Məhkəmə qərarları › İş №e-2(007)-2635/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2635/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2635/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesindədir). Cavabdeh- Cavabdeh. Tələb olunan məbləğ- 210 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu. Sübutlar: Sığorta ödənişi ilə bağlı akt, “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayış, ödəniş tapşırığı, dəymiş zərərin hesablanmasına dair akt, inzibati tənbeh vermə haqqında qərar, pretenziya, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci, 936.5-ci, 1108.1-ci, 1114.1-ci maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, PDS********** saylı sığorta müqaviləsinə əsasən “Kia Rio” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinədək, yəni xx.xx.2022-ci il tarixədək "xxxx" DSKŞ (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən “Kia Rio” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Toyota Prius” minik markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh hadisə zamanı hadisə yerini tərk etmiş və İXM-nin 327.1 və 327.6-cı maddələrinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. "xxxx"nın dəymiş zərərin hesablanmasına dair aktdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” minik markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə 210 manat məbləğində zərər dəymiş, "xxxx" DSKŞ-nin (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin) 00668/2022 nömrəli sığorta aktı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə də “Toyota Prius” minik markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 210 manat məbləğində sığorta ödənişinin ödənilməsi müəyyən edilmişdir. Beləliklə, Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da “Toyota Prius” minik markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərlə bağlı maddi ziyanın məbləği 210 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 210 (iki yüz on) manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzi iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesindədir) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar