Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2733/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 cəlb olunmaqla, “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 cəlb olunmaqla, “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında dövlətə məxsus olan 4129,4 kv.m torpaq sahəsi və onun üzərində olan 1350 kv.m tikililər X3 idarəsi MMC-nin istifadəsində olmuşdur. Göstərilən əmlak Dövlət Əmlakı olduğundan onun xüsusi mülkiyyətə keçməsi üçün qanunvericiliyin tələbləri daxilində özəlləşdirilməsi tələb olunurdu. O, bir sahibkar kimi Bakı şəhərində belə bir sahə alıb orada anbarlar tikib müvafiq qaydada istifadə etmək üçün dost tanışlara bildirmişdir ki, belə bir təklif olsa ona bildirsinlər. Belarusiyada yaşayan qardaşı İslamın tanışı X10 qardaşı İslam vasitəsilə ona xəbər göndərdi ki, Babək prospektində onun tələbatına uyğun olan yuxarıda göstərilən sahə vardır. Həmin əmlakı Dövlət Əmlak komitəsi hərraca çıxarıb, birinci hərrac keçib, lakin oranın istifadəçilərinin maddi imkanı yoxdur ki, oranı özəlləşdirsinlər. Qarşıda ikinci hərrac var, həmin hərrac 30 mart 2021-ci ildə keçiriləcəkdir, iştirak üçün 53750 manat vəsait beh kimi ödənilməlidir. O, həmin şəxslərlə görüşüb danışmağa razılıq vermişdir. Bir neçə gün sonra cavabdeh və onun qardaşı X2 onunla görüşdülər. Cavabdeh bildirdi ki, əmlakın istifadəsində olduğu MMC-nin cəmi 3 üzvü var, onların da biri onun həyat yoldaşı digəri qohumudur, yəni kollektiv cəmi 3 nəfərdən ibarətdir, onlarla da heç bir problem ola bilməz, bütün problemləri o təkbaşına həll edəcəkdir. Bildirdi ki, qanunvericiliyin tələbinə görə kollektivə 15% pay düşür, həmin hissədə ödənişə dövlət güzəşt edir, lakin qalan 85% hissənin özəlləşdirilməsinə 500.000 (beş yüz min) manat vəsait köçürülməli, 20.000 (iyuimi min) manat da qalan sənədləşdirmə işlərinə pul tələb olunur, lakin onların belə imkanları olmadığından hərracda iştirak edib dəyəri ödəyə bilmirlər, yəni maddi imkanları olmadığından bu əmlakı nə özəlləşdirə bilirlər, nə də onlara dövlətin müəyyən etdiyi 15% üzərində sərəncam verə bilmirlər, çünki o hissənin ayrılıqda özəlləşdirilməsi mümkün deyildir. Cavabdeh xahiş etdi ki, o, bu işə bir şərik kimi qoşulsun, hərracda iştirak pulu və əmlakın dəyərini, yəni özəlləşdirmə üçün bütün xərcləri çəksin, özəlləşmə başa çatandan sonra kollektivə düşən 15% hissə onlarda qalsın, qalan 85% hissə onun mülkiyyətinə keçsin. O, bir daha soruşmuşdur ki, sonradan kollektivlə onun arasında bir problem yarana bilərmi? Cavabdeh bir daha bildirdi ki, kollektivdə olan 3 nəfərin biri həyat yoldaşı, digəri qohumudur, bütün məsələlərə o cavabdehlik daşıyır. O, razılıq vermiş, lakin bu zaman cavabdehin qardaşı olan və bu söhbətlərdə iştirak edən X2 bildirdi ki, “yaxşı, mən kollektivə daxil deyiləm, amma bu işləri siz mənim vasitəmlə razılaşdırırsınız, bəs mənim xeyrim nədir?”. Xahiş etdi ki, onun xaricdə oxuyan oğlunun bir illik təhsil haqqı olan 50.000 (əlli min) manat vəsait də onun üçün nəzərdə tutulsun. O, həmin vəsaiti də ödəyəcəyinə söz vermişdir və sonradan həmin vəsaitin 12000 (on iki min) manatını X1 vermiş, lakin qalan hissəni hələ də ödəməmişdir, ona görə ki, cavabdeh aralarında olan razılığı tam olaraq pozmuş və son iki il ərzində müxtəlif bəhanələrlə öz öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Özəlləşdirilməyə tələb olunan 500.000 manat böyük vəsait olduğu üçün iddiaçı öz vədini yerinə yetirmək və 500.000 manatı əldə etmək üçün 3-cü şəxslərlə danışıqlar aparmışdır. Danışıqların mövzusu belə olmuşdir ki, həmin 3-cü şəxsin maddi köməkliyinə görə özəlləşdirilən obyektdən tam sənədləşdirilmədən sonra ona da müəyyən pay ayrılacaqdır. Buna görə də iddiaçı öz yaxın tanışı olan 3-cü şəxsi bu işə cəlb etmiş, cavabdehin iştirakı ilə razılaşdırılmışdır ki, həmin şəxsə onun 300.000 manat vəsaiti müqavilində özəlləşmədən sonra 789 kv.m torpaq sahəsi verəcəkdir. Lakin həmin 3-cü şəxs danışıqlar zamanı əmlakın cavabdehin istifadəsində olduğunu nəzərə alaraq tələb etdi ki, cavabdehin özü ona yazılı iltizam versin ki, əmlak özəlləşdirilmədən sonra heç bir problem olmadan ona həmin sahə veriləcəkdir. Cavabdeh belə bir iltizamı 3-cü şəxsə vermiş və bildirmişdir ki, özəlləşdirilmədən sonra da bu məsələdə heç bir narazılığı ola bilməz və gələcəkdə də olmayacaqdır. Həqiqətən də özəlləşdirilmədən sonra 3-cü şəxsə verilməli olan sahə ona sənədləşdirilmişdir. Beləliklə, iddiaçı öhdəlik götürdüyü və özəlləşdirilməyə lazım olan 520.000 manatı tam həll edib cavabdehə vermişdir, belə ki, iddiaçı özü 220.000 manat və 3-cü şəxs vasitəsilə 300.000 manatı cavabdehə təqdim etmiş və göstərilən obyektin özəlləşdirilməsi həyata keçirilmişdir. Tərəflərin razılığı ilə 300 manat vəsaitlə özəlləşdirməyə köməklik edən 3-cü şəxsə özəlləşdirmədən sonra 789 kv.m torpaq sahəsi ayrılmışdır. Bir daha bildirir ki, ümumiyyətlə bütün dövlət obyektləri, eləcə də mübahisəli obyekt dövlət müəssisəsi olduğundan özəlləşdirilməsi üçün hərraca çıxarılmalı və iştirakçılar beh kimi müəyyən vəsait qoyaraq hərracda iştirak etməlidirlər. Hərracda iştirak edən istənilən şəxs hərracı uda bilər və bu halda iki il müddətinə ümumi dəyər ödəməlidirlər. Mübahisəli daşınmaz əmlak 30 mart 2021-ci il tarixində saat 10:00-da 53750 manat beh müəyyənləşdirilərək təkrar hərraca çıxarılmışdır. Bildirir ki, həmin müəssisənin özəlləşdirilməsi üçün o, cavabdehə vəsait verməsə idi, həmin dövlət əmlakını hərracda iştirak edən istənilən şəxs hərracı udmaqla əldə edə bilərdi, bu halda cavabdehin və onun kollektivinin ümumi payı dövlətin müəyyən etdiyi 15% dən artıq ola bilməzdi. O zaman yeni mülkiyyətçi cavabdeh və onun kollektivinə 15% ə uyğun dəyəri ya pulla ödəməli və yaxud da həmin hissəyə uyğun daşınmaz əmlak verməklə cavabdehin bu əmlak üzərində hər hansı hüququna xitam verə bilərdi. İstinad edilən və özəlləşdirilməyə sərf edilən 520.000 manat vəsait isə tərəfindən aşağıdakı şəkildə ödənilmişdir: Özəlləşdirilməyə tələb olunan 520.000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Həsənov İslam vasitəsilə 54.000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçı şəxsən 40.000 (15.000, 15.000 və 10.000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70.000 (50.000+20.000) manat vəsaiti, Nadirov Elçin vasitəsilə 100 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236.000 manat vəsaiti və Həsənov İslam vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. Özəlləşdirmədən sonra həmin obyektə, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və cavabdehin xüsusi mülkiyyətində olduğu göstərilən reyestr nömrəsi **********54-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan çıxarış verilmişdir. Hazırda mübahisəli sahə 4129,4 - 789 = 3340,4 kv.m təşkil edir. Bütün razılaşmalara əsasən qalan torpaq sahəsinin ilkin miqdarı olan 4129,4 kv.m sahənin 15%-i, yəni 619,41 kv.m hissəsi cavabdehə, qalan 4129,4 - 619,41 = 3509,99 kv.m hissəsi isə iddiaçının payına düşdüyündən və iddiaçı öz payından 789 kv.m hissəni 3-cü şəxsə satdığından iddiaçının payı 3509,99-789=2720,99 kv.m təşkil edir. Özəlləşdirmə başa çatandan sonra iddiaçı ona məxsus olmalı olan sahədə anbarlar tikmək niyyətilə ora Hümmətli Vəkil Həsən oğlu (ş/v 13034152, FİN 5U122ZG, ünvan: Tovuz rayonu, Əlimərdanlı kəndi) adlı usta göndərmişdir. Həmin usta özəlləşdirilən əraziyə gəlmiş, orada cavabdeh və digər şəxslər onu qarşılamış, ustanın nə üçün gəldiyini soruşduqdan sonra bildirmişlər ki, “bu ərazi İsa müəllimindir (iddiaçınındır), bizim narazılığımız ola bilməz”. Sonradan ustanın təklif etdiyi tikinti qiyməti iddiaçını qane etmədiyinə görə orada tikintini aparmamışdır. Göründüyü kimi göstərilən halda cavabdeh həmin ərazinin faktiki olaraq iddiaçının olduğunu ora gələn kənar şəxsə- ustaya şəxsən bildirmişdir. Bundan sonra dəfələrlə iddiaçı ona məxsus olan sahənin onun adına sənədləşdirilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçının əmlakda olan payını onun adına keçirməkdən yayınmağa başladı. Son olaraq cavabdeh belə təklif etdi ki, iddiaçının razılığı ilə əmlak satılsın, hər tərəf ona məxsus olan pay müqabilində öz pulunu götürsün. Lakin 2 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə gələn alıcılara əmlakı satmaqdan imtina edir. Özəlləşdirilmədən keçən 2 ildən artıq bir müddətdə obyekt satılmamışdır. Buna görə də iddiaçı cavabdehdən payların naturada ayrılmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə məsuliyyətdən yayınır, öhdəliyini yerinə yetirmək istəmir. 21 avqust 2023-cü il tarixində cavabdeh iddiaçıya içərisində iddia ərizəsi və barışıq sazişi adlanan sənəd olan məktub göndərmişdir. Həmin məktubda iddiaçının bu iddia ərizəsində istinad etdiyi 2 haldan başqa bütün digər hallar təsdiq edilmişdir, belə ki, cavabdeh təsdiq etmişdir ki, Tərəflər arasında özəlləşdirmə üzrə razılıq olmuş və iddiaçı 520.000 manat vəsaitlə özəlləşdirmədə şərik kimi iştirak etmişdir. 3-cü tərəfə onun 300.000 manat vəsaiti müqabilində ona 789 kv.m torpaq sahəsi verilmişdir. Cavabdehin göndərdiyi sənədlərdə işin hallarına aid vacib 2 məsələ isə təhrif edilmişdir, belə ki, cavabdeh özü-özünü təkzib etmiş, bir tərəfdən özəlləşmə üzrə 520.000 manat müqavilində iddiaçının şərik məsələsini razılaşdırdıqlarını bildirdiyi halda sonradan iddiaçının 220000 manat şəxsi vəsaitini guya ondan borc aldığını və üzərinə də əlavə 80000 manat əlavə edərək hissə-hissə qaytarmağa razı olduğunu bildirmişdir. İddiaçının vəsaitini cəlb etdiyi 3-cü şəxsin iddiaçıya aidiyyəti olmadığını, iddiaçının yalnız özünün qoyduğu şəxsi vəsaitinin müqabilində və yalnız cavabdehə məxsus 50% payın ½ hissəsinə şərik ola biləcəyini göstərmişdir. Cavabdeh bu məktubu ilə özü təsdiq etmişdir ki, özəlləşdirilmə üçün tələb olunan vəsaitdən onun tərəfindən şəxsi vəsaiti sərf edilməmiş, yalnız iddiaçının özünün və cəlb etdiyi 3-cü şəxsin vəsaiti ilə həmin daşınmaz əmlak özəlləşdirilmişdir. Göründüyü kimi, cavabdeh ilkin razılaşmanın bütün şərtlərini pozur, bütün özəlləşdirmə xərclərini 100% miqdarında iddiaçı çəkdiyi halda və cavabdehin bir manat olsa belə xərc çəkmədiyi halda cavabdeh iddiaçıya onunla razılaşdığı payı verməkdən imtina edir. Cavabdeh hətta o dərəcədə öhdəlikləri pozur ki, onların biri-birini tanımadıqları halda ona 220000 (iki yüz iyirmi min) manat guya borc verdiyini iddia edir. O, sahibkar adamdır, hər qəpiyi xərcləməmiş hərtərəfli fikirləşir, xərclənəcək pulun xeyir və ziyanını ölçüb-biçir, necə ola bilər ki, o, cavabdehi tanımadığı halda ona 220.000 manat borc verib, yəni cavabdehin onun ona borc verməyi haqqında söylədikləri cəfəngiyatdır. Hesab edir ki, cavabdeh mülki dövriyyənin iştirakçısı kimi başqasına ziyan vurmaqla varlanmaq niyyətindədir və onun bu niyyəti mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Əslində isə özəlləşdirilən obyekt dövlət mülkiyyəti olduğundan və cavabdeh 3 nəfər kollektivlə orada dövlətin müəyyən etdiyi 15% paya malik olduğundan və iddiaçı özəlləşdirmə üçün tələb olunan bütün vəsaiti 100% miqdarında çəkdiyindən, cavabdeh isə bir manat olsun vəsait sərf etmədiyindən bu gün iddiaçı mübahisəli obyektin dövlətin kollektivə güzəşt etdiyi 15% paydan başqa qalan 85% hissəsinin formal mülkiyyətçisidir. Bu iddianı təsdiq edən tərəflər arasında çoxlu sayda WhatsApp yazışmaları vardır ki, bunlarda da cavabdeh onların şərik olduqları, onun icazəsi və razılığı olmadan əmlakın nə girov qoyulmasının, nə də satılmasının mümkün olmamasını bildirmişdir. Digər tərəfdən həmin WhatsApp yazışmalarında cavabdehlə aparılan söhbətlər, obyektin niyə satılmaması, cavabdehin hər dəfə bir bəhanə uydurması faktları öz əksini tapmışdır. Deyilənlərə görə hesab edir ki, cavabdeh mülki dövriyyənin iştirakçısı kimi öz vəzifələrini vicdanla yerinə yetirmir və onun niyyəti yalnız öz hüquqlarından sui-istifadə edərək mülki dövriyyənin digər iştirakçısına zərər vurmaqla varlanmaqdır. İddiaçının qardaşı İslam və cavabdeh arasındakı bəzi WhatsApp yazışmaları iddianın əsaslığını təsdiq edir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan reyestr nömrəsi **********5412301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan, 3340,4 kv.m (0,3340 ha) daşınmaz əmlak- torpaq sahəsi və onun üzərində tikililər üzərində iddiaçının və cavabdehin ümumi mülkiyyət hüququnun tanınması, həmin daşınmaz əmlak üzərində iddiaçının və cavabdehin ümumi mülkiyyətdə paylarının 85% iddiaçının və 15% cavabdehin olmaqla müəyyənləşdirilməsi və iddiaçının 85% payının naturada (faktiki olaraq) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili dəqiqləşdirmə barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, iddia ərizəsində buraxılmış texniki yanlışlığın düzəldilməsinin qəbul edilməsi haqqında bu ərizənin qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddia ərizəsində göstərilmişdir: Özəlləşdirilməyə tələb olunan 520.000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Həsənov İslam vasitəsilə 54.000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçı şəxsən 40.000 (15.000, 15.000 və 10.000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70.000 (50.000+20.000) manat vəsaiti, Nadirov Elçin vasitəsilə 100.000 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236.000 manat vəsaiti və Həsənov İslam vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. Bu mətndə 2 yerdə texniki yanlışlığa yol verilmişdir: 1. İddiaçı şəxsən 40.000 (15.000,15.000 və 10.000) manat yox, iddiaçının nümayəndəsi Vəliyev İsə 40.000 (15.000, 15.000 və 10.000) manat.... olmalıdır. 2. Həsənov İslam vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat yox, Həsənov İslamın sürücüsü Quliyev Aqil vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat... olmalıdır. Göstərilənləri nəzərə alaraq, dəyişiklik edilən hissə aşağıdakı kimi olmalıdır: Özəlləşdirilməyə tələb olunan 520.000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Həsənov İslam vasitəsilə 54.000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçının nümayəndəsi Vəliyev İsə 40.000 (15.000, 15.000 və 10.000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70.000 (50.000+20.000) manat vəsaiti, Nadirov Elçin vasitəsilə 100.000 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236.000 manat vəsaiti və Həsənov İslamın sürücüsü Quliyev Aqil vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. İddia ərizəsində göstərilən dəqiqləşmənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, məhkəmə iclasına şahidlər dəvət edildiyini və həmin şahid ifadələrinin nəzərə alınmasını bildirmiş və iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron ərizə ilə məhkəməyə müraciət edərək, ədalətli məhkəmə araşdırması prinsiplərini nəzərə alaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-ci baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, vəsatət təmin olunduğu halda onun iki həftə ərzində Rusiyada xəstəxanada müalicədə olacağının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanlara münasibətdə, hazırkı mülki işin məhkəmə baxışı mərhələsində olmasını da nəzərə alaraq, işin bütün faktiki halları nəzərə alınmaqla, MPMin 188-ci maddəsinin tələbi baxımından, hazırkı məhkəmə iclasının iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatında bildirdi ki, ilk öncə, iddiaçının vəkilinin məhkəmə iclasının təxirə salınması barədə vəsatətinə münasibətdə qeyd etmək istəyir ki, təxir üçün əsaslar yoxdur, iş kifayət qədər araşdırılmışdır, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahidlər dindirilmişdir. Bütün bunlarla bir daha müəyyən olundu ki, iddianın ərizə verildiyi gündən perspektivi yoxdur, iddia ümumilikdə əsassız iddiadır, şahidlər isə öz ifadələrində iddia tələbi ilə hər hansı bağlılığı olmayan fikirlər səsləndirməklə, iddiadan tamamilə kənar ifadələr vermişlər. Göstərdiklərinin nəzərə alınaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, bu məsələdə əvvəldən bəri qardaşı İddiaçıla birlikdə iştirak etmişdir. Onların Belarusiyada yaşayan Şəmsəddin adlı tanışı olmuş, sonuncu zəng edərək müəssisənin hərraca çıxarıldığını bildirmişdir. O, həmin məlumatın doğruluğuna əmin olduqdan sonra onlar görüşmüşlər və görüş zamanı Şəmsəddin hazırkı hərracın sonuncu hərrac olduğunu və oranı almağa imkanının olmadığını bildirmişdir. Torpaq sahəsi 41.3 sot olmuş, dövlət isə 540000 manat qiymətləndirmişdir. Başqa bir adam da oranı almaq istəmişdir. Həmin vaxt onlar dörd nəfər olmaqla, ümumilikdə 500000 manat pul verə biləcəklərini demişlər. Bu müəssisə yüz faiz dövlətə məxsus olmuşdur və kollektivə 15% (38000-40000 manat) dövlət tərəfindən güzəşt edilmişdir və onların adına özəlləşdirilmişdir. Onlar güləşçidirlər və aralarında söz kəsildisə, kişi kimi əməl edirlər və bir-birilərini aldatmazlar. Bunu sözü ona görə deyir ki, onlar 500000 manat pulu dörd nəfərə verəcəklərini razılaşmışlarsa, buna da əməl edəcəklər. O, beh kimi ilkin olaraq 54.000 manat pulu sürücü vasitəsilə cavabdeh İlqara vermiş, qardaşı İsa isə 15000, 15000 və 10000 manat olmaqla ümumilikdə 40000 manat pulu İlqara vermişdir, Elçin isə 100.000 manat pul vermişdir. Bundan başqa, Hikmət 230.000 manat pul vermişdir. Daha sonra çıxarışı alanda, 20.000 manat əlavə olaraq o, vermişdir. Tam 500.000 manat veriləndən sonra, 234.000 manata Hikmətə 8.9 sot verilmişdir. Bundan başqa, münasibətləri yaxşı olduğundan, İlqara şirinlik kimi təxminən 4000 manat pul vermişdir. 33.4 sot iki il qalmış və satılmamışdır. Bundan sonra onlar həmin sahənin qeyri-müəyyən vaxta satılacağını yəqin etdikdən sonra bölmək qərarına gəlmişlər. İlqar üçün ilkin ödənişi o, vermişdir. İlqar isə demişdir ki, o biri iki adamdan biri onun öz yoldaşı, digəri isə tanışıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Elçin Vəliyevin işçisi olmuşdur. Belə ki, Elçin Vəliyev həmin sahənin 8.9 sotunu 234.000 manat müqabilində alan şəxsdir. Elçin müəllim 40.000 manat pulu ona vermişdir və o, "xxxx"da həmin pulu özəlləşdirmə ilə bağlı şəxsən xatırlamadığı şəxsin adına köçürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, İslam müəllimin həmin sahəyə 50.000 manat verdiyini görmüşdür. İslam müəllim İsanın qardaşıdır. 20.000 manatı isə “Sərin” restoranının qarşısında İslam İlqara vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, əmisi oğlu Coşqun ilə İslam müəllimin iş birliyi vardır. O, ona verilmiş 100.000 manat pulu Aqillə birlikdə aparıb "xxxx"-da İlqarın adına köçürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş İsaev Elchin (Gürcüstan vətəndaşı) ifadəsində göstərmişdir ki, İslam müəllim onunla birlikdə bizneslə məşğul olmuşdur. İslam müəllim ona 50.000 manat bir, 20.000 manat bir, 40.000 manat bir olmaqla, ümumilikdə 110.000 manat pulu ona vermiş, o isə Atatürk parkında “Paulo Bliss” kafesində İlqara vermişdir. İlqarı isə Məhyəddin adlı yoldaş vasitəsilə tanımışdır. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq göstərmişdir ki, iş üzrə işin faktiki hallarını bilən və hazırda Belarus Respublikasında yaşayan və oranın vətəndaşı olan X9 imzası Belarus Respublikasında notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edir. X9 müvafiq qaydada tərcümə edilməklə təsdiq edilmiş ərizəsindən görünür ki, bu işdə o, əsas şahiddir və çox istərdi ki, məhkəmə iclasında iştirak etsin və bu işin bütün vacib tərəflərini məhkəmənin diqqətinə çatdırsın, çünki o, iddiaçını cavabdehlə tanış etmişdir və bu işin ən xırda təfərrüatına qədər bütün halları bilir. Ona bildirilib ki, növbəti məhkəmə iclası, 15 dekabr 2023-cü il tarixinə təyin edilib, lakin hazırda ailə vəziyyəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmir və ona görə də yazılı iradəsini notarial qaydada təsdiq edilərək məhkəməyə göndərilməsinə qərar vermişdir. Amma o, məhkəmədə iştirak etməyə hazırdır və əgər məhkəmə onun məhkəmədə iştirakını məcbur hesab etsə, o zaman 15 yanvar 2024-cü ildə məhkəmədə ola bilər və ya istənilən vaxt onlayn rejimdə məhkəmədə iştirak edə bilər. O, qanunda yalan ifadə verməyə görə məsuliyyət daşımaq haqqında tələbi tam başa düşür və əmin edir ki, ifadələrində deyilənlərin hamısı həqiqətdir. O, özü Azərbaycandandır. 1966-cı il sentyabrın 10-da Naxçıvan MSSR, İlisivsi rayonu, Dəmirçi kəndində anadan olmuşdur. O, iddiaçı və cavabdeh, çox yaxşı tanıyır. Cavabdehin qardaşı Məhiyəddinlə onlar birlikdə idmanla məşğul olmuş və o, iddiaçını qardaşı İsa vasitəsilə tanıyır, onunla da idmanla məşğul olmuşdur. O, iddiaçının qardaşı və cavabdehin qardaşı bir-birini yaxşı tanıyırlar və onların vasitəsilə iddiaçı və cavabdehlə tanış 2021-ci ilin əvvəlində ona cavabdehin qardaşı Məhiyəddindən zəng gəldi. Ona dedi ki, qardaşının Bakı şəhəri, Babək prospektində torpaq sahəsi var, ancaq dövlətə məxsusdur. Dövlət indi bu torpağı hərracda satır. Birinci hərrac keçib, ikinci hərrac təyin olunmuşdur. Amma iştirak üçün 50 000 (əlli min) manatdan çox pul tələb olunduğundan onların hətta bu hərracda iştirak etməyə pulları yoxdur. Məhiyəddin onu da dedi ki, orda kollektiv var, bu onun qardaşı, qardaşının arvadı və başqa qohumudur, bu torpaq sahəsini kollektiv özü alsa, dövlət kollektivə üstünlük verir. İstənilən halda bu sahəni kimin almasından asılı olmayaraq, payın 15 faizi kollektivə məxsus olacaq. Amma istəyirlər ki, torpaq sahəsini tanıdıqları şəxs alsın, onların 15 faizini və əlavə bu qədər də mükafat alsınlar. Əgər alıcı yad adam olsa, o zaman onlar əlavə mükafat almayacaqlar və onunla başqa fikir ayrılıqları da ola bilər. Yadına düşdü ki, iddiaçı iri sahibkardır və bir dəfə ona demişdi ki, istehsalını genişləndirmək istəyir, Bakıda torpaq sahəsi tapmağı və orada ət məhsulları üçün böyük soyuducular tikməyi planlaşdırır. Ona görə də iddiaçıya zəng edib hər şeyi danışmış, iddiaçı tanımadığı adamlarla iş görmək istəmədi, amma mən onu inandırmışdır. Məhyəddin yaxşı tanıdığını, aralarında çox yaxşı münasibətlər olduğunu və onlara zəmanət verdiyini söyləmişdir. Bundan sonra iddiaçı razılaşaraq ona demişdir ki, cavabdeh və qardaşı Məhiyəddin ona zəng etsinlər. İddiaçının telefon nömrəsini cavabdehin qardaşı Mahiyəddinə vermişdir. Bir müddətdən sonra Məhiyəddin ona zəng edib hər şeyi danışmış, sonra özü iddiaçıya zəng etmiş, çünki işin nəticəsini öyrənmək istəyir. Hər ikisi ona aşağıdakıları təsdiqlədilər: İddiaçı hərracda qalib olmaq üçün 500 000 (beş yüz min manat) məbləğində bütün pul xərclərini və bəzi rəsmiləşdirmələrə görə əlavə 20 000 (iyirmi min) manatı öz üzərinə götürür. Kollektivin alqı-satqı üstünlüyündən yararlanmaq üçün torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilir, çünki alqı-satqı kollektiv üzvünün adına rəsmiləşdirilirsə, dəyəri təqribən 5-7 faiz azalır. Torpaq sahəsinin 15 faizi (on beş faizi) cavabdehdə qalır, qalan 85 faizi isə iddiaçının adına yenidən rəsmiləşdirilir. İddiaçı cavabdehə əlavə olaraq 50.000 (əlli min) manat pul verir. Bir müddət keçdikdən sonra hər iki tərəf ona zəng edərək, təşəkkürlərini bildirdilər və sövdələşmənin başa çatdığını, iddiaçı tərəfindən razılaşdırıldığı kimi 520.000 (beş yüz min) manatı, əlavə olaraq 50.000 (əlli min) manatın bir hissəsinin tam ödənildiyini bildirdilər. Hər ikisini müqavilə münasibəti ilə təbrik etmişdir və hər ikisinə uğurlar arzulamışdır. Amma bundan sonra cavabdeh tərəf bu günə kimi müxtəlif bəhanələrlə müqavilə şərtlərini yerinə yetirməyib, torpaq sahəsində 85 faizlik payı iddiaçının adına rəsmiləşdirməyib. Bu baxımdan cavabdehə və onun qardaşına etdiyi bütün cəhdlər və xahişləri heç bir nəticə vermədi. Onlar onun iştirakı ilə əldə edilmiş razılaşmanı qəti şəkildə yerinə yetirmək istəmədilər. Bu günə qədər onlar onunla danışmaqdan yayınırlar. Cavabdehin qardaşının və cavabdehin özünün etiraflarına görə, onlar bu torpaq sahəsini hərrac yolu ilə almaq üçün bir qəpik də qoymayıblar. Bütün xərclər yalnız iddiaçı tərəfindən ödənilib. Təqsirləndirilən şəxs və onun qardaşının bugünkü hərəkəti bütün hüquq normalarının və şəriət qanunlarının pozulmasıdır. Bu iş üzrə qərar qəbul edərkən onun ifadəsinin nəzərə alınmasını xahiş edir. Yenə deyir ki, o, cavabdeh və onun qardaşı ilə məhkəmədə görüşməyə və onların iştirakı ilə məhkəmədə bu yazılanların hamısını deməyə hazırdır. Ona aydındır ki, yalan ifadə vermək qanunla cəzalandırılır və Azərbaycanın cinayət qanunvericiliyində buna görə ağır cəza var. Ona görə də təsdiq edir ki, bu müraciətdə yazılanların hamısı əsl həqiqətdir və burada həqiqətdən başqa heç nə yoxdur. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən 0.3340 torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh, X6 və X4 ümumi birgə mülkiyyətindədir. Cavabdeh payı xx.xx.2021-ci ildə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Cavabdeh tərəfindən müvafiq hesaba 10% beh ödənişi kimi 53750 manat ödənilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına Cavabdeh tərəfindən əmlakın özəlləşdirilməsi üçün X14 tərəfindən 10.000 manat ödənilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına Cavabdeh tərəfindən əmlakın özəlləşdirilməsi üçün X14 tərəfindən 15.000 manat ödənilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına Cavabdeh tərəfindən əmlakın özəlləşdirilməsi üçün X14 tərəfindən 15.000 manat ödənilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən hərrac məbləğinin qismən ödənişi qismində 20.000 manat ödənilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən hərrac məbləğinin qismən ödənişi qismində 50.000 manat ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən 0.3340 torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh, X6 və X4 ümumi birgə mülkiyyətindədir. Cavabdeh payı xx.xx.2021-ci ildə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır. Hazırda iddiaçı, daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması həmin əmlak üzərində payların müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 214.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4-cü maddəsinə əsasən, paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iddiaçının sözügedən əmlak kompleksinə münasibətdə mülkiyyət hüququ yoxdur, iddiaçının tələbinin əsasını təşkil edən hal isə ondan ibarətdir ki, o, həmin əmlak kompleksinin özəlləşdirilməsi məqsədilə özəlləşdirmə xərclərini özünün çəkdiyini, buna görə də iddiasının təmin edilməli olmasıdır. Cavabdeh tərəf isə məhkəmə iclasında verilmiş suallara iddiaçının bəhs etdiyi 220.000 manatı sonuncudan borc qismində aldıqlarını bildirmiş və iddiaçının pul tələbi ilə bağlı iddia verməli olduğu halda, əsassız olaraq pay hüququnun tanınmasına dair iddia verdiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlak kompleksinə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən 0.3340 torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh, X6 və X4 ümumi birgə mülkiyyətində olmaqla, Cavabdeh payı xx.xx.2021-ci ildə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, xüsusi mülkiyyət kimi qeydə alınmış cavabdehə məxsus- Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan reyestr nömrəsi **********5412301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan, 3340,4 kv.m (0,3340 ha) daşınmaz əmlak- torpaq sahəsi və onun üzərində tikililər üzərində iddia tələbində göstərilən qaydada mülkiyyət hüququnun tanınması və payların müəyyən edilməsi yolverilməzdir, belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, həmin ifadələrdə iddia tələbini əsaslı edə biləcək hər hansı hal müəyyən edilməmişdir, həmin şahid ifadələri iddianın təmin edilməsinə dəlalət edə biləcək mötəbər sübut qismində qəbul edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 cəlb olunmaqla, “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 cəlb olunmaqla, “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 300 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2733/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2733/2023
15.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver