Məhkəmə qərarları › İş №e-2(007)-1975/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1975/2024

04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1975/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh cəlb olunmaqla, “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh cəlb olunmaqla, “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinin əməkdaşları tərəfindən Qarabağ iqtisadi rayonunda aparılan inventarlaşdırma işləri zamanı mülkiyyətçilərinin olmadığı müəyyən edilmiş, siyahısı xx.xx.2024-cü il tarixli Aktın 1 nömrəli əlavəsində qeyd edilmiş 101 ədəd nəqliyyat vasitələrinin sahibsiz hesab edilməsi və onların dövlət mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinin əməkdaşları tərəfindən Qarabağ iqtisadi rayonunda aparılan inventarlaşdırma işləri zamanı 101 ədəd müxtəlif markalı sahibsiz nəqliyyat vasitələri aşkar edilmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh əməkdaşının iştirakı ilə xx.xx.2024-cü il tarixli Akt (Akta əlavə edilmiş siyahıda həmin nəqliyyat vasitələrinin adları və digər məlumatlar göstərilmişdir.) tərtib edilmişdir. Qeyd edilən nəqliyyat vasitələrinin mülkiyyətçisi olmadığından, onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və onlardan səmərəli istifadə edilməsi məqsədilə həmin avtomobillər xx.xx.2024-cü il tarixli Akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsi tərəfindən təhvil alınmışdır. Aşkar edilmiş 101 ədəd müxtəlif markalı nəqliyyat vasitələrinin mülkiyyətçilərinin müəyyən edilməməsi, həmin avtomobillərin əvvəlki sahiblərinin onlardan imtina edərək onları atması qeyd edilən nəqliyyat vasitələrinə sahiblik etməyə başlamış dövlətin (onun adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) onların üzərində mülkiyyət hüququnun tanınması üçün əsasdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin təmin olunmasını xahiş etdi və onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin faktiki hallarından da göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinin əməkdaşları tərəfindən Qarabağ iqtisadi rayonunda aparılan inventarlaşdırma işləri zamanı 101 ədəd müxtəlif markalı sahibsiz nəqliyyat vasitələri aşkar edilmiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh əməkdaşının iştirakı ilə xx.xx.2024-cü il tarixli Akt (Akta əlavə edilmiş siyahıda həmin nəqliyyat vasitələrinin adları və digər məlumatlar göstərilmişdir.) tərtib edilmiş, onlar üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və onlardan səmərəli istifadə edilməsi məqsədilə həmin avtomobillər akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsi tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. 326.3-cü maddəsiə əsasən məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun: 8-ci maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi, daşınar əşyanın sahibsiz hesab edilməsi üçün əsaslar onun mülkiyyətçisinin olmaması (məlum olmaması), yaxud mülkiyyətçi məlum olsa da, onun daşınar əşyaya dair öz sahibliyinə xitam vermək məqsədilə imtina etməsi ilə şərtləndirilmişdir. İşin şərh edilən və məhkəmə tərəfindən araşdırılan hallarından da, göründüyü kimi, 1) “Gaz M20 pobeda” markalı, gümüşü rəngli (ban yeri sökülmüş), 2) “Gaz M20 pobeda” markalı gümüşü rəngli (ban yeri sökülmüş), 3) “Lada Niva” markalı, ağ rəngli, XTA**********4962 ban nömrəli, 4) “Gaz 2705” markalı, ağ rəngli, **********20770222 ban nömrəli, 5) “Gaz 330200” markalı ağ rəngli **********53540630A ban nömrəli, 6) “Gaz 21” markalı yaşıl rəngli, Xtt266320l1015259 ban nömrəli, 7) “Nissan Liberty” markalı göy rəngli TBYARDVM12EZ7AAA ban nömrəli, 8) “Volkswagen Passat” markalı tünd göy rəngli, WVWZZZ1HZVW452812 ban nömrəli, 9) “Gaz 2705” markalı ağ rəngli (ban yeri sökülmüş), 10) “Volkswagen Passat” markalı yaş asfalt rəngli, WWWAC63B81P019075 ban nömrəli, 11) “Opel Vectra” markalı, tünd qəhvəyi rəngli, 085731JM681LSLH8M79 ban nömrəli, 12) “Opel Vectra” markalı göy rəngli, W02000087R1-166/37 ban nömrəli, 13) “VAZ 2016” markalı ağ rəngli XTA**********3738 ban nömrəli, 14) “BMW E34” markalı qara rəngli, WBAN9610706J71664 ban nömrəli, 15) “Ford Transit” markalı ağ rəngli 16071705 ban nömrəli, 16) “Volkswagen Golf” markalı göy rəngli WWWZZZ1HZR8060395 ban nömrəli, 17) “Volkswagen Polo” markalı ağ rəngli WVWZZZ3BZXP036343 ban nömrəli, 18) “VAZ 2115” markalı yaşıl rəngli XTA**********7936 ban nömrəli, 19) “Mercedes C200” markalı qara rəngli WDBRF52H87F889030 ban nömrəli, 20) “Opel Vectra” markalı göy rəngli WOL000084R1-152784 ban nömrəli, 21) “Volvo 740” markalı yaş asfalt rəngli 43K00019 ban nömrəli, 22) “Opel Movano” markalı ağ rəngli 19565R16C ban nömrəli, 23) “Kia Sorento” markalı yaşıl rəngli KNAFU4A********** ban nömrəli, 24) “VAZ 2106” markalı qara rəngli Xta**********1951 ban nömrəli, 25) “VAZ 2106” markalı qırmızı rəngli Xta**********6263 ban nömrəli, 26) “Gaz Gazel” markalı ağ rəngli **********953540630A ban nömrəli, 27) “X2” markalı yaş asfalt rəngli WAUZZZ4BZ1N001864 ban nömrəli, 28) “Uaz Pickup” markalı yaşıl rəngli XTT236320L1015259 ban nömrəli, 29) “VAZ 2115” markalı gümüşü rəngli XTA211560X2863253 ban nömrəli, 30) “Lada (VAZ) 21099” markalı yaşıl rəngli XTA210990X2562153 ban nömrəli, 31) “Mitsubishi Pajero İO” markalı gümüşü rəngli H77W5601961 ban nömrəli, 32) “Mitsubishi Pajero İO” markalı göy rəngli 43R- 00046 H76W-0011125 ban nömrəli, 33) “X3” markalı qara rəngli 1J4GW48S61C566099 ban nömrəli, 34) “Mercedes E300” markalı qara rəngli WDVEA32F2SC209916 ban nömrəli, 35) “Lada (VAZ) 21099” markalı ağ rəngli XTA210990T1920928 ban nömrəli, 36) “Opel Zafira” markalı qara rəngli ******* ban nömrəli, 37) “Mitsubishi Montero” markalı ağ rəngli JA4MT41ROYP043568 ban nömrəli, 38) “Lexus LX300” markalı yaş asfalt rəngli JT66F10U3Y0050691 ban nömrəli, 39) “Gaz 24” markalı ağ rəngli XTH2411-255483-89 ban nömrəli, 40) “Mazda 6” markalı qara rəngli 1YVHP84C675M08009 ban nömrəli, 41) “Lada Vega” markalı qara rəngli XTA**********7549 ban nömrəli, 42) “Gaz Volga” markalı ağ rəngli XTH31100C11067955 ban nömrəli, 43) “Haval H3” markalı qara rəngli LGWFF3A506B003825 ban nömrəli, 44) “Mercedes C200” markalı qəhvəyi rəngli WDBRF40J63A500683 ban nömrəli, 45) “Gaz 53” markalı göy rəngli (Ban yeri sökülmüş), 46) “Zil 130” markalı Su maşını göy rəngli K**********90 ban nömrəli, 47) “Zil 130” markalı Su maşını göy rəngli K0774301N44301990TU22-14600 ban nömrəli, 48) “Zil 130” markalı qəhvəyi rəngli ******* ban nömrəli, 49) “Zil 130” markalı göy rəngli (Ban yeri sökülüb), 50) “Zil 130” markalı qara rəngli (Ban yeri sökülüb), 51) “Lada 2112” markalı qara rəngli XTA211***-*******5 ban nömrəli, 52) “Lada Niva” markalı yaşıl rəngli XTA2115130S1145757, 53) “Opel Vectra” markalı gümüşü rəngli 2106 ban nömrəli, 54) “Opel Astra” markalı gümüşü rəngli 3833636TF35 2LW, 43R001566, 346953L 2AU772ACCPP ban nömrəli; 55)” Zil Yük” markalı yaşıl göy rəngli (Ban yeri sökülmüş), 56) “Ural Yük” markalı yaşıl rəngli Ban yeri sökülmüş, 57) “ASTRA Yük” markalı sarı rəngli, Ban yeri sökülmüş, 58) “Kraz Yük” markalı, yaşıl rəngli, Ban yeri sökülmüş, 59) “UAZ Yük” markalı, yaşıl rəngli, Ban yeri sökülmüş, 60) “ASTRA Yük” markalı ağ qırmızı rəngli, Ban yeri sökülmüş, 61) “Zil Yük” markalı yaşıl rəngli, Ban yeri sökülmüş, 62) “Zil 130” markalı yaşıl rəngli, 433161056A14 ban nömrəli, 63) “Gaz 2705” markalı, ağ rəngli XTH**********1831 ban nömrəli, 64) “Zil 130” markalı, göy rəngli, Ban yoxdur, 65) “Gaz 2705” markalı, ağ rəngli, ******* ban nömrəli, 66) “Zil 130” markalı qırmızı rəngli, Ban yeri sökülmüş, 67) “Zil 130” markalı, göy rəngli, **********2270 ban nömrəli, 68) “Volkswagen Passat” markalı göy rəngli WVWMD63B23P499742 ban nömrəli, 69) “Gaz 52” markalı boz rəngli, **********8298 ban nömrəli, 70) “Changlu Avtobus” markalı, sarı rəngli, “Y3R323222A0000023” ban nömrəli, 71) “Zil 130” markalı göy rəngli, 72) “BMW X5” markalı, ağ rəngli, WBAFA53541LM09035 ban nömrəli, 73) “Zil 130” markalı göy rəngli, 74) “Gaz 2705” markalı, ağ göy rəngli, Ban yoxdur, 75) “Uaz 469” markalı, yaşıl rəngli, Ban yoxdur, 76) “Kia Forte” markalı, qəhvəyi rəngli, KNAFU4A29D540563 ban nömrəli, 77) “Lada Niva” markalı, ağ rəngli, XTA212130Y1508362 ban nömrəli, 78) “VAZ 2106” markalı, yaş asfalt rəngli, XTA**********3738 ban nömrəli, 79) “Lada Niva” markalı, ağ rəngli, XTA**********6448 ban nömrəli, 80) “VAZ 2107” markalı, ağ rəngli, XTA**********7623 ban nömrəli, 81) “Zil 130” markalı, göy rəngli, 82) “X1” markalı, ağ rəngli WDB**********7213 ban nömrəli, 83) “Ford Transit” markalı, ağ rəngli, 43R-000380 ban nömrəli, 84) “Zil 130” markalı, göy rəngli, Ban yeri sökülmüş, 85) “Mercedes Benz A180” markalı, ağ rəngli, WDD1692332J170195 ban nömrəli, 86) “Zil 5301” markalı, göy rəngli, Ban yeri sökülmüş, 87) “Mercedes Benz C200” markalı, qara rəngli, WDBRF40J63A500683 ban nömrəli, 88) “Mercedes W123” markalı ağ rəngli, 242105 ban nömrəli, 89) “Renault Kangoo” markalı, göy rəngli, 23169078 ban nömrəli, 90) “Uaz 452” markalı, yaşıl rəngli, XTT**********375 ban nömrəli, 91) “VAZ 2106” markalı, ağ rəngli, XTA210610H1612493 ban nömrəli, 92) “Aro 24” markalı, qara rəngli, 10031438 ban nömrəli, 93) “VAZ 2115” markalı, gümüşü rəngli XTA21155214J180135 ban nömrəli, 94) “Nissan Leaf” markalı, qara rəngli, 95) “Zil 130” markalı, göy rəngli, Ban yeri sökülmüş, 96) “Mercedes ML” markalı, gümüşü rəngli, 416AB54EX4A220510 ban nömrəli, 97) “Gaz 3110” markalı, qara rəngli, **********6748 ban nömrəli, 98) “Gaz 53” markalı, göy rəngli, Ban yeri sökülmüş, 99) “X4 1985” markalı, ağ qırmızı rəngli, HZJ75-00211896 ban nömrəli, 100) “Uaz 452” markalı, boz rəngli, XT390945A0484342 ban nömrəli və 101) “Zil 130” markalı, göy rəngli, Ban yeri sökülmüş nəqliyyat vasitələrinin mülkiyyətçisi məlum deyildir. Ona görə də, ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin mülkiyyətçisi yoxdur, həmin avtomobillər müvafiq hüquq mühafizə orqanları tərəfindən aşkar edilməklə onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə 01 mart 2024-cü il tarixli akt əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinə təhvil verilmişdir. Yuxarıda göstərilən hallar əmlakların sahibsiz hesab edilməsi üçün əsasdır. Şərh edilənlərdən əlavə məhkəmə ərizəçinin hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olmasına da qiymət verilməsini zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqları yaradılması qərara alınmışdır. Fərmanın 4.3-cü bəndinə əsasən müvəqqəti komendantlıqlarının tərkibində İqtisadiyyat Nazirliyinin əməkdaşının da daxil olduğu göstərilmişdir. Fərmanın 6.4-cü bəndinə əsasən kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırıması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilir. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yaradılmış müvəqqəti komendantlıqların nəzdində Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşları da olduğundan, habelə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 6.4-cü bəndinə müvafiq olaraq mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilməli olduğundan ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, ərizə təmin edilməli, 01 mart 2024-cü il tarixli akt ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinə təhvil verilmiş nəqliyyat vasitələri sahibsiz hesab edilməli, nəqliyyat vasitələri üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 mart 2024-cü il tarixli akt ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Ərazi Şöbəsinə təhvil verilmiş- 1) “Gaz M20 pobeda” markalı, gümüşü rəngli (ban yeri sökülmüş), 2) “Gaz M20 pobeda” markalı gümüşü rəngli (ban yeri sökülmüş), 3) “Lada Niva” markalı, ağ rəngli, XTA**********4962 ban nömrəli, 4) “Gaz 2705” markalı, ağ rəngli, **********20770222 ban nömrəli, 5) “Gaz 330200” markalı ağ rəngli **********53540630A ban nömrəli, 6) “Gaz 21” markalı yaşıl rəngli, Xtt266320l1015259 ban nömrəli, 7) “Nissan Liberty” markalı göy rəngli TBYARDVM12EZ7AAA ban nömrəli, 8) “Volkswagen Passat” markalı tünd göy rəngli, WVWZZZ1HZVW452812 ban nömrəli, 9) “Gaz 2705” markalı ağ rəngli (ban yeri sökülmüş), 10) “Volkswagen Passat” markalı yaş asfalt rəngli, WWWAC63B81P019075 ban nömrəli, 11) “Opel Vectra” markalı, tünd qəhvəyi rəngli, 085731JM681LSLH8M79 ban nömrəli, 12) “Opel Vectra” markalı göy rəngli, W02000087R1-166/37 ban nömrəli, 13) “VAZ 2016” markalı ağ rəngli XTA**********3738 ban nömrəli, 14) “BMW E34” markalı qara rəngli, WBAN9610706J71664 ban nömrəli, 15) “Ford Transit” markalı ağ rəngli 16071705 ban nömrəli, 16) “Volkswagen Golf” markalı göy rəngli WWWZZZ1HZR8060395 ban nömrəli, 17) “Volkswagen Polo” markalı ağ rəngli WVWZZZ3BZXP036343 ban nömrəli, 18) “VAZ 2115” markalı yaşıl rəngli XTA**********7936 ban nömrəli, 19) “Mercedes C200” markalı qara rəngli WDBRF52H87F889030 ban nömrəli, 20) “Opel Vectra” markalı göy rəngli WOL000084R1-152784 ban nömrəli, 21) “Volvo 740” markalı yaş asfalt rəngli 43K00019 ban nömrəli, 22) “Opel Movano” markalı ağ rəngli 19565R16C ban nömrəli, 23) “Kia Sorento” markalı yaşıl rəngli KNAFU4A********** ban nömrəli, 24) “VAZ 2106” markalı qara rəngli Xta**********1951 ban nömrəli, 25) “VAZ 2106” markalı qırmızı rəngli Xta**********6263 ban nömrəli, 26) “Gaz Gazel” markalı ağ rəngli **********953540630A ban nömrəli, 27) “X2” markalı yaş asfalt rəngli WAUZZZ4BZ1N001864 ban nömrəli, 28) “Uaz Pickup” markalı yaşıl rəngli XTT236320L1015259 ban nömrəli, 29) “VAZ 2115” markalı gümüşü rəngli XTA211560X2863253 ban nömrəli, 30) “Lada (VAZ) 21099” markalı yaşıl rəngli XTA210990X2562153 ban nömrəli, 31) “Mitsubishi Pajero İO” markalı gümüşü rəngli H77W5601961 ban nömrəli, 32) “Mitsubishi Pajero İO” markalı göy rəngli 43R- 00046 H76W-0011125 ban nömrəli, 33) “X3” markalı qara rəngli 1J4GW48S61C566099 ban nömrəli, 34) “Mercedes E300” markalı qara rəngli WDVEA32F2SC209916 ban nömrəli, 35) “Lada (VAZ) 21099” markalı ağ rəngli XTA210990T1920928 ban nömrəli, 36) “Opel Zafira” markalı qara rəngli ******* ban nömrəli, 37) “Mitsubishi Montero” markalı ağ rəngli JA4MT41ROYP043568 ban nömrəli, 38) “Lexus LX300” markalı yaş asfalt rəngli JT66F10U3Y0050691 ban nömrəli, 39) “Gaz 24” markalı ağ rəngli XTH2411-255483-89 ban nömrəli, 40) “Mazda 6” markalı qara rəngli 1YVHP84C675M08009 ban nömrəli, 41) “Lada Vega” markalı qara rəngli XTA**********7549 ban nömrəli, 42) “Gaz Volga” markalı ağ rəngli XTH31100C11067955 ban nömrəli, 43) “Haval H3” markalı qara rəngli LGWFF3A506B003825 ban nömrəli, 44) “Mercedes C200” markalı qəhvəyi rəngli WDBRF40J63A500683 ban nömrəli, 45) “Gaz 53” markalı göy rəngli (Ban yeri sökülmüş), 46) “Zil 130” markalı Su maşını göy rəngli K**********90 ban nömrəli, 47) “Zil 130” markalı Su maşını göy rəngli K0774301N44301990TU22-14600 ban nömrəli, 48) “Zil 130” markalı qəhvəyi rəngli ******* ban nömrəli, 49) “Zil 130” markalı göy rəngli (Ban yeri sökülüb), 50) “Zil 130” markalı qara rəngli (Ban yeri sökülüb), 51) “Lada 2112” markalı qara rəngli XTA211***-*******5 ban nömrəli, 52) “Lada Niva” markalı yaşıl rəngli XTA2115130S1145757, 53) “Opel Vectra” markalı gümüşü rəngli 2106 ban nömrəli, 54) “Opel Astra” markalı gümüşü rəngli 3833636TF35 2LW, 43R001566, 346953L 2AU772ACCPP ban nömrəli; 55)” Zil Yük” markalı yaşıl göy rəngli (Ban yeri sökülmüş), 56) “Ural Yük” markalı yaşıl rəngli Ban yeri sökülmüş, 57) “ASTRA Yük” markalı sarı rəngli, Ban yeri sökülmüş, 58) “Kraz Yük” markalı, yaşıl rəngli, Ban yeri sökülmüş, 59) “UAZ Yük” markalı, yaşıl rəngli, Ban yeri sökülmüş, 60) “ASTRA Yük” markalı ağ qırmızı rəngli, Ban yeri sökülmüş, 61) “Zil Yük” markalı yaşıl rəngli, Ban yeri sökülmüş, 62) “Zil 130” markalı yaşıl rəngli, 433161056A14 ban nömrəli, 63) “Gaz 2705” markalı, ağ rəngli XTH**********1831 ban nömrəli, 64) “Zil 130” markalı, göy rəngli, Ban yoxdur, 65) “Gaz 2705” markalı, ağ rəngli, ******* ban nömrəli, 66) “Zil 130” markalı qırmızı rəngli, Ban yeri sökülmüş, 67) “Zil 130” markalı, göy rəngli, **********2270 ban nömrəli, 68) “Volkswagen Passat” markalı göy rəngli WVWMD63B23P499742 ban nömrəli, 69) “Gaz 52” markalı boz rəngli, **********8298 ban nömrəli, 70) “Changlu Avtobus” markalı, sarı rəngli, “Y3R323222A0000023” ban nömrəli, 71) “Zil 130” markalı göy rəngli, 72) “BMW X5” markalı, ağ rəngli, WBAFA53541LM09035 ban nömrəli, 73) “Zil 130” markalı göy rəngli, 74) “Gaz 2705” markalı, ağ göy rəngli, Ban yoxdur, 75) “Uaz 469” markalı, yaşıl rəngli, Ban yoxdur, 76) “Kia Forte” markalı, qəhvəyi rəngli, KNAFU4A29D540563 ban nömrəli, 77) “Lada Niva” markalı, ağ rəngli, XTA212130Y1508362 ban nömrəli, 78) “VAZ 2106” markalı, yaş asfalt rəngli, XTA**********3738 ban nömrəli, 79) “Lada Niva” markalı, ağ rəngli, XTA**********6448 ban nömrəli, 80) “VAZ 2107” markalı, ağ rəngli, XTA**********7623 ban nömrəli, 81) “Zil 130” markalı, göy rəngli, 82) “X1” markalı, ağ rəngli WDB**********7213 ban nömrəli, 83) “Ford Transit” markalı, ağ rəngli, 43R-000380 ban nömrəli, 84) “Zil 130” markalı, göy rəngli, Ban yeri sökülmüş, 85) “Mercedes Benz A180” markalı, ağ rəngli, WDD1692332J170195 ban nömrəli, 86) “Zil 5301” markalı, göy rəngli, Ban yeri sökülmüş, 87) “Mercedes Benz C200” markalı, qara rəngli, WDBRF40J63A500683 ban nömrəli, 88) “Mercedes W123” markalı ağ rəngli, 242105 ban nömrəli, 89) “Renault Kangoo” markalı, göy rəngli, 23169078 ban nömrəli, 90) “Uaz 452” markalı, yaşıl rəngli, XTT**********375 ban nömrəli, 91) “VAZ 2106” markalı, ağ rəngli, XTA210610H1612493 ban nömrəli, 92) “Aro 24” markalı, qara rəngli, 10031438 ban nömrəli, 93) “VAZ 2115” markalı, gümüşü rəngli XTA21155214J180135 ban nömrəli, 94) “Nissan Leaf” markalı, qara rəngli, 95) “Zil 130” markalı, göy rəngli, Ban yeri sökülmüş, 96) “Mercedes ML” markalı, gümüşü rəngli, 416AB54EX4A220510 ban nömrəli, 97) “Gaz 3110” markalı, qara rəngli, **********6748 ban nömrəli, 98) “Gaz 53” markalı, göy rəngli, Ban yeri sökülmüş, 99) “X4 1985” markalı, ağ qırmızı rəngli, HZJ75-00211896 ban nömrəli, 100) “Uaz 452” markalı, boz rəngli, XT390945A0484342 ban nömrəli və 101) “Zil 130” markalı, göy rəngli, Ban yeri sökülmüş nəqliyyat vasitələri sahibsiz hesab edilsin və həmin nəqliyyat vasitələri üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilsinlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar