Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-131/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təxminən 10 ildir ki, tanıyır və ailəvi tanışdırlar. 2018-ci ilin iyun ayında cavabdeh ona şərikli taksi fəaliyyəti ilə məşğul olmağı təklif edib. Belə ki, onun pulu ilə maşın alınmalı, cavabdeh isə maşını taksi kimi istifadə etməklə hər gün ona 30 manat pul verməli idi. Beləliklə, 16 iyun 2018-ci il tarixdə cavabdeh maşın almaq üçün ondan 7500 manat pul alıb. Cavabdeh bir müddət sonra maşını alıb (dediyinə görə). 11 oktyabr 2018-ci il tarixdə cavabdeh özünün borcunu qaytarmaq üçün ondan 3000 manat əlavə olaraq pul alıb. Lakin bu müddət ərzində Kənan maşının xarab olmasını (dediyinə görə) bəhanə edərək ondan əvvəldən razılaşdıqları kimi gündəlik 30 manat pulu verməyib. 12 avqust 2019-cu il tarixdə cavabdeh ona 2-ci maşını almağı təklif edib, əgər 5000 manat verərsə lizinq vasitəsi ilə “Kia Centra” markalı avtomobil alacağını bildirib. Buna görə də, o, 5000 manatı cavabdehə verib. O, cavabdehdən pul istədikdə maşının xarab olduğunu və pulların maşına xərcləndiyini bildirib. O, 13 fevral 2020-ci il tarixdə cavabdehin taksi fəaliyyəti üçün öz adına kreditlə telefon götürərək cavabdehə verib. Cavadeh krediti özü ödəməyi öhdəsinə götürüb. Kredit 18 ay ərzində ödənilməli idi. İlk 2 ay cavabdeh tərəfindən, qalan aylar isə onun tərəfindən ödənilib. O, 2 ay 45 manat, 2 ay 50 manat, 12 ay 41 manat, cəmi 682 manat ödəyib. Cavabdeh ondan 2019-cu ilin may ayında 1414 manat borc alıb. Cavabdeh 05 mart 2021ci il tarixdə isə taksi fəaliyyətinə başlamaq üçün 400 manat depozit pulu lazım olduğunu bildirərək həmin vəsaiti ondan alıb. O, 2021-ci ilin noyabrından başlayaraq Kənanın onu aldatdığını düşünərək verdiyi pulları geri tələb etməyə başlayıb (Whatsapp yazışmasında sübut olunur). Qeyd etdiyi pul vəsaitlərinin onun tərəfindən cavabdehə verilməsi SMS yazışmaları və səs yazışmaları ilə sübuta yetirilir. Belə ki, onun istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə cavabdehin istifadəsində olan 055 *** ** ** mobil nömrə ilə SMS yazışmaları mövcuddur. Səs yazısının 17-ci dəqiqəsində cavabdeh 5500 manat və 5000 manat borcu olduğunu bildirir, o isə buna etiraz edərək Kənanın ondan 5500 manat yox, 7500 manat aldığını bildirir, Kənan cavabında “olsun 12000 manat” bildirir. Səs yazışmasında cavabdehin borcu tam şəkildə etiraf etməməsi qeyri- səmimi qəbul edilməlidir. Çünki Whatsapp yazışmasında 1414 manat borcunun olmasını qəbul edib (səs yazışı hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir). Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən 2023-cü il may və iyun aylarında 400 manat pul ödənilib. Ümumilikdə cavabdeh ondan 7500 manat, 5000 manat, 3000 manat, 1414 manat, 400 manat, 682 manat, cəmi 17996 manat pul alıb, cəmi 400 manat pul qaytarıb. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. O, 2021-ci ilin noyabr ayından cavabdehdən bütün pulların geri qaytarılmasını tələb edib. Beləliklə 17596 manat vəsaitin illik 5 faizi 2023-cü ilin iyun ayınadək (879,8x1.7) 1495 manat təşkil edir. Bildirir ki, pul şifahi borc müqaviləsinə əsasən verilib. Lakin Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa o, yazılı formada bağlanmalıdır. Hazırkı işdə borc verilən pulun məbləği 3000 manatdan çoxdur. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Bu səbəbdən də pul əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalı və öhdəliyin icrası təmin edilməlidir. Qeyd edilənlərə əsasən, 17596 (on yeddi min beş yüz doxsan altı) manat, həmin vəsaitin illik beş faizi 1495 (bir min doxsan beş) manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 148 (yüz qırx səkkiz) manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı tərəfindən göstərilənlərin bir hissəsi həqiqət, qalan hissəsi isə uydurma və boş cəfəngiyyatdan ibarətdir. Belə ki, həqiqətən iddiaçı ilə cavabdehin 10 ildən artıqdır ki, yaxın ailəvi münasibətləri yaranıb. İddiaçı cavabdehdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün borc pul lazım olduğunu və ilk öncə 2018-ci ilin iyun ayında 5000 manat, sonra isə ikinci dəfə taksi fəaliyyəti ilə məşğul olduğundan köhnəlmiş model olduğuna görə avtomobilinin dəyişərək yenisini almaq üçün 2019-cu ilin avqust ayında təkrarən 5000 manat ondan borc pul aldığını bildirir. İdianın qalan hissəsi isə həqiqəti əks etdirmir. İddiaçı ilə cavabdeh aralarında şifahi razılaşmaya əsasən borcun hissə-hissə minimum ayda 30 manat qaytarmaq şərti ilə və imkanı qədər borc bağlandıqda sonra da iddiaçının ona etdiyi yaxşılığa görə üstündə bir az artıq qədər ödənilməsi barədə öz aralarında razılaşıblar. Beləliklə də, 2018-ci ilin iyun ayından başlayaraq 2021-ci ilin sonlarınadək hissə-hissə olmaqla borcu və cavabdehin söz verdiyi artıqlamasını qaytarıb. 2021-ci il üçün ödənilmiş qəbzlərin şəkilləri telefonu vasitəsi ilə qeydə alınaraq mobil telefonun yaddaşında qaldığı üçün məhkəməyə həmin sübutları təqdim edirlər. Təkcə 2021-ci il üçün ödədiyi pullar 6693 manat təşkil edir. 04 may 2020-ci il tarixində cavabdeh ikinci aldığı “DAEWOO SENTRA” avtomobili ilə ağır yol qəzası keçirtdiyinə görə və hadisə yerində telefonu və başqa əşyaları itirildiyinə görə 2018-2020ci illər dövründə ödədiyi və qeydə aldığı ödəniş qəbzləri onda olmadığı üçün məhkəməyə təqdim edə bilmir. Lakin hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı ödənilmiş pul məbləğləri ona məxsus son 8 rəqəmi 10738379 nömrələri ilə sonlanan bank kartının məxsus olduğu Bankdan çıxarışlar tələb edilsə məlum olacaq ki, cavabdeh iddiaçıya 10000 manat götürdüyü borcun müqabilində iddiaçının tələb etdiyi faiz qismində pul vəsaitindən çox məbləğ ona qaytarıb. Hesab edir ki, bu məbləğ təxminən 15000-17000 manat təşkil edib. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləğləri əsassızdır və qanunsuzdur. Bundan başqa, dəfələrlə iddiaçıya nağd şəkildə əlbəəl 200, 500, 100 manat məbləğində pullar ödənilib. İddiaçı keçirtdiyi ağır yol qəzasının cavabdehə törətmiş olduğu fəsadları, cavabdehin hadisə zamanı ağır xəsarətlər aldığını, Lizinq şirkətinin cavabdehdən yararsız vəziyyətə düşən avtonəqliyyat vasitəsinə görə 12000 manat tələb etdiyini bilərək ona qaytardığı artıq pul məbləğlərindən qane olmayaraq artıq məbləğdə cavabdehdən sələm tələb edir. Onu da qeyd edir ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, şəhid oğludur, atası Qarabağ müharibəsində həlak olub. Cavabdeh iddiaçının zənglərindən heç bir vaxt yayınmır, iddiaçı cavabdehdən artıq pul məbləğləri tələb edəndə də cavabdeh ola bilər ki, məcazi mənada əsəbləşərək dəqiq xatırlamadığı sözlər demişdir: “olsun səndən aldığım pul 12000 manat, yəni məndən tələb etdiyin bu yüksək məbləğ nəyə görədir? Aldığım 10000 manatı isə yuxarıda qeyd etdiyim kimi artıqlaması ilə qaytarmışam. Nəyə görə məndən artıq məbləğdə pul vəsaiti tələb edirsən? Faizin faizindən də artıq ödəmişəm”. Onun iddiaçıya hər hansı bir məbləğdə borcu qalmayıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı və onun nümayəndəsi iddianın maddi hüquqi əsası kimi iddia ərizəsində əsassız varlanma ilə bağlı hüquq normalarına istinad edib. İşin faktiki hallarından da göründüyü kimi iddaçı 2018-2019-cu illərdə cavabdehə pul vəsaiti verib. Eyni zamanda da iddia ərizəsində iddiaçı cavabdeh Kənan Sadıxlı tərəfindən 2021-ci ilin noyabr ayında aldanıldığını bildirsə də, buna baxmayaraq iddia ərizəsinin başlanğıc giriş hissəsində də bildirir ki, 2018-2019-cu illərdə götürdüyü və vəd etdiyi pulları qaytara bilməyib. İddiaçının bildirdiyinə görə hüququnun pozulduğunu 2019-cu ildə o, artıq bilib. Lakin buna baxmayaraq o, məhkəməyə iddia ərizəsi ilə 20 iyun 2023-cü il tarixdə müraciət edib. Belə olan halda, iddiaçı iddia müddətini də ötürüb. Ona görə də, hazırki mübahisəyə dair iddia müddəti tədbiq edilməlidir. Hazırki ərizəni verməklə hesab edir ki, mövcud iddia tələbi üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Qanunda göstərildiyi kimi müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 (üç) ildir. İddianın hüquqi əsası əsassız varlanma ilə bağlıdır. Qeyd edilənlərə əsasən iddia qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onların ailəvi tanışı, dayısının dostu olub, dayısının evində aylarla yaşayıb. Bu səbəbdən də o, cavabdehə inanıb. Cavabdehə pul verməkdə məqsədi birlikdə qazanc əldə etmək olub. Telefon onun oğlunun adına alınıb, amma ödənişlər iki ay istisna olmaqla, qalan 16 ayın ödənişi onun tərəfindən edilib. Ödəniş qəbzlərini məhkəmə təqdim edir. Axırıncı dəfə cavabdehə 2021-ci ildə 400 manat depozit üçün pul verib. Borcun verilməsini ancaq yazışmalar və səs yazılıları ilə təsdiq edə bilir, başqa sübutu yoxdur. Cavabdeh ona əlbəəl verilmiş borc puldan heç bir ödəniş etməyib. Cavabdehin etidiyi ödənişlər isə razılaşmalarına uyğun olaraq, taksi fəaliyyəti ilə əldə etdiyi gəlirinin bir hissəsi idi. O, cavabdehə pulu uzun müddətə hissə-hissə qaytarması üçün verməyib, onun özü də gəlir əldə etmək istədiyi üçün cavabdehə pul verib. Cavabdehin onun kartına atdığı pullar isə şərikli fəaliyyətləri üzrə ona ödədiyi pullar idi. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur və razılaşmalarına uyğun olaraq gəlirin bir hissəsini ona verirdi. Cavabdehin maddi vəziyyəti yaxşı deyildi. Həmçinin, onun da pula ehtiyacı var idi. Onlar birlikdə ya playstation yeri açmağı, ya da taksi fəaliyyəti ilə məşğul olmağı düşündülər. Taksi fəaliyyəti zamanı cavabdehin günlük gəliri 90-120 manat olacaqdı, razılaşmaya əsasən cavabdeh gəlirinin 30 manatını ona ödəməli idi. Karta köçürülən məbləğlər borc üzrə edilmiş ödənişlər deyil. Cavabdehin yol-nəqliyyat hadisəsi nəticəsində yaralandığını bilirdi. Lakin cavabdehlə razılaşmalarına əsasən cavabdeh nə olur-olsun borcu ona qaytaracaqdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Çünki tərəflər arasındakı razılaşmada borcun qaytarılması ilə bağlı müddət nəzərdə tutulmamışdır. Səs yazısında cavabdeh maşınlara görə 5000 manat və 5500 manat borcu olduğunu etiraf edir, bundan sonra isə iddiaçı ona etiraz edərək, 5000 manat və 7500 manat borcunun olduğunu deyir, cavabdehsə cavabında “olsun yuvarlaq 12000 manat” deyir. 1414 manatla bağlı qeydlər səs yazısında və yazışmalarda da var. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, o, iddiaçıdan 2018-ci ildə maşın üçün 5000 manat və 2019-cu ildə ikinci maşın üçün 5500 manat olmaqla, ümumilikdə 10500 manat pul götürüb. O, iddiaçı tərəfindən alınan telefonu götürüb. Dost dostunun adına telefon götürə bilər. Telefonun öz dəyəri 400-500 manat olar, kreditlə 500-600 manat olar. Telefon iddiaçının oğlunun adına alınıb, ilk iki ayının ödənişini edib, sonra isə qəza olduğundan ödənişi edə bilməyib. O, cavabdehdən 10500 manat pul götürüb. O, əlbəəl iddiaçıya ödənişlər edib. O, iddiaçıdan pulu borc kimi alıb. İddiaçı deyir ki, onunla şərikli fəaliyyət göstəriblər, yəni iddiaçı maşın almalı, o, isə maşını idarə etməli idi. Belə olan halda, iddiaçı xeyirə şərik olursa, şərə şərik olmurmu? O, iddiaçıdan 10500 manatdan artıq vəsait götürüb, pulu iş görmək üçün borc kimi götürüb. İddiaçı ona borcu günə 30 manat ödəniş etməyi müqabilində verdiyini deyib. Heç kim heç kimə elə belə pul verməz. İddaçının ona neçə faizlə borc verdiyini bilmir, borcun nə vaxta qaytarmağı barədə razılıq olmayıb. İddiaçının nümayəndəsi və vəkilinin səsləndirdiyi 93 sonlu nömrə ona aiddir. Yazışmalarda “1414 manat qalıb” yazılıb, 1414 manat pul götürdüyünü yazmayıb. 21174 manatla bağlı qeydi onun kimdənsə aldığı pul deyil, avtomobilin lizinq üzrə qiymətidir. O, iddiaçıya gündəlik pul verirdi, yazışmalarda “gününüz dala düşməsin” yazmasının səbəbi gündəlik ödənişləri gecikməsin deyə yazıb. “Xeyirli olsun maşınımız” ifadəsinin səbəbi iddiaçı ilə qohumdan da yaxın olması ilə əlaqədar idi. Nizami Rayon Məhkəməsinin qərarına əsasən o, 11000 manatdan çox ödənişi ağ rəngli maşına görə etməlidir. Əgər şərikli fəaliyyət göstəriblərsə, iddiaçı həmin pulun yarısını ödəsin. O, iddiaçıdan 5000 manat və 5500 manat olmaqla, ümumilikdə 10500 manat pul və bir də telefon götürüb, başqa pul götürməyib. Telefonun pulu üzrə iddiaçının etdiyi ödənişlərin hamısını ona ödəyib. O, həm əlbəəl, həm də karta ödəniş etməklə pulu qaytarıb. 2018-ci ildə kartdan istifadə etmədiyi üçün pulu əlbəəl ödəyib. Səs yazısında 12000 ifadəsini deməsinin səbəbi, 10000 manatı aldığını deyən adamın 2000 manatdan yayınmaması ilə bağlıdır. İddia tələbində 17000 manat borcu olduğu qeyd edilir, amma 17000 manata dair heç bir sübut təqdim edilməyib. Səs yazısında telefonun ödənişlərinin qaytardığını deyib, iddiaçı isə heç bir münasibət bildirməyərək, etiraz etməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, cavabdeh iddiaçıdan 10500 manat məbləğində pul götürüb və ümumiliklə 17000 manatdan artıq pul qaytarıb. Edilmiş ödənişlərə dair, həmçinin iddiaçı tərəfindən tərtib edilmiş qəbzin surəti məhkəməyə təqdim edilib. Səs yazısında cavabdeh “olsun yuvarlaq 12000 manat” deyib. O, 12000 pul götürdüyünü qeyd etmir. 400 manat depozit pulu 12000 manata daxildir. Cavabdeh ödənişlər edib. Cavabdeh 10500 manat borcunun olduğunu etiraf edir. Hazırda iş üzrə əsassız varlanma ilə bağlı iddia müddəti ötürülüb. İş üzrə iddia müddətinin tətbiqini barədə ərizə nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 524375****8379 nömrəli kart hesabına 200 manat pul göndərmişdir. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh 524375****8379 nömrəli kart hesabına 200 manat pul göndərmişdir. -Məhkəməyə bir ədəd CD disk və “Whatsapp” yazışmaları təqdim edilmişdir. -"xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı məxsus **1073 8379 nömrəli kart xx.xx.2020-ci il tarixində rəsmiləşdirilmiş, həmin kart üzrə bank əməliyyatlarının həyata keçirilməsinə xx.xx.2020-ci il tarixindən başlanılmışdır. -"xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, məhkəmə qərarında qeyd edilmiş İddiaçı (F1N: xxxxxxx) məxsus 5243 **** **** 8453 nömrəli kart üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılmış əməliyyatlar barədə məlumatları disk daşıyıcıda təqdim edilir. -Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10079 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzlərinə (i.v-90-173) əsasən X3 məxsus son 8 rəqəmi “10738379” olan kart hesabına elektron ödəniş sistemləri (eManat, Milliön) vasitəsilə köçürülən pul məbləğləri ümumilikdə 6076 AZN məbləğində müəyyən edilir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 148 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 2018-2021-ci il tarixlərdə aralarında olan güvənli münasibətlərə inanaraq ümumilikdə 17996 manat borc pul verdiyini, cavabdeh tərəfindən isə borcundan ancaq 400 manat ödəniş edildiyini qeyd edərək, hazırda 17596 manat pulu və həmin vəsaitin illik beş faizi 1495 (bir min doxsan beş) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Tərəflər arasında yazılı borc müqaviləsi olmadığından iddiaçı əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehə verdiyi vəsaiti geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırda iddiaçı cavabdehə vermiş olduğu pulları aşağıdakı kimi təsnifləşdirir: xx.xx.2018-ci il də maşın almaq üçün 7500 manat; xx.xx.2018-ci ildə 3000 manat; xx.xx.2019-cu ildə ikinci maşın üçün 5000 manat; xx.xx.2020-ci il tarixdə telefon alaraq cavabdehə verib, iki ay, hər ay 41 manat olmaqla cavabdeh özü ödəniş edib, qalan 682 manatı isə iddiaçı özü ödəniş edib, hazırda həmin 682 manatı tələb edir; 2019-cu ilin may ayında 1414 manat: xx.xx.2021-ci ildə 400 manat, ümumilikdlə 17996 manat. Cavabdeh tərəf isə məhkəməyə təqdim etdiyi yazılı etirazında iddiaçıdan maşınlar üçün 5000 manat və 5000 manat olmaqla, ümumilikdə 10000 manat pul götürüldüyünü və iddiaçıya təxminən 15000-17000 manat məbləğində pul qaytarıldığını qeyd edib. Məhkəmə iclasında izahatında isə iddiaçıdan 5000 manat və 5500 manat olmaqla, cəmi 10500 manat pul götürdüyünü və həmin pulu qaytardığını, iddiaçının oğlunun adına alınmış telefonun onun istifadəsində olduğunu və telefon üzrə iddiaçı tərəfindən edilmiş ödənişlərin ona qaytarıldığını, səs yazısındakı “olsun yuvarlaq 12000 manat” sözlərini deməklə iddiaçıya 12000 manat borcu olduğu nəzərdə tutmadığını, lakin borcu yuvarlaqlaşdırdığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı cavabdehə verilmiş pul vəsaitilərinin məbləği barədə məhkəməyə hər hansı yazılığı sübut təqdim etməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10.10-cu maddəsinə əsasən, şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 95.1-ci maddəsinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə iclasında iddiaçı ilə cavabdeh arasında telefon danışıqlarının əks olunduğu səs yazılarının qeyd olunduğu bir ədəd disk təqdim olunmuşdur. Səs yazısı məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilib. Cavabdeh səs yazısında iddiaçı ilə onun söhbətinin qeyd olunduğu qəbul etmişdir. Səs yazısında iş üzrə əhəmiyyətli olan bir neçə hal əks olunub. Belə ki, səs yazısında cavabdeh iddiaçıya 5000 manat və 5500 manat borcunun olduğunu bildirir, iddiaçı isə cavabdehə etiraz edərək 5500 manat yox, 7500 manat olduğunu qeyd edir. Cavabdeh isə buna münasibətdə yuvarlaq olaraq 12000 manat olduğunu qeyd edir. Qeyd edilən məbləğlərin iddiaçının cavabdehə maşın almaq üçün verdiyi pullar olduğu aydın olur. Yuxarıda da göstərildiyi kimi, cavabdeh iddiaçından götürdüyü pulun məbləğini yazılı etirazında 10000 manat, məhkəmə vermiş olduğu izahatında isə 10500 manat kimi qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş səs yazısında isə borcunun 12000 manat olduğunu bildirir. Göründüyü kimi, məhkəməyə fərqli ifadələr təqdim olunub. Lakin məhkəmə tərəfindən səs yazısında 12000 manat borcun etirafı ilə bağlı cavabdehə ünvanlanmış suallar tam cavablandırılmayıb, borcun yuvarlaq 12000 manat göstərilməsinin səbəbi cavabdeh tərəfindən aydın izah olunmamışdır. Bu səbəbdən məhkəmə səs yazısında qeyd edilənləri cavabdehin etirafı kimi qəbul edərək, hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona 12000 manat pulun verildiyini etiraf edib. İddiaçı cavabdehə ümumilikdə 17996 manat pulu verdiyini qeyd etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmayıb. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 12000 manat pulun cavabdehə verilməsi hissəsində öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, cavabdeh maşınlar üçün iddiaçıdan götürdüyü puldan əlavə iddiaçının oğlunun adına alınmış telefonun onun istifadəsində olduğunu, telefonun aylıq ödənişlərinin iki ayının onun tərəfindən, qalan aylarının isə iddiaçı tərəfindən ödənildiyini, lakin həmin pulların iddiaçıya qaytarıldığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, məhkəməyə alğı-satqı müqaviləsi təqdim edilməsə də, məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, müqavilə üzrə ödəyici X2 olub. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının telefon üzrə edilmiş 682 manat ödənişlərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək subyektiv hüququ yoxdur. İş üzrə araşdırmalı olan bir digər hal isə cavabdeh tərəfindən iddiaçıya qaytarılan pulların məbləği olub. İddiaçı ərizəsində borc üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla, cəmi 400 manat ödəniş edildiyini, cavabdeh isə iddiaçıya 17000 manat yaxın pul qaytardığını və bunların bir hissəsini əlbəəl, qalan hissəsini isə iddiaçıya məxsus karta köçürmə etməklə qaytardığını qeyd edib. Cavabdeh tərəfindən iddiaçıya birbaşa (əlbəəl) verilmiş pullara dair məhkəmə heç bir sübut təqdim edilməyib. Məhkəmədə cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə və "xxxx" KB ASC tərəfindən məhkəməyə təqdim edilmiş məlumata əsasən məhkəməmühasibatlıq ekspertiza təyin edilib. xx.xx.2024-cü il tarixli 9/10079 saylı ekspert rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan ödəniş qəbzlərinə əsasən X3 məxsus son 8 rəqəmi “10738379” olan kart hesabına elektron ödəniş sistemləri (eManat, Milliön) vasitəsilə xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixinədək köçürən pul məbləğləri ümumilikdə 6076 AZN təşkil edir. Yəni cavabdeh tərəfindən iddiaçıya məxsus kart hesabına 6076 manat pul köçürüldüyü təsdiq olunur. Məhkəmə iclasında iddiaçı onun kart hesabına köçürülən məbləğlərin cavabdehlə aralarında olan razılaşmaya əsasən günlük ona ödənilməli olan pul olduğunu qeyd edib. Belə ki, iddiaçı cavabdehə ilkin olaraq maşın almaq üçün pul verdiyini, cavabdeh isə maşını aldıqdan sonra taksi fəaliyyəti göstərməklə əldə etdiyi gəlirin bir hissəsini üzərinə götürdüyünü iddia edir. Cavabdeh isə qeyd edilən hallarla bağlı fərqli fikirlər səsləndirib. İlkin olaraq cavabdeh iddiaçı ilə şərikli fəaliyyət göstərmədiyini, iddiaçı tərəfindən ona verilmiş pulları borc kimi verildiyini və borcu gündəlik ödənişlər etməklə qaytardığını, bundan başqa cavabdehin pulu ona günə 30 manat ödəniş etməyi müqabilində verdiyini, heç kimin elə belə borca pul vermədiyini, pulun faizə verildiyini, lakin neçə faizlə verdiliyini bilmədiyini qeyd edib. Məhkəmə iş materiallarını, tərəflər arasında olan səs yazılarını, cavabdeh tərəfindən iddiaçının kart hesabına köçürülmüş pulların gündəlik məbləğini nəzərə alaraq hesab edir ki, iddaçının cavabdehə pul verməkdə məqsədi gəlir əldə etmək olub. Cavabdeh iddiaçının ona verdiyi pulların müqabilində iki ədəd avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olub və əldə etdiyi gəlirdən gündəlik olaraq iddiaçıya ödənişlər edib. Bu səbəbdən məhkəmə iddiaçının kart hesabına köçürülən məbləği borc üzrə ödəniş olmadığını, tərəflərin razılaşmasına əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul olduğu qənaətinə gəlir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehdən götürdüyü 10500 manat pulun müqabilində 17000 manat pul qaytardığını qeyd edir. Belə olan halda, cavabdeh ancaq borc üzrə ödənişlər etməli idisə, onun borcdan daha artıq məbləğ olan 17000 manat qaytarması ilə bağlı verdiyi izahatı ağlabatan deyil və borcun faizsiz olması, şərikli fəaliyyətlə məşğul olmamaları ilə bağlı verdiyi izahatını təkzib edir. Bundan başqa, məhkəməyə təqdim edilmiş “Whatsapp” yazışmalarında cavabdeh iddiaçıya mesaj ünvanlayaraq “xeyirli olsun maşınımız” ifadəsini yazması, məhkəmə iclasında “xeyirimiz şərikli olursa, şərimiz şərikli olmurmu?” fikirlər səsləndirməsi məhkəmənin gəldiyi nəticəni təsdiqləyir. Qeyd edilənlərə əsasən məhkəmə ekspert rəyində müəyyən edilən məbləği cavabdeh tərəfindən tərəflərin şərikli fəaliyyəti, tərəflərin şifahi razılığına uyğun olaraq iddiaçıya ödənilmiş vəsait hesab edir. İş materiallarına əlavə edilmiş qəbzlərdən də görünür ki, cavabdeh borc üzrə 2023-cü ilin may və iyun aylarında cəmi 400 manat ödəniş edib. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 11600 manat (12000-400) pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır. Odur ki, iddia “17596 manat ödənilməsi” hissəsində qismən təmin edilməli, cavabdehdən 11600 manat alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “17596 manat vəsaitin illik beş faizi 1495 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırda iddiaçı 2021-ci ilin noyabr ayından cavabdehdən bütün pulların qaytarılmasını tələb etdiyindən 2023-cü ilin iyun ayınadək hesablanmaqla (897,8 x 1.7) 1495 manat pulun tutulmasını xahiş edib. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdehə verilmiş pul vəsaitinin nə vaxt qaytarılmalı olduğunu müəyyən etmək mümkün olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış fayda kimi faizlər tələb etsə də, əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməyib. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi “17596 manat vəsaitin illik beş faizi 1495 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi” ilə bağlı hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçı tərəfindən iddia müddətinin üzürsüz səbəbdən buraxıldığını qeyd edib. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Qərarda həmçinin göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. İş materialları ilə müəyyən edilib ki, iddiaçı 2018-2021-ci il tarixlərində cavabdehə pul verdiyini iddia edib. Tərəflərin hər iki pulun hansı tarixədək verildiyi ilə bağlı məhkəməyə məlumat təqdim etməyiblər. Cavabdeh tərəfindən isə borc üzrə sonuncu dəfə 2023-cü ilin may və iyun aylarında ödəniş edilib. Belə olan halda, hazırkı iş üzrə MM-in 1095-ci maddəsində göstərilən iki illik müddət tətbiq edilə bilməz. İddiaçı hazırkı iş üzrə iddia müddətini ötürməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 148 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 9/10079 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 148 manat dövlət rüsumunun 58 manatı iddiaçıya, 90 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 20 manatı İddiaçı, 30 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11600 manat məbləğində pul və ödənilmiş 90 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 58 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 30 manatı Cavabdeh və 20 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-131/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-131/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver