Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-124/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X8 və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun alınıb X5 ödənilməsi və ödəmə gününə məzənnə ilə 6417 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə elelktron kabinet vasitəsilə ərizə verərək iddiada X4 cavabdehdən 5000 manat məbləğində pulun alınıb X5 ödənilməsi barədə iddiasının baxılmamış saxlanmasını və yekun olaraq cavabdehdən ödəmə gününə Azərbaycan manatı ilə Mərkəzi Bankın məzənnəsi ilə 6417 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh əsas borc 7391,94 ABŞ dolları və əldən çıxmış mənfəət illik 10% hesablanmaqla 1 il 9 ay üçün 1250,09 ABŞ dolları, cəmi 8682,03 ABŞ dolları alınıb ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qohumudur, X4 qızı X9 həyat yoldaşıdır. Belə ki, Cavabdeh ilə X14 20 dekabr 2019-cu ildə nikaha daxil olmuşlar. Abaszadə X2 qızı, İddiaçı bacısı qızıdır. X21 nikaha daxil olduqdan sonra cavabdeh borc almaq üçün müraciət etdi. Onun kredit kartı və digər bank kredit borcu var idi. Qohumluq münasibətlərini nəzərə alaraq onlar onun xahişi ilə, X3 Rəşada 5000 manat, İddiaçı isə 12000 ABŞ dolları borc verdilər. Qeyd edir ki, cavabdehlə X14 arasında nikahın pozulması barədə məhkəmə çəkişməsində (iş e-2(004)-2844/2022 Yasamal məhkəməsi) Cavabdeh bu borcları etiraf etmişdir. Lakin bu günə qədər cavabdeh 5000 manatı heç ödəməmiş, digər borcla bağlı ödəmələr etsə də Zümrüdlə münasibətlərinin pozulduğunu bəhanə gətirərək ödəmələri dayandırmışdır. Beləliklə, o, faktiki olaraq öhdəliklərini yerinə yetirməkdən yayınır. Bundan başqa qeyd edir ki, cavabdeh məhz həmin məbləğlərlə bağlı qarşılıqlı iddia vermişdir. Bu işlərin birgə baxılması perspektivini nəzərə alaraq iddianı cavabdehin faktiki yaşadığı və cavabdehlə Zümrüd Abaszadə arasında mülkiyyət mübahisəsi olan Yasamal məhkəməsinə verirlər. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh bacısının kürəkənidir. 12000 ABŞ dolları kredit götürmüşdür. Onun depoziti var idi deyə Rəşada lazım olan krediti onun adına götürmüşdür. Cavabdeh 8 ay krediti ödəsə də sonralar ödəmədi banka olan borc onun depozit hesabından tutuldu. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Həmin borc məbləğinin 6417 ABŞ dollarının ½ hissədə tutulmasına razıdır. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2844/2022 saylı, xx.xx.2022-ci il tarixli əlavə qətnaməsinin surətindən görünür ki, cavabdehin iddiaçıya qarşı “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə görə tərəflərin birgə nikahı dövründə ödənilmiş 32424 manat pul vəsaitinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin pay hüquqlarının müəyyən edilməsi”nə dair qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə görə tərəflərin birgə nikahı dövründə ödənilmiş 32.424 manat pul vəsaitinin 1/3 hissəsinə X6, 2/3 hissəsinə Cavabdeh pay hüquqları müəyyən edilməsi qət edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2844/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia qismən təmin edilmiş, Cavabdeh ilə X14 arasında 20 dekabr 2019-cu il tarixdə 3 saylı Bakı “Asan xidmət” X11 7231 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X6 yanında qalması, xx.xx.2020-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 aprel 2022-ci il tarixdən başlayaraq hər ay Cavabdeh əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq X10 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikasının MPM-in 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə iddiaçı X6 1/3 pay hüququ, Cavabdeh 2/3 pay hüququ müəyyən edilməsi, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh və X6 birgə nikah dövründə "xxxx" MMC-yə kəsr qalmış 32424 manat məbləğində borcu ödəmək üçün İddiaçı tərəflərin aldıqları və bu günə kimi qaytarılmayan 6417 ABŞ dolları borcu tərəflərin birgə nikahı dövründə yaranmış ümumi borc öhdəlikləri hesab edilməsi, 6417 ABŞ dolları borc öhdəliyinin 1/3 hissəsinə iddiaçı X6, 2/3 hissəsinə Cavabdeh payı müəyyən edilməsi, 6417 ABŞ dolları borc öhdəliyinin X13 tərəfindən 1961 ABŞ dolları məbləğinin, Cavabdeh tərəfindən 683 ABŞ dolları məbləğinin ödənilməsi nəzərə alınması qət edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2844/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X14 20 dekabr 2019-cu ildə nikaha daxil olmuşlar. Onların arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. - Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2229/2023 saylı qərarının surətindən görünür ki, “Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) 2(103)-1139/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(004)-2844/2022 saylı qətnaməsi və xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə iddiaçı X6 1/5 pay hüququ, Cavabdeh 4/5 pay hüququ müəyyən edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə görə tərəflərin birgə nikahı dövründə ödənilmiş 32424 manat pul vəsaitinin 1/2 hissəsinə X6, 1/2 hissəsinə Cavabdeh pay hüquqları müəyyən edilərək, Cavabdeh və X6 birgə nikah dövründə "xxxx" MMC-yə kəsr qalmış 32424 manat məbləğində borcu ödəmək üçün İddiaçı tərəflərin aldıqları və bu günə kimi qaytarılmayan 6417 ABŞ dolları borc öhdəliyinin 1/2 hissəsinə iddiaçı X6, 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır”. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(004)- 2844/2022 saylı qətnaməsi və xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə iddiaçı X6 1/5 pay hüququ, Cavabdeh 4/5 pay hüququ müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə görə tərəflərin birgə nikahı dövründə ödənilmiş 32424 manat pul vəsaitinin 1/2 hissəsinə X6, 1/2 hissəsinə Cavabdeh pay hüquqları müəyyən edilməsi, Cavabdeh və X6 birgə nikah dövründə "xxxx" MMC-yə kəsr qalmış 32424 manat məbləğində borcu ödəmək üçün İddiaçı tərəflərin aldıqları və bu günə kimi qaytarılmayan 6417 ABŞ dolları borcu öhdəliyinin 1/2 hissəsinə iddiaçı X6, 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, “"xxxx" ASC-nin məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2021-ci il tarixli DKM/**********78421 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 8054,94 ABŞ dolları əsas borc qalığı, 18,79 ABŞ dolları faiz borc qalığı təşkil etmiş, cərimə qalığı isə mövcud olmamışdır. xx.xx.2022-ci il tarixinə İddiaçı müqavilə üzrə borc öhdəliyi (əsas, faiz, cərimə mövcud deyil) İddiaçı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənişləri həyata keçirilmişdir. 8054,94 ABŞ dolları əsas borc qalığı, 18,79 ABŞ dolları faiz borc qalığı üzrə X13 tərəfindən 1961 ABŞ dolları, Cavabdeh tərəfindən 683 ABŞ dolları, qalan borc isə İddiaçı tərəfindən ödənilmişdir”. - Ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli DKM/**********78421 saylı kredit müqaviləsi üzrə 12000 ABŞ dolları əsas, 280.26 ABŞ dolları faiz borcu vardır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 140 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" ASC-dən 12000 ABŞ dolları məbləğində kredit götürmüş və cavabdehə vermişdir. Qeyd olunan kreditin bir qismini Cavabdeh ödəmiş daha sonra ödəniş etməmişdir. İddiaçı "xxxx" ASC-də depozit hesabı olduğundan bank qalan borcu həmin hesabdan çıxmışdır. İddiaçının bacısı qızı və Cavabdeh 20 dekabr 2019-cu ildə nikaha daxil olmuşlar. Onların arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Qeyd olunan borcu birgə nikah dövründə götürmüşlər. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2229/2023 saylı qərarının surətindən görünür ki, “Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1139/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(004)-2844/2022 saylı qətnaməsi və xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə iddiaçı X6 1/5 pay hüququ, Cavabdeh 4/5 pay hüququ müəyyən edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, 1497 saylı mənzilə görə tərəflərin birgə nikahı dövründə ödənilmiş 32.424 manat pul vəsaitinin 1/2 hissəsinə X6, 1/2 hissəsinə Cavabdeh pay hüquqları müəyyən edilərək, Cavabdeh və X6 birgə nikah dövründə "xxxx" MMC-yə kəsr qalmış 32.424 manat məbləğində borcu ödəmək üçün İddiaçı tərəflərin aldıqları və bu günə kimi qaytarılmayan 6417 ABŞ dolları borc öhdəliyinin 1/2 hissəsinə iddiaçı X6, 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır”. Hazırda iddiaçı Cavabdeh əsas borc 7391,94 ABŞ dolları və əldən çıxmış mənfəət illik 10% hesablanmaqla 1 il 9 ay üçün 1250,09 ABŞ dolları, cəmi 8682,03 ABŞ dolları alınıb ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh əsas borc 7391,94 ABŞ dolları alınıb iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən də göründüyü kimi 6417 ABŞ dolları borcun öhdəliyinin 1/2 hissəsinə iddiaçı X6, 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Odur ki, 6417 ABŞ dolları məbləğində pul ümumi birgə nikah dövründə əldə edilmiş vəsait hesab olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 6417 ABŞ dolları məbləğində əsas borcun ½ hissəsi 3208.50 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddia tələbinin “əldən çıxmış mənfəət illik 10% hesablanmaqla 1 il 9 ay üçün 1250,09 ABŞ dolları məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, qeyd olunan plenum qərarından görünür ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, belə olan halda qanunvericilik kreditora borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçıya kreditin faiz dərəcəsi 3% olmaqla verilmişdir. Göründüyü kimi qeyd olunan borc həm əsas həm də faiz borcu hesablanmaqla aylıq ödəniş edilmişdir. Bank isə qalan borcu iddiaçının depozit hesabından faizlərlə birlikdə silmişdir. Bu səbəbdən bank iddiaçıdan əlavə pul tutmamışdır və iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış dəbbə pulunu tələb etməkdə haqlı deyildir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6417 ABŞ dolları məbləğində pulun ½ hissəsi 3208.50 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6417 ABŞ dolları məbləğində pulun ½ hissəsi 3208.50 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-124/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-124/2023
15.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver