Məhkəmə qərarları › İş №e-2(007)-3095/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3095/2024

16.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3095/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixili MŞB/MT039/2024-00017 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində 211.23.66.002 saylı “X2 üzrə qarışıq müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən Maraqlı şəxs şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu 2023-cü ilin sonunadək "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdü. Mövsüm sonunda adı çəkilən Müqavilə üzrə Maraqlı şəxs Ərizəçi MMC-nə 3714.04 (üç min yeddi yüz on dörd manat dörd qəpik) manat borcu yaranmışdır. Ərizəçi tərəfindən maraqlı şəxsə borcun ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir, lakin pretenziyaya cavab verilməmişdir. Borc mediasiya qaydasında tələb edilmiş və xx.xx.2024-cü il tarixində tərəflər arasında Bərdə şəhərində Bərdə 1 saylı Mediasiya təşkilatının rəhbərliyi ilə borcun hissə-hisə ödənilməsi ilə bağlı MŞB/MT039/2024-00017 saylı barışıq sazişi imzalanmışdır. Sazişin 4-cü şərtinə əsasən tərəflər razılığa gəlmişdir ki, ikinci tərəf Maraqlı şəxs borclu olduğu 3714.04 manat borcu 2024-cü ilin fevral ayından başlayaraq 18 ay müddətində hər ay 17 ay 206 manat sonuncu 18-ci ay isə 212 manat ödəyəcəyini bildirmişdir. Məlum edirlər ki, ikinci tərəf Sazişin şərtlərini pozmuşdur. Belə ki, ikinci tərəf saziş üzrə cəmi bir dəfə 2024-cü ilin mart ayının 5-də 210 manat pul ödəmiş, digər öhdəlikərini yerinə yetirməmişdir. Hazırda Saziş üzrə qalıq borc 3504.04 manat təşkil edir. Məhkəmə iclasında Ərizəçi MMC ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi MMC (Saziş üzrə Birinci Tərəf) ilə Maraqlı şəxs (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-00017 saylı aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: 1) Birinci tərəfin etibarnamə üzrə nümayəndəsi mediasiyaya müraciət edərək bildirdi ki, İkinci tərəf ilə xx.xx.2023-cü il tarixində, 211.23.66.002 saylı müqavilə bağlanılmış və müqavilə üzrə 3717.04 AZN ödənilməmiş borc yaranıb. 2) X3 prosesində könüllü iştirak edərək, 211.23.66.002 saylı müqavilə üzrə 3714.04 manat borcu olduğunu bildirdi və hissə hissə borcu ödəyə biləcəyini bildirdi. 3) Tərəflərə barışıq sazişinin şərtləri izah olundu və aşağıdakı şərtlərlə qarşılıqlı razılığa gəldilər. 4) İkinci tərəf borclu olduğu 3714.04 manat yaranmış borcu 2024-cü ilin fevral ayından başlayaraq 18 ay müddəimdə hər ay (17 ay 206 AZN, sonuncu ay 212 manat) ödəyəcəyini bildirdi və tərəflər qarşılıqlı olaraq razılığa gəldilər. 5) Tərəflər arasında digər mübahisə yoxdur. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-00017 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tələb etmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC (Saziş üzrə Birinci Tərəf) ilə Maraqlı şəxs (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-00017 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Birinci tərəfin etibarnamə üzrə nümayəndəsi mediasiyaya müraciət edərək bildirdi ki, İkinci tərəf ilə xx.xx.2023-cü il tarixində, 211.23.66.002 saylı müqavilə bağlanılmış və müqavilə üzrə 3717.04 AZN ödənilməmiş borc yaranıb.

2. X3 prosesində könüllü iştirak edərək, 211.23.66.002 saylı müqavilə üzrə 3714.04 manat borcu olduğunu bildirdi və hissə hissə borcu ödəyə biləcəyini bildirdi.

3. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu və aşağıdakı şərtlərlə qarşılıqlı razılığa gəldilər.

4. İkinci tərəf borclu olduğu 3714.04 manat yaranmış borcu 2024-cü ilin fevral ayından başlayaraq 18 ay müddəimdə hər ay (17 ay 206 AZN, sonuncu ay 212 manat) ödəyəcəyini bildirdi və tərəflər qarşılıqlı olaraq razılığa gəldilər.

5. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar