Məhkəmə qərarları › İş №e-2(007)-2355/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2355/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2355/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna dəymiş zərərlə bağlı Cavabdeh 134,08 AZN (yüz otuz dörd manat səkkiz qəpik) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin vermiş olduğu xx.xx.2020-ci il tarixli aktına əsasən, xx.xx.2020-ci il tarixdə ünvan 2-dən qonşu mənzil ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna su axıdılaraq zərər vurulub. Həmin zərərvuran mənzilin sahibi 3 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinin vermiş olduğu arayışa əsasən Cavabdeh məxsus olduğu aşkar edilib. İş materiallarına əlavə edilmiş sığorta aktından göründüyü kimi ünvan 3nda yerləşən “Quenn” gözəllik salonu İddiaçı SŞ-da sığortalanıb. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna xx.xx.2020-ci il tarixində 700 AZN (yeddi yüz manat) məbləğində zərər dəyib. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 82624820 nömrəli ödəniş tapşırığına əsasən, ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna xx.xx.2020-ci il tarixli dəymiş zərərə görə sığortalı X2 134,08 AZN (yüz otuz dörd manat səkkiz qəpik) sığorta ödənişi həyata keçirib. Bildirmək istəyirlər ki, xx.xx.2020-ci il tarixli hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüquqları yaranıb. Hesab edirlər ki, ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna dəymiş zərərə görə ödənilmiş 134,08 AZN züy) otuz dörd manat səkkiz qəpik) sığorta ödənişi zərərvuran Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh XXX Cavabdeh rəsmi qaydada bildirişlər göndərilsə də, zərflər üzərində “bu ünvanda yaşamır“ məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz əmlakın İcbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, “ünvan 1 ünvanı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmışdır. - İddiaçı Sığorta Şirkəti ASC-nin 087511 nömrəli sığorta aktından görünür ki, İddiaçı ASC-də RAT********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış, Bakı şəhəri, Nizami rayonunda sığortalanmış əmlak qonşu mənzildə su sızması nəticəsində zədələnmişdir. Dəymiş zərər 700 manat məbləğində müəyyən edilmişdir və 134,08 manat sığorta ödənişi edilmişdir; - Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, zədələnmiş əmlaka 700 manat məbləğində ziyan dəymişdir; - 76 MKİS-in əməkdaşları tərəfindən tərdib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, B.Nuriyev 1a ünvanında yerləşən “Quenn” adlı gözəllik salonuna Cavabdeh məxsus 50-ci mənzildən su sızması ilə əlaqədar olaraq həmin ünvana tərəflərindən baxış keçirilib. Gözəllik salonuna baxış zamanı aşkar olunub ki, otağın birinin tavanı və divar kağızları yararsız vəziyyətə düşüb. Bununla mənzil sahibinə (Cavabdeh) olunan şifahi xəbərdarlığa baxmayaraq mənzildə olan nasazlıq aradan qaldırılmamışdır. 50-ci mənzilin sahibi gözəllik salonuna dəyən maddi ziyanı ödəməkdən imttina edir; - İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 134,08 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür; - İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il pretenziyanın surətindən görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, 10 iş günü ərzində ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, bütün məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Şığorta Şirkəti ASC-nin hesabına 30 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 76 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020ci il tarixli akta əsasən, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildən qonşu ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna su axıdılaraq zərər vurulub. Həmin zərərvuran mənzilin sahibi XXX Cavabdeh olub. İş materiallarına əlavə edilmiş sığorta aktından göründüyü kimi ünvan 3nda yerləşən “Quenn” gözəllik salonu iddiaçı tərəfindən sığortalanıb və xx.xx.2020-ci il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna xx.xx.2020-ci il tarixində 700 AZN məbləğində zərər dəyib. İddiaçı Şığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 82624820 nömrəli ödəniş tapşırığına əsasən, ünvan 3nda yerləşən “Quenn” gözəllik salonuna xx.xx.2020-ci il tarixli dəymiş zərərə görə sığortalı X2 134,08 AZN sığorta ödənişi həyata keçirib. İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2024-cü il tarixdə məktubu ilə XXX Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Şığorta Şirkəti ASC tərəfindən sığorta şəhadətnaməsi əsasında Daşınmaz əmlakın İcbari sığortası üzrə sığortalanmış ünvan 3nda yerləşən “Quenn” gözəllik salonu cavabdeh məxsus mənzildən su axması nəticəsində 700 manat zərər dəyib. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı Şığorta Şirkəti ASC tərəfindən həmin ünvandakı əmlaka dəymiş zərərə görə 134,08 manat sığorta ödənişi həyata keçirilib. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı Sığorta Şirkəti ASC ilə cavabdeh XXX Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 134,08 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi XXX Cavabdeh tutulub, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 134,08 manat sığorta ödənişi məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi XXX Cavabdeh tutulub, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar