Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2269/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı mülkiyyət hüquqlarının müdafiə olunması və ünvan 1 ünvanında (yeni qaydalarla AZ1118, ünvan 26, M3, m2) yerləşən sahəsi 130.40 kv.m olan mənzilin cavabdehlər tərəfindən ailə üzvləri ilə və əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında (yeni qaydalarla AZ1118, ünvan 26, M3, m2) sahəsi 130.40 kv.m olan mənzil əldə etmişdir. Bu barədə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Lakin mənzilin boş qalmasından istifadə edən cavabdehlər mənzili zəbt ediblər. Həmin şəxslər mülkiyyətçi olan iddiaçını mənzilə girməyə imkan vermirlər və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzili boşaltmırlar. Bu səbəbdən mənzili zəbt edən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. Şikayəti araşdırılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Pərvanə Əzizova tərəfindən xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan aydın olur ki, mənzil cavabdehlər tərəfindən heç bir əsas olmadan zəbt edilmişdir. Lakin işdə cinayət tərkibi olmadığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Cavabdeh3 vəsatəti
3. Cavabdeh3 xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin icraat;nda olan 2(005)- 4328/2024 saylı mülki iş üzrə qətnamə qüvvəyə minənədək icraatda olan e-2(007)- 2269/2024 saylı mülki işin icraatının dayandırılmasını xahiş etmişdir.
4. Vəsatət onunla əsaslandırılmışdır ki, hal-hazırda yaranmış zərurətlə əlaqədar olaraq işin icraatının dayandırılmasına zərurət yaranmışdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4328/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X5 cavabdeh X4 və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 09:10-a Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Odur ki, e-2(007)-2269/2024 saylı mülki işlə birbaşa əlaqəli olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4328/2024 saylı mülki iş həll edilməyincə icraatda olan e-2(007)- 2269/2024 saylı mülki işə baxmaq mümkün deyildir və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4328/2024 saylı mülki iş üzrə qətnaməsi qüvvəyə minənədək icraatda olan e-2(007)-2269/2024 saylı mülki işin icraatı dayandırılmalıdır.
İş materialları :
5. ƏMDX DƏDR X12 xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ1118, ünvan 26, M3, m2) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
6. Bakı şəhəri Nizami RPİ-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması, müraciət etmiş ərizəçiyə mübahisənin həlli ilə əlaqədar ümumi məhkəmələrə müraciət etmək hüququnun olması izah edilmişdir.
7. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 9, (Sərdarov adına Zavodun yataqxanası), Cavabdeh2 ünvan 3i ünvanında, Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 9, (Sərdarov adına Zavodun yataqxanası), Cavabdeh4 ünvan 3i ünvanında, Cavabdeh5 ünvan 5i məskunlaşmışlar.
8. X4 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1118, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 130.4 kv.m olan mənzil X4 tərəfindən İddiaçı 270.000 manat məbləğinə satılmışdır.
9. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 56 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2529-cu məhəllə, ev 86, 23 saylı mənzildə xx.xx.2005-ci il tarixli, 001935 saylı order əsasında 2005-ci ildən qeydiyyata alınmış X4 yaşayır və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 709 saylı ərəncamına əsaslanaraq həmin mənzilin xidməti mənzillərin siyahısındanın çıxarılması, daimi kirayə müqaviləsi üzrə X1 adına müqavilənin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunmasına dair sərəncam verilmişdir.
10. ƏMDX DƏDR X12 xx.xx.2020-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1, yeni qaydalarla: AZ1118, ünvan 26, M3, m2 xüsusi mülkiyyət hüququ üzrə X2 məxsus olmuşdur.
11. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir.
14. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında (yeni qaydalarla AZ1118, ünvan 26, M3, m2) sahəsi 130.40 kv.m olan mənzildə xx.xx.2005-ci il tarixli, 001935 saylı order əsasında 2005-ci ildən qeydiyyata alınmış X4 yaşamışdır.
16. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 56 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin mənzilin xidməti mənzillərin siyahısından çıxarılması, daimi kirayə müqaviləsi üzrə X1 adına müqavilə bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunmasına dair sərəncam verilmişdir.
17. ünvan 1 (yeni qaydalarla: AZ1118, ünvan 26, M3, m2) xx.xx.2020-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmışdır.
18. ünvan 1 ünvanında (yeni qaydalarla AZ1118, ünvan 26, M3, m2) sahəsi 130.40 kv.m olan mənzil X4 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır.
19. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
20. ünvan 1 ünvanında (yeni qaydalarla AZ1118, ünvan 26, M3, m2) sahəsi 130.40 kv.m olan mənzil cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 faktiki sahiblik və istifadəsindədir.
21. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitədə olan məlumata əsasən cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 9, (Sərdarov adına Zavodun yataqxanası), Cavabdeh2 ünvan 3i ünvanında, Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 9, (Sərdarov adına Zavodun yataqxanası), Cavabdeh4 ünvan 3i ünvanında, Cavabdeh5 ünvan 5i məskunlaşmışlar. Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
23. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Məhkəmənin mövqeyi :
26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı “əmlak” tələbini ona məxsus olan ünvan 1 ünvanının (yeni qaydalarla AZ1118, ünvan 7, m2) cavabdehlər tərəfindən heç bir əsas olmadan zəbt edilməsi ilə əsaslandırmışdır.
28. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
31. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
32. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2529-cu məhəllə, ev 86, 23 saylı mənzildə (yeni qaydalarla AZ1118, ünvan 7, m2) məcburi köçkün olan cavabdehlər yaşayırlar və onlar mənzilin onlara başqa şəxs tərəfindən məcburi köçkün olaraq müvəqqəti yaşamağa verildiyini qeyd etməklə mənzili iddiaçıya qaytarmaqdan imtina edirlər.
33. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
34. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
35. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
36. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.
38. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
39. Məhkəmə qeyd edir ki, hazırki mülki işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə üst-üstə düşür.
Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:
40 İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanının (yeni qaydalarla AZ1118, ünvan 7, m2) xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir.
41. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına (alqı-satqı müqaviləsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2529cu məhəllə, ev 86, 23 saylı mənzil (yeni qaydalarla AZ1118, ünvan 7, m2) xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən satın alınmış və xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə iddiaçının adına dövlət qeydiyyata alınmışdır.
42. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı).
43. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.
44. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.
Əmlakın cavabdehin sahibliyində olması:
45. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli əmlaka dair İddiaçı ilə mənzilin əvvəlki mülkiyyətçisi X4 (nümayəndəsi X3) arasında alqı-satqı müqaviləsi bağlanılaraq satın alındığı müddətdən əvvəl mübahisəli mənzildə yaşayırlar.
46. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon Polis idarəsinin 24-cü PŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərar və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında verdikləri izahata əsasən müəyyən olunmuşdur ki, cavabdehlər 4-5 ildir ki, mübahisəli mənzildə yaşayırlar.
Cavadbehin əmlaka sahibliyinin qanunsuz olması:
47. İşin araşdırılan hallarına əsasın müəyyən edilmişdir ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2529-cu məhəllə, ev 86, 23 mənzilə (yeni qaydalarla AZ1118, ünvan 7, m2) sahiblik və istifadə hüquq yoxdur. Cavabdehlərin mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur, əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil.
48. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 9, (Sərdarov adına zavodun yataqxanası), Cavabdeh2 və Cavabdeh4 ünvan 3i, Cavabdeh5 ünvan 5i məskunlaşıblar.
49. Həmçinin cavabdehlərin həm məhkəmə iclasında verdikləri, həmçinin iddiaçının verdiyi şikayət ərizəsinin polis şöbəsində araşdırılması zamanı izahatlarında qeyd etmişlər ki, onlar Yavər Camalovun obyektində işlədikləri üçün həmin mənzil onlara müvəqqəti yaşamaq üçün verilmişdir. Mübahisəli mənzildə 4-5 ildir ki, yaşayırlar. Onlar mənzilin əvvəlki mülkiyyətçisi barədə məlumatlı olmadıqlarını bildirmişlər.
50. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə isə müəyyən edilmişdir ki, mübahisəli mənzilin iddiaçıdan öncəki mülkiyyətçisi X4 olmuşdur.
51. Belə ki, xx.xx.2005-ci il tarixli order əsasında X2 4 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə həmin mənzili tutmaq hüququ verilmiş, daha sonra daimi kirayə müqaviləsi üzrə X1 adına müqavilə bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunmasına dair sərəncam verilmiş və xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyata alınmışdır.
52. Cavabdehlər tərəfindən isə məhkəməyə əvvəlki mülkiyyətçi və ya iddiaçı ilə aralarında kirayə müqaviləsi bağlanılmasını və ya aralarında razılıq olmasını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir.
53. İddiaçının 2023-ci ildən mübahisəli mənzilin mülkiyyətçisi olduğu və cavabdehlərin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, evdən çıxmadığı, habelə, cavabdehlərin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan evdə yaşadığı işin mübahsisəsiz halı olduğu halda, cavabdehlərin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehlərin mübahisəli mənzil üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir.
54. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən mübahisəli mənzili iddiaçı alqı-satqı müqaviləsi əsasında almış, mənzili mülkiyyətinə keçirmişdir. Cavabdehlər isə həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər.
55. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
56. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz
57. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan ünvan 1 (yeni qaydalarla AZ1118, ünvan 7, m2) cavabdehlər tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.
58. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən, cavabdehlərdən başqa dəqiq olaraq kimlərin həmin mənzildə yaşaması məhkəmə tərəfindən müəyyən edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilə bilməz.
59. Məhkəmə həmçinin cavabdehin vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehlər “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə, o cümlədən həmin iddia tələbi üzrə iddiaçı hazırki mülki üzrə tərəf deyillər. Həmçinin həmin mülki işin nəticəsi hazırki iddia tələbi ilə birbaşa əlaqəli deyildir.
Nəticə :
60. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2529-cu məhəllə, ev 86 ünvanında yerləşən 23 saylı mənzil (yeni qaydalarla: ünvan 7, m2) caavbdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2529-cu məhəllə, ev 86 ünvanında yerləşən 23 saylı mənzil (yeni qaydalarla: ünvan 7, m2) caavbdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən əşyaları ilə birlikdə məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva