Məhkəmə qərarları › İş №e-2(007)-317/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-317/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-317/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3nun, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis (bundan sonra bank) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən Cavabdeh **********6944-411577 saylı kart hesabı açılıb və kart verilib. Müştərinin kartında xx.xx.2021-ci il tarixində Quasi Cash tipli əməliyyatlar ikiqat oturub və müştəri həmin vəsaiti digər karta köçürüb. Geri qaytarılma olan zaman isə 6806,89 AZN overdraft yaranıb. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 52,47 AZN) onun overdraft borcundan silinib. Hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 6754,42 AZN overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 386,08 AZN faiz borcu olmaqla, cəmi 7140,50 AZN borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilib və xx.xx.2024cü il tarixli, RB-02/PK-3681 saylı bildiriş məktubu göndərilib və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilib. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməyib. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla bankımıza maddi zərər vurur. Qeyd edilənlərə əsasən Cavabdeh cəmi 7140,50 AZN məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 92 AZN dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə mürüaciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Məcəllənin 152.1-ci maddəsində isə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edirlər ki, iddia ərizəsinin predmeti olan pul İddiaçı ASC-nin mülkiyyətidir və cavabdeh onu qanunsuz olaraq saxlayıb, mənimsəyib. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153.1, 157.2, 157.5, 164.2, 449.1, 384-cü maddələrinə istinad edirlər. Qeyd edirlər ki, iddia ərizəsinin predmeti olan pul “Rabitəbank" ASC-nin mülkiyyətidir. Və cavabdeh onu qanunsuz olaraq saxlamış, mənimsəmişdir Azərbaycan Respublikasının Konstitusiyasınlnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu səbəbdən iddia ərizəsinə iddia müddəti tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən cavabdehdən cəmi 7140,50 ANZ məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 92 AZN dövlət rüsumu məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiada göstərilən 6754,42 manat məbləğində pul xx.xx.2021-ci ildə köçürüldüyü qeyd olunur. Bu səbəbdən hesab edir ki, iddiaçı hazırda həmin pulu ondan tələb edə bilməz. İddia müddətin ötürülməsi ilə verilib. Qeyd edilənlərə əsasən məhkəmədən iddia müddətinin tətbiq etməklə, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, əməliyyat bankın səhvi nəticəsində baş verməyib. Əməliyyat azəricard üzrə olub, bir əməliyyat iki dəfə həyata keçib. Cavabdeh həmin məbləği digər karta köçürüb. Sistem texniki səhvlə bağlı məlumat verdikdən sonra həmin məbləğ hesabdan silinib. Çünki bir əməliyyatın sistemdən səhv getməsi olduğu üçün avtomatik olaraq mənfiyə düşür. Faiz borcunu isə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablayıblar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, kartına vəsait köçürüb və faiz hesablanıb. Mülkiyyət borcu olsa idi, faiz hesablanmazdı. Karta vəsait artıq köçüb, o vəsaiti özü istifadə etmədiyi üçün ödəmək istəmir. Kart overdrafta, mənfiyə düşüb, o, məlumatlandırılmayıb. Karta da qoyulan bütün pullar çıxılıb. Kartın istifadə müddəti ərzində faiz hesabanıb. Həmin vaxt iddiaçı ilə əməkdaşlıq ediblər, həmin pulu isə özü istifadə etməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kartmane” xidməti üzrə müqavilənin surətindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə Kartmane hesabı açılmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “plastik kartlaırn əldə edilməsinə və istifadəsinə dair” müqavilənin surətindən görünür ki, bank tərəfindən cavabdehə kart hesabı açılmış və kart verilmişdir. Müqavilənin: 8.1. Müştəri bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla Bank qarşısında bu Müqavilə üzrə yaranmış istənilən borcu Banka ödəməlidir. X1 vaiyutastna müvafiq olaraq qəbul edilir. Borcların Bankda ödənilməsi zamanı Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. X2 Texniki Overdraft yaranacağı təqdirdə Kart, bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün borc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür. 8.2. X3 Hesabına əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və ya digər Texniki Overdraft məbləğini, həmçinin bu Müqavilədə nəzərdə tutulmayan hallarda səhvən Kart Hesabına köçürülmüş Müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, Müştərinin sərəncamı olmadan Bankdakı istənilən hesabından akseptsİz qaydada silir. 8.3. Müştəri Bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti Banka bu Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə, Bankın həmin məbləği Müştərinin Bankda olan istənilən hesabından (cari, depozit və s.) akseptsİz qaydada silmək hüququ yaranır və bu Müqaviləni imzalamaqla Müştəri buna öz razılığını bildirir. 8.4. Müştəri, Kart hesabı üzrə yaranan Overdraft borcunu, bu haqda Bankdan məlumat alan tarixdən etibarən 30 təqvim günü müddətində Banka ödəməyi öz öhdəsinə götürür. 8.5. Kart hesabı üzrə Overdraft yarandığı təqdirdə, bu lıaqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. tMüşəri Overdraft üzrə yaranan borcu Banka Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu İıalda, Bankın Overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 (iki) faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu Banka Ödəməyi öz öhdəsinə götürür. - Cavabdeh məxsus olan AZ14RBTA******************** saylı hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci ildə həmin hesaba overdraft əməliyyatı olmuş və hesabda 6806,89 manat pul əks olunub. - İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində açılan **********6944-411577 saylı kart hesabı üzrə olan borcu aşağıdakı səbəbdən yaranmışdır. Müştərinin kartında xx.xx.2021-ci il tarixində Quasi Cash tipli əməliyyatlar ikiqat oturub və müştəri həmin vəsaiti digər karta köçürüb. Geri qaytarılma olan zaman isə 6806,89 AZN overdraft yaranıb. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 52,47 AZN) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 6754,42 AZN overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 386,08 AZN faiz borcu olmaqla cəmi 7140,50 AZN borcu vardır. - İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 92 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilə çərçivəsində bank müştəriyə müqavilədə göstərilən şərtlərlə bank əməliyyatlarının aparılması üçün bank hesabı açıb. Həmin müqavilə əsasənda yaradılmış və Cavabdeh məxsus olan AZ14RBTA******************** saylı hesabına xx.xx.2021-ci il tarixində yaranan texniki xəta səbəbindən mədaxil edilən 6806,89 manat vəsait kart balansında əks olunub. Qeyd olunan artıq göstərilən vəsait cavabdeh tərəfindən istifadə edildiyindən həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. İddiaçı cavabdehin banka məxsus olan vəsait hesabına əsassız olaraq varlandığını iddia edərək, Cavabdeh əsassız varlanmaya görə 6754,42 manat məbliğində overdraft borc və 386,08 manat məbləğində faiz borcu olmaqla, cəmi 7140,50 manat məbləğində pul vəsatinin, həmçinin 92 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra isə iddia tələbinin əsasını dəyişərək, iddia edilən pulun iddiaçının mülkiyyətini olduğunu, cavabdehin həmin pulu qanunsuz olaraq saxlayıb, mənimsədiyini və iddiaçının mülkiyyəti toxunulmaz olduğunu qeyd etmişdir. Həmçinin cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin əsasını dəyişməsi və tərəflər arasında iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə bağlı münasibət olması ilə bağlı mövqeyi ilə razı deyil. Məhkəmə hesab edir ki, cavabdehin hesabına overdraft əməliyyatı üzrə pulun mədaxil edilməsi nəticəsində cavabdeh əsassız varlanmışdır və iddiaçı cavabdehdən pulu əsassız varlanma qaydalarına uyğun tələb edə bilər. Belə ki, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilən əsas hal məhz sözügedən tələb üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, Cavabdeh məxsus olan AZ14RBTA******************** saylı hesabına 2021-ci ilin sentyabr ayında overdraft nəticəsində 6806,89 manat vəsait kart balansında əks olunub. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Belə ki, MM-in 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Qərarda həmçinin göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçıya overdraft nəticəsində banka məxsus olan vəsaitin cavabdehə məxsus kart hesabına mədaxil edilməsi 2021-ci ilin sentyabr ayından məlum olmuş, iddiaçı həmin halı inkar etməmiş və əksini sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş iki illik müddəti ötürdüyündən əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də, iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Bu baxımdan, məhkəmə, iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “6754,42 manat məbliğində borcun ödənilməsi” tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Məhkəmə iddia tələbinin “386,08 manat məbləğində faiz borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb əsassız varlanmaya görə borcun ödənilməsi tələbindən törəmə tələbdir. İddianın ilk hissəsi iddia müddətinin keçməsi səbəbi ilə təmin edilməyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 92 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar