Məhkəmə qərarları › İş №e-2(007)-318/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-318/2024

30.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-318/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 dekabr 2008-ci il tarixdə Bakı şəhər sakini Cavabdeh ilə evlənib ailə qurub. Nikahları 17 fevral 2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində qeydə alınıb. Birgə nikahlarından 31 yanvar 2010-cu il tarixdə X8 və X6 dünyaya gəlib. Lakin sonradan əri Cavabdeh ailə münasibətlərində yol verdiyi kobud hərəkətləri nəticəsində münasibətləri tam pozulub və məcbur olub, aralarında bağlanmış nikahın pozulması barədə Nizami Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edib. Həmin məhkəmənin 02 iyun 2020-ci il tarixli, 2(007)-933/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, Cavabdehla aralarında 17 fevral 2009-cu il tarixdə bağlanmış nikah pozulub. Eləcə də həmin qətnaməyə əsasən hər iki azyaşlı uşaqları onun himayəsində saxlanılıb və keçmiş əri Cavabdeh hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilib. Bununla belə Cavabdeh üç ildən artıq müddətdir ki, aliment vəsaitini ödəmir. Həmçinin bildirir ki, Cavabdehla birgə nikahda olduğu dövrdə, konkret olaraq 2017-ci ildə onlar "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9cu mərtəbəsində ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı 3 otaqlı mənzili onun adına rəsmiləşdirərək alıblar. Həmin dövrdə o da artıq işləyirdi. Belə ki, o artıq 13 iyun 2017-ci il tarixdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi işə düzələrək xidmət etməyə başlayıb. Əmək haqqı kifayət qədər normaldır. Onlar həmin mənzili alarkən "xxxx" MMC-yə ilkin olaraq 37500 (otuz yeddi min beş yüz) manat pul ödəyiblər. Sonrakı dövrdə isə onlar hər ay bu mənzilə görə 1300 (bir min üç yüz) manat pul ödəyiblər. Eləcə də birgə nikahda olduqları dövrdə, yəni 2019-cu ilin yay-payız dövründə onlar birgə qazanclarının hesabına həmin mənzili tam təmir ediblər. Təmirə təxminən 60000 (altımış min) manat pul sərf ediblər. Lakin nikahları pozulduqdan sonra keçmiş əri Cavabdeh evdən gedərkən aylarla birgə yığdıqları pulu da özü ilə götürüb, həmin pul vəsaiti hesabına yüksək mərtəbəli yaşayış binasında aldıqları evin ödənilməmiş hissəsini "xxxx" MMC-nin hesabına köçürdüb. Aldıqları evin sənədləri ilə bu evə görə ödəmə qəbzləri hazırda cavabdehdədir. Onları məhkəməyə təqdim edəcəkdir. Belə ki, bu barədə vəkili və nümayəndəsi tərəfindən "xxxx" MMC-yə sorğu göndərilib. Məhkəmənin hazırlıq iclasınadək müqavilənin və ödəmə qəbzlərinin surətlərini təqdim edəcəkdir. Beləliklə, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9cu mərtəbəsində ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı 3 otaqlı mənzili keçmiş əri Cavabdeh ilə birlikdə alıb, tam təmir ediblər. Bundan başqa, onlar birgə nikahda olduqları dövrdə 23000 (iyirmi üç min) manata cavabdehin adına “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil alıblar və Cavabdeh avtomobili istifadə etməyə başlayıb. Həmin avtomobil hazırda onun mülkiyyətində və istifadəsindədir. Həmçinin, Cavabdehla birgə nikahda olduqları dövrdə o, öz adına aşağıda qeyd etdiyi avtomobilləri də alıb: 1. “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobili; 2. “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobili; 3. “MERCEDES BENZ 280” markalı, **-HT-*** qeydiyyat nömrəli minik avtomobili. Nikah pozulduqdan sonrakı dövrdə Cavabdeh birlikdə aldıqları avtomobillərdən və evdən ona pay ayırmadı. O, hazırda iki azyaşlı uşaqlarını yaşlı anasının maddi köməyi hesabına böyüdür. Onların evləri yoxdur və iki uşağı ilə birlikdə anasına məxsus evdə yaşayır. Cavabdeh məhkəmə tərəfindən təyin edilmiş aliment vəsaitini ödəməməklə yanaşı uşaqlarının ehtiyaclarının qarşılanması üçün ona maddi köməklik göstərmir və mülki qanunvericiliklə ona çatmalı olan əmlakı verməkdən də imtina edir. Qeyd edilən mübahisələrlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin Mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh bundan imtina etdiyi üçün aralarında razılıq əldə edilməyib. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən ona “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayış verilib. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən, yuxanda göstərdiyi daşınmaz əmlak olan mənzilin, eləcə də daşınar əmlak olan avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə Cavabdeh payları müəyyən olunub bölünməlidir. Qeyd edilənlərə əsasən birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üçotaqlı mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, birgə nikah dövründə birlikdə aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli, “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli, “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “MERCEDES BENZ 280” markalı, **-HT-*** qeydiyyat nömrəli avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, mediasiya prosesi üçün ödədiyi 51 manat, dövlət rüsumu kimi ödədiyim 50 manat, cəmi 101 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü madəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda iddia tələbin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbdə qeyd edilmiş “RANGE ROVER” markalı, **-TJ- *** qeydiyyat nömrəli avtomobil cavabdehlə birgə nikah dövründə alınaraq satılsa da, həmin avtomobilin alqı-satqı müqaviləsini əldə etmək mümkün olmamışdır. Ona görə də, göstərilən avtomobilin dəyəri ilə bağlı mütəxəssis rəyi alınmış və elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə olunmuşdur. Digər tərəfdən iş materiallarına əsasən ilkin iddiada göstərilmiş “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil də birgə nikah dövründə alınaraq tərəflər arasında nikah pozulmazdan əvvəl, yəni 25 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon sakini X3 10000 (on min) manata satılmışdır. Həmçinin bildirir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə o, cavabdehin yalnız bir ədəd, yəni “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil aldığını bilib. Cavabdeh digər avtomobilləri alması və satmasından xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, birgə nikah dövründə aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli və “MERCEDES BENZ 280” markalı, **-HT-*** qeydiyyat nömrəli avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, birgə nikah dövründə alınmış və Cavabdeh adına rəsmiləşdirilməklə sonradan birgə nikah dövründə 10000 manata satılmış “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin dəyərinin 1/2 hissəsinin, yəni 5000 (beş min) manat pulun, eləcə də birgə nikah dövründə alınmış və Cavabdeh adına rəsmiləşdirilməklə sonradan birgə nikah dövründə satılmış 24000 (iyirmi dörd min) manat dəyərində “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin tam dəyərinin 1/2 hissəsinin, yəni 12000 (on iki min) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, mediasiya prosesi üçün ödədiyi 51 (əlli bir), dövlət rüsumu kimi ödədiyi 91 (doxsa bir), cəmi isə 142 (yüz qırx iki) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı qaldırdığı iddia tələbi tam əsassızdır və qanunvericiliklə müəyyən olunmuş iddia müddəti ötürülüb. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(007)-933/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah qeydidinin pozulması qət edilib. Sözügedən qətnamə 14 iyul 2020-ci il tarixdə qüvvəyə minib. Göründüyü kimi, İddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürüb. Göründüyü kimi, qanunvericiliklə nəzərdə tutulmasına baxmayaraq mübahisə predmeti barəsində İddiaçı tərəfindən üzürsüz səbəbdən vaxtında məhkəməyə müraciət edilməyib və bununla da iddia müddəti ötürülüb. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı qaldırdığı iddia tələbi tam əsassızdır və qanunvericiliklə müəyyən olunmuş iddia müddəti ötürülüb. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(007)-933/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması qət edilib. Sözügedən qətnamə 14 iyul 2020-ci il tarixdə qüvvəyə minib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddiaçı nümayəndəsi "xxxx" MMC-yə 24 iyul 2023-cü il tarixdə, iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə isə xx.xx.2023-cü il tarixdə müraciət edib. Göründüyü kimi, İddiaçı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürüb. “MERCEDES BENZ 280” markalı, **-HT-*** qeydiyyat nömrəli minik avtomobili Cavabdeh adına rəsmiləşdirilsə də, həmin avtomobil İddiaçı əmisi Tofiq adlı şəxsə məxsus olub və onun istifadəsində olub. Mübahisəli avtomobil ümumiyyətlə Cavabdeh istifadəsində olmayıb. “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “Range Rover” markalı, **-TJ-*** qeydiyyat nömrəli minik avtomobillər birgə nikah dövründə satılıb və əvəzində “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil alınıb ki, hazırda Cavabdeh mülkiyyətində və istifadəsindədir. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 117,80 kv.m olan 39 saylı 3 otaqlı mənzil 2017-ci ildə alınıb və həmin mənzilin alınması üçün 2017-2019-cu illərdə, cəmi 29900 (iyirmi doqquz min doqquz yüz) manat pul vəsaiti ödənilib. Göründüyü kimi, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı 3 otaqlı mənzili dəyərinin birgə nikah dövründə tam ödənilməsinə və mənzilin birgə nikah dövründə təmir olunmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməyib. Eyni zamanda qeyd etmək istəyir ki, MTK və MMC-lər tərəfindən inşa edilmiş binalarda mənzilin dəyəri tam ödənilmədiyi halda mənzilin təmirinə bir qayda olaraq ümumiyyətlə icazə verilmir (arayış əlavə olunur). Qeyd etmək istəyir ki, mübahisəli mənzilin təmirinə nikah qeydi pozulduqdan sonra başlanılıb (sübutlar təqdim olunur). Hazırda mənzildə yaşayış yoxdur. Belə ki, mənzilin təmiri tam başa çatmayıb. Qeyd edilənlərə əsasən iddia tələbinin əsasız olduğunu nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddianın və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzillə bağlı edilmiş ödənişlərlə bağlı onda olan qəbzləri məhkəməyə təqdim edib, amma bəzi qəbzləri cavabdeh avtomobilində saxlayıb, yaşadıqları mənzildə saxlamayıb. Sonra ayrılandan sonra sənədləri ondan alıb. Cavabdeh avtomobillərin satışı barədə ona məlumat verməyib, o, avtomobillərin satılmasından xəbərsiz olub. Mənzilə 37500 manat ilkin ödəniş olunubsa, 100000 manat dəyərində olan mənzilin 60000 manatı sonradan necə ödənilə bilər. Həm də onda mənzilin ödənişinə dair 25-26 ədəd qəbz var, 3-4 ədəd qəbz isə cavabdehin avtomobilində idi. Cavabdeh mənzili təmir edib ona verəcəyini bildirib. Hətta cavabdeh 2021-ci ildə notariat ofisində mənzili onun adına rəsmiləşdirəcəyinə dair razılıq verib. Mənzilin tam dəyəri birgə nikah dövründə əldə etdikləri vəsaitlə ödənilib. Mənzilin alınmasında cavabdehlə yanaşı onun zəhməti olub. Mənzilin alınmasının səbəbkarı odur. O, mənzili uşaqların gələcəkdə evi olması üçün aldırıb. Mənzil təmirli vəziyyətdə boş qalıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazın və iddia müddətinin tətbiq edilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə mübahisəli mənzilin dəyərinin hamısının nikah dövründə ödənilməsinə dair heç bir sübut təqdim edilməyib. Mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair sübut verilməsə, mənzildə pay tələb edilə bilməz. Daşınar əşyalar isə nikah dövründə alınaraq, nikah dövründə də satılıb, avtomobillərin ikisinin qeydiyyat nişanı eynidir və biri digərinin satışından əldə edilən vəsait hesabına əldə edilib. “BMW 650” minik **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehin mülkiyyətindir və onun üzərində tərəflərin paylarının müəyyən edilməsinə etiraz etmir. “Mercedes Benz 280” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının Tofiq adlı əmisinin olub. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddianın və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının təkcə “BMW” markalı avtomobildən məlumatı olub. İş materiallarında olan mənzilin ödənişinə dair qəbzlər tam deyil. Mənzil nikah dövründə kreditlə əldə edilib, tərəflərin həmin mənzilə dair payları var. Mənzilin ödənişlərinə dair qəbzlərin hamısının idddiaçıda olmamasının səbəbi odur ki, əvvəlcə cavabdeh iddaçıya bildirib ki, mənzili uşaqların adına rəsmiləşdirəcək, notariusa da gedib, daha sonra isə fikrini dəyişdirib. Hesab edir ki, cavabdeh bunu iddiaçının iddia müddətini ötürməsinə görə edib. İddiaçı barışıq barədə təklif etsə də, cavabdeh təklifi qəbul etmir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, qızı bir ildir ki, onunla, oğlu isə iddiaçının yanında yaşayır. O, şəxsi vəsaiti hesabına uşağına görə bir otaqlı mənzil alıb iddiaçıya verə bilər. Lakin iddiaçı bu təklifi qəbul etmir. O, ikinci qrup əlildir, 240 manat pensiya alır, pensiya kartı iddiaçıda olub. O, mənzili təmir etdirdi ki, barışaraq həmin mənzildə uşaqları ilə birlikdə qalsınlar, nikahın pozulması da olmasın. Sonradan fikrini dəişib. Mənzilin tam dəyərini nikah pozulandan sonra ödəyib. Nikah pozulandan sonra mənzil üçün 60000-70000 manat pul ödəyib. Mübahisəli mənzilin uşağın adına keçirilməsi barədə iddiaçının təklifi ilə razı deyil. Onun yaşamağa başqa evi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-933/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı аrаsındа 17 fevral 2009-cu il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 94 № ilə qеyd edilmiş nikahın pozulması, 31 yanvar 2010cu il təvəllüdlü X8 və 07 iyul 2013-cü il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması, 31 yanvar 2010-cu il təvəllüdlü X5 və 07 iyul 2013-cü il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh 21 yanvar 2020-ci il tarixdən hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimеntin tutulmаsı hissəsində qətnаmənin dərhаl icrа еdilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-xx-xx/2100049/2023 saylı məktubu və ona əlavə edilmiş idarənin Qeydiyyatimtana İdarəsinin kompüter uçot bazasından çıxarışdan görünür ki, “Mercedes Benz 280” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci ildən, “BMW 650” minik **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən Cavabdeh adına qeydiyyatdadır. “Range Rover” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü ildə Cavabdeh adına qeydiyyatda alınmış, xx.xx.2018-ci ildə qeydiyyatdan çıxmışdır. “BMW 5301” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci ildə Cavabdeh adına qeydiyyatda alınmış, xx.xx.2018-ci ildə qeydiyyatdan çıxmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-158199/2023 saylı məktubu və ona əlavə edilmiş idarənin Qeydiyyatimtana İdarəsinin kompüter uçot bazasından çıxarışdan görünür ki, **-TJ-*** dövlət qeydiyyat nişanlı Range Rover” minik markalı və “BMW 5301” minik markalı nəqliyyat vasitələrinin əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. - Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “BMW 5301” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən X3 10000 manata satılmışdır. - İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 9 mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 39 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi Cavabdeh verir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 100130 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə ilə müəyyən olunmuç, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, 37500 manat məbləğində ödənilib. - "xxxx" MMC tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmilş 23 ədəd arayışlardan görünür ki, xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində Cavabdeh tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 538-ci məhəllədə inşa etidiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbədə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 39 saylı mənzilin dəyərindən 29900 manat ödəniş edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 538-ci məhəllədə inşa etidiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 9-cu mərtəbədə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 39 saylı mənzil Cavabdeh məxsusdur və təmirə buraxılır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 007/152 saylı nəktubundan görünür ki, "xxxx" MMC-nin Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən payçının MMC-yə heç bir borcu yoxdur. - Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/2-02880/2023 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci ödənilmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etsiyi yaşayış binasının 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 3 otaqlı, 39 saylı mənzilə dair onunla bağlanmış, xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsinə və göstərilən mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir. Həmin mənzillə bağlı "xxxx" MMC-yə qarşı heç bir iddiası olmayacaq. - “X4” MMC-nin xx.xx.2024-cü il tarixli 08/24 saylı qiymətləndirmə hesabınatının surətindən görünür ki, texniki cəhətdən işlək vəziyyətdə olan 2004-cü il buraxılışlı, qara rəngli, “Range Rover” markalı minik avtomobilinin hazırkı dövrə olan orta bazar qiyməti 24000 AZN təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahlarından 31 yanvar 2010-cu il təvəllüdlü X8 və 07 iyul 2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-933/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə ilə tərəflərin аrаsındа 17 fevral 2009-cu il tаriхdə bağlanmış nikahın pozulması, 31 yanvar 2010-cu il təvəllüdlü X8 və 07 iyul 2013-cü il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması, 31 yanvar 2010-cu il təvəllüdlü X5 və 07 iyul 2013-cü il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh 21 yanvar 2020-ci il tarixdən hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda tərəflər arasında olan nikah münasibətləri pozulduğu və mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığı üçün iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı məhkəmədə iddia qaldırmışdır. Hazırda iddia predmetini aşağıdakı əmlaklar təşkil edir:

1. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzili;

2. “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil;

3. “MERCEDES BENZ 280” markalı **-HT-*** qeydiyyat nömrəli avtomobil;

4. 10000 manata satılmış “BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin dəyərinin 1/2 hissəsi;

5. 24000 (iyirmi dörd min) manat dəyərində “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin tam dəyərinin 1/2 hissəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlarla müəyyən olundu ki, nikaha daxil olduqdan sonra tərəflər ümumi təsərrüfatı idarə etmişlər, iddia tələblərində qeyd olunan əmlaklar Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonrakı müddətdə əldə edilmişdir. Məhkəmə qeyd edir ki, “BMW-650” markalı, **-KC-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2019-cu ildə, “MERCEDES BENZ 280” markalı **-HT-*** qeydiyyat nömrəli avtomobil isə xx.xx.2011-ci ildə əldə edilmiş və hazırda da cavabdehin mülkiyyətindədir. Belə ki, əmlakın xüsusi mülkiyyət hüququ üzrə ər-arvaddan kimin adına qeydiyyatdan keçməsindən, habelə tərəfin birinin müstəqil qazancının olub-olmamasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı əmlak, ümumi birgə mülkiyyət hesab olunur. Hazırda tərəflər arasında olan ailə münasibətləri pisləşdiyi və mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığı üçün iddiaçı birgə nikah dövründə əldə olunmuş ümumi əmlakda olan payların müəyyən edilməsini istəyir. Məhkəmə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi həmin avtomobillərə aid hissədə əsaslıdır, əmlak üzərində payların müəyyən edilməsinə maneələr yoxdur. Məhkəmə iddia tələbinin ““BMW-5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli və “RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobillərin satışından əldə edilmiş vəsaitinin yarısının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobilin xx.xx.2014-cü ildə cavabdehin adına qeydiyyata alınıb, xx.xx.2018-ci ildə isə özgəninkiləşdirilib lakin alqı-satqı müqaviləsi məhv olub. İddiaçı texniki cəhətdən işlək vəziyyətdə olan 2004-cü il buraxılışlı, qara rəngli, “Range Rover” markalı minik avtomobilinin hazırkı dövrə olan orta bazar qiymətinin 24000 manat təşkil etməsi ilə bağlı qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmişdir. Həmçinin, RANGE ROVER” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci ildə satıldıqdan sonra "BMW- 5301” markalı, **-TJ-*** qeydiyyat nömrəli avtomobil həmin gündə cavabdehin adına qeydiyyata alınmış və həmin avtomobil xx.xx.2018-ci ildə X3 10000 manata satılmışdır. Göründüyü kimi hər iki avtomobil birgə nikah dövründə əldə edilmiş, həmçinin birgə nikah dövründə, tərəflərin birgə ailə təsərrüfatını idarə etdiyi vaxtlarda özgənikəşdirilmişdir. Hazırda həmin avtomobillər cavabdehin mülkiyyətində deyil və hər biri nikah dövründə özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlaklar nikah dövründə əldə edilsə də, nikah dövründə və tərəflərin faktiki olaraq ailə təsərrüfatını idarə etdikləri dövrdə satıldığından avtomobillərin satışından əldə edilən vəsaitinin ailə məsrəflərinə sərf edildiyi ehtimal edilir. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsassız hesab edir. İddiaçı əksini sübut edəcək dəlillərinə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində aldıqları və Cavabdeh adına rəsmiləşdirilmiş ümumi sahəsi 117,80 kv.metr olan 39 saylı üç otaqlı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1 blok, 9 mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan, 39 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub tikinti işləri başa çatdıqdan sonra bir pay kimi Cavabdeh verilib. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 100130 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, 37500 manat məbləğində ilkin olaraq ödənilib. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 23 ədəd qəbzlə tərəflərin birgə nikahı dövründə həmçinin 29900 manat ödəniş edilməsi öz təsdiqini tapmışdır. Həmin mənzil xx.xx.2021-ci ildə təmirə buraxılıb və hazırda mənzilin dəyəri tam ödənilib. İddiaçı mənzilin dəyərinin tam şəkildə nikah dövründə ödənildiyini və mənzilin nikah dövründə təmir edildiyini qeyd etmiş, cavabdeh tərəf isə 2017-2019-cu illərdə mənzilin dəyərindən 29900 manat ödənildiyi və mənzilinin nikah dövründə təmir olunmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı mənzilin dəyərindən ilkin olaraq 37500 manat və nikah dövründə 29900 manat, yəni ümumilikdə 67400 manat ödənilməsi öz təsdiqini tapmışdır. Lakin tərəflərin birgə nikahı dövründə, birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə mənzilin ödənişlərinin başa çatması halı öz təsdiqini tapmamış, iddiaçı həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən 2(007)-933/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnamə (tərəflər arasında olan nikahın pozulması, alimentin ödənilməsi) nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı həmin iddia tələbinə “2017-ci ildə (tərəflər birgə nikahda olduqları müddətdə) Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 1-ci blok 9ci mərtəbədə ümumi sahəsi 117,80 kv.m olan 3 otaqlı, 39 saylı mənzili almışlar. Halhazırda belə binanın inşası davam etdirilir. Bu məqsədlə “İnşaat Konstruksiyaları" MMC-yə (VÖEN:**********) ilkin olaraq 37500 (otuz yeddi min beş yüz) manat, daha sonra isə aylıq 1300 (bir min üç yüz) manat olmaqla 29900 (iyirmi doqquz min doqquz yüz) manat ödəniş etmişlər. Adı çəkilən tikinti şirkətinə ümumilikdə 67400 (altmış yeddi min dörd yüz) manat.” məzmununda bənd daxil etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə “nikahın pozulması və s.” tələblə müraciət edərkən mübahisələndirilən mənzilin dəyərindən 67400 manat ödənildiyini və binanın tikintisini hələ də davam etdiyini qeyd etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra Konstitusiya Məhkəməsi) 21 dekabr 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi, nikah müddətində alınmış hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün əmlak həm də tərəflərin ümumi gəlirləri hesabına əldə edilməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarının: 3.13-cü bəndinə əsasən əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. 4.15-ci bəndinə əsasən bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 1-ci blok 9ci mərtəbədə ümumi sahəsi 117,80 kv.m olan 3 otaqlı, 39 saylı mənzilin əldə edilməsi üçün formalaşdırılan vəsaitinin 32730 (mənzilin dəyəri 100130-birgə nikah dövründə ödənilmiş vəsait 67400) manatı cavabdehin ayrıca əmlakı olduğundan İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə həmin mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(007)-933/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikah qeydidinin pozulduğunu, qətnamənin 14 iyul 2020-ci il tarixdə qüvvəyə mindiyini və İddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraicət etməklə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cü maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 saylı qərarının: 9.4. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq, müvafiq nəticəyə gəlməlidirlər. Məsələyə başqa cür yanaşma, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı. 9.5. Beləliklə, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan nikahın pozulmasına dair məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci ildə qanuni qüvvəyə minərək, icra olunmuşdur. İddiaçı xx.xx.2023-cü ildə isə əmlak bölügüsü ilə bağlı Bakı 2 saylı mediasiya təşkilatına müraciət etmiş, həmin təşkilat tərəfindən xx.xx.2023-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edildikdən sonra xx.xx.2023-cü ildə tarixdə “əmlak bölgüsü” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəni və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili aidiyyəti orqanlara (“İnşaat Konstruksiyaları" MMC-yə, Baş X12 İdarəsinə) müvafiq sorğular ünvanlamış, xx.xx.2023-cü ildə yenidən məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməli, “Mercedes Benz 280” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı və “BMW 650” minik markalı **- KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir. İş materiallarındagörünür ki, iddiaçı iddia qaldırılması üçün xx.xx.2023-cü ildə 50 manat dövlət rüsumu və xx.xx.2024-cü ildə 41 manat dövlət rüsumu ödəmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 cavabdehə aid edilməli, 41 manatı iddiaçıya aid edilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İcraçı "xxxx" MMC ilə payçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasnın 1 blok, 9-cu mərtəbə, ümumi sahəsi 117,8 kv.m olan 39 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilsin. “Mercedes Benz 280” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı və “BMW 650” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar