Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2563/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçının mərhum əri X8 Cavabdeh işçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2014-cü il tarixdə Şahlar Nurməmmədov əmək funksiyalarını icra edərkən həlak olmuşdur. Baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmış və xx.xx.2014-cü il tarixli İZ (istehsalat zədəsi) aktı tərtib edilmişdir. Cavabdehin xx.xx.2014-cü il tarixli, 325 saylı Əmri ilə istehsalatda əmək funksiyalarını yerinə yetirərkən həlak olmuş X3 himayəsində olan ödənc almaq hüququ olan ailə üzvlərinə- xx.xx.2004-cu il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X5 350 (üç yüz əlli) manat məbləğində müavinətin uşaqlar 18 yaşı tamam olana kimi hər ay cari ayın 5-i tarixinədək İddiaçı ödənilməsi müəyyən edilmişdir. İlk vaxtlar cavabdeh tərəfindən ödənişlər qismən təmin edilsə də, getdikcə həmin ödənişlər dayandırılmağa, bəzi aylar ödənilib, bəzi aylar isə ödənilməməyə başlanıldı. Bu səbəbdən cavabdeh tərəfindən ödənilməmiş xeyli borc məbləği yaranmışdır. xx.xx.2014-cü il tarixdən (əmrin verildiyi tarix) xx.xx.2023-cü il tarixə qədər cavabdehin ödəməli olduğu məbləğ 38 500 (otuz səkkiz min beş yüz) manatdır (110 ay x 350 manat). Lakin cavabdeh xx.xx.2023-cü il tarixə qədər iddiaçıya 16 550 (on altı min beş yüz əlli) manat ödəniş etmişdir. Yerdə qalan məbləğ (21 950 (iyirmi bir min doqquz yüz əlli) manat) iddiaçının dəfələrlə cavabdehlə əlaqə saxlamasına baxmayaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən, ailəni dolandıran X3 ölümü nəticəsində dəymiş zərərin əvəzi olaraq ödənilməmiş 21 950 (iyirmi bir min doqquz yuz əlli) manat və hüquqi yardıma görə çəkilmiş 121 (yüz iyirmi bir) manat, ümumilikdə isə 22 071 (iyirmi iki min yetmiş bir) manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında göstərmişdir ki, ödənişlər müəyyən vaxtlar edilmiş, daha sonra bir müddət ödənilməsi dayanmış, sonra yenidən ödənilmişdir. Hər ay iki uşaq üçün 350 manat ödəməli idilər. Hal-hazırda 16550 manat ödəniş edilib. Axırıncı dəfə 2023-cü il tarixində mart ayının 30-u 1000 manat ödənilib. Cavabdeh şirkətin balansından iddiaçının kart hesabına ödənişlər edilib. İddiaçının mərhum həyat yoldaşı 2014-cü ildə vəfat edib. Müəyyən aylarda ödəməli olduğu məbləği bir ay içərisində bir dəfəyə ödədikləri də olub. Bundan başqa, Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli qərarı var ki, zərərçəkənin qəsdi nəticəsində edilmiş zərərdən başqa dəyən zərərin əvəzi ödənilir. “İZ” aktı tərtib edilib. Ödənişlərin bu günə kimi xeyriyyə məqsədilə edilməsi mümkün deyil. Burada əminliklə deyir ki, cinayət işi olub. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiyini bildirərək əlavə olaraq göstərdi ki, 2014-cü ildə mərhum elektrik vəzifəsində çalışıb. Şirkət tərəfindən mərhuma tapşırıq verilib. Belə ki, şirkətin “Bakcell” mobil operatoru ilə əməkdaşlığı var. Şirkət mərhumu Lənkərana elektrik dirəklərinin şəklini çəkmək üçün göndərib ki, şirkət qiymətləndirsin. Belə ki, mərhum Nurməmmədov Şahlar ilə birlikdə iki nəfər işçi də olub. Şirkət onları geri qaytarıb, mərhuma isə göstəriş verib ki, şəkilləri çəkib qayıtsın. Mərhum isə şəkilləri çəkmək əvəzinə birbaşa gərginlik olan yerə daxil olub. Müəyən edilib ki, bu işçinin təqsiri ucbatından olub. Burada Cavabdeh MMC-nin heç bir günahı yox idi. Bununla bağlı Əmək Müfəttişliyi də, Fövqəladə Hallar Nazirliyi də araşdırma aparıb. Belə ki, şirkət iddiaçının qeyd etdiyi məbləğləri könüllü ödəyib, o, vaxt şirkətin gəlirlərinin yüksək olduğu bir zaman olub, ona görə də şirkət belə bir addım atıb. Bununla bağlı əmr tərtib ediblər, əmri də ləğv ediblər. Bundan başqa, təhqiqat aktına uyğun olaraq bədbəxt hadisə mərhumun təqsiri ucbatından baş verib. Şəxs məsafəni pozub və transformatorun içərisinə daxil olub. 15 iyul 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarı var. Hadisə isə 2014-cü ildə baş verib. 2014-cü ildən bugünə kimi ödənişlər edilib, yardım olaraq ödənişlər edilib, ödənişin hüquqi əsası yoxdur. Ödənişlər edilən zaman şirkətin gəlirləri yüksək olub. İş üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən təhqiqat aktı çıxarılıb. İş üzrə əhəmiyyət kəsb edən təhqiqat aktını məhkəməyə təqdim etmişdir. Bütün bunların nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vİİ-ЖГ seriyalı 386426 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 xx.xx.2001-ci ildə Qusar rayon Balaqusar kənd icra nümayəndəliyində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Nurməmmədova soyadı verilmişdir. - AZ-İ seriyalı, 722406 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il təvəllüdlüdür. X1, anası İddiaçıdır. - AZ-İ seriyalı, 685166 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il təvəllüdlüdür. X1, anası İddiaçıdır. - AZ-İ seriyalı 651720 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü ildə “Elektrik cərayanı ilə zədələnmə” nəticəsində Lənkəran rayonu, Sütəmurdov kəndində ölmüşdür. - Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli 26 nömrəli əmrindən görünür ki, istehsalatda əmək funksiyasını yerinə yetirərkən həlak olmuş X4 himayəsində olan ödənc almaq hüququ olan ailə üzvlərinə 350 manat məbləğində müavinətin uşaqların 18 yaşı tamam olana kimi hər ay cari ayın 5-i tarixinədək “Kapital Bank” Qusar filialında İddiaçı adına açılmış ********* nömrəli plastik kart hesabına köçürülməsi əmr edilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 31/17 nömrəli əmrindən görünür ki, MMC-nin xx.xx.2014-cü il tarixli 26 saylı əmri ləğv edilmiş və X4 ailə üzvlərinə aylıq müavinətin ödənilməsi dayandırılmışdır. - X14 baş əmək müfəttişi tərəfindən tərtib edilmiş Cavabdeh elektrik quraşdırıcısı X7 ilə 2014-cü il 24 aprel tarixdə, saat 1130 radələrində baş vermiş, ölümlə nəticələnmiş bədbəxt hadisəsinin Təhqiqat Aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 2014-cü il 28 aprel tarixli, 67-T nömrəli əmri ilə təyin edilmiş, tərkibində sədr Azər Həsən oğlu X2 Xidmətinin baş məsləhətçi-baş əmək müfəttişi və üzvlər, X19- Sahibkarlıq, Özəl və X12 HİRK-nin baş texniki əmək müfəttişi, X10-Cavabdeh MMC-nin mühəndisi olan komissiya 28 aprel 2014cü il tarixdən 29 may 2014-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və bu aktı tərtib etmişdir. Təhqiqat aktının 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş verməsində Cavabdeh MMC-nin rəhbər vəzifəli şəxslərinin cavabdehliyi müəyyən edilməmişdir. X4 əmək vəzifələrini yerinə yetirərkən ölümü ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2. bəndinə müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməsi və Cavabdeh MMC-də uçota alınması, İZ formalı aktın bir nüsxəsinin zərərçəkənin ailə üzvlərinə verilməsi təmin edilməsi qərara alınmışdır. Komissiya zərərçəkənin ailə üzvləri ilə görüşmüş, onlara sosial hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X8 Cavabdeh işçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2014-cü il tarixdə Şahlar Nurməmmədov əmək funksiyalarını icra edərkən həlak olmuşdur. X14 baş əmək müfəttişi tərəfindən tərtib edilmiş Cavabdeh elektrik quraşdırıcısı X7 ilə 2014-cü il 24 aprel tarixdə, saat 1130 radələrində baş vermiş, ölümlə nəticələnmiş bədbəxt hadisəsinin Təhqiqat Aktına əsasən, bədbəxt hadisənin baş verməsində Cavabdeh MMC-nin rəhbər vəzifəli şəxslərinin cavabdehliyi müəyyən edilməmişdir. X4 əmək vəzifələrini yerinə yetirərkən ölümü ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2. bəndinə müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməsi və Cavabdeh MMC-də uçota alınması, İZ formalı aktın bir nüsxəsinin zərərçəkənin ailə üzvlərinə verilməsi təmin edilməsi qərara alınmışdır. Hazırda iddiaçı ona ödənilməli müavinətin cavabdeh tərəfindən dayandırıldığını və ödənişlərin edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sözügedən bədbəxt hadisənin baş verməsində Cavabdeh MMC-nin hər hansı təqsiri müəyyən edilməmişdir, bu barədə müvafiq araşdırma aparılmışdır. Bununla belə, MMC mərhəmətlilik niyyəti ilə müəyyən müddət ödənişlər etmiş, lakin sonra MMC-nin maddi vəziyyəti ilə bağlı müavinət ödənilməsini dayandırmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, MMC-nin bədbəxt hadisənin baş verməsində təqsiri sübuta yetirilmədiyi halda, iddiaçı tərəfindən iddia tələbində qeyd olunan ödənişlərin verilməsinin davam etdirilməsi və ya həmin ödənilməmiş ödənişlərin birdəfəlik tələb edilməsinin hüquqi əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən hüquqi yardıma görə ödənilmiş 121 manat pul vəsaitinin də cavabdehdən tutulması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən ona aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2563/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2563/2023
24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver