Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1262/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi İddiaçı vəkili və nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə və xx.xx.2025-ci il tarixli ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada nigaha daxil olub ailə qurmuşlar. Birgə nikahdan əkiz övladları X5 və X2 24 iyun 2020-ci il tarixdə anadan olmuşlar. N.N. Verbitskiy ilə xarakterləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuşdur. Artıq xeyli müddətdir ki, bir yerdə yaşamır, faktiki ayrılmışlar. Odur ki, onunla nikahın pozulması barədə qəti qərar qəbul etmişdir. Cavabdeh ilə Bakı 8 saylı Mediasiya təşkilatında nihahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən olunması, aliment ödənilməsi, uşaqla ünsiyyət və əmlakla bağlı qarşılıqlı razılığa gəlmişlər və barışıq sazişi imzalamışlar. Mediasiya təşkilatının sesiyasında iştirak edən Cavabdeh nigahın pozulması, əmlakın, qaytarılması, uşaqların ananın himayəsində saxlanması və övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 01 dekabr 2024cü il tarixdən başlayaraq hər ayın 1-dən 10-dək, hər birinə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı 21 noyabr 2024-cü il tarixdə Bakı 08 saylı X3 Sazişi imzalamışlar. Lakin Cavabdeh Barışıq Sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsin şərtini yerinə yetirməkdən imtina edir. Odur ki, Mülki Prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq maraqlı şəxslə onun arasında bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili və nümayəndəsi X8 ərizənin dəlillərini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh barışıq sazişinin aliment hissəsində təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) Bu sazişi imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Cavabdeh ilə Bakı şəhəri 5 saylı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 3692 nömrə qeydi bağlanan nikahın pozulmasına razıdır. 2) Cavabdeh İddiaçı ilə birgə nikahdan dünyaya gələn övladları birgə nikahdan dünyaya gələn övladları xx.xx.2024-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmalarına razıdır. 3) İddiaçı Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: (həyat yoldaşı) Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2024-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf Cavabdeh ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. 4) İddiaçı Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: (həyat yoldaşı) Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2024-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X2 ilə xx.xx.2024-cü il tarixdən etibarən hər ay 4 (dörd) dəfə olmaqla həftədə 1 (bir) dəfə 2 (iki) saat olmaqla (ananın iştirakı ilə) İkinci tərəf atası Cavabdeh ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür.5) İddiaçı İkinci tərəf: Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ona Birinci tərəfə məxsus olan qızıl-zinət əşyalarını: 2 (iki) cüt qızıl sırğa, 2 (iki) ədəd ərəb qızılı üzüyü, 2 (iki) ədəd türk qızılı üzüyü, 1 (bir) ədəd qızıl kulon, 1 (bir) ədəd qızıl boyunbağı, 1 (bir) ədəd bilərzik, 1 (bir) ədəd qızıl nişan üzüyü və 1 (bir) ədəd qızıl toy üzüyü Bu saziş bağlandığı gündən xx.xx.2024-cü il tarixinədək İkinci tərəf: Cavabdeh ona təqdim edəcəyinə (qaytaracağına) dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02506 saylı barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı (Saziş üzrə Birinci Tərəf) ilə Cavabdeh (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02506 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “İkinci tərəf: Cavabdeh Bu Sazişi imzalandıqdan sonra birinci tərəf: (həyat yoldaşı) İddiaçı ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2024-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğinin birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyinə dair öhdəlik götürür.”. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1262/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1262/2025
12.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver