Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2366/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı "subroqasiya qaydasında zərərin ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 450 AZN (dörd yüz əlli manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN (otuz manat qırx qəpik) dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 AZN (dörd yüz əlli manat) ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən öz növbəsində dəymiş zərər aradan qaldırılaraq, “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 450 AZN (dörd yüz əlli manat) sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və barəsində X8 Haqqında ******* saylı Qərarda tərtib edilmişdir. Cavabdeh hadisə zamanı sürücülük hüququ olmadan idarə etdiyi üçün cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, İcbari Sığorta Haqqında Qanunun 25-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş 103590 nömrəli sığorta aktının surətindən görünür ki, zərər dəymiş əmlaka “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat zərər dəymişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X1 450 manat pul ödəmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Hyundai Sonata” markalı, ** HK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 450 manat zərər dəymişdir. İşə əlavə olunmuş İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 155250 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh 450 manat sığorta ödənişinin 10 gün müddətində ödənilməsi tələb edilmiş, ödəmədiyi təqdirdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə olunmuş İXP4489002 saylı, xx.xx.2022-cİ il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-cİ il tarixli X8 haqqında qərardan aydın olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 18:30-da Bakı şəhəri, Mir Cəlal ərazisində “Chevrolet Cruze” markalı, ** XZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalaını pozub yol-nəqliyyat hadisəsi yerindən yayınmış, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və AR İnzibati Xətalar Məcəlləsinin 332.2, 327.1-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş Bakı şəhər DYPİ-nin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30-da Bakı şəhərində yolnəqliyyat hadisəsi baş vermişdir. X2 mülkiyyətində olan ** XZ *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 450 manat təşkil edir. İşə əlavə olunmuş AV seriyalı 447814 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır. İşə əlavə olunmuş BA seriyalı 140101 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İşə əlavə olunmuş ƏN-V № 899582 etibarnamənin surətindən görünür ki, X5 “Chevrolet Cruze” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh etibar etmişdir. İşə əlavə olunmuş BB seriyalı 125901 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İşə əlavə olunmuş xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Hyundai Sonata” ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhər DYPİ-nin polkovniki Piriyev Rəşid tərəfindən tərtib edilmiş X8 haqqında Qərarda öz əksini tapmışdır. Sığorta aktına və qiymətləndirmə hesabatına əsasən “Hyundai Sonata” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC 450 manat sığorta ödənişini həyata keçirmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə dəymiş 450 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Hazırki işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh ** XZ *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq ** HK *** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobillə zərər vurması və iddiaçının X1 450 manat məbləğində ödəniş etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi ona qarşı da yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh 450 manat sığorta ödənişi, 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 450 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2366/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2366/2023
28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver