məxsusdur. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən müştərək qaydada 18500 manat məbləğində pul vəsaitinin, 1029 manat əldən çıxmış faydanın, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 149 manatı və hüquqlarını müdafiə etmək üçün hüquqi yardıma ödənilmiş 220 manatı cavabdehlərdən tutaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Hyundai Elantra” minik markalı 99EL132 dövlət qeydiyyat nişanlı, G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobili 2016-cı ilin noyabr ayında 14400 manata satın alıb. 12 yanvar 2017-ci il tarixində avtomobilə BDYPİ-nin Qeydiyyat şöbəsində baxış keçirilib, onun adına sənədləşdirmə işləri aparılıb və 99KP346 dövlət qeydiyyat nişanı verilib. Avtomobilin onun adına sənədləşdirilməsi zamanı avtomobilə baxış keçirilib, lakin heç bir qanun pozuntusu, o cümlədən mühərrik nömrəsinin silinmə-nömrəsiz olması aşkar edilməyib. “Hyundai Elantra” markalı, 99KP346 dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2013-cü il buraxılışlı, KMHDG41C5EU817618 ban nömrəli avtomobil bir müddət sonra tərəfindən 18500 manata İddiaçı adlı şəxsə satılıb, lakin 18 yanvar 2020-ci ildə ona məxsus olan X7 etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, 99KP346 dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2013-cü il buraxılışlı, KMHDG41C5EU817618 ban nömrəli avtomobili alqı-satqı məqsədi ilə BDYPİQİİ-nə müraciət edib, avtomobilin qeydiyyata alınması məqsədi ilə maşına baxış keçirilərkən “Hyundai Elantra” minik markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı məlum olub, başqa ban nömrəsinin olduğu və mühərrik nömrəsinin silinmə-nömrəsinin olması aşkar edilib. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı X20 tərəfindən 01 fevral 2020-ci il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərar qəbul edilib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı Toğrul Arazlı tərəfindən 24 fevral 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilib. Materiallar üzrə izahatı alınmış Cavabdeh2 izahatında göstərib ki, 2013-cü ildə G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobili Bakı şəhəri Yasamal rayonu ərazisində Badamdar maşın bazarında yerləşən avtosalondan kreditlə alıb. Avtomobili "xxxx" ASCnin paytaxt filialına girov qoyaraq 90VR034 dövlət qeydiyyat nişanlı alıb və avtomobili başqa şəxsə satıb. Hazırda BDYPİ-nin duracağında yerləşdirilən 99KP346 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Cavabdeh4 öz izahatında 2015-ci il tarixdə texniki pasportu Cavabdeh3 məxsus olan 99EL132 dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında Hüseyndən alaraq bir müddət idarə etdiyini, daha sonra yol-nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilin yararsız vəziyyətə düşdüyünü və avtomobili vuruq vəziyyətdə başqasına satdığını qeyd edib. Bununla əlaqədar olaraq hesab edir ki, cavabdehlər tərəfindən 18500 manat məbləğində pul vəsaiti ona ödənilməlidir. Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1471/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X8 qarşı mülki hüquq pozuntularından (deliktlərindən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə 2(002)-1471/2023 saylı mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair iddia ərizəsi üzrə e-2(007)-1214/2023 saylı mülki işlə bir icraatda biləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2054/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1471/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən bir icraatda birləşdirilərək birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair e-2(007)-2054/2023 saylı mülki işin, icraatda olan İddiaçı Cavabdeh1 qarşı “pulun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair e- 2(007)-1214/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-1214/2023 nömrəsi saxlanılmaqla e-2(007)-2054/2023 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı “Hyundai Elantra” minik markalı 99EL132 dövlət qeydiyyat nişanlı, G4FGDU654011 mühərrik nömrəli, KMHDG41C5EU817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobili 2016-cı ilin noyabr ayında Cavabdeh5 14400 manata satın alıb. Qeyd olunanlara əsasən Cavabdeh5 tərəfindən 14400 manat məbləğində pul vəsaitinin, 1000 manat mənəvi zərərin, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 149 manatı və hüquqlarını müdafiə etmək üçün hüquqi yardıma ödənilmiş 220 manatı cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 digər iddia üzrə cavabdehlər siyahısından çıxarılmışlar. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, İddiaçı mübahisə predmeti olan avtomobili 2017-ci ildə Cavabdeh1 alıb, avtomobilin dəyəri tam ödənilib, avtomobil 2019-cu ildə isə satıb. Yəni təxminin 2 il həmin avtomobili istifadə edib. Məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 digər iddia ərizəsini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh cinayətkar şəxsdir, məhkəməyə təqdim edilmiş sənədlər ilə iddiaçı avtomobili Cavabdeh5 satması məlum olur. Heç kim avtomobili başqasına pulsuz verməz. O, Cavabdeh5 məhkəməyə verdiyi izahatına şübhə ilə yanaşır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsaslanmalıdır. Həmin vaxt ən azından Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi olsaydı, nümayəndənin avtomobili satdığını ehtimal etmək və pulu da nümayəndədən tələb emək olardı. Onlar İddiaçı iddiasını 14700 manat pulun tutulmasını hissəsində qəbul edir. İş materiallarından da göründüyü kimi bu zərərin vurulma səbəbi Cavabdeh1 deyil. Bu işlə əlaqədar olaraq cinayət işi başlanılmış, tərəflər bir-birilərinə verdikləri məbləğləri geri tələb etmişlər. Cavabdeh1 tərəfindən İddiaçı avtomobil verilərkən vicdanlı şəkildə və tam işlək vəziyyətdə verilmişdir. Cavabdeh1 avtomobilə münasibətdə kiminsə saxtalaşdırma aparmasını bilə bilməzdi. Ona görə də ilkin iddia tələbinin əldən çıxmış fayda (zərər) hissəsini də qəbul etmir və ilkin iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə iştirak edən digər iddia üzrə Cavabdeh5 izahat verərək bildirdi ki, ona qarşı qaldırılan iddianı qəbul etmir. “Hyundai Elantra” minik markalı avtomobil onun olmayıb, o, həmin avtomobili almayıb. Məhkəmədə şahid kimi dindirilən şəxsi tanımır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Cavabdeh1 və Cavabdeh5 tanıyır. Onların Yasamal rayonunda “6-cı paralel küçəsi” deyilən yerdə aptekləri var. Emil Abduləzimovu çoxdan tanıyır. O, avtomobil alqı-satqısı ilə məşğuldur. Emil Abduləzimov onunla şərikli işləmək istədiyini bildirib, o isə buna razı olmayıb, lakin ona köməklik edəcəyini bildirib. O, Emil Abduləzimov üçün “Turbo.az” saytından avtomobil tapıb, sonra Emil Abduləzimova zəng edərək avtomobilin qiymətini və daha sonra hansı qiymətə sata biləcəyini və ona nə qədər xeyir qala biləcəyini bildirib, amma pulu götürməyib. Sonra internet səhvəsində olan nömrə ilə əlaqə saxlayaraq, Cavabdeh5lə Binəqədi rayonunda görüşüb. Özü avtomobilə baxıb, Emil Abduləzimov avtomobili yaxşı tanımadığı üçün həmin avtomobilə baxmayıb. Avtomobili gördüyü gün Cavabdeh5 beh verib, növbəti gün Cavabdeh5lə birlikdə avtomobili Baş X31 İdarəsinə aparıblar. O, gələcəkdə problem yaranmaması üçün avtomobili etibarnamə ilə deyil, rəsmi alq-satqı müqaviləsi ilə Emil Abduləzimovun adına rəsmiləşdirmək istəyib. Həmin gün Cavabdeh5 yanında adını bilmədiyi 26-27 yaşlarında sarışın bir oğlan var idi. O, Baş X31 İdarəsinin həyətində “Turan” Bankın yanında Cavabdeh5 tranzit nömrə alması üçün 150 manat pul verib və sonra Cavabdeh5lə birlikdə çay içiblər. Daha sonra avtomobili Cavabdeh1 adına rəsmiləşdiriblər. Yəni orada iki proses olub, birinci dəfə tranzit nömrə alıblar, ikinci dəfə Emil Abduləzimov avtomobili öz adına rəsmiləşdirib və öz adına arayış alıb. Bir müddət sonra Emil Abduləzimov avtomobili öz tanışı İddiaçı satıb. İddiaçı əvvəlcə Cavabdeh1 borclu qalıb və təxminən 1 il müddətinə borcunu ödəyib. O, “Hyundai Elantra” markalı avtomobili Cavabdeh5 alıb. Şəkildə göstərilən Cavabdeh4 Baş X31 İdarəsində olanda Cavabdeh5 yanında olan şəxsə oxşayır. O, avtomobilin pulunu şəxsən Cavabdeh5 verib. Mübahisəli avtomobil, “Hyundai Elantra” markalı ağ rəngli avtomobil idi. “Turbo.az” saytına avtomobil elanı yerləşdirmək üçün şəxsiyyət vəsiqəsinə ehtiyac yoxdur, yalnız mobil nömrə lazım olur. Avtomobili Cavabdeh5 14400-14500 manata alıblar. Avtomobilin ödənişi Baş X31 İdarəsində oldu, pulu nağd ödəyiblər. O, 25 ildir ki, avtomobil alqı-satqısı işi ilə məşğuldur. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı və iddiaçı Cavabdeh1 qızının iddiaları qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1203/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh X6 iddiaçı X10 xeyrinə 14700 manat məbləğində pulun tutulması qət edilmişdir. - Binəqədi RPİ-nin İstintaq şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-30759/2023 saylı məktubundan görünür ki, BDYPİ “SİQNAL” İLİ İdarəsinin nəzdində fəaliyyət göstərən müvəqqəti avtomobil dayanacaqlarının kitablarında “Hyundai Elantra” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil barədə məlumat aşkar olunmamışdır. - Cavabdeh1 ilə X15 arasında 2017-ci ilin yanvar ayında bağlanmış borc müqaviləsindən görünür ki, Cavabdeh1 18500 manat tam ödənildikdən sonra “Hyundai Elantra” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil X9 adına sənədləşdirəcəkdir. Müqavilə bağlandığı gün ilk olaraq 5000 manat, yerdə qalan məbləğ hər ay 450 manat olmaq şərti ilə 30 ay müddətinə 13500 manat ödəniləcəkdir. 2017-ci ilin fevral ayından 2018-ci ilin sentyabr ayına kimi 13000 manat ödənilmişdir. - Baş X31i İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-95197/2023 saylı məktubundan görünür ki, DİN Baş X31i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən “HYUNDAİ ELANTRA” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı məhkəməyə göndərilir. Eyni zamanda diqqətə çatdırırlar ki, “HYUNDAİ ELANTRA” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər alqı-satqının qanunla müəyyən edilmiş forma və qaydasına riayət etməyiblər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 181.1.-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyatvasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Həmin Qanunun 32-ci maddəsinin İİ bəndinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı işdə mübahisəli avtomobilin özgəninkiləşdirildiyi iddia olunsa da, iddiaçı cavabdehlə aralarında yazılı müqavilə bağlayaraq, onu müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirməmiş və onun təkrar qeydiyyatı üçün müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4.-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, tərəflər öz arasında bağlanmış şifahi alğı-satqı müqaviləsini cavabdeh tərəfindən iddiaçıya avtomobilə dair sadə etibarnamə verilməklə (xx.xx.2017xx.xx.2026-cı il tarixlər üzrə istifadə hüququna dair), daha sonra isə baş etibarnamə verilməklə (xx.xx.2019-xx.xx.2020-ci il tarixləri üzrə sərəncam hüququna dair) pərdələyiblər. Buna görə də, bu cür rəsmiləşdirmə onlar üçün heç bir hüquqi nəticə yaratmır. Buna baxmayaraq, işin təsdiq olunan hallarından biri iddiaçının cavabdehə mübahisəli avtomobili almaq üçün 18000 manat verməsi faktıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il tarixli borc müqaviləsinə əsasən Hyundai Elantra” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 18500 manat məbləğində pulun ödənilməsindən sonra həmin avtomobili X9 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. İddiaçı avtomobil üçün 18000 manat məbləğində pulu Cavabdeh1 ödəmişdir və hər iki tərəf bunu imzaları ilə təsdiq etmişlər. Müəyyən edilmişdir ki, iddiaçı X3 Elantra markalı, 99KP346 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 bir müddət sadə etibarnamə ilə sürmüş, 2019-cu ilin may ayında avtomobili Elşad Qarayevə satmışdır. Elşad Qarayev avtomobili aldıqdan bir müddət sonra onu baş etibarnamə əsasında X18 adlı şəxsə satmış, sonuncu həmin avtomobil üzərində mülkiyyət hüququnu qeydiyyatdan keçirərkən, onun ban və mühərrikin dəyişdirildiyi aşkar olunmuş, avtomobil Əliyar Cavadovdan alınaraq, cərimə meydançasına, sonra isə banka təhvil verilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3337/2020 saylı iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Əliyar Cavadovun hazırkı iş üzrə iddiaçı Elşad Qarayevə qarşı pul tələbinə dair iddiası təmin olunmuş, sonuncudan hazırkı iş üzrə mübahisəli avtomobili satmasına görə əsassız varlanması nəticəsində əldə etdiyi 16000 manatın alınaraq Əliyar Cavadova verilməsi qət edilib. Həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməyib. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Elşad Qarayevin iddiası təmin edilərək, cavabdeh X6 iddiaçı X10 xeyrinə 14700 manat məbləğində pulun tutulması qət edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1091.2-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mübahisəli avtomobilin satılmasının lazımı forma və qaydasına riayət olunmadığı, habelə, onu üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır. Belə ki, cavabdeh etibarnamə ilə ona verilmiş səlahiyyətləri olduğu kimi iddiaçıya ötürüb, müvafiq qeydiyyat orqanında lazımı şəkildə hər hansı alğı-satqı proses baş tutmayıb. Odur ki, iddia təmin edilməli, cavabdehdən 18000 manat alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “1029 (bir min iyirmi doqquz) manat əldən çıxan faydanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1203/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin könüllü icra etməyinə görə 1029 manat icra ödənişi ödəməli olduğunu göstərmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda deyərkən şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərdə tutulur. Hazırda iddiaçının tələb etdiyi pul vəsaiti isə əldən çıxmış fayda hesab olunmur. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərar ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1203/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbkar Elşad Qarayev xx.xx.2023-cü il tarixdə icra şöbəsinə müraciət edərək, 14730 manat pul vəsaiti tam olaraq ödənildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ondan 1029 manat məbləğində icra ödənişini tutulduğunu qeyd etsə də, onun barəsində icra ödənişinin alınmasına dair qərar qəbul edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən hazırda tələb olunan 1029 manat pul əldən çıxmış fayda hesab olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə Cavabdeh1 iddiasına münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan Binəqədi RPİ-nin İstinataq Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh1 izahatında göstərmişdir ki, o, “Hyundai Elantra” markalı 99EL132 dövlət qeydiyyat nişanlı, KMHDG41C5ELJ817618 ban nömrəli, 2013-cü il buraxılışlı, ağ rəngli avtomobili 2016-cı ilin noyabr ayında Bakı şəhəri “Koroğlu" metrosunun yanında adını xatırlamadığı cavan oğlandan 14400 manata satın almışdır. 12 yanvar 2017-ci il tarixdə avtomobilə 99KP346 qeydiyyat nişanı verilmiş, həmin gün avtomobili Elnarə adlı qadına satmaq üçün etibarnamə əsasında vermişdir. Bununla avtomobil Elnarənin hesabına keçmişdir. Təxminən 1 il 6 aydan sonra Elnarəyə baş eitbarnamə vermiş, Elnarə də avtomobili başqa şəxsə satmışdır. O avtomobili BDYPİ-də baxışdan keçirmiş, heç bir pozuntu aşkar olunmamışdır. X1 izahatında avtomobili icarəsə əsasında Cavabdeh3 aldığını, yolnəqliyyat hadisəsi olduqdan sonra isə avotomobili adını xatırlamadığı şəxsə 8500 manata satdığını və həmin şəxsi avtomobilə görə qeydiyyat şəhadətnaməsi almaq üçün Cavabdeh3 yöləntdiyini qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh2 avtomobilin ona məxsus olduğunu, məhkəmə mübahisələri davam etdiyi üçün avtomobili öz adına rəsmiləşdirə bilmədiyini, avotomobilin müxtəlif şəxslərə satıldığını, ban nömrəsinin dəyişdiyini, hazırkı ban nömrəli avtomobil iddiaçının mülkiyyətində olsa da, maşının hazırda onda olduğunu, lakin sənədləşmə işlərinə görə avtomobilindən istifadə edə bilmədiyini qeyd etmişdir. Belə ki, Baş X31i İdarəsinin xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi çıxarışı ilə müəyyən edilir ki, “Hyundai Elantra” markalı 99EL132 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən Cavabdeh3 mülkiyyətinə keçmiş, sonra onun tərəfindən Cavabdeh4 avtomobilə dair sadə etibarnamə verilmiş, xx.xx.2016-ci il tarixdə isə Cavabdeh5 avtomobilə dair xx.xx.2017-ci il tarixinədək baş etibarnamə verilmişdir. xx.xx.2017-ci ildə isə avtomobil üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Cavabdeh5 avtomobilə sərəncam verilməsi ilə bağlı etibarnamə almış, sonra isə avtomobil iddiaçıya satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı avtomobil üzrə ödədiyi vəsaiti geri almaq hüququ yaradır. Hazırda iddiaçı avtomobili 14400 manata aldığını qeyd etmiş, tərəflər arasında rəsmi alqı-satqı müqaviləsi olmadığından iddiaçı tərəf məhkəmə sübut kimi şahid ifadəsini təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid avtomobili Cavabdeh5 14400-14500 manat almışdır. Məhkəmə iclasında Cavabdeh5 şahid kimi dindirilmiş şəxsi tanımadığını, sözügedən avtomobilə dair heç bir məlumatının olmadığını qeyd etsə də, göstərilənlər iş materialları ilə təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda nəqliyyat vasitəsində qüsurun törədilməsində təqsirli şəxs müəyyən edilməsə də, iş üzrə qanuni qüvvəyə minmiş qətnamələri ilə Əliyar Cavadovun və Elşad Qarayevin avtomobil üzrə ödədikləri pulun alınmasının qət edilməsi, həmçinin məhkəmənin yuxarıda gəldiyi nəticəyə əsasən iddiaçının avtomobil üzrə cavabdehə ödədiyi pulun geri alınmasınında haqlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiası 14000 manat pulun Cavabdeh5 tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “1000 manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh1 18000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, digər iddia üzrə Cavabdeh1 iddiası qismən təmin edilməli, Cavabdeh5 14400 manat məbləğində pul tutularaq Cavabdeh1 ödənilməli, digər iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edilməsi üçün ümumilikdə 149 manat manat və iddiaçı Cavabdeh1 tərəfindən isə 149 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 149 manat dövlət rüsumunun 11,67 manatı iddiaçıya, 137,33 manatı Cavabdeh1 aid edilməlidir. Həmçinin Cavabdeh1 tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 149 manat dövlət rüsumunun 39,13 manatı iddiaçıya, 109,87 manatı Cavabdeh5 aid edilməlidir. MPM-in 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırda iddiaçı Cavabdeh1 “məhkəmədə hüquqlarını müdafiə etmək məqsədilə vəkillə ödədiyi 220 manatın ona verilməsi”ni xahiş etsə də, hüquqi yardım üçün edilmiş ödənişə və hüquqi yardım göstərilməsinə dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, çəkildiyi iddia edilən hüquqi yardım üçün göstərilən xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 18000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,33 manat pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 11,67 manatı İddiaçı aid edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Digər iddia üzrə Cavabdeh1 iddiası qismən təmin edilsin. Cavabdeh5 14400 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 109,87 manat pul tutularaq Cavabdeh1 ödənilsin. Məhkəmə xərclərinə aid olan digər iddia üzrə ödənilmiş dövlət rüsumunun 39,13 manatı iddiaçı Cavabdeh1 aid edilsin. Digər iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1214/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1214/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver